Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5590/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ İş №2(007)-5590/2022 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakları ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(007)-1513/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. 2.Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-3212/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən iddiaçı X5 cavabdeh X10 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin olunmuş, tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları X5 yanında saxlanması və uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün X7 hər ay, hər uşaqa görə 120 manat, ümumlikdə 360 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması, eləcə də xx.xx.2019cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat X7 X5 xeyrinə tutulması qət edilmişdir. 3.Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı X11 Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 onun xeyrinə yetkinlik yaşına çatmayan övladları, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019- cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaqa görə 200 manat, ümumlikdə 600 manat sabit pul məbləğində alimentin, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 eləcə də xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat ümumilikdə 800 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)- 3212/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X7 onun xeyrinə övladları, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaqa görə 120 manat, ümumlikdə 360 manat sabit pul məbləğində aliment tutulması qət edlib. Həmin vaxtdan başlayaraq cavabdeh övladlarının saxlanılması üçün heç bir maddi kömək göstərməyib.Tənha ana olduğundan övladlarının saxlanması üçün 360 manat aliment onların tələbatını ödəmir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə qeyd olunan aliment məbləği uşaqlarının heç bir tələbatının ödənilməsinə yetmir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqlarının bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki,uşaqlarının saxlanması üçün əlavə xərclərə görə aliment pulunun cavabdehdəh alınmasını və ona verilməsini istəyir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.Buna görə də o, aliment məbləğinin artırılması və əlavə xərclərin ödənilməsibarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6.Bakı şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 iyun 2022-ci il tarixli, 2(007)-1513/2022 saylı qətnaməsi ilə (hakim-Fikrət Mirzəyev) iddia qismən təmin edilərək, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-3212/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 hər ay, hər uşaqa görə 193 manat manat, ümumlikdə 579 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. 7.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 8.Cavabdeh X13 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləğinin artırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. 9.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin miqdarı müəyyən edildikdən sonra cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olduğu təqdirdə, alimentin miqdarı dəyişdirilə (artırıla) bilərdi. Lakin işə baxan məhkəmə cavabdehin maddi vəziyyətində hansı dəyişikliyin olmasını, ümumiyyətlə, alimentin miqdarının artırılmasına səbəb ola bilən halı qətnamədə müəyyən etməmişdir. Eyni zamanda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara - maddi və ya ailə vəziyyətində dəyişiklik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları 11.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, İİ Qarabağ müharibəsi iştirakçısıdır, dövlət tərəfindən ona hər ay 80 manat məbləğində pul ödənilir. Bundan əlavə o, rəsmi olaraq işaxtaran kimi qeydiyyatdadır. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı X11 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respüblikasının Konstitusiyası: 13.Maddə 17-nin İİ bəndi. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 14.Maddə 34-ün İV bəndi. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 15.Maddə 75.1 və 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 16.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 17.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 18.Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 19.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 21.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Kollegiya qeyd edir ki, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 23.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 24.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). 25.“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 26.Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 27.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılması ilə bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləği hissəsində uşaqların əvvəlki təminat səviyyəsini nəzərə alsa da, tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları tam olaraq nəzərə almamışdır. 28.Belə ki, işdən görünür ki, cavabdeh işaxtaran kimi qeydiyyatda olmaqla, hal-hazırda da işləmir. 29.Buna görə də, kollegiya hesab edir ki, qətnamə alimentin məbləği ilə bağlı hər uşağa görə 193 manat sabit pul məbləğində və cəmi məbləğin 579 manat müəyyən edilməsi hissələrində dəyişdirilməli, hər uşağa görə alimentin məbləği 150 manat, cəmi məbləğ 450 manat müəyyən edilməlidir. 30.Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, alimentin məbləğində qeyd olunan qaydada dəyişikliyin edilməsini uşaqların maraqlarına uyğun məqsədə müvafiq hesab edir. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(007)-1513/2022 saylı qətnaməsi mübahisələndirilən-alimentin məbləğinin hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi məbləğin 579 (beş yüz yetmiş doqquz) manat müəyyən edilməsi hissələrində dəyişdirilsin, hər uşağa görə alimentin məbləği 150 (yüz əlli) manat, cəmi məbləğ 450 (dörd yüz əlli) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev