Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5614/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4, Cavabdeh1, Cavabdeh6, X16, X3 və X11 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(002)-1211/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı X17 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, X16, X3 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 2805 manat əsas borc və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, Cavabdeh4 13700 manat əsas borc və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, Cavabdeh5 ödəniş gününün məzənnəsi əsas alınaraq 11493 ABŞ dollarına ekvivalenti olan əsas borcun manatla ödənilməsi və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, Cavabdeh2 13700 manat əsas borc və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, Cavabdeh1 4922 ABŞ dollarına ekvivalenti olan əsas borcun manatla ödənilməsi və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, X2 4540 manat əsas borc və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, Cavabdeh6 4815 manat əsas borc və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, X5 2040 ABŞ dollarına ekvivalenti olan əsas borcun manatla ödənilməsi və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu, X9 100 manat əsas borc və bu məbləğin ödəniş gününə qədər hesablanan faiz borcu tutularaq ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun həmin şəxslərdən müştərək şəkildə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən müxtəlif yerlərdə müxtəlif növ malların satışı ilə məşğul olmuş, hazırda da çil-çıraq və digər eletrik avadanlıqlarının və malların satışını həyata keçirir, artıq 20 ilə yaxındır ki, daim nümunəvi bir insan olaraq hər kəslə münasibətlərini etibar, səmimiyyət üzərində qurmuş, bu nöqteyi-nəzərdən işgüzar həyatın tələbat və adətlərdən irəli gələn bir hal kimi malların satışının əksər hissəsini nisyə alqı-satqı yolu ilə həyata keçirmişdir. O, “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərdiyi son iki il ərzində iddia ərizəsində göstərilən şəxslərə, eləcə də şəxsiyyətini rəsmi qaydada müəyyən edə bilmədiyi digər şəxslərə şəxsi istehlak məqsədi ilə çil-çiraq və elektrik avadanlıqlarını nisyə olaraq satmış, lakin həmin şəxslər onun etibarından sui-istifadə edərək onu aldatmış və malların dəyərini ödəməmişlər. Öhdəliyin icra müddətinin başa çatmasına və etdiyi şifahi xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər artıq iki ildən artıqdır ki, onun xeyrinə heç bir ödəniş etməmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 2805 manat əsas borc, Cavabdeh4 13 700 manat əsas borc, Cavabdeh5 11493 ABŞ dolları əsas borc, Cavabdeh2 13700 manat əsas borc, Cavabdeh1 4922 ABŞ dolları əsas borc, X2 4540 manat əsas borc, Cavabdeh6 4815 manat əsas borc, X5 2040 ABŞ dolları əsas borc tutularaq iddiaçı X12 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Hazırda qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsini və iddia rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, 2014 və 2015-ci illərdə elektrik avadanlıqlarının satışı ilə məşğul olmuş və bütün mallar özünə məxsus olmuşdur. İşlədiyi müddətdə çatışmayan cüzi mallar olmuş və onları iddiaçıdan nağd şəkildə götürmüşdür. Həmin malların ümumi dəyəri 340 manat olmuşdur. Sonra səhhətində problemlər yaranmış və artıq ticarətlə məşğul ola bilməmişdir. Hazırki iddia tələbindən 2019-cu ildə icra şöbəsindən çağırıldıqda məlumatlı olmuşdur. İddiaçı ilə arasında hər hansı bir malın təhvil-təslimi və iddiaçıya borcunun olmasını təsdiq edən rəsmi sənəd mövcud deyildir, onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamış və iddiaçıdan nisyə mal almamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini apellyasiya şikayəti vermiş Cavabdeh1 münasibətdə qətnamənin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/17 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsinin Cavabdeh4 13700 manat alınaraq iddiaçı X12 verilməsinə dair hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməməsi, cavabdehlər Cavabdeh5 və X6 apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017- ci il tarixli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X16, Cavabdeh5 və iddiaçı X17 ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə X1 şikayəti qismən və Cavabdeh5 kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan xx xxxx 2018-ci il tarixli qətnaməsinin X13 və Cavabdeh5 münasibətdə ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instanisyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi yalnız özünün anbardarı Anar Məmmədov, malların yüklənilməsində iştirak edən şəxslər Çərkəs Orucov və Asif Maxsudov tərəfindən imzalanmış malların təsliminə dair Akt, həmçinin mühasibi Ə.Məhərrəmli tərəfindən imzalanmış maliyyə arayışı adlı sənədləri təqdim etmişdir. Maliyyə təsliminə dair Aktda malın hər hansı şəxs, o cümlədən cavabdehlər X16, Cavabdeh5 və Cavabdeh4 və ya onların etibarnamə və ya vəkalətnamə əsasında nümayəndəsi tərəfindən təhvil alınması göstərilməmiş və malların təslim alınması barədə akt cavabdehlərin heç biri tərəfindən imzalanmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında cavabdehlər X16, Cavabdeh5 və Cavabdeh4 iddiaçı X7 hər hansı malın alınmasını və buna görə pul ödəməli olmasını təsdiq edən yazılı sənədlərin (qaimə-faktura, təhvil-təslim aktı, sadə yazılı müqavilə və yaxud malları almasına dair cavabdehlərin hər hansı biri tərəfindən imzalanmış qəbz və s) olmamasına dair işin halları ilə bağlı sübutlara Cavabdeh4 münasibətdə hüquqi qiymət verilməklə iddia tələbinin ona aid hissədə sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlindiyi halda, iş üzrə digər apellyatorlar X16 və Cavabdeh5 iddia olunan dəyərdə malları almalarını və tələb olunan məbləğdə pul öhdəliyinin mövcudluğunu təsdiq edən sübutlar olmadığı halda X16 və Cavabdeh5 apellyasiya şikayətlərinin təmin edilməməsi və onlara münasibətdə iddia tələbinin sübuta yetirilməsi kimi ziddiyyətli və səhv nəticəyə gəlinmiş və bu zaman X16 və Cavabdeh5 malları almalarını etiraf etmələri, lakin pulunu ödədiklərini bildirmələrinə baxmayaraq bununla bağlı hər hansı sübut təqdim edə bilməmələrinə istinad olunmuşdur. İş materiallarındaın görünür ki, Cavabdeh1 tərəfindən iddiaçı X7 hər hansı malın alınmasını və buna görə pul ödəməli olmasını təsdiq edən yazılı sənəd - qaimə-faktura, təhvil təslim aktı, sadə yazılı müqavilə və yaxud malların alınmasına dair cavabdehin tərəfindən imzalanmış qəbz və s. mövcud deyildir. İş materiallarında olan sənədlər (maliyyə arayışı və akt) X20 tərəfindən də imzalanmamışdır. Maliyyə arayışı mühasib Ə.Məhərrəmli tərəfindən, xx xxxxxxx 2014-cü il tarixli akt isə anbardar Anar Məmmədov və malların yüklənilməsində iştirak etmiş şəxslər (fəhlələr) Çərkəz Orucov və Asif Maxsudov tərəfindən imzalanmışdır. İddia olunan malların Cavabdeh1 verilməsini təsdiq edən mühasibat sənədləri və yaxud başqa təsdiqedici sənədlər olmadığından, kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş yuxarıda göstərilən sənədlər iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələbinin və etirazının hüquqi əsası kimi istinad etdiyi halları sübut etməlidir. X20 dəyərini tələb etdiyi malları həqiqətən də Cavabdeh1 verməsini və cavabdehin onların dəyərinin ödənilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etmədiyindən, cvabdeh isə iddianı qəbul etmədiyindən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1aidhissədə iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600-cı maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmad qda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir( 600.1)d əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş ziyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər( 600.4). Kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçı X7 hər hansı malın alınmasını və buna görə pul ödəməli olmasını təsdiq edən yazılı sənədlərin (qaimə-faktura, təhvil-təslim aktı, sadə yazılı müqavilə və yaxud malları almasına dair cavabdehlərin hər hansı biri tərəfindən imzalanmış qəbz və s) olmamasına dair işin halları sübuta yetirildiyindən ona aid hissədə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi işin qeyd edilən halını nəzərə almadan ona aid hissədə də əsassız olaraq Mülki Məcəllənin 385.1, 442, 445, 448.1-ci maddələrinə istinad etməklə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə ona aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh1 aid hissədə ləğv edilsin. İddiaçı X8 iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5614/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5614/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver