Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5611/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1402/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində iddiaçıya məxsus həyətyanı sahədə bir mərtəbəli həyət evinin tikilib təhvil verilməsi barədə razılığa gəlmiş, evin tikilməsindən sonra onların arasında evin təmir edilməsi üçün də razılaşma olmuşdur. İddiaçı təmir üçün razılaşdığı məbləği Kəramətə ödədikdən sonra təmirin sonlarına yaxın Kəramət onun verdiyi pulları şəxsi ehtiyacına xərclədiyinə görə ondan borc istəmiş və söz vermişdir ki, aldığı pulları təmir qurtardıqdan sonra qaytaracaqdır. Aralarında etibar olduğu üçün o, Cavabdeh 13000 manat borc pul vermişdir. Lakin Cavabdeh aldığı borc məbləğini qaytarmaqdan imtina edir. İddiaçı Cavabdeh qarşı 13000 (on üç min) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh borc vermiş olduğu 13000 (on üç min) manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin fevral ayında tanışı Emin adlı şəxsin vasitəsilə tikinti şirkəti olan Cavabdeh ilə tanış olmuşdur. Kəramət ilə arasında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində ona məxsus həyətyanı sahədə bir mərtəbəli həyət evinin tikilib təhvil verilməsi barədə razılığa gəlmişdirlər. Evin tikilməsindən sonra onların arasında evin təmir edilməsi üçün də razılaşma olmuşdur. O, təmir üçün razılaşdıqları məbləği Kəramətə ödədikdən sonra təmirin sonlarına yaxın Kəramət onun verdiyi pulları şəxsi ehtiyacına xərclədiyinə görə ondan borc istəmiş və söz vermişdir ki, aldığı pulları təmir qurtardıqdan sonra ona qaytaracaqdır. Aralarında etibar olduğuna görə o, Cavabdeh 13000 manat borc pul vermişdir. Lakin Kəramət ondan pul aldıqdan sonra onun evinin təmir işlərini yarımçıq qoyaraq qaçmışdır. Pulunu tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış. Buna görə də o, məcbur qalıb Kəramətin ona qarşı dələduzluq etməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi RPİ-də aparılan araşdırma zamanı Cavabdeh ona yalvararaq ondan şikayət etməməyini xahiş etmişdir. Həmçinin, cavabdeh təmiri yekunlaşdırmadığına görə ona vurulmuş külli miqdarda ziyanı qaytarmağa gücü çatmasa da sonda aldığı 13000 manat borcu qaytaracağına söz vermişdir. Oda bir kişi kimi onun sözünə inanıb, həm də səhvini etiraf etməsinə görə onunla razılaşmışdır. Kəramət söz vermişdir ki, borclu olduğu 13000 manat pulu 10 gün müddətində qaytaracaq. Nəsimi RPİ-də aparılan araşdırmada isə cinayət işinin başlanması rədd edilərək ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh polisdə aparılan araşdırma zamanı ona 13000 manat borcu olmasını etiraf etmişdir. Lakin o, yenə verdiyi sözə əməl etməyərək, borclu olduğu 13000 manat pulu qaytarmamışdır. Buna görə də məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edir ki, Cavabdeh ona borclu olduğu 13000 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməli, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmalıdır. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası kimi onunla iddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində ona məxsus həyətyanı sahədə bir mərtəbəli həyət evinin tikilib təhvil verilməsi barədə razılığa gəldiklərini, onun təmir üçün razılaşdırılmış məbləği aldıqdan sonra işi tam başa vurmadığını, işi yekunlaşdırmaq üçün ondan 13000 manat borc almağını göstərmişdir. O, iddia tələbi ilə razı olmadığını, bildirərək, iddia tələbi tam əsassızdır olduğu üçün rədd edilməsini xahiş etmişdir. Belə ki, 2021-ci ilin fevral ayında İddiaçı ona müraciət edərək, onun Bilgəh qəsəbəsində olan evinin sökülərək, yenidən tikilməsini, həyətin yenidən dizayn edilməsini istədiyini demişdir. O, həyətə baxaraq, ilkin qiymət kimi orada olan tikililərin sökülərək yerində yeni tikili inşa edilməsi üçün 65000 manata razılaşmışdır. Həmin qiymətə yalnız həyətdə 160 m2 olan tikilinin inşa edilməsi daxil idi. Razılaşmaqlarına əsasən iddiaçı əlavə olaraq, evin dizaynının çəkilməsi üçün 2000 manat məbləğində pul verməli idi. O, öz briqadsı ilə işə başlamış, tez bir zamanda həmin tikilini tikib qurtardıqdan sonra iddiaçı ona həmin tikilinin tam təmir edilməsini tapşırmışdır. Onların razılaşmağına əsasən hər m2 -ə görə 350 manat olmaqla həmin tikintini tam təmir etməyi öz öhdəsinə götürmüşdür. O, təmir işlərinə başlamış və təmir zamanı iddiaçı ona əvvəlcədən razılaşdırmadıqları bir sıra başqa işlər də tapşırmışdır. Belə ki, iddiaçı evin içində “Kamen” tipli peçin quraşdırılmasını, həyətdə şəlalənin, uşaq hovuzun tikilməsini, su çəninin binasının sökülməsini, yeni su hovuzunun tikilməsini, çəpərlərin rənglənməsini, çöl hasarın rənglənməsini, həyətdə olan tametin dəyişdirilməsini tapşırdı. O, isə bunların danışdıqları qiymətə daxil olmamasını, pullarının əlavə ödənilməli olmasını bildirmişdir. İddiaçı isə axırda hesablaşacaqlarını ona demişdir. Bundan başqa isə kafel metlaxın vurulması zamanı o aldığı kafeli bəyənmədiyinə görə iddiaçı ona m2 40 manata olan kafel aldırmış və kafel baha olduğuna görə usta da həmin kafeli baha qiymətə vurmuşdur. Bu da əlavə olaraq danışdıqları qiymətdən 2250 manat artıq pul vəsaiti xərcləməyinə səbəb olmuşdur. İddiaçı tərəfindən ona edilən sifarişdən əlavə sifariş etdiyi işlərin dəyəri kimi 15400 manat, dizayn edilməsi üçün 2000 manat və sifariş etdiyi işlərə istifadə edilməli olan tikinti materiallarının ən bahalısını tələb etdiyi üçün 2250 manat, ümumilikdə isə 19650 manat pul ödəməli olduğunu hesablamış, lakin iddiaçı həmin məbləğin 13000 manat hissəsini tikinti materiallarına özü sərf etdiyinə görə qalan 6650 manatı ona verməli olduğunu iddiaçıya demişdir. İddiaçı həmin məbləği isə işləri qurtardıqdan sonra verəcəyini bildirmişdir. O, işləri tam qurtarıb ona təhvil vermiş, bundan sonra gördüyü işlərin hesabatını aparmaq, təmir etdiyi sahənin dəyərini hesablamaq üçün sahəni ölçmək istədikdə iddiaçı onunla mübahisə etməyə başlamış, ona heç bir məbləğdə pul verməyəcəyini, əksinə onun verdiyi pulu ondan alacağını demişdir. İddiaçı sahəni ölçməyə belə ona imkan verməmiş və onun üstünə idmançıları gətirib, onu döyəcəyi ilə hədələmişdir. İddiaçı bundan sonra isə onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, Nəsimi RPİ-də onun şikayətinə baxılaraq 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarı qəbul edilmişdir. Nəsimi RPİ İŞ-nin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı izahatında 13000 manat Əjdər tərəfindən əlavə xərclənmiş pul vəsaitini Əjdərə qaytaracağının öz öhdəsinə götürdüyü göstərilmişdir. Halbuki o heç bir zaman elə izahat verməmiş, qərarda onun izahatı təhrif edilmişdir. O, iddiaçıdan heç bir məbləğdə borc pul almamış, iddiaçı öz evinin tikilməsi üçün zəruri olan vəsaiti xərcləmiş, sonra isə ona qalan borcunu ödəməsin deyə xərclədiyi pulu ondan tələb etmişdir. O, qərarda göstərilən izahatı təsdiq etmədiyini və həmin qərarın heç bir preyudisial qüvvəsi olmadığını qeyd etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1402/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın təmin edilməsi, Cavabdeh 13000 (on üç min) manat pul vəsaiti və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müstəntiq tərəfindən verilmiş qərarda Cavabdeh İddiaçı 13000 manat məbləğində borc alması ilə bağlı qeyd edilənləri işin həqiqi halı kimi qiymətləndirir. Bunun davamı olaraq, cavabdehin məhkəmə icraatı gedişində verdiyi izahatları isə işin həqiqi hallarının öz mənafeyinə uyğun dəyişdirilməsi cəhdi kimi qiymətləndirir və inandırıcı hesab etməmiş, cavabdeh tərəfindən təqdim edilmiş dəlillərin heç biri işin əsas mübahisəli halını – iddiaçının cavabdehə verdiyi 13000 manat məbləğində pulun görülmüş təmir işlərinin müqabilində verilib-verilməməsini müəyyən etməyə imkan vermədiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin izahatından belə təəssürat yaranır ki, o, iddiaçının evində gördüyü işlərin böyük əksəriyyətini, belə demək mümkünsə, təmənnasız görmüşdür. Cavabdeh əminliklə ifadə etmişdir ki, o, bu evin təmiri üçün 47000 manat pul alsa da əslində 80-90000 manatlıq təmir işləri görmüş, ümumiyyətlə isə o, bu evdə 150000 manatlıq iş görmüşdür. Cavabdeh iddia edir ki, evin dizaynının verilməsi, uşaq hovuzu tikilməsi, su çəninin yerləşdirilməsi, çəpərlərin rənglənməsi, çöl hasarının rənglənməsi, “kamin” soba qurulması, həyətdə fontan tikilməsi, həyətdə tamet döşəmənin dəyişilməsi və s. kimi işlərin hamısı iddiaçı ilə razılaşmalarından kənar, “əlavə iş” olmuşdur. Lakin təmir işləri görülən obyektin məhz bağ evi olduğu nəzərə alındıqda bütün bu işlər çıxıldıqdan sonra geriyə nə qaldığı, iddiaçının verdiyi 47000 manat məbləğində pulun hansı işlərə xərcləndiyi barədə cavabdeh izahat verməmişdir. Bir sözlə, cavabdeh yalnız əlavə gördüyü işlərdən bəhs etmiş, razılaşmaya uyğun gördüyü və müqabilində 47000 manat pul aldığını qəbul etdiyi işlər barədə isə məlumat verməmişdir. Digər tərəfdən, nəzərə alınsa ki, cavabdeh özünün də qəbul etdiyi kimi peşəkar şəkildə təmir-tikinti işləri ilə məşğul olur, onun tikinti materiallarında “gözlənilməz qiymət artımları”, “razılaşmadan kənar” görülən çoxlu işlər, pulu ödənilməsə də “öz hesabına başa vurulan təmir” barədə qeyd etdikləri inandırıcılıqdan çox uzaqdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasg Mğlki Məcəlləsinin 135, 331, 337, 351, 386, 739, 740, 1091 və 1092-cu maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 77.1, 88, 107, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandgrmgödgr. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, onların arasında borc münasibətləri olmasa da, iddiaçı öz iddia tələbini borc müqaviləsi ilə əsaslandırdığına görə, borc münasibətlərini tənzimləyən normaların tələbinə əməl etməli, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün ona borc müqaviləsinin ləğv edilməsi haqqında üç ay əvvəlcədən xəbərdarlıq etməli idi. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına baxmayaraq, məhkəmə Nəsimi RPİ-nin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarında olan onun izahatını yeganə əsas sübut kimi rəhbər tutmuş, həmin izahatı təsdiq etməməyinə, həmin izahatın heç bir sübutla təsdiq edilməməsinə əhəmiyyət verməmiş, bununla da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. İddiaçı öz iddiasını əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, onun iddiaya etirazının əsaslandığı halları onun tərəfindən əlavə işlər görülməsini etiraf edərək, həmin işlərə görə pulların ödənildiyini bildirsə də, ona əlavə hər hansı bir məbləğdə pul ödəməsini sübut etməmişdir. Apelyasiya şikayətində həmçinin qeyd etmişdir ki, o, heç bir zaman iddiaçının ona 13 000 manat məbləğində pul verməsini bildirməmiş, hətta iddia ərizəsinə etirazında da ona heç bir məbləğdə pul verməməsini göstərmiєdir. Məhkəmə öz gəldiyi nəticəni əsaslandırmaq üçün yeganə yol kimi onun izahatını təhrif etməkdə görmüşdür. Qətnamə qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikasg Mülki Məcəlləsi: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir Belə ki, birinci instansiya məhkəməsi cavabdehin Nəsimi rayon Polis İdarəsinin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rədd qərarında cavabdehin borclu olduğunu etiraf etməsini əsas götürmüş və göstərmişdir ki, qərarın heç bir preyudisial əhəmiyyət daşımasa da, bu o demək deyil ki, vətəndaşın ərizəsi əsasında araşdırma aparmış müstəntiqin bu araşdırmanın yekununda qəbul etdiyi qərar əslində heç bir əhəmiyyət daşımır və qərarda qeyd edilən izahatın bu iş üçün heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu qənaətini əsaslandırması üçün müstəntiq tərəfindən verilmiş qərarda Cavabdeh İddiaçı 13000 manat məbləğində borc alması ilə bağlı qeyd edilənləri işin həqiqi halı kimi qiymətləndirmiş, bunun davamı olaraq, cavabdehin məhkəmə icraatı gedişində verdiyi izahatları isə işin həqiqi hallarının öz mənafeyinə uyğun dəyişdirilməsi cəhdi kimi qiymətləndirərək inandırıcı hesab etməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh nəzərə almalıdır ki, iddiaçı müstəntiqin izahatları təhrif etmədiyini, bu izahatların işin həqiqi hallarını əks etdirdiyini sübut etməyə borclu deyildi, lakin cavabdeh izahatının təhrif edildiyini sübut etməyə, ən azından bu ehtimala inanmağa əsas verən ilkin sübutları məhkəməyə təqdim etməyə borclu idi. Lakin cavabdeh iddiaya etirazda qərardan hazırda şikayət verdiyini bildirməklə kifayətlənmişdir. Hansı ki, cavabdeh tərəfindən bu qərardan həqiqətən hazırda şikayət verilmiş olduğu müəyyən edilsəydi belə qərarın məhz hazırda - bu iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra mübahisələndirilməsi məhkəmədə cavabdehin həqiqi hüquqi niyyətinə dair şübhə yaratmaya bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin iddiaya olan etirazın əsası kimi istinad etdiyi əsas dəlilə, yəni, polisdə verdiyi izahatın təhrif edilməsi ilə bağlı araşdırma aparmamış, cavabdeh izahatının təhrif edildiyini sübut etməyə, ən azından bu ehtimala inanmağa əsas verən ilkin sübutları məhkəməyə təqdim etməyə borclu olmasını göstərməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan araşdırma gedişində izahat verən Cavabdeh adından olan izahatda evin təmirinə Əjdər razılaşdıqlarından əlavə olaraq özünün 13000 manat pul sərf etməsi, həmin pulu da özü Əjdərə qaytarmağı öhdəsinə götürməsi, lakin hazırda imkanı olmadığından borclu olduğu 13000 manatı Əjdərə verə bilməməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, ilk baxışdan cinayət işinin başlanması rədd edilməsi qərarının məzmunundan Cavabdeh izahatında göstərilənlərə əsasən borcunu etiraf etdiyi halda məhkəmə iclasında bu borcu etiraf etməməsi barədə izahatlarında kəskin ziddiyətin olması görünür və işə baxan məhkəməyə bu ziddiyətlərin aydınlaşdırılması və düzgün hüquqi nəticəyə baxımından müəyyən çətinliklər yaranır. Lakin kollegiya hesab edir ki, cavabdehin bu dəliliinin əsaslı olub-olmamasını aydınlaşdırmaq üçün onun izahatının təhrif olunub-olmamasına düzgün hüquqi qiymət verilməsi məqsədi ilə sözügedən materialın tələb edilərək cavabdehin izahatı ilə qərarda əksini tapmış izahatının eynilik təşkil edib-etməməsi müəyyən edilməli idi. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləriə qiymət vermək məqsədi ilə sorğusuna əsasən əldə olunmuş cinayət işinin rədd materialında cavadehin müstəntiqə verdiyi izahat nəzərdən kesirilərək kollegiyanın iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, polisin qərarında göstərilən izahatın məzmunu ilə cavabdehin sərbəst verdiyi izahatın məzmunu müəyyən hissələrdə təhrif edilmişdir. Başqa sözlə, cavabdeh izahatında hər hansı məbləğdə iddiaçıdan borc almasını etiraf etməmişdir. Təqdim edilmiş materialda cavabdehin xx.xx.2021-ci il tarixdə verdiyi izahatdan görünür ki, evin təmirinə Əjdər əlavə olaraq özü hardasa 13000 manat pul sərf etmişdir. Həmin pulları Əjdərin işçisi Səbuhi adlı şəxsin vasitəsilə xərcləmişdir. Belə ki, alınan tikinti materiallarının pulunu və ya ustaların pulunu həmin Səbuhi adlı şəxs onun deməyi əsasında vermişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin cinayət işinin başlanılması barədə rədd qərarında onun izahatının təhrif olunmuş formada yazılması barədə dəlillərini qiymətləndirərək hesab edir ki, həmin dəlil əsaslıdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsində həmin dəlilə əsaslanması düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin cinayət işinin başlanılması barədə rədd qərarında cavabdehin izahatının təhrif olunmuş formada yazılması faktı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin cavabdehin izahatının qeyri-səmimi olması, dəlillərinin isə iş üçün əhəmiyyət daşıyan hər hansı halı təsdiq etmədiyini hesab etməsinə dair nəticələri heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, birinci instansiya məhkəməsi bu nəticələrə məhz Cavabdeh iddiaçıya olan borcunu etiraf etməsinə dair cinayət işinin başlanması rədd edilməsi qərarının məzmununda izahatı və iş üzrə dindirilmiş digər şahidlərin izahatları fonunda gəlinmişdir. Halbuki, polisdə aparılan araşdırma gedişində izahatı alınmış şahidlərin ifadələrinin heç birində iddiaçı ilə cavabdeh arasında borc münasibətləri ilə bağlı hər hansı bir halın olmasından ümumiyyətlə söhbət getmir. Verilən ifadələrin ortaq cəhəti birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi cavabdehin birlikdə tikinti işləri gördüyü qardaşı Kamil Seyidovun İddiaçı evində işləyən ustalara və bu ustaları ərzaqla təmin edən satıcıya "şəxsən verməyi öhdəsinə götürdüyü” pulu verməməsi olmuşdur ki, bunun həm polisdə araşdırılan materiala, həm də hazırki mülki işin predmetinə hər hansı hüquqi bağlılığı olmamışdır. Hazırki iddianın predmetini iddiaçının cavabdehə verdiyi borc məbləği ilə bağlı olmuş və birinci instansiya məhkəməsi cavabdehin izahatının qeyri-səmimi olduğunu, dəlillərinin isə işin üçün əhəmiyyət daşıyan hər hansı halı təsdiq etmədiyini əsas gətirərək tərəflər arasında iddiaçının qeyd etdiyi kimi borc münasibətləri olduğu nəticəsinə gəlmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında verilən borcun məbləği 13000 manat olsa da tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə olmamasını göstərsə də, işin araşdırılmış halları iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətinin deyil, müəyyən işlərin görülməsi üçün tərəflər arasında şifahi razılaşma olması və bu işlərin görülməsi üçün də iddiaçı tərəfindən cavabdehə 13000 manat pul göndərməsini (işçisi vasitəsilə) təsdiq edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının təmir üçün razılaşdığı məbləği cavabdehə ödədikdən sonra təmirin sonlarına yaxın sonuncuya verilmiş pulları şəxsi ehtiyacına xərclədiyinə görə iddiaçıın 13000 manat borc pul verməsi, pulu aldıqdan sonra onun evinin təmir işlərini yarımçıq qoyaraq qaçmasına dair iş materiallarında heç bir mötəbər sübut yoxdur. Kollegiya iddiaçının dəlillərini əsassızlığına dair qənətə gələrkən onun polis orqanların yazdığı xx.xx.2021-ci il tarixli ərizəsində cavabdehin evini təmir etmək adı ilə 66500 manat pulunu dələduzluq edib evi təmir etməməsini və pulunu geri qaytarmamasını göstərmiş, həmin tarixli izahatında isə ərizəsində göstərdiyi 66500 manat məbləği alıbqaytarmaması barədə heç nə göstərməyərək, bu məbləğin evin tikilməsi üçün razılışdırılması məbləği olmasını, yalnız cavabdehin ondan 13000 manat borc almasını göstərmişdir. İddiaçı həmin izahatında daha sonra göstərmişdir ki, o, Səbuhinin vasitəsilə cavabdehə verdiyi 13000 manat puldan başqa, təxminən 4000 manat da onun gördüyü keyfiyyətsiz işlərin tam şəkildə yekunlaşması və çatışmamazlıqların aradan qaldırılması üçün xərcləmişdir. Kollegiya hesab edir ki, evin təmir edən ustanın evin sahibindən onun üçün təmir etdiyi evin yekunlaşdırması üçün heç bir əsas olmadan borc istəməsi inandırıcı deyil. Həm də işin materiallarından görünür ki, iddiaçı 13000 manatı cavabdehə borc verdiyini, ondan sonra əlavə cavabdehə 4000 manat pul verdiyi göstərsə də, sonuncu məbləğlə bağlı heç bir şikayəti, tələbi olmamışdır. Kollegiyanın qənaətinə görə Cavabdeh əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 13000 manat hesabına əsassız varlanmasına dair nəticəsi işin faktki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmayaraq əsassız olaraq tərəflər arasında borc münasibətlərinin olması nəticəsinə gəlmişdir. Halbuki, işin materiallarında aydın görünür ki, iddiaçının cavabdehə işçisi vasitəsilə verdiyi pullar evin təmirinə və materiallarına sərf edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, ondabaxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borc və əsassız varlanma ilə bağlı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin borc münasibətləri ilə əlaqədar gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki,tərəflərin ödədiyi dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1402/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov