Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5592/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi x4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 136/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi x5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və x2 Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi və gələcəkdə qarşısının alınması tələbinə dair” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 25, 36 saylımənzildən həmin evin onlara məxsus olan 34 və 51 saylı mənzillərinə su sızması nəticəsində dəymiş zərərə görə cavabdehdən hər birinin xeyrinə 600 manat məbləğində pulun tutulması, mənzilində olan qüsurların aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh səhlənkarlığı nəticəsində son 2 ildir ki, mənzillərinə su axıdılır. Belə ki, Cavabdeh yuxarı mərtəbədə yerləşən mənzildə yaşayır. Dəfələrlə mənzillərə su axıdılması halları baş vermişdir. Qonşuluq naminə onunla söhbətlər aparmış və məsələni öz aralarında həll etmək istəsələr də, nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh mənzilindən onların mənzillərinə su axıdılaraq ziyan vurulması ilə əlaqədar 91 saylı MKİS-in sahə nəzarətçisinin iştirakı ilə baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli akt tərtib olunmuşdur. Hər birinə ayrı-ayrılıqda təqribən 600 manat ziyan dəymişdir. Daha sonra iddiaçı x2 iddianın ona aid hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-136/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyana görə 600 (altı yüz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 25 saylı evin 36 saylı mənzilinin su və kanalizasiya borularında olan qüsurların aradan qaldırılması vəzifəsinin qoyulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi x5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert qismən, məhkəmə isə tam olaraq ehtimallar əsasında 34 saylı mənzilə 36 saylı mənzildə su sızması nəticəsində gəlmişdir. Bununla belə dəymiş ziyan 605 manat dəyərində qiymətləndirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş göstərilmiş xidmətlərin təhvil təslim aktını qəbul etməmiş, ekspertizanın rəyinin vacib olduğu bildirmiş, ekspertiza rəyində isə ziyanın konkret olaraq onlara məxsus olan mənzildən dəydiyinin aşkar edilə bilmədiyi göstərimiş olsa da, məhkəmə özü ekspert rəyini şərh edərək qərara almışdır ki, zərər anlara məxsus olan 36 saylı mənzildən dəymişdir. Həmçinin diqqət yetrilməsi gərəkən digər hal isə vurulmuş ziyanın məbləği ilə bağlıdır ki, 34 saylı mənzilə dəymiş ziyanın məbləği ilə də razı deyil. Belə ki, həmin mənzilə dəymiş ziyanın da müyyən edilməsi, həmçinin 34 saylı mənzilə 36 saylı mənzildən su sızıb sızmadığını, həmçinin 53 saylı mənzilə baxış keçirilməsini (çünki 34 saylı mənzilə suyun 53 saylı mənzildən də sızması mümkündür) müəyyən etmək üçün təkrar ekspertizanın keçirilməsi zəruridir. Beləliklə birinci instansiya məhkəməsi maddi hüquq normalarının və ya prosessual hüquq normaları pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənCavabdeh nümayəndəsi x5 apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qətnamə razıdır və apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-136/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki,Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 25, 34 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına 926 nömrəli reyestr kitabının 85978 nömrəli səhifəsində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayonu 91 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktından görünür ki, İddiaçı ərizəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 25, 34 saylı mənzilə baxış keçirilərkən həmin binanın 36-cı mənzilindən baxış keçirilən mənzilə su axıdılması nəticəsində mənzilin hamamına və mətbəxinə su sızması nəticəsində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdeh dəfələrlə bu barədə xəbərdarlıqedilmiş, lakin heç bir nəticəsi olmamışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 16138 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 25 saylı evin 34-cü mənzilinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid oldıığu müəyyən edilmişdir. Mənziilərin planlı yerləşməsini, 34 saylı mənzilin üst mərtəbəsində 36 saylı mənzilin yerləşdiyini və aktın göstəricilərini nəzərə alaraq 34 saylı mənzilə 36 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Lakin faktiki olaraq baxış zamanı! susızması müşahidə edilmədiyindən, o cümlədən su və kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində hər hansı nasazlıq müşahidə olunmadığını, sanitar qovşağında quraşdırılmış kommunikasiya xətləri (su, kanalizasiya, boru xətləri) gizii (malaltı) şəkildə olduğundan iddiaçının mənzilinə su sızmanın konkret olaraq hansı texniki səbəblərdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Smeta üzrə aparılmış hesablamalar nəticəsində, tədqiq olunan mənzilin susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 605 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Həmçinin o da qeyd olunmalıdır ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 25, 34 saylı mənzilə yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus 36 saylı mənzildən su axması faktı müəyyən olunmuşdur. Birinci innstansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilərək cavabdehdən dəymiş maddi ziyana görə 600 manat tutularaq İddiaçı ödənilməli və cavabdehin üzərinə öz mənzilində su və kanalizasiya xətlərində olan nasazlıqların aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin cavabdeh apellyasiya şikayətində iş üzrə təyin edilmiş ekspert rəyi ilə razı olmadığını qeyd etsə də, ekspert rəyinin mötəbərliyini təkzib edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsaslı sayıla və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-136/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi x4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-136/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5592/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5592/2020
22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver