Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5590/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X21nın cavabdeh X9 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı X21nın cavabdeh X9 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xeyrinə 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN (iki min beş yüz əlli manat) icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN (on bir min beş yüz manat) təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN (beş yüz qırx bir manat) real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN (əlli min manat) mənəvi ziyan cavabdeh X4 tam şəkildə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İ Hissə - İşin faktiki halları. İddiaçı X20 2004-cü ildən 2020-ci ilin fevral ayınadək cavabdeh X11 ilə yaxın qardaş münasibətlərində olub. İddiaçı Türkiyə Respublikasında uzun müddət “Ancl” şirkətlər qrupunda, əsasən mexanika mühəndisi kimi işləyib. Həmin vaxtlarda cavabdeh Hasan Şahin də eyni şirkətdə elektrik mühəndisi kimi çalışırdı. 2004-cu ildə Türkiyə Respublikası İstanbul şəhəri Bakırköydə “Carouscl” alış-veriş mərkəzində tərəflər birgə işləyiblər. 2006-cı ildə iddiaçı X20 “ANELTECİP firmasının Avca layihəsində mexanika mühəndisi kimi işləyirdi, cavabdeh Hasan Şahin “ANELTECH” firmasının Cevizli bağda Türkcell layihəsində, elektrik mühəndisi kimi işləyib. İddiaçı uzun müddət işlədikdən sonra şirkətdən ayrılmış və öz işini quraraq “klima hava 1 andırma" işləri ilə məşğul olub. İddiaçı öz işini qursa da cavabdehlə sıx münasibətdə olub. İddiaçı “ANEL” şirkətlər qrupundan ayrılsa da, şirkət əməkdaşlarının yaddaşında qabiliyyətli, işgüzar, işini yaxşı bilən və görən işçi kimi yaddaşda qalmışdı. Uzun müddət sonra 2019cu ilin avqust ayında şifahi şəkildə “ANELGRUP” şirkəti tərəfindən təkrar avlıq maaşlı iş təklifi edilib. İddiaçı cavabdehin azı 4 il ailəsi ilə birgə Bakı şəhərində yaşadığını və işlədiyini öyrəndikdən sonra “Abi" böyük qardaşı ilə birgə əvvəlki kimi işləmək, ona dəstək olmaq qərarına gəlir. “AnelGrup” şirkətlə əmək müqaviləsi ilə işləmək müddətsiz nəzərdə tutulurdu. İddiaçı yazılı şəkildə təklifi 09.09.2019-cu ildə alu' və qəbul edir və 18 sentyabr 2019-cu ildə Bakı şəhərinə gəlmiş, 20 sentyabr tarixində X19 Maintcnance MMC-də işə başlamışdır. Bu razılaşmaya etibar etdiyindən iddiaçı öz ailəsini Bakıya gətirmiş, az yaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və baxçaya yazdırıb. Cavabdeh iddiaçıya qaldığı eyni binadan kirayə ev tutmasından uşaqlarının məktəbə yazılmasına kimi istiqamət verib. Belə ki, iddiaçı öncədən Azərbaycanda olmayıb yaşamayıb. Yalnız “Abr böyük qardaşa etibar etdiyindən bir çox şeyləri cavabdehdən soruşurdu. İddiaçının həyat yoldaşı Eəryal Erdoğan cavabdehin həyat yoldaşı Özləm xanıma “Abla" böyük bacı deyə müraciət edir və yalnız ona etibar edirdi. Tərəflər bir binada qonşu kimi yaşadıqlarından tez-tez bir-birlərinə gedib-gəlir, kömək edirdilər. İddiaçı X19 Maintcnance MMC-də böyük mexanika-istismar texniki kimi işləyirdi, cavabdeh isə “OR İ ON O and MM MMC-də texniki xidmət rəhbəri kimi işləyir. Amma iddiaçının özünə “ORİON O and M" MMC-nin əməkdaşı kimi “Socaf' tərəfindən buraxılış müvəqqəti vəsiqə verilmişdir. Tərəflər arasında münasibət ilk olaraq 2019-u ilin noyabr ayından pozulmağa başlayır. Səbəb odur ki. cavabdeh iddiaçıya müraciət edib bildirib ki, ‘'iddiaçının işlədiyi şirkətdə Erdal Keskendir pis adamdı, davaçıdır, onun yerində gözü var. Təhrik edir ki, onun işində ona hər hansı yardım etməsin, işində çətinliklər yaratmasını təmin etsin. Nəticədə həmin adamın işindən şirkət rəhbəri narazı qalaraq onu işdən çıxardacaqlar.” İlk əvvəl iddiaçı cavabdehə inanır, lakin iddiaçının işlədiyi şirkətdə Erdal Keskcnsirin öz işinə ciddi yanaşdığını, işini düz gördüyünü, vicdanlı və ailəli olmasını müəyyən etdiyindən cavabdehin təklifindən qəti imtina edir. İddiaçı qaydasında, vaxllı-vaxtında işləyir, Erdal Keskendirə heç bir xətər yetirmir, ona heç bir söz demir ki, bəlkə nə vaxtsa onlar aralarındakı məsələni özləri həll edər. 2019-cu il yeni il ərəfəsində münasibətlər daha da pozulur. Səbəb odur ki, yeni il gecəsi cavabdeh iddiaçının evində, 4-dən çox olan türk qonaqların qarşısında birbaşa iddiaçını təhqir edir, dava salır. Bununla iddiaçının qüruru digər kənar şəxslərin qarşısında alçaldılır. Bu hadisədən sonra iddiaçı cavabdehin hərəkətlərindən mənəvi sarsıntı alaraq ondan küsür. Lakin, cavabdeh hərəkətlərinə davam edib iddiaçının işlədiyi şirkətdə onun barəsində nüfuzuna xələl gətirən məlumatlar yayır. Hətta, pis adam dediyi Erdal Keskendir ilə münasibət qurur və şirkətin rəhbərliyinə mütəmadi deyirdi ki, əgər iddiaçının işindən narazıdırlarsa, dərhal onu işdən göndərə bilər. Digər tərəfdən iddiaçını təhrik etmişdi ki, Erdalın işində problemlər yaratsın. Lakin, iddiaçının bu hadisələrdən xəbəri olmur. Rəhbərliyin və əməkdaşların ona qarşı soyuq davranışlarına fikir vermir, ümid edir ki, ona qarşı anlaşılmaz münasibət aradan qalxacaq. Cavabdeh isə yenə iddiaçı ilə yaxın qardaş münasibətlərində olmağa çalışır, guya ona məsləhətlər verərək istiqamətləndirməyə çalışdırdı. İddiaçının qüruru incilsə də, bir müddət cavabdehə “Abi" böyük qardaş deyə müraciət edirdi. Tərəflər arasında münasibət 2020-ci ilin iyun ayında daha gərginləşir. Belə ki, 2020-ci ilin may və iyun aylarında başqa yerdən iş təklifi alsa da, işəgötürənlə omok müqaviləsi müddətinin davamlı olmasına əmin olduğundan həmin iş təklifindən imtina edib. Cavabdeh iddiaçı barəsində şirkət rəhbəri, Erdal Keskendir və digər şirkət əməkdaşlarında onun barəsində nüfuzunu alçaldan məlumatlar yaydığından 16 iyun 2020-ci il tarixdən onunla əmək münasibətlərinə xitam verilir və iddiaçı işsiz qalır. Bununla iddiaçı maddi və mənəvi ağır vəziyyətə düçar olur. Bu hadisədən sonra 2020-ci ilin iyul ayında iddiaçı alçalmış şərəfini, işgüzar nüfuzunu bərpa etmək, pozulmuş hüquqlarını bərpa etmək üçün yaşadıqları binada və məhəllə türk qonşularını və cavabdehi məhlodə üzləşməyə dəvət edir. Üzləşmə ərəfəsində iddiaçının çalışdığı şirkətdən Erdal Keskendir də iştirak edir. Nəticədə bir sıra qaçılmaz faktlar, həqiqətlər aşkar olur, cavabdehin əxlaq normalarına sığmayan ikili hərəkətləri müəyyən olur. Həmin faktlarla üzləşən cavabdeh əvvəl etdiyi hərəkətlərindən zərrə qədər peşman olmadığını bəyan edir və əməlinə davab edib iddiaçını məhəllədə qonşuların və üzləşmədə iştirak edən digər şəxlərin aydın eşitdiyi tərzdə, ağır şəkildə bir neçə dəfə təhqir edir. Bununla da iddiaçının şərəfini ağır və kütləvi şəkildə kobutcasına alçaldıb. Nəticədə iddiaçıya bir daha ağır mənəvi ziyan vurulub. İddiaçı barəsində pis təqdimata imza edən Erdal Keskendir yanlış etdiyini gec başa düşür. Lakin, vəziyyəti bərpa etmək qeyri-mümkündür. Vurulmuş ziyan həddən ağırdır. Sonuncu iş yeri iddiaçının yeganə qazanc yeri olub. Himayəsində 2 azyaşlı uşağı var, özü əcnəbi, türk vətəndaşıdır. Kirayədə qalaraq ayda 850 AZN icarə haqqı ödəyir. Yeganə qazanc yerini itirib uzun müddət işsiz qalaraq qazanc əldə edə bilmədiyi iıçün maddi vəziyyəti ağırlaşıb. Övladlarının təhsil haqqısını, evin icarə haqqısını və həyat yoldaşının sağlamlığındakı problemin müalicə haqqını ödəmək iqtidarında deyil. İİəm də onun barəsində şirkət rəhbərliyi və işçilərdə neqativ fikirlərin aşılanması, neqativ rəylərin olmasına dair təqdimatın qəbul edilməsi nəticəsində iddiaçı həm də mənəvi sarsıntı keçirir. Aşağıda qeyd edilən kobud qanunsuz aktiv hərəkətlər nəticəsində hesab edilməlidir ki, İ) cavabdeh iddiaçının işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olaraq əmək müqaviləsinin xitam edilməklə uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurub. 2) Maddi ziyan dedikdə - iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi xərclər, övladlarının borc pulla ödədiyi təhsil haqqısını, işsiz qaldığı üçün borc pulla ödədiyi icarə haqqı və aylıq əmək haqqı verilən digər iş təkliilərindən imtina etdiyindən əldən çıxmış fayda nəzərdə tutulur, mənəvi ziyan dedikdə - iş yerində nüfuzuna xələl gətirilməsi, barəsində mənfi fikir aşılanması və təkrar, kütləvi və ədəbsiz şəkildə təhqir olunaraq şərə fənin alçaldılması nəzərdə tutulur. 3) Cavabdeh məhəllədə kütləvi şəkildə üzləşmədə iştirak edən və eşidən kənar şəxslərin qarşısında iddiaçını ağır, ədəbsiz şəkildə təhqir edərək onun öncədən incildilmiş qürununu və şərəfini təkrar alçaldaraq ona mənəvi sarsıntı keçirtməsinə səbəb olub. Belə qanunsuz hərəkətlərinə görə cavabdeh məsuliyyətə cəlb edilərək iddiaçıya vurduğu maddi və mənəvi ziyanın tam ödəməsi ilə bağlı qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilərək, dövlət rüsumunun ödənilməsinin iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız, qanunsuz, ədalətsizdir. İş üçün əhəmiyyətli və mövcud olan faktlar qətnamədə tam göstərilməyib. Həqiqət təhrif edilib. Məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilib. Sübutlar tam və düzgün şəkildə məcmu halında mövcud qanunvericiliyə uyğun qiymətləndirilməyib. Mübahisəyə mülki hüquq normaları düzgün tətbiq edilməyib. Bu səbəbdən qətnamə qanunsuz, əsassız, qeyri-obyektiv hesab edilib ləğv edilməli, mübahisəyə yenidən baxılaraq ədalətli məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə qətnaməsində qeyd edilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı iddiaçı hər hansı mötəbər sübut təqdim etməyib. Mənəvi ziyanın necə vurulmasına dair sübut yoxdur. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, məhz bu üç şərtin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddia təmin olunur. Həmçinin, iddianın təmini barədə ərizələr hüquqi əsaslanıdırmadan əsassız təmin edilməyib. Məhkəmə qətnaməsindəki ziddiyyətli faktlar aşağıdakılardan ibarətdir. Cavabdehin ifadəsi ziddiyyətlidir, rəsmi etirafları qətnamədə qeyd edilsə də, onlara hüquqi qiymət verilməyib həqiqət təhrif edilib, sübutlara məcmu halında hüquqi qiymət verilməyib. Cavabdehin zamanla ara verməklə davamlı olan əməlinə hüquqi qiymət verilməyib. Belə ki, 15.04.2020-ci il tarixli Təqdimat iddiaçının işlədiyi şirkətdə işçi Erdal Keskendirin iddiaçı barədə uydurma rəyidir. Təqdimatın yarı azərbaycan, yarı türk dilində yazılması özlüyündə şübhəlidir. Sonda yazılıb ki, uzun müddət işlədikdən sonra işveren tərəfindən verilən neqativ paylaşımları nəzərə alıb belə qənaətə gəlib ki, cihazdan gərəkli texniki biliklərə sahib deyil. “İşveren” dedikdə işəgötürən, “neqativ paylaşımlar” dedikdə şəxs barəsində mənfi məlumatların yayılması nəzərdə tutulur. Yəni, işəgötürən iddiaçı barəsində mənfi məlumatları yayıb. Erdal Keskendir iddiaçının işlədiyi “X19 Maintenance” MMC-də, şirkətin nə direktoru, nə də digər səlahiyyət sahibi olmayan işçidir. Neqativ paylaşımlar nədən ibarət olması müəmməlıdır. Hansı səbəbdən məhz onun tərəfindən belə təqdimatın yazılması aydınlaşdırılmyıb. Erdal Keskendir işəgötürən tərəfindən neqativ paylaşımları etməsi yazaraq nəyi nəzərdə tutması aydınlaşdırılmayıb. Səbəb aydın deyil. Bu sənəd aşkar, aydın şəkildə sübut edir ki, kimsə iddiaçı barəsində onun işi, şəxsiyyəti barədə yalan, uydurma məlumatları yayıb. Yəni iddiaçıya qarsı əxlaqsız davranış icra olunaraq bitib və nəticə göz qabağındadır. Bunun ardında № 01/04.20, 17.04.2020-ci il tarixli Komissiya iclasının protokolu qəbul edilir. Bu sənədi ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan işçilər tərtib ediblər. İclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və iddiaçının əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunub. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddətdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun araşdırılmasını məqsədəuyğun hesab edib. Sonda qərara alınıb ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlması işəgötürənə tövsiyyə edilib. İddiaçını həmin sənədlərdən xəbəri olmayıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi (Erdal Keskendir və iddiaçı Ali Riza) normal iş vaxtı müəssisədə işləyiblər, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilib. Qeyd edilən 2 sənəd aprel ayında deyil iyul ayında hazırlanıb. Erdal Keskendir üzləşmədə özü etiraf edib. Səs yazısı iş materiallarına əlavə edilib. Sonra № 01-T/04.20, 20.04.2020-ci il tarixli Əmri işəgötürən imzalayır. Bu sənədlə cavabdeh müqavilə müddətinin 30.04.2020-ci il tarixdə bitsə də, işçinin iş fəaliyyətinin qeyriqənaətbəxş olması ilə bağlı təqdimatın araşdırılması və koronavirus pandemiyasmın yayılması səbəbilə karantin şəraitinin çətinlikləri ilə bağlı müqavilənin müddəti 1 ay müddətinə uzadılması qərara alınıb. İddiaçı barəsində “işinin qeyri-qənaətbəxş olması" ifadəsi sübut edir ki, kimsə iddiaçı barəsində 7 ay işlədikdən sonra peşəsinə, şəxsiyyətinə uyğun olmayan yalan məlumatları həm şirkətin işəgötürəninə, həm də kollektivdə yayıb. Fakt aşkardı. Sonda iddiaçının işlədiyi şirkətdən onun ərizəsinə № 0İ-L/06.20, 18.06.2020-ci il tarixli imtina cavabında iddiaçının müraciətinə bildirib ki, onun şirkətdə işlədiyi müddət ərzində fəaliyyəti ilə bağlı mühəndis Erdal Keskendir tərəfindən verilən mənfi rəylər və onun 16.04.2020-ci il tarixli təqdimatına əsasən daimi fəaliyyət komissiyasının iclası keçirilmiş və əmək fəaliyyətinin qeyri-qənaətbəxş olması qənaətinə gəlinmişdir. 15.06.2020-ci il tarixədək uzadılmış müqaviləyə müddəti bitdikdən sonra xitam verilməsinə qərar verilib. Məhkəmə ardıcıl və bir-birinə uyğun gələn bu sübutlara əhəmiyyət verməyib, sadəcə sadalamaqla kifayətlənib. Heç təkzib edə bilməyib. Belə çıxır ki, məhkəmə özü etiraf edir ki, sübutlar var və mötəbərdir. 27.07.2020-ci il tarixli və 07.2020-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin sorğuya cavablardan aydın olub ki, X18 adına “Əmək müqaviləsi bildirişi“ altsisteminə əmək müqaviləsi 19.10.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi 16.06.2020-ci il tarixdə icra olunub. Komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsin əmək müqaviləsinə dair məlumatlar elektron altsistemə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X5-kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən “ORİON O AND M" MMC (VÖEN **********) şirkətində çalışmış, 02.12.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskendir öncə 2016- ci ildən “ORİON O AND M" MMC (VÖEN **********) şirkətində çalışmış, 19.10.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb. X6 öncə 2015ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışmış, 02.12.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X8 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışır. Yəni, təqdimatı tərtib edən Erdal Keskendir və şirkətin işçiləri əvvəl cavabdehin işlədiyi şirkətdə çalışıblar. Kollektivin cavabdehlə sıx əlaqəsi var və onun kollektivdə nüfuzu var, söz sahibidir. Onun sözünə etimad edirlər. X8 cavabdehin çalışdığı şirkətdə onun tabeliyindəki işçidir. Ayxan Hümbətovun cavabdehlə sıx münasibətdə olmasına dair səs yazısı iş materiallarına təqdim edilsə də, bununla əlaqəli digər sübutlara məhkəm qətnamədə göstərməyib və onlara məcmu halında hüquqi qiymət verməyib. Məhkəmə ümumiyyətlə şirkətin işçilərinin, işəgötürənlərin və Erdal Keskendirin iddiaçı və cavabdeh ilə nə kimi əlaqəsinin olmasını müəyyən etməyib. Belə ki, həmin şəxslərin iddiaçının işinə dair hansı iradlarının olmasını, onun işi ilə əlaqəsini və onun işinə neçə təsir etməsini müəyyən etməyib. Ümumiyyətlə bu sübutlara hüquqi qiymət verməyib. Hərçənd, bu sənədlər və səsli audio yazılar sübut edir ki, iddiaçı barəsində yalan, onun peşə nüfuzunu ləkələyən məlumatlar təkcə işəgötürənə deyil, həm də kollektivdə da yayılıb. Kollektivdə iddiaçı barəsində mənfi rəylər səbəbindən ona pis münasibət formalaşıb. Məhkəmə qeyd edilən sübutları, rəsmi sənədləri məcmu halında qiymətləndirərək iddiaçının işinə dair qeyd edilən “qeyri-qənaətbəxş" ifadəsinin, “şərəfsizsən” və digər ifalələrin onun kollektivdə peşəsini və şəxsiyyətini alçaldan davranış olubolmamasını müəyyən etməyib, baş verənlərin cavabdehin əməli ilə səbəbli əlaqəsinin olubolmasının müəyyən etməyib, məhkəmə qətnaməsində qeyd edilməyib, onlara hüquqi qiymət verməyib. Cavabdehin qəsdən əxlaqsız əməli səbəbindən şirkət tərəfindən iddiaçıya vəd edilən uzun müddətli daimi işə xitam verilib. Bu vəd real idi. Belə ki, 10 iyul 2020-ci il tarixli iddiaçının kart hesabından çıxarışla sübut edilir ki, əmək haqqı kartı müddəti 30.10.2019-30.10.2020-ci il tarixinədək 1 il müddətinə işlək vəziyyətdə idi. Müqavilə üzrə əmək haqqı 6200 manat olsa da. hesabdan məlum olur ki, iddiaçıya ilk dəfə 01.11.2019-cu il tarixdə 7704,79 AZN (yeddi min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) əmək haqqı ödənilib. Sonra 29.11.2019-cu il tarixdə caha çox. 7947,83 AZN (yeddi min doqquz yüz qırx yeddi manat, səksən üç qəpik) əmək haqqı ödənilib. Sonra 28.12.2019-cu ildə 6445,60 AZN (altı min dörd yüz qırx beş manat, altmış qəpik) əmək haqqı ödənilib. Növbəti aylarda da bu məbləğ ödənilib. MYİ № 0******, 04.11.2019 tarixli AR ərazisində Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən aydın görünür və sübut olunur ki, əmək fəaliyyəti üçün iş icazəsi əsasında iddiaçıya verilib. Bu vəsiqə sübut edir ki. iddiaçı şirkətlə Bakı şəhərində azı 1 il müddətində işləmək barədə razılaşıb. Vəsiqə 1 il müddətinə, yəni 04.11.2019-cu il tarixdən 14.10.2020-ci il tarixinədək verilib. Yəni, işçi öncə sentyabr ayında Bakıya gəlir, sonra şirkət ilə əmək müqaviləsi bağlayır, sonra şirkət iş icazəsi alır. 14.11.2019-cu il tarixdə iddiaçıya müvəqqəti iş icazəsi verilir. Bu vəsiqədən aydın görünür ki, işəgötürən işçinin Bakıda işləməsi üçün 1 illik icazə alıb. 21.11.2019-cıı il tarixli Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumlarının mədaxil qəbzləri bir daha sübut edir ki, şirkət tərəfindən iddiaçının ailəsinin Bakı şəhərində müvəqqəti 1 il müddətində qalmaları üçün hər birinə ayrılıqda 100,4 AZN. 100.4 AZN və 160.4 AZN, ümumilikdə 361.2 AZN rüsum ödənilib. 28 sentyabr 2019-cu il tarixli mənzil kirayə müqaviləsinin iddiaçının mənzili 28.09.2023-cu il tarixədək kirayə götürməsi səbəb budur ki, ona öncədən vəd verilib. İddiaçı uzun müddətli iş təklifi ilə bağlı həyat yoldaşı və 2 az yaşlı övladının həyat şəraitini tam dəyişərək onları Bakıya gətirmiş, uşaqlarını Bakıdakı məktəbə yazdırmışdır. Yəni, sağlam düşüncəli şəxs heç bir vaxtda 6 aylıq əmək müqaviləsi üçün ailəsinin həyat şəraitini tam dəyişərək qısa müddət işləyəcəyi yerə gətirməz. Belə davranış heç bir ölkədə ağlabatan hesab edilmir. İddiaçıya vəd edildiyindən və şirkət tərəfindən icazə azı 1 illik alındığından, əmək haqqı kart hesabı 1 illik alındığından və bununla əlaqədar xərcləri şirkət qarşıladığından iddiaçının izahatının həqiqətəuyğun olmasını sübut edir. Sübutdan aydın olur ki, iddiaçı 6 ay müddətində işini, peşəsini yaxşı gördüyündən ona yüksək əmək haqqı ödənilib. Müqavilənin bitməsinə 15 gün qalmış işçinin işini qeyri-qənaətbəxş görməsi adı ilə işinə xitam verilməsindən aydın olur ki, işəgötürənə təsir edilib. Belə olan halda anidən qısa vaxtda şirkətin direktoru və kollektivin iddiaçıya qarşı məqsədi bəlli olmayan mənfi, neqativ davranış nümayiş etmələri onu sübut edir ki, kimsə onun barəsində peşə qabiliyyətini, nüfuzunu və şəxsiyyətini alçaldan yalan, uydurma məlumatlar yayıb. Cavabdehin əxlaqsız hərəkətləri səbəbindən iddiaçı sonrakı 6 aylıq işindən və almalı olduğu əmək haqqısından məhrum olub. Əgər cavabdeh və ya kimsə iddiaçı barəsində “neqativ paylaşımları etməsəydi, kollektivdə peşəsini, şəxsiyyəti barəsində mənfi fikirlər yaymasaydı, iddiaçı 6 ay müddətində işləyib real şəkildə 6 aylıq əmək haqqısını, yəni 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) ala bilərdi. Buna əldən çıxmış fayda deyilir. Bunun başqa tərifi yoxdur. İş materiallarına həmçinin 1 video görüntü və 2 səs yazısı təqdim edilib. Bu video yazılardan biri iddiaçının özünə məxsusdur, yəni özü məhkəməyə görüntülü ifadə verib. Lakin, məhkəmə qətnaməsində iddiaçının ifadəsinə, müraciətinə ümumiyyətlə əhəmiyyət verilməyib. Bildiyimiz kimi ölkə qanunvericiliyində iddiaçının özünə aid olan, şəxsən video görüntülü verdiyi izahatından imtina ed.lməsinə dair heç bir qadağanedici norma yoxdur. İddiaçının görüntülü izahatının səbəbi odur ki, məhkəmə prosesinin getdiyi vaxtda iddiaçı Türkiyəyə ailəsi ilə birgə qayıtmağa məcbur olub. Səsli yazının biri iddiaçının yuxarıda qeyd edilən cavabdehin çalışdığı şirkətdə Avxan Hümbətovla danışığı ilə bağlıdır. Ayxan Hümbətovün cavabdehə münasibəti və cavabdehin Ayxan Hümbətova nə dərəcədə təsir etməsi real sübut olunur. Danışıqların nədən ibarət olmasını ümumiyyətlə məhkəmə müəyyən etməyib, hüquqi qiymət verməyib. Sonuncu səsli yazı isə yay vaxtı, 01.07.2020-ci il tarixdə günün İİ yarısında məhəllədə tərəflərin - 4 nəfər şəxsin (həmçinin 2-dən çox şəxsin görə, eşidə bildiyi yerdə), üzləşməsi ilə bağlıdır. Bu səs yazısını üzləşmədə iştirak edən hər bir şəxs yazıb və səs yazılardan xəbəri olub. Bu yazı birbaşa və aydın şəkildə cavabdehin birbaşa əxlaqsız əməllərini ifşa edir, yuxarıda qeyd edilən sənədlərin iyun ayında hazırlandığını sübut edir və cavabdehin iddiaçını təkrar şəkildə şəxsiyyətinin və ləyaqətinin kobut və ağır şəkildə söyüş söyüb təhqir edərək alçaltmasını sübut edir. Lakin, məhkəmə bunların heç birini sübut kimi qəbul etməyib, hüquqi əsaslandırmayıb. Üzləşmədə iştirak edən şəxslərin məhkəməyə şahid qismində çağırılmasını təmin etməyib, ümumiyyətlə səs yazılarının saxta, uydurma olub-olmamasını belə müəyyən etməyib. İddia ərizəsində nöqtələrlə qeyd edilən təhqir və söyüşlərin nədən ibarət olmasını, Həmçinin, kiməsə “şərəfsizsən” deməyin təhqir olub-olmasına, ifadənin söyüş olub-olmamasına, onun ağırlıq dərəcəsinə hüquqi qiymət verilməyib. Söyüş söymək dedikdə- qaba, nalayiq, ədəbsiz təhqiredici sözlər demək başa düşülür. Söyüş insanın daxili aləminin təzahürüdür. Başqasını alçaldıcı sözlərlə təhqir edən şəxs öz eqosunu tamamlayır və qarşı tərəfi özünün yaratdığı obrazda görməyə başlayır. Söyüşlər, adətən insanların dəyər verdiyi əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni, söyüş söymək əksər insanların, toplumun əxlaq çərçivəsinə daxil edərək dəyər verdiyi şeyləri alçaltmaq, əzmək deməkdir. Söyüş söyən şəxs bilir ki, bu zaman başqa şəxslərin qarşısında qarşı tərəfin qürurunu incitmiş, şərəfini alçaltmış olur və bu halda incidilmiş şəxsdə gizli və ya açıq qəzəb, nifrət, stres, mənəvi sarsıntı yaranır. Bununla söyüş söyən şəxs qarşı tərəfi söyməklə onu incidərək öz istəyinə tez bir zamanda nail olur. Söyüş birbaşa və bilavasitə qarşı tərəfin şəxsiyyətinə yönəldilmiş təhqirdir. Təhqir etmək dedikdə - əbəssiz sözlərin leksikasında (İnvcktiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini alçaltmaqdır. Təhqir edən şəxs başqa şəxsi təhqir etdikdə 1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə qarşı tərəfi alçaldıb özünü yüksəltməyi nəzərdə tutur və bu yolla təhqir edən özünü təsdiqləmiş olur; 2. Qarşı tərəfə bu yolla birbaşa zərər vuraraq öz. apresiyasmı, qəsdini, təhqirlə ifadə edir; 3. Təhqir vasitəsilə özünü qarşı tərəfdən üstün olduğunu isbatlamış olur. Nəticədə təhqir olunan şəxsdə elə bir hiss olur ki, əvvəlcə əsəb və aqressiya, nifrət, ardınca depressiya, unudulmayan və düzəldilməsi illər sürən bir acılıq, mənəvi iztirab olur Məhəllədə, günün batmadığı vaxtda 4 nəfərdən əlavə 2 dən çox kənar şəxsin, məhəllə adamlarının aydın görə bildiyi və eşidə bildiyi yerdə şəxsin şərəf və ləyaqətinin kobutçasına və ağır şəkildə alçaldılmasını sübut edən səbəbli əlaqəni birbaşa isbat edən daha hansı sübutu iddiaçı məhkəməyə təqdim etməlidir ki, məhkəmə həmin sübutu mötəbər hesab etsin. Hesab edilməlidir ki, məhkəmə hər bir halda cavabdehin əməlinə hüquqi qiymət verməli idi. Belə ki. Azərbaycan ölkəsinin keçmişlərin varisi kimi əhalisi, kimliyindən asılı olmayaraq hər kəsin istənilən yerdə və istədiyi şəkildə tərbiyəzsiz, əxlaqsız davranışını həm hüquq müstəvisində, həm də qədimdən hazırki vaxtadək riayət edilən əxlaq normaları çərçivəsində pisləyir, tənqid edir və belə davranışla bağlı qanun müstəvisində cinayət, nizbati, mülki məsuliyyət müəyyən edir. Tərəflərin türk vətəndaşı olması, yəni əcnəbi olması onların üstün hüquqa sahib olmasını sübut etmir. Əksinə onlar vətəndaşlar və vətəndaşlığı olmayan insanlar kimi ölkənin hüquq normalarına və ümumi davranış qaydalarına, əxlaq normalarına bərabər şəkildə riayət etməyə borcludurlar. Belə davranış həm də şəxsin ölkə daxili normalarına hörmət dərəcəsini müəyyən edir. Lakin, cavabdehin əxlaqsız, qanunsuz əməlinə heç bir hüquqi qiymət verməyib. Belə nəticə çıxır ki, əgər məni və ya sizi kimsə məhəllədə və ya başqa yerdə kobut və ağır şəkildə təkrar şəkildə təhqir edib söyürsə, birbaşa həmin şəxslə istənilən formada heablaşmaq olar, hətta istənilən dərəcədə xəsarəti yetirmək olar. Məhkəməyə müraciət etmək, zaman və maddi israfdır, həmçinin ədalətsiz qiymətləndirmə ilə üzləşmək deməkdir, öncədən əxlaqsız hərəkət edən şəxsin cəzasım şəxsən icra etmək lazımdır. Belə qanunsuz, ədalətsiz məhkəmə qiymətləndirmələri səbəbindən gələcəkdə ölkənin davadalaşların, söyüşlərin, müxtəlif dərəcəli xəsarətlərin yetirildiyi xarabalıqlar diyarına çevrilməsinə səbəb olacağını dərk edən dövlət hakimiyyəti orqanlarının nümayəndələri, dövlət qulluqçuları qanunvericilikdə bu məsələlərlə bağlı çoxsaylı hüquqi normalar qəbul ediblər. Lakin, məhkəmə hu normalara və hadisəyə biganə yanaşıb. Qeyd edilməlidir ki, məsələ 2 kənar şəxsin mübahisəsindən getmir, tərəflər çox yaxın münasibətdə olub. Hətta iddiaçı üçün cavabdeh yaxın doğma qardaş, dost kimi, ailəsindən biri kimi idi. Adama mənəvi sartıntı vuran şəxslər adətən yaxın adamlar olur. Bu hal adətən gözlənilməz, anidən olur, bu halda mənəvi sarsıntı keçirən şəxs şok keçirir, nə edəcəyini bilmir, ya aqrcssiv davranış nümayiş edir, ya da sakit dayanıb sarsıntını daxilində keçirir, sonra qərar verir ki, nə etsin. Bu hal hamıya bəlli olan haldır, çünki, həyatda bir şəxs buna bənzər hadisələrlə üzləşir. Digər məsələ cavabdehin etirafları və ziddiyyətli ifadələri ilə bağlıdır. Belə ki, cavabdeh etiraf edir ki, o 2004-cü ildə işə girməsi ilə bağlı Ali Rza ilə dostunun sayəsində tanış olub və onu işə götürüb. Yəni, 2004-cü ildən tanışlıq münasibəti olub. 2019-cu ilin avqust ayında Türkiyə-Aydın- Didim vilayətində ailəsi ilə istirahətdə olduğu müddətdə X20 ailəsi ilə birlikdə onunla görüşmüşdür. İstirahətdə olduğu müddətdə gəmi ilə tur da təşkil etmişdi. "X19 Maıntenancc" MMC-yə onun tövsiyyəsi ilə işə qəbul edilib. 17.09.2019-cu ildə Bakıya gələndə onu evinə gətirib. 10 gün evində qonaq edib. Bu müddət ərzində birlikdə 5-dən çox evə baxıblar. Ən sonda o qaldığı binada ev tapmış və icarəyə götürüb. Həyat yoldaşının dişləri ilə bağlı problem var idi, diş müalicəsi alırdı. Yeni il gecəsi 3 türk ailəsi içində ən böyükləri cavabdeh olduğu üçün onun evində yığışmışlar və yeni ili qeyd etmişlər. Ali Rizanın dediyi kimi onun evində deyildilər. Həmin axşam mehriban olmuşlar. Foto şəkli iş materiallarına əlavə edib. 20 sentyabr 2019-cu ildən etibarən “iş icazəsi”ni alana qədər işi, binanı və bərabər işləyəcəyi iş yoldaşlarını tanıması üçün oriyentasiya məqsədli olaraq iş yerinə dəvət edilmiş və işə giriş tarixinə uyğun olaraq hissələrlə əmək haqqına əlavə edilib. Cavabdehin ziddiyyətli ifadələri odur ki, cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, onun Erdal Kcskenderlə heç bir münaqişəsi yoxdur və olmayıb. İşlədiyi “Orion O and M" MMC Erdal Kcskendirin çalışdığı işlərə nəzarət edir. Onun işində indiyədək bir qüsur olmamışdır. Belə olan bir halda onun işdən çıxarılması üçün Ali Rizadan istifadə etməsi sadəcə mənasızdır. X20 2018-2019-cu ci illərdə ən son işlədiyi yerdən ayrıldığı üçün tez-tez ondan iş tapmağını xahiş edirdi, maddi çətinlik çəkirdi. Tərəflər arasında məhəllədə üzləşmə 25 iyuıı 2020-ci il tarixində baş verib. İş materiallarına təqdim edilən 17 oktyabr 2020-ci il tarixli Türkiyə Sosial Siğorta Qurumu Pensiya Xidmətləri Baş İdarəsinin sorğuya cavabından görünür ki, iddiaçı uzun müddət Türkiyədə müxtəlif şirkətlərdə uzun müddət 2018-ci ildə əmək müqaviləsi ilə işləyib. Həmçinin iş materiallarına təqdim edilmiş whatsap vazışmlarından görünür ki, iddiaçı kriptovalyuta ilə peşəkar şəkildə məşğul olur. Bu işi cavabdehə yazışmalarla öyrədirdi. Yəni, iddiaçı acından ölmürdü. Rəsmi iş təcrübəsini nəzərə alaraq Türkiyədə rahat şəkildə yüksək maaşlı işdə əmək müqaviləsi ilə işləyə bilərdi. İş materiallarına təqdim edilən F.rdan Kcskendir ilə whatsap vazışmlarından görünür ki, üzləşmə yuxarıda qeyd edilən tarixdə baş verib. Üzləşmədə danışıqları hər bir tərəf mobil telefonda səs yazısına alıb. Yəni, üzləşmədə iştirak edən şəxslər bilirdilər ki, danışıqlar yazılır. Erdal Keskendir elan edir ki, cavabdeh iddiaçıya 0:20-0:23-cü, 0:35-0:48-ci, 7:35-7:42-ci, 18:25-18:30 saniyələrdə “şerefsizin tekisin, səni bura gətirdiyim günə lanet olsun, şerefsizliyindən qapına dalacam, şerefsizliyindən bitirdin” deyir. 6:20-6:30-cı və 9:00- 9:30-cı saniyələrdə “Erdal səni ona görə istəmir ki, sən mənim adamımsan”, 17:00 saniyədə “mənim uğraşdığım sənsən” deyir, 17:40-17:50 ci saniyələrdə “nah çalışıyordun” deyir. 17:50-18:00-cı saniyələrdə Erdal Kcskendir sual edir ki, madam “nah çalışırdı, niyə gətirilməsinə vasitə oldun. Niyə hayvan kimi çalışır dedin”. Cavabdeh 21:40-21:45-ci saniyələrdə iddiaçını ədəbsiz ağır tərzdə təhqir edir. 26:52-27:16-ci saniyələrdə Erdal Keskendir təkrar cavabdehə sual edir ki, “madam işləmirdi niyə tərif edirdin”, 28:14-28:48-ci saniyələrdə Erdal Keskendir cavabdehə deyir ki, “sən demişsin ki, iddiaçını toplantılara dair götürmə, 3 ayda adamın nə olduğunu anlamadım, işinə yaramırsa, göndərəlim, bu dediklərini 6 ay sonra dedin, net hatırlıyorum.” 31:00 saniyələrdə cavabdeh qarşı tərəfə “şirkəti batırmaq istəyirsiz?” deyir. 31:17-31:40 saniyələrdə Erdal Kcskendir cavabdehə sual edir “şirkətin rəhbərisiz, şantiyəyə getdikdə, çıxıb Fəridi aradız. Şantiyəvə gedib məni rəzil etdiz. Ona-buna yaxınlaşıb şantajlar açıq amma mənim burda olmağımdan kimsənin xəbəri olmasın nə deməkdir?”. Üzləşmədən aydın olur ki, 1) cavabdeh və Erdal Kcskendir arasında münaqişə var. 2) Cavabdehin yazılı etirazında iddiaçıya işlədiyi şirkətin ona ödədiyi maaşdan bəhs edilir ki, bunun cavabdehə heç bir aidiyvatı yoxdur. 3) Cavabdehin işlədiyi şirkət "xxxx" MMC Erdal Keskendirin çalışdığı işlərə nəzarət etməsi yazılı etiraf etməsi təkrar siibut edir ki, tərəfər arasında münaqişə var. Beə ki, iddiaçının işlədiyi şirkətin rəhbəri Məhəbbət Bağırovdur, Erdal Kcskendir deyildir. İddiaçı bu münaqişənin arasında qalaraq maddi və mənəvi ziyan ona vurulub. Bu sübutlardan aşkar görünür ki, iddiaçının iddiası tələbi əsaslı və tutarlıdır. Cavabdeh iddia tələbini təkzib edən əsaslı heç bir sübut məhkəməyə təqdim etməyib. Etdiyi hərəkətlərdən zərrə qədər peşman olmadığını nümayiş edib. Məhkəmə isə həqiqəti müəyyən etsə də, nədənsə həqiqəti təhrib edib iddia tələbini rədd edibdi. İddiaçı tərəfindən cavabdehin iş yeri üzrə aylıq əmək haqqısının müəyyən edilməsi üçün bankdan əmək haqqında dair bank hesabından çıxarışın alınmasına dair sübutun təmin edilməsi barədə ərizə məhkəməyə təqdim edilsə, ərizə əsaslı səbəb göstərilmədən imtina edilib. Belə ki, həmin məlumalar, cavabdehin adi sadə şəxs olmamasını, iddiaçıdan daha yüksək maaş almasını və onun hər 2 şirkətdə nüfuzunun olmasını sübut edir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinini dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qtnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, “X19 Maintenance” MMC ilə X15 arasında 30 aprel 2020-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. İşçinin aylıq əmək haqqı 6200 manat təşkil edir. İş materiallarında olan MYİ № 0******, 04.11.2019 tarixli Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası ərazisində -əmək fəaliyyəti üçün iş icasəsi 1 il müddətinə, 04.11.2019-cu il tarixdən 14.10.2020-ci il tarixədək verilib. İş materiallarında olan 17 aprel 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, işçi X1 işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiasının yayılması ilə əlaqədər ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, işçi ilə bağlanmış əmək müqaviləsi l (bir) ay müddətinə uzadılması üçün İşəgötürənə tövsiyə edilsin. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin 23.07.2020-ci il tarixli məktubundan görünür ki, sorğunuzla əlaqədar məktubda qeyd olunan X2 adına "X19 MAİNTENANCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı təqdim edirik. Müqavilənin tarixi 19.10.2019, xitamın tarixi 16.06.2020. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, “X19 Maintenance” MMC ilə X15 arasında 19 oktyabr 2020-ci il tarixli Əmək müqaviləsi bağlanmışıdır. Əmək müqaviləsinin müddəti 30 aprel 2020-ci il tarixinədək müəyyən edilmişdir. 17 aprel 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, işçi X1 işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiyasının yayılması ilə əlaqədər ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, işçi ilə bağlanmış əmək müqaviləsi l (bir) ay müddətinə uzadılması üçün işəgötürənə tövsiyə edilməsi qərara alınmışdır. AR ƏƏSMN yanında DƏMX-nin 23.07.2020-ci il tarixli məktubundan görünür ki, X2 adına "X19 MAİNTENANCE" MƏHDUD MƏSUİ İYYƏTLİ CƏMİYYƏTİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə 19.10.2019-cu il tarixli müqavilədaxil edilmiş, 16.06.2020-ci il tarixli müqavilənin xitam edilməsi barədə məlumat daxil edilmişdir. İddiaçı öz tələbini “cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olmaqla əmək müqaviləsinin xitam verilməsinə və bu səbəbdən də iddiaçının uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyanın vurulması” ilə əsaslandırır. Belə ki, bu aspektdən çıxış edərək, iddiaçı iddia edir ki, işgüzar nüfuzuna xələl gətirildiyindən ona maddi ziyan vurulmaqla yanaşı iddiaçı ilə əmək münasibətlərinə son qoyulduqdan sonra kütləvi şəkildə üzləşmədə iştirak zamanı kənar şəxslərin qarşısında ağır, ədəbsiz şəkildə təhqir edildiyindən onun mənəvi sarsıntı keçirtməsinə səbəb olmaqla mənəvi ziyan da vurulmuşdur. Göründüyü kimi tərəflər arasında ilk öncə ailə-məişət səviyyəsində yaranmış münasibətlər daha sonra iş yoldaşlığı səviyyəsinə qalxmış, bundan sonra tərəflər arasında mübahisə mövcuddur. Bu mübahisələrə görə iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzunun alçaldılmasını, bunun nəticəsində əmək müqaviləsinə xitam verilməsini, habelə daha sonra yaşayış binasının qarşısında cavabdeh tərəfindən söyüşlərlə təhqir edildiyini bildirir, yuxarıda sadalananlara əsaslanaraq 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN və ya 30.600 ABŞ əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıldığını, bundan əlavə onlar arasında əmək müqaviləsi bağlanmadığı halda bu kompensasiyanın nəyə görə ödəməli olduğunu, iddiaçının xərclədiyi 11.500 manatın təhsil haqqı kimi uşaqlarının təhsil aldıqları üçün ödənildiyini, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir aidiyyətinin olmamasını, mənəvi ziyanın ödənilməsini tələb edərkən keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməli olduğu halda sadəcə söz yığınından ibarət cümlələrlə ona mənəvi zərərin vurulmasını bildirir. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə tərəflər arasında münasibətlərin gərgin olmasına əsas yaradan halların mülahizə xarakterli olması müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı 18 səhifədən ibarət apellyasiya şikayətində qeyd etdiyi əsasları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallrında aşkar edilməmişdir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iş materiallarına əlavə edilmiş diskə (i.v. 333) istinad etsə də, məhkəmə araşdırması zamanı həmin diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, disk açılmır, bu səbəbdən də orada hər hansı bir qeydin olması sübuta yetirilmir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu baxımdan iddiaçı əldən çıxmış fayda, icarə haqqı, uşaqlarının təhsili üçün borcla ödənilən təhsil haqqı, real zərərin ödənilməsini tələb etməsini cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirərək işgüzar nüfuzuna xələl gətirildiyinə və sonda işsiz qaldığından bir sıra xərclərini borcla təmin etməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, belə olan təqdirdə, birinci instansiya məhkəməsi ilk öncə iddiaçının işgüzar nüfuzuna xələl gəlməsi məsələsini yoxlayaraq mülki mübahisəyə qiymət verməyi zəruri hesab etməkdə haqlı olmuşdur. Eyni zamanda kollegiya iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin “iddiaçının itirdiyi əmək haqqı cəmi 37.000 və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın cavabdehin qanunsuz hərəkətləri, o cümlədən təqsiri nəticəsində meydana gəldiyi sübuta yetmədiyindən həmin hissədə iddia tələbinin təmin edilməməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər”ə dair tələbi ilə bağlı kollegiyanın mövqeyi ondan ibarətdir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5590/2021
16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver