Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-560/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-849/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 41750 manat məbləğində pulun və 244 manat 50 qəpik ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ-nə ərizə ilə müraciət edərək Cavabdeh1 və onun arvadı Cavabdeh2 tərəfindən aldadılaraq 40000 manatının ələ keçirilməsi barədə məlumat vermiş, cinayət barədə məlumat ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə göndərilmiş və araşdırma aparılmışdır. Ərizə və izahatında göstərmişdir ki, satıcı işlədiyi dükanda Cavabdeh1 və Cavabdeh2 ilə tanış olub və münasibətləri yaranmağa başladı. Bundan istifadə edən Cavabdeh1 ona Ədliyyə Nazirliyinin istintaq şöbəsində işlədiyini iş yerini dəyişmək üçün 17000 manat lazım olduğunu bildirərək borc verməsini xahiş etmişdir. Ona inanaraq işlədiyi AK.H.Əliyev küçəsi 69 ünvanda yerləşən mağazada 17000 manatı Cavabdeh1 vermişdir. Bir müddətdən sonra Cavabdeh1 yenidən işlədiyi mağazaya gəlmiş və ona verdiyi 17000 manatın kifayət etməməsini bildirib əlavə 9000 manat borc istəmişdir. 15 gün sonra dükanda ona əlavə olaraq 9000 manat da pul vermişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh1 arvadı Cavabdeh2 dükana gələrək özünün Təhsil Nazirliyinə, oğlunun isə DTX-nın akademiyasına qəbul olunması üçün pul lazım olduğunu bildirərək 20500 manat borc istəmişdir. Onlara inanaraq həmin məbləğdə pulu işlədiyi dükanda ona vermişdir. Bir müddət keçmiş təsadüfən Aynurun anası ilə görüşüb Aynurun Təhsil Nazirliyinə işə qəbul olub-olmaması ilə maraqlananda anası Aynurun işə düzəlməsinin yalan məlumat olduğunu demişdir. Ona görə də Şahmurad və Aynurun yalan danışmamaları səbəbindən verdiyi pulların onlardan geri alınmasını tələb etməyə başlayıb. Cavabdeh2 iki dəfəyə ona 8350 manat qaytarsa da, qalan 42500 manatı isə qaytarmaqdan imtina etdi. Barələrində şikayət olunan şəxslər ondan borc almalarını etiraf etsələr də, pulun miqdarını təsdiq etməmişlər. Cavabdeh1 göstərmişdir ki, işlərinə görə ondan aylıq 10 faiz ödəmək şərti ilə cəmi 9100 manat borc almış və hər ay 910 manat olmaqla cəmi 13 ay müddətinə borcun 10 faizini 910 manatını ödəmiş, əsas borcu isə ödənilməmiş qalmışdır. Arvadı Cavabdeh2 isə əlavə 4000 manat artıq qaytarmaq şərti ilə ondan 2 ay müddətinə 13500 manat borc almış və 8500 manatı hissə- hissə qaytarmışdır. Hazırda özünün 9100 manat, arvadı Aynurun isə 5500 manat borcu qalmışdır. Özünün borc aldığı 9100 manatın faizlərini ödəyə bilmədiyi üçün əlavə 8500 manat faiz borcu da yaranmışdır. Borcu qaytarmaq imkanı olmamasını görən şikayətçi, ona başqa şəxsdən kreditlə pul götürəcəyini və 8500 manatı bağlayacağını Şahmuradın hər ay həmin şəxsə 572 manat ödəməyi təklif etmişdir. Şahmurad Sultanov razılaşmış və 17 ay ərzində ona 9724 manat ödəmişdir. 2022-ci ilin iyun ayında övladının tibbi əməliyyat olunması ilə bağlı 5000 manat tələb olunduğundan yenidən borca pul istəmişdir. 10000 manat alıb Şahmurad Sultanovun 9100 manatdan yaranan 4550 manat faiz borcunu bağlayacağını və qalan 5000 manatı isə ona verəcəyini bildirmişdi. Bu səbəbdən borc artmış və razılaşmalara görə hər ay 1072 manat faiz borcu ödəməyə başlamışdır. 2022-ci ilin noyabr ayında Aynur iş qurmaq məqsədi ilə ondan 13500 manat 2 ay müddətinə 4000 manat əlavə qaytarmaq şərti ilə borc almış və dekabr ayında ona həmin məbləğdən 8350 manat qaytarmışlar. Bununla da aparılmış araşdırma zamanı cavabdehlərin ona müştərək qaydada 41750 manat borclu olmaları təsdiq edilmişdir. Ona görə də Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 10 may 2023-cü il tarixli qərarı ilə əmlakının aldatma yolu ilə ələ keçirilmə şikayəti ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 xx.xx.2021- ci il tarixli öz xətti ilə ona yazdığı borc müqaviləsində qeyd etmişdir: "Mən Cavabdeh1 X1 13728 manat borc aldım və 572 manat hər ay olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə". xx.xx.2022-ci il tarixli öz xətti ilə yazdığı müqaviləsində qeyd etmişdir: "Mən Cavabdeh1 X1 17000 manat borc aldım, hissə-hissə qaytarmaq şərt ilə 24 aya borc bağlanmalıdır. 14 ay 500 manat hər ay. 10 ay 1000 manat ayda".
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-849/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 33818 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 191 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 442, 448.1, 739.1, 739.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmış olduğunun sübut edilməsinə ehtiyac yoxdur; tərəflər işin qeyd edilən halını mübahisələndirməmişlər, o cümlədən işin bu halı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əl yazıları və Bakı şəhəri Nərimanov RPİ- nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı verilmiş izahatlarla da təsdiq olunur.Tərəflər arasındakı mübahisə, cavabdehlərə borc olaraq verilən pulun və qalıq borcun məbləği ilə bağlıdır. İddiaçı özünün iddiasında əvvəlcə 17000 manat, sonradan 9000 manat pulu Cavabdeh1, Cavabdeh2 isə 20500 manat pul verdiyini, bundan 8350 manat qaytarıldığını, qalan 41750 manat məbləğində pulun isə ona ödənilmədiyini iddia etmiş, onun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) isə izahatında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əl yazmalarına istinadən borc kimi verilən məbləğlərin məhz 13728 manat və 17000 manat göstərmişdir. Cavabdehlərin mövqeyinə görə isə, Cavabdeh1 iddiaçıdan aldığı 9000 manata görə faiz də nəzərə alınmaqla 13728 manat, 5000 manata görə faizlə birlikdə 17000 manat borcları yaranmış, o cümlədən Cavabdeh2 iş qurmaq məqsədilə iddiaçıdan 13500 manat götürmüşlər. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əl yazıları ilə Cavabdeh1 iddiaçıdan müvafiq olaraq 13728 manat və 17000 manat borc aldığı müəyyən olunmuş, Cavabdeh1 alınan borcun 9000 manat və 5000 manat olduğunu, 13728 manat və 17000 manat borc məbləğlərinin isə faizlər nəzərə alınmaqla hesablandığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı cavabdehlər, Cavabdeh2 iş qurmaq məqsədilə iddiaçıdan 13500 manat alındığını da etiraf etməkdədirlər. Göstərilənlərə əsasən, iddiaçının cavabdehlərə vermiş olduğu borcun 44228 (13728 + 17000 + 13500) manat məbləğində olduğu qəbul edilməlidir.Qalıq borcun məbləğinə gəldikdə isə, iddiaçı cavabdehlərə vermiş olduğu borcdan Cavabdeh2 tərəfindən ümumilikdə 8.350 manat qaytarıldığını etiraf etmiş, cavabdehlər isə, iddiaçının kart hesabına və onun kredit borcuna ödənişlər etdiklərinə dair qəbzlər təqdim etmişlər. İddiaçının nümayəndəsi (vəkili) sözügedən qəbzlərdə göstərilən ödənişlərin cavabdehlər tərəfindən həyata keçirildiyini mübahisələndirməmişdir. Həmin qəbzlər üzrə ödənişlərin ümumi məbləği 2060 manat təşkil edir. Həmin məbləğlər nəzərə alındıqda, qalıq borcun 33818 manat məbləğində olduğu qəbul edilməlidir. məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşlar. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər və öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Bu mənada məhkəmənin fikrincə, iddia qismən əsaslıdır və cavabdehlərdən 33818 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, cavabdehlər rəsmi nikahdadırlar və cinayət işində iddiaçıdan götürülən pul məbləğinin onların birgə təssüfatlarının idarə olunmasına (övladlarının müalicəsinə, iş qurulmasına və s.) xərclənmiş olduğunu etiraf etmişlər.
4. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: İddiaçı Şahmurad və Aynur Soltanovların onu aldadaraq 40000 manat pulunu ələ keçirmələrinə dair şikayəti Bakı şəhəri Nərimanov RPİ-də araşdırılmış, bununla belə mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinərək cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur;- Həmin araşdırma zamanı izahatı alınan İddiaçı (hazırkı iş üzrə iddiaçı) bildirmişdir ki, Cavabdeh1 və onun arvadı Cavabdeh2 ilə satıcı işlədiyi mağazada tanış olmuşdur, həmçinin onlarla qonşudur. 2022-ci ilin yay aylarında aralarında yaranan münasibət zamanı Şahmurad Ədliyyə Nazirliyinin istintaq şöbəsində işlədiyini demiş, iş yerini dəyişmək üçün ondan 17000 manat pul istəmişdir. İş yerini dəyişdikdən sonra pulunu qaytaracağını bildirmişdir. İnanaraq işlədiyi mağazada 17000 manat pulu ona vermişdir. Bir müddət sonra Şahmurad mağazaya gələrək həmin pulun kifayət etmədiyini, əlavə olaraq 9000 manat pul lazım olduğunu bildirmiş, yenə də ona inanaraq 9000 manat pulu təxminən 15 gün sonra həmin mağazada Şahmurada vermişdir. 2022-ci ilin dekabr ayında Şahmuradın arvadı Cavabdeh2 mağazaya gələrək təhsil nazirliyinə işə düzəlmək istədiyini, oğlunun isə Daxili Təhlükəsizlik Xidməti akademiyasına sənəd vermək istədiyini və buna görə 20.500 manat pul lazım olduğunu bildirmiş, inanıb həmin pulu yenə mağazada Cavabdeh2 vermişdir. Həmin vaxt Aynur xahiş etmişdir ki, bu söhbətin əri Şahmurada heç bir aidiyyəti yoxdur, həmin pulu özü qaytaracaqdır. Lakin bir müddət sonra Aynurun anası ilə təsadüfən rastlaşdıqda qızı Aynurun təhsil nazirliyinə işə düzəlib-düzəlməməsi barədə soruşduqda, anası bildirmişdir ki, qızı heç bir yerə işlə düzəlmir, deyilənlər yalandır. Bundan sonra Şahmurad və arvadı Aynur tərəfindən dələduzluq yolu ilə aldadıldığını bilmişdir. Dəfələrlə onlarla görüşüb verdiyi pulları geri tələb etsə də, Aynur iki dəfə olmaqla 3500 manat və bir dəfə də 4850 manat, ümumilikdə isə 8.350 manat pulu qaytarmışdır. Lakin digər hissəni, yəni 42.500 manat pulu müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırırlar. Həmin pulların bir hissəsini lombarda qızıl qoyub götürmüş, Aynur isə həmin qızıla görə üzərinə gələn faizi hər ay ödəməyi söz vermişdir;- Həmin araşdırma zamanı izahatı alınan Cavabdeh1 (hazırkı iş üzrə cavabdeh) bildirmişdir ki, İddiaçı təxminən 13 ilə yaxındır ki, tanıyır. Yaşadığı mənzilin yaxınlığında dükan işlədir. 2019cu ilin yay aylarında 9000 min manat pula ehtiyacı yarandığından faizlə borc götürmək qərarına gəlmiş, İddiaçı faizə pul verdiyini bildiyindən ona müraciət etmiş, İddiaçı həmin pulu ayı 10 faizlə verə biləcəyini bildirmişdir. Razılaşaraq 9.000 manat pulu almış, lakin dükana olan 100 manat borcu da nəzərə alınmaqla borc məbləği kimi 9.100 manat nəzərə alınmışdır. Həmin borca görə, aylıq 910 manat faiz ödəməli olmuş, təxminən 13-14 ay 910 manat faiz pul ödəmiş, lakin ana məbləğ kimi 9100 manat yerində qalmışdır. Sonrakı aylarda həmin məbləğin faizini, yəni 910 manatı tam ödəyə bilməmişdir. Faizdən kəsir qaldığı üçün əlavə olaraq 8500 manat pul yığılmışdır. Bundan sonra Solmaz təklif etmişdir ki, həmin faizə görə yığılan 8.500 manat pulu tam ödəmək üçün bir tanışından 24 aylığına kredit kimi götürəcəkdir, o isə, hər ay 572 manat ödəməklə 8.500 manatı bağlamalıdır. O bildirmişdir ki, 9.100 manatı tam ödəyəcəkdir. Yəni həmin 9.100 manat pulun faizi 5 ay sonra dondurulmuşdur. Həmin 5 ay ərzində 4550 manat faiz borcu yaranmışdı. 8500 manat pula görə Solmaza hər ay 572 manat ödəməli olmuşdur. Həmin anlaşma 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilik noyabr ayına kimi davam etmişdir. Ümumilikdə 13728 manat pul ödəməli idi. 17 ay 572 manatdan cəmi, 9724 manat pul ödəmişdir. 2022-ci ilin iyun ayında uşağının əməliyyatı üçün pul lazım olduğundan Solmazdan 5000 manat pul istəmiş, Solmaz isə bir nəfərdən 10.000 manat pul götürəcəyini, bununla 9.100 manatdan yığılan 4550 faiz borcunu bağlayacağını, ona isə 5000 manat verəcəyini demişdir. Həmin 10.000 manata əlavə olaraq 7.000 min manat pul gəlmiş, həmin borca görə ayda 500 manat olmaqla ödəməli olmuşdur. Beləliklə Solmaza hər ay 1072 manat pul ödəməyə başlamışdır. 7 ay 1072 manat pul ödəmişdir. 2022-ci ilin noyabr ayında arvadı Aynura işqurmaq məqsədi ilə 13500 manat pul lazım olduğu üçün Solmazdan 2 aylıq əlavə üzərində 4.000 manat qaytarmaq şərti ilə pul götürmüşlər. 2022- ci ilin dekabr ayında Solmaza həmin puldan 8350 manat pul qaytarmışlar. Qalıq olaraq 13550 manata görə əlavə 5150 manat və əlavə 4000 manat olmaqla 9150 manat qalmışdır. Solmaz bildirmişdir ki, yerdə qalan 9150 manata ayda 750 manat ödənilməlidir. O isə bildirmişdir ki, artıq faizləri hesablamaqla onun 9100 manat ana məbləğdən borcu və arvadının isə 13500 manatdan qalıq qalan 5150 manat ana borcu olmaqla ümumilikdə 14250 manat borcları vardır və ayda 500 manat ödəməklə həmin borcu qurtara bilər. Lakin Solmaz bununla razılaşmamış, 9100, 9150, 4000, 13500 və əlavə olaraq 6000 manat olmaqla ümumilikdə 41750 manat pul istəmişdir;- Həmin araşdırma üzrə Cavabdeh2 yazılı izahatından görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayında 13500 manat borc istəmişdir. Solmaz həmin məbləği 4000 manat əlavə qaytarmaq şərti ilə 2 ay müddətinə verməyə razılaşmışdır. Həmin pulu Təhsil Nazirliyinə işə girmək və oğlunu DTX-nin Akademiyasına düzəltmək adı ilə almamışdır. Repititorluqla məşğul olduğundan kurs açmaq istəmiş və pulu bu məqsədlə almışdır. Aldığı 13500 manatdan 4850 manat və 3500 manatı qaytarmış, əsas borcdan 5150 manat və faiz borcundan 4000 manatı qalmışdır. Həmin məbləği qaytara bilməyəndə Solmaz Verdiyevə əsas borcu, yəni 5150 manatı ayda 350 manat olmaqla qaytarmağı təklif etmiş, eyni zamanda bildirmişdir ki, tanışlarından kimsə 6000 manat verib faizi bağladığından onun faiz borcu 6000 manat təşkil edir və həmin faiz borcunu bağlamaq üçün hər ay 400 manat verməlidir. Bununla razılaşmadığından aralarında narazılıq yaranmışdır;- Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanıldığı göstərilən və borc müqaviləsi adlandırılan əl yazısında qeyd edilmişdir ki, o, İddiaçı Hüseynəli qızından 572 manat hər ay olmaqla, 24 ay ərzində qaytarmaq şərti ilə 13728 manat borc almışdır;- Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanıldığı göstərilən və müqavilə adlandırılan əl yazısında qeyd edilmişdir ki, o, İddiaçı Hüseynəli qızından 24 ay ərzində hissə-hissə qaytararaq bağlamaq şərti ilə (14 ay hər ay 500 manat, 10 ay hər ay 1000 manat) 17000 manat borc almışdır;- İş materiallarından aydın olur ki, iddiaçı müxtəlif kredit təşkilatlarından müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə kreditlər götürmüşdür;- 13389 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 110 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür;- 29108 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 50 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür.29666 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 100 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür.27884 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 100 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür.19067 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür.5801 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür.31341 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.113 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.4439 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.1998 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.29435 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə emanat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.3259 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.29647 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.10034 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.2481 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir.19727 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə emanat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-849/2024 saylı, 19 iyul 2024-cü il tarixli qətnaməsinin iddianın qismən təmin edildiyi hissəsində ləğv edilməsini, iddianın 20168 manat məbləğinə nisbətdə tutulmasının təmin olunması və Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxs olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1; Mülki Prosessual Məcəlləsinin 54-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı şikayəti üzrə iş Nərimanov RPİ-də araşdırılarkən həmin araşdırma zamanı izahatı alınan Cavabdeh1 (hazırkı iş üzrə cavabdeh) bildirmişdir ki, İddiaçı təxminən 13 ilə yaxındır ki, tanıyır. Yaşadığı mənzilin yaxınlığında dükan işlədir. 2019 cu ilin yay aylarında 9000 min manat pula ehtiyacı yarandığından faizlə borc götürmək qərarına gəlmiş, İddiaçı faizə pul verdiyini bildiyindən ona müraciət etmiş, İddiaçı həmin pulu ayı 10 faizlə verə biləcəyini bildirmişdir. Razılaşaraq 9000 manat pulu almış, lakin dükana olan 100 manat borcu da nəzərə alınmaqla borc məbləği kimi 9.100 manat nəzərə alınmışdır. Həmin borca görə, aylıq 910 manat faiz ödəməli olmuş, təxminən 13-14 ay 910 manat faiz pul ödəmiş, lakin ana məbləğ kimi 9100 manat yerində qalmışdır. Sonrakı aylarda həmin məbləğin faizini, yəni 910 manatı tam ödəyə bilməmişdir. Faizdən kəsir qaldığı üçün əlavə olaraq 8500 manat pul yığılmışdır. Bundan sonra Solmaz təklif etmişdir ki, həmin faizə görə yığılan 8.500 manat pulu tam ödəmək üçün bir tanışından 24 aylığına kredit kimi götürəcəkdir, o isə, hər ay 572 manat ödəməklə 8.500 manatı bağlamalıdır. O bildirmişdir ki, 9.100 manatı tam ödəyəcəkdir. Yəni həmin 9.100 manat pulun faizi 5 ay sonra dondurulmuşdur. Həmin 5 ay ərzində 4550 manat faiz borcu yaranmışdı. 8500 manat pula görə Solmaza hər ay 572 manat ödəməli olmuşdur. Həmin anlaşma 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilik noyabr ayına kimi davam etmişdir. Ümumilikdə 13728 manat pul ödəməli idi. 17 ay 572 manatdan cəmi, 9724 manat pul ödəmişdir. 2022-ci ilin iyun ayında uşağının əməliyyatı üçün pul lazım olduğundan Solmazdan 5000 manat pul istəmiş, Solmaz isə bir nəfərdən 10.000 manat pul götürəcəyini, bununla 9.100 manatdan yığılan 4550 faiz borcunu bağlayacağını, ona isə 5000 manat verəcəyini demişdir. Həmin 10.000 manata əlavə olaraq 7.000 min manat pul gəlmiş, həmin borca görə ayda 500 manat olmaqla ödəməli olmuşdur. Beləliklə Solmaza hər ay 1072 manat pul ödəməyə başlamışdır. 7 ay 1072 manat pul ödəmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanıldığı göstərilən və borc müqaviləsi adlandırılan əl yazısında qeyd edilmişdir ki, o, İddiaçı Hüseynəli qızından 572 manat hər ay olmaqla, 24 ay ərzində qaytarmaq şərti ilə 13728 manat borc almışdır.Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanıldığı göstərilən və müqavilə adlandırılan əl yazısında qeyd edilmişdir ki, o, İddiaçı Hüseynəli qızından 24 ay ərzində hissə-hissə qaytararaq bağlamaq şərti ilə (14 ay hər ay 500 manat, 10 ay hər ay 1000 manat) 17000 manat borc almışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli borc müqaviləsi adlandırlan əl yazmalara diqqət etdikdə açıq- aydın görmək olar ki, borc müqaviləsi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. Lakin, buna baxmayaraq İddiaçı məhkəməyə iddia qaldırarkən cavabdeh qismində Cavabdeh1 savayı Cavabdeh2da qoymuşdur. Bu səbəbdən hesab edir ki, Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxsdir. Məhkəmə tərəfindən isə bu nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi Vəkil2 Kamran oğlu apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh1 iddiaçıdan ilkin olaraq faizə 9000 manat borca pul götürdüyünü, lakin ödənişləri vaxtında iddiaçıya ödəyə bilmədiyini, yenidən tərəflər arasında ödənilə bilməyən məbləğ və gecikdirilmiş faiz məbləği də hesablanaraq qəbz formasında müqavilə bağlandığını, həmin qəbzdə də cavabdehin aybaay iddiaçıya ödəməli olduğu məbləğlərin qeyd edildiyini, sonradan polis orqanında bu məsələlər araşdırılarkən tərəflərin fərqli-fərqli izahatlar yazdığını,hazırda isə iddianı qismən qəbul etdiklərini, digər cavabdehin isə Cavabdeh1 həyat yoldaşı olduğunu, birinci instansiya məhkəməsində səs yazılarına qulaq asarkən iddiaçıdan Cavabdeh2 həyat yoldaşından xəbərsiz 5500 manat borc aldığının məlum olduğunu, lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin müştərək qaydada aldıqları borclardan artıq məbləğin iddiaçıya ödənilməsinin qət edildiyini, məhz bundan narazı qaldıqları üçün apellyasiya şikayəti verdiklərini, hazırda Cavabdeh1 münasibətdə özünün də etiraf etdiyi 21000 manat məbləğin iddiaçı ödəməyə hazır olduqlarını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin , 385-390, 442, 443, 739; Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Cavabdehlər apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını, sadəcə olaraq yığılmış faizlərə görə tərtib edilmiş qəbzlərdə məbləğin çox qeyd edildiyini bildirsələr də, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdirlər. Digər tərəfdən apellyasiya şikayətində qeyd edilən digər Cavabdeh2 Şahmurad qızının adının cavabdeh siyahısından çıxarılması ilə bağlı arqumentə münasibətdə isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində Cavabdeh2 iddiaçıdan borc alması, artıq onun özü tərəfindən qəbul edilmişdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
11. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-849/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.