Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5609/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı "borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi və məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh - X1 140000 pul alınaraq , iddiaçı - İddiaçı ödənilməsi və ipoteka müqaviləsi əsasında 140000 manat borcun ipoteka predmeti olan mənzilin məcburi qaydada hərraca çıxarılıb, satılaraq ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 140000 manat borc və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77, mənzil 97 tutma yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı olan borcun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X4 qaytarılması qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 550/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi sənədlərə əsasən Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8i/8 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırlması (səh.161) və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29009)-550/2020- 012 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra sənədi üzrə icraatın dayamdırılması (səh.164) qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 13.4, 13.5, 261.0.1, 261.0.2, 261.0.3 və 261.0.9-cu maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi, iş üzrə icraata xitam verilməklə, ləğv edilməlidir. Belə ki, eyni tərəflər arasında eyni predmet üzrə icra mərhələsində olan notariusun icra qeydinin olması mübahisənin (hüquqların təsdiqi və ya müdafiəsi üçün əsasların) olmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5609/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5609/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver