Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5590/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(002)-211/2023 saylı qərardadından cavabdeh Atakişiyeva Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Atakişiyeva Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 (on yeddi min beş yüz) manat əsas borcun, 2625 (ikimin altı yüz iyirmi beş) manat faiz borcun, cəmi 20125 (iyirmi min yüz iyirmi beş) manat pulun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Atakişiyeva Cavabdeh İddiaçı xeyrinə 17500 (on yeddi min beş yüz) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1167 (bir min bir yüz altmış yeddi) manat faiz borcu olmaqla cəmi 18667 (on səkkiz min altı yüz altmış yeddi) manat məbləğində borc pul tutulması və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 146 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi qət edilmişdir. Cavabdeh Atakişiyeva Cavabdeh həmin qətnamədən xx.xx.2023-ci il tarixdə şikayət verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsindən şikayət vermiş, eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qətnamənin surəti ona rəsmi poçt vasitəsilə göndərilsə də, həmin məktub ona təqdim edilməmiş, onun yerinə xəbərnaməyə "Atakişiyeva B" qeyd edilərək təhvil alınmışdır. Bunu poçt şöbəsinin işçisi də etiraf edir ki, həmin məktub ona təqdim edilməmişdir. Ona qətnamənin surəti rəsmi qaydada müraciət edəndən sonra xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə tərəfindən ona göndərilmiş qətnamənin kimin tərəfindən alınması ona aydın deyildir və qətnamədən onun xəbəri olmamışdır. Həmin qətnamənin qəbul olunmasından müəyyən vaxt keçsə də apellyasiya şikayəti verərək hüquqlarımın müdafiəsini həyata keçirmək istəyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-211/2023 qərardadı ilə cavabdeh Atakişiyeva Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-211/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Atakişiyeva Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-211/2023 qərardadından verilmiş şikayət həmin məhkəmənin 10 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tam araşdırma aparmadan onun ərizəsini təmin etməmişdir. Bildirir ki, xx.xx.2023-cü il tarixli qətnamənin surəti ona rəsmi poçt vasitəsilə göndərilsə də, həmin məktub ona təqdim edilməmiş, onun yerinə xəbərnaməyə “Atakişiyeva B” qeyd edilərək təhvil alınmışdır. Bunu poçt şöbəsinin işçisi də etiraf edir ki, həmin məktub ona təqdim edilməmişdir. Ona qətnaməin surəti rəsmi qaydada müraciət edəndən sonra xx.xx.2023cü il tarixdə təqdim edilmişdir. Məhkəmə tərəfindən ona göndərilmiş qətnamənin kimin tərəfindən alınması ona aydın deyildir və qətnamədən onun xəbəri olmamışdır. Həmin qətnamənin qəbul olunmasından müəyyən vaxt keçsə də, apellyasiya şikayəti verərək hüquqlarının müdafiəsini həyata keçirmək istəyir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul.2023-cü il tarixli 2(002)-211/2023 qərardadı ləğv edilməli, iş materialları hərtərəfli araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi (məktubu) ilə cavabdehin ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə “Atakişiyeva.B” qeydi ilə təhvil alınmışdır. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının müvafiq məhkəmə qətnaməsini rəsmi qaydada təhvil aldığı gündən 30 gün müddətində şikayət vermək hüququna malik olduğu halda, onun tərəfindən həmin prosessual müddət ötürülmüşdür. İş materiallarında olan vəkil sorğusu əsasənda əldə edilmiş "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 28 avqust 2023-cü il tarixli, PF-2-2/86 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Atakişiyeva Cavabdeh adına gəlmiş, SS845743084AZ saylı sifarişli xəbərnaməli məktubu AZ1083 saylı şöbənin müdürü tərəfindən verilən yazılı məlumata əsasən poştalyon tərəfindən həmin ünvana aparılmış, lakin, vətəndaş Atakişiyeva Cavabdeh evdə olmadığı üçün onun ailə üzvünə (az yaşlı oğul övladına) təhvil verilmişdir. Bu da poçt rabitə qaydalarına zidd olduğu üçün poçtalyona intizam tənbehi olaraq töhmət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. "xxxx" MMC-nin qeyd olunan məktubundan göründüyü kimi məhkəmə qətnaməsi prosessual qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehin yektinlik yaşına çatmayan ailə üzvünə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazrıda işə yazılı icraat qaydasında baxıldığından, işin hərtərəfli araşdırılması, tərəflərin dinlənilməsi mümkün olmadığından, birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə poçt işçisini dinləməklə, prosessual müddətin keçirilməsinin həqiqətən üzürlü səbəblərdən baş verib-verməməsinə aydınlıq gətirməsinə zərurət vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul.2023-cü il tarixli 2(002)-211/2023 qərardadı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(002)-211/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Atakişiyeva Cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Atakişiyeva Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(002)-211/2023 qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-211/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Atakişiyeva Cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5590/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5590/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver