Məhkəmə qərarları › İş №2(103)-560/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-560/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-560/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Qaradağ Rayon Məhkəməsi tərəfindən 21.07.2011-ci il tarixli 2(002)- 885/11 saylı qətnaməsindən Cavabdeh nümayəndəsinin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbə pulunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsi tərəfindən 21.07.2011 -ci il tarixli saylı qətnamə ilə iddia qismən təmin edilmişdir. Cavabdeh nümayəndəsi X3 tərəfindən 21.07.2011-ci il tarixli qətnamədən apelyasiya şikayəti verilmiş Qaradağ Rayon Məhkəməsi tərəfindən 21.07.2011-ci il tarixli saylı qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətindən imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətindən imtina barədə ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığım nəzərə alıb hesab edir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsi tərəfindən 21.07.2011-ci il tarixli 2(002)-885/11 saylı qətnaməsindən Cavabdeh nümayəndəsinin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC “Bank Standard” KB'-nin Cavabdeh qarşı “kredit borcunu ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsi tərəfindən 21.07.2011ci il tarixli 2(002)-885/11 saylı qətnaməsindən Cavabdeh nümayəndəsinin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar