Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5599/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-793/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 4200,42 manat, faiz borcuna görə 6,60 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-793/2021 saylı qərardadı ilə (hakim Pərviz Zamanlı) iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadının ləğv olunması, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-793/2021 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadının şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh şikayətə etiraz edərək, kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsini, ödənişləri həyata keçirməsini, iddiaçının nümayəndəsinin heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsini, birinci instansiya məhkəməsinin haqlı olaraq iddia ərizəsini baxılmamış saxlanmasını və s. göstərərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə əlaqədar iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kolelgiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-793/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Görnüdüyü kimi, iddiaçı məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi halda məhkəmə ərizənin baxılmamış saxlanması barəsdə qərardadını ləğv edir. İddiaçı isə nümayəndəsinin məhkəmə iclasına üzrlü səbəblərdən gəlməməsi ilə bağlı ərizəsinə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ərizəsində iş yükünün çoxluğu səbəbindən nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini göstərsə də, həmin hal özü-özlüyündə üzrlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iddiaçıya izah edilməlidir ki, onun müvafiq tələblə yenidən ümumi əsaslarla məhkəmə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-793/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)- 793/2021 saylı qərardadı dəyişdirilmədən saxlınılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5599/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5599/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver