Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-562/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X10 və X8 cavabdeh X5 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı X8 və onun nümayəndəsi və vəkili X14, Cavabdehin nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçılar X10 və X8 cavabdeh X5 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1618/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X17 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” X17 “Borc alan” X5 14.000 manat məbləğində notariusun depozit hesabı vasitəsilə ilə pul borc vermiş, həmin tarixli qəbzə əsasən X12 tərəfindən 14.000 manat məbləğində pulu almışdır. Müqavilədə borcun xx.xx.2022-ci il tarixinədək qaytarılması nəzərdə tutulmuşdur.
2. X17 xx.xx.2021-ci il tarixdə durğunluq ürək çatışmazlığı səbəbindən vəfat etmişdir.
3. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsələri X18 və X6r. X18 miras əmlakdan 4/5 irs, X10 isə miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-443 reyestrli kredit müqaviləsi üzrə mərhum X13 məxsus 14.000 manat pul məbləğindən ibarətdir.
4. xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdeh X5 3 gün müddətində müqavilədə qeyd edilən borc məbləğini geri qaytarması, qaytarmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur.
5. Yasamal Rayon Prokurorluğunun ********* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işində Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsi mövcud olmadığından cinayət işinin bu hissəsinə xitam verilməsi və cinayət işinin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməsi, Elman Hüseynovun ölməsi faktında Azərbaycan Respublikası CM-nin 120 və 125-ci maddələrində nəzərdə tutulmuş cinayət hadisəsinin əlamətləri mövcud olmadığından həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
6. Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 53/2-3830/2075 nömrəli məktubuna əsasən X9 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə bağlı ********* nömrəli cinayət işi istintaq olunmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmadığına görə) cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar X10 və X18 cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş “kredit (borc) müqaviləsi” üzrə yaranmış 14.000 manat məbləğində pulun, ailə başçısının itirilməsinə səbəb olduğuna görə vurulmuş mənəvi zərər üçün 10.000 manat məbləğində pulun, notariat xidmət haqqı üçün ödənilən 123 manat məbləğində pulun, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 350 manat məbləğində pulun, ümumilikdə isə 24.473 manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X2 xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş “kredit (borc) müqaviləsi” üzrə yaranmış 14.000 manat məbləğində pulun, ailə başçısının itirilməsinə səbəb olduğuna görə vurulmuş mənəvi zərər üçün 10.000 manat məbləğində pulun, notariat xidmət haqqı üçün ödənilən 123 manat məbləğində pulun, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 350 manat məbləğində pulun, həmçinin öhdəliyi vaxtında icra etmədiyi üçün AR Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq əlavə 1.260 manat məbləğində pulun, ümumilikdə isə 25.733 manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X17 ilə cavabdeh X12 arasında ünvan 1 ünvanında, xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə 3M-443 nömrə ilə qeyd edilmiş) “kredit (borc) müqaviləsi” imzalanmışdır. Sözügedən “kredit (borc) müqaviləsi”nə əsasən həmin müqavilə üzrə “borc alan” X12 14.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq borc almışdır. Lakin “borc alan” müqavilə üzrə öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bununla belə, xx.xx.2021-ci il tarixdə borc verən X26 Hüseynovla mübahisə edərkən sonuncunun fəaliyyət göstərdiyi qarajda vəfat etmişdir. X22 müharibəsi iştirakçısı və veteranı, İİ qrup əlilliyi olan bir şəxs idi. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-98 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə görə Tərgül Hacıyeva və Rəhman Hüseynzadə vəfat etmiş Elman Hüseynovun vərəsələridirlər. “Borc verənin” pozulmuş hüququnun bərpasının digər yollarla həll edilməsi mümkün olmadığından, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilməsi qərara alınmışdır. AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, pretenziya qaydasına riayət edilərək xx.xx.2022-ci il tarixli məktubla cavabdeh X5 şəxsiyyət vəsiqəsindəki ünvana (Bakı şəhərində yaşadığı ünvan məlum olmadığından) bildiriş göndərilmişdir. Sözügedən bildirişdə 3 gün müddətində 14.000 manat məbləğində pulu tam şəkildə ödənilməsi tələb edilmişdir. Lakin, poçt xəbərnaməsində “bu ünvanda yaşamır, Bakıda yaşayır” qeydi ilə zərf geri qaytarılmışdır. Bugünədək cavabdeh heç bir ödəniş etməmiş, öhdəliyin icrasından qəsdən yayınmışdır. Qeyd olunan borc münasibəti nəticəsində iddiaçılar ailə başçılarını itirmişdirlər. Odur ki, cavabdehdən dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiya tutularaq onlara ödənilməlidir.
10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1618/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia qismən təmin edilmiş, X2 X10 və X8 xeyrinə 14.000 manat əsas borc, əsas borca illik beş faiz hesablanmaqla 746 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği, mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul, hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 200 manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, X1 Gündüz Ələfsər oğlundan X18 və X3 xeyrinə 14.000 manat borc ödənilməlidir.
12. Məhkəmə iddia tələbinin “AR Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq əlavə 1260 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərini və mülki qanunvericiliyin müddəalarını nəzərə alaraq, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçının gecikdirilmiş 246 gün üçün illik beş faiz uçot dərəcəsi hesablanmalı və iddia tələbi 746 manat (14000 x 5% / 360 gün x 384 gün= 746) hesablanmaqla bu hissədə qismən təmin edilməlidir.
13. Məhkəmə iddia tələbinin ailə başçısının itirilməsinə səbəb olduğuna görə vurulmuş mənəvi zərər üçün 10.000 manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçılara dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirilməlidir.
14. Məhkəmə iddia tələbinin notariat xidmət haqqı üçün ödənilən 123 manat məbləğində pulun, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 350 manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Union” Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab etmişdir ki, 200 manat pulun ödənilməsi ağlabatandır və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malikdir. Lakin notariat xidmət haqqı üçün ödənilən 123 manat məbləğində pulun tələb edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi bu hissədə qismən təmin edilməli, vəkilə ödənilmiş 350 manat məbləğində pulun 200 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 152.3, 385.1, 386, 421.2, 425, 432.3, 440.1, 442, 443.1, 448.1, 449.1, 739.1, 739.2, 1151.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci inistansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin xarakterinə qiymət verməklə onlar arasındakı münasibətin (yəni iddiaçıların yaxın qohumu olan mərhum X17 ilə cavabdeh X4) birgə fəaliyyətlə bağlı münasibətlər olmasını, eyni zamanda həmin fəaliyyətə vəsait xərclənməsini, lakin birgə fəaliyyətin sonunun necə olmasını müəyyən etməmiş, iş üzrə iddiaçının şikayəti əsasında araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olduğu halda buna münasibət bildirməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, borc müqaviləsinə əsasən onun 14.000 manat məbləğində borc aldığı qeyd edilsə də, o, faktiki olaraq Elman Hüseynovdan 3.000 manat pul almışdır. Yerdə qalan 11.000 manat pulu isə notariusun depozit hesabından pulu müvəqqəti ora verən şəxs alaraq getmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh X4 qeydiyyat ünvanı Qəbələ rayon, Zarağan kəndidir. Lakin hazırkı iddia tələbi Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmış və aidiyyət qaydaları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişlər ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, (reyestrdə 3M-443 nömrə ilə qeyd edilmiş) müqavilənin adından da göründüyü kimi "kredit (borc) müqaviləsi”dir və tərəflər arasında olan borc münasibətlərini tənzimləyir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi özü də müstəqil araşdırma edərək və qeyd olunan müqavilənin rəsmiləşdirildiyi notariat ofisindən müvafiq sənədlər əldə etmişdir. Əldə edilmiş xx.xx.2021ci il tarixli qəbzdən görünür ki, X17 14.000 manat pulu kredit müqaviləsinə əsasən ödəmişdir; xx.xx.2021-ci il tarixli digər qəbzdən görünür ki, X12 tərəfindən 14.000 manat məbləğində pul alınmışdır. Bu da bir daha təsdiq edir ki, borc verən öhdəliyini icra etməyinə baxmayaraq borc alan öhdəliyini iki ildən artıq müddətdir ki icra etmir. Borc verən məhz borc alanın yanında, mübahisə edən zaman dünyasını dəyişmiş və bununla bağlı aparılan cinayət işinin qərarı iddiaçıya hələ də təqdim edilməmiş, lakin borc verənin cavabdehin yanında olan zaman dünyasını dəyişməsi faktı danılmazdır. Bununla əlaqədar birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə "sandisk” markalı yaddaş qurğusunda video təqdim edilmişdir. İstintaq orqanı bugünədək qərarı iddiaçıya təqdim etmədiyi üçün öz hüququndan istifadə edərək məhkəməyə müraciət edə bilməmişdir. İstintaq orqanının qərarı qanunla müəyyən olunan müddətdə iddiaçıya təqdim edilmədiyi, iş üzrə yekun məhkəmə qərarı olmadığı üçün hüquqi olaraq istintaq orqanının qərarı qanuni qüvvəyə minmiş hesab oluna bilməz. Belə olduqda həmin qərara istinad olunmamalıdır. Həmçinin hazırki mülki işin predmeti tərəflər arasında mövcud olan borc müqaviləsidir ki, cinayət işinin prosessual vəziyyətinin hansı mərhələdə olması müqaviləyə əsasən cavabdehi öhdəliyinin icrasından yayındıra bilməz. Bugünədək cavabdeh tərəfindən müqavilə heçbir formada mübahisələndirilməmiş, lakin borc verən vəfat etdikdən sonra cavabdeh borcu geri qaytarmadığı üçün iddia qaldırıldıqda hazırda məsuliyyətdən yayınmaq üçün əsassız arqumentlər səsləndirməkdədir. Bu da məlumdur ki, məhz cavabdehin istəyi və iradəsi ilə borc müqaviləsi 14 aylıq müddətə bağlanmışdır. Hansı ki, notariat ofislərində bu müddət yuvarlaq olaraq 1 il, 2 il və s. şəkildə qeyd olunur. Cavabdehin qeydiyyatda olduğu Qəbələ rayonu, Zarağan kəndinə göndərdiyimiz pretenziya məktubu orada qəbul edilməmiş, poçt xəbərnaməsində "bu ünvanda yaşamır, Bakıda yaşayır” qeydi ilə zərf bizə geri qaytarılmışdır (iş materiallarında mövcuddur). Yəni cavabdehin faktiki yaşayış yeri Bakı şəhəridir və ünvanı onlara məlum deyil. Lakin buna baxmayaraq, iddiaçının seçiminə görə aidiyyət məsələlərinə dair Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində bildirilir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Müqavilədən görünür ki, borc müqaviləsinin icra yeri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 21 saylı notariat ofisidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, X27la cavabdeh şəriklik münasibətlərində olmuşdurlar. Mövsümə uyğun olaraq meyvə ticarəti ilə məşğul olublar. Onlar arasında işlə, meyvənin xarab olması ilə bağlı narazılıq yaranıb. X27 cavabdehə məxsus nar şirəsi sexinin yaxınlığında ürək tutması səbəbindən dünyasını dəyişib. Bununla bağlı prokurorluqda araşdırılma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin həmin iş üzrə izahatında nə qədər pul aldığı qeyd olunmuşdur. Həmin iş üzrə mərhum Elman İsayevin qəbri ekskumasiya olundu və ekspertiza keçirildi. Ekspertiza zamanı şəxsin ürək tutmasından dünyasını dəyişdiyi müəyyən edildi. Qeyd olunan puldan 3.000 manatı borcdur. Qalan pul isə depozit hesaba özü tərəfindən qoyulmuş və özü tərəfindən də götürülmüşdür. 14.000 manatı isə şərikliyin dövriyyəsi olaraq guya hansısa malla əvəzləşdiriblər. Ekskumasiya ilə bağlı olan işdə qarşı tərəf bir neçə vəsatətlər vermişdi ki, cavabdeh puldan yayınmaq üçün X27u öldürüb. Araşdırılma bir dəfə polisdə, bir dəfə də prokurorluqda aparılıb. Hər iki araşdırma materiallarında faktiki olaraq cavabdeh bildirir ki, o, X27a 14.000 manat deyil, 3.000 manat borclu olub. Elman Hüseynovla cavabdeh şərikli mal gətiriblər. Qeyd olunanların kredit müqaviləsində niyə qeyd olunmaması - həmin şərikliyə yatırılmış pulu Elman Hüseynovun götürə bilməsi üçün, yoxsa Elman Hüseynovun pulu başqa şəxsdən götürdüyü üçün göstərməsi onlara dəqiq məlum deyil. Həmin şəxsin iştirakını təmin edə bilmirlər. Çünki həmin şəxs iddiaçı tərəfin tanıdığı adam olub. Cavabdeh bildirir ki, Elman Hüseynov həmin adamla notariusa gəlib və depozit hesaba 14.000 manatı qoyub və daha sonra depozit hesabdan pul çıxarıldıqdan sonra 11.000 manatı özünə götürmüş, 3.000 manatı isə verərək oradan getmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Həmçinin bildirdi ki, cavabdehin hərəkətləri onun həyat yoldaşının ölümünə səbəb olmuşdur.
21. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə əlavə olaraq bildirdi ki, cavabdeh Elman Hüseynovdan dəfələrlə borc pul almışdır. X19 qayınatası olmuşdur. Sonuncu dəfə cavabdeh bu məbləği istəyəndə o, qayınatasından soruşmuşdur ki, bu qədər pulu cavabdehə hansı sənəd əsasında verir? İstintaqda cavabdehin mobil telefonuna verilmiş sorğudan müəyyən olundu ki, cavabdeh yalnız Elman Hüseynovdan deyil, başqa şəxslərdən də dəfələrlə aldadaraq pullar almış və ona pullarının nə vaxt qaytarılması ilə bağlı mesajlar göndərilib. Sonuncu dəfə cavabdeh Elman Hüseynovdan pul istəyəndə notariusda rəsmiləşdiriblər və cavabdeh depozit hesabdan pulu götürür. Lakin hazırda məsuliyyətdən yayınmaq üçün bu cür ifadə verirlər. Cinayət işi üzrə materiallarda hadisədən bir neçə dəqiqə əvvələ aid video görüntülər var və tərəfindən həmin görüntülər diskdə təqdim olunub. “Qələbə Residence”-nin arxasında mühafizə kameraları vasitəsi ilə görüntülər qeydə alınmışdır. Cavabdeh telefon danışıqlarından yayınmışdır. Təcrübədə standart olaraq müqavilənin 12 aylıq bağlandığını bilirik. Burada isə müqavilə 12 aydan çox müddətə bağlanılıb. Elman Hüseynovdan səbəbini soruşanda cavabdeh tərəfindən bu müddətə bağlanılmasını, nəzərdə tutulan müddətdən altı ay tez borcu bağlayacağını deyildiyini bildirdi. Çünki cavabdeh ona noyabr ayında nar sezonu olduğu üçün daha tez ödəyəcəyini bildirib. Elman Hüseynov meyvə ticarəti ilə məşğul olmayıb. Cinayət işi ilə bağlı ekspert rəyi mövcuddur. Həmin rəydə Elman Hüseynovun bədənində iki xəsarət aşkarlanıb. Xəsarətlərdən biri həyati, digəri isə həyatda olmadığı zaman baş verib. Bundan sonra, Yasamal Rayon Prokurorluğu ehtiyyatsızlıqdan adam öldürmə ilə bağlı cinayət işi başlamışdı. Daha sonra isə Yasamal Polis İdarəsinə göndərmişdi. Həmin iş üzrə yekun qərar onlara təqdim olunmamışdır və qərarın hüquqi qüvvəsi yoxdur. Sonradan həmin qərar məhkəmə nəzarəti qaydasında ləğv oluna bilər. İşdə olan videogörüntüdən də müəyyən olunur ki, Elman Hüseynov cavabdehlə mübahisə edərkən halı pisləşmiş və vəfat etmişdir. Cavabdehin əmlak vəziyyəti pisləşdiyi üçün Elman Hüseynov borcunu cavabdehdən vaxtından əvvəl tələb etmişdir. Faktiki olaraq müqavilənin müddəti bitdiyindən sonra borc ödənilmədiyi üçün iddiaçılara mənəvi zərər dəymişdir.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinə əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdehdən mənəvi zərərin əvəzinin və bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İşdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən X17 hazırki iş üzrə cavabdehə 14.000 manat məbləğində vəsaiti notariusun depozit hesabı vasitəsilə borc vermişdir.
30. Lakin cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, aldığı pulu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur.
31. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 vərəsələri hazırki iş üzrə iddiaçılardır və sözügedən kredit müqaviləsi üzrə cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ onlara məxsusdur.
32. Cavabdeh apellyasiya şikayətində borc müqaviləsi üzrə Elman Hüseynovdan 3.000 manat pul aldığını, qalan 11.000 manatın isə borc verən tərəfindən götürüldüyünü bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İşdə olan qəbzdən müəyyən olunur ki, cavabdeh imza etməklə 14.000 manatı notariusun depozit hesabından götürmüşdür.
33. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehdən 14.000 manat məbləğində borc tutularaq iddiaçılara ödənilməlidir.
34. Birinci instansiya məhkəməsi iddianı “AR Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq əlavə 1.260 manat məbləğində pulun ödənilməsi” hissəsində qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, iddiaçının gecikdirilmiş 246 gün üçün illik beş faiz uçot dərəcəsi hesablanmalı və cavabdehdən 746 manat (14000 x 5% / 360 gün x 384 gün= 746) tutulmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə borcun ödənilməsi üçün nəzərdə tutulmuş xx.xx.2022-ci il tarixdən başlayaraq iddia ərizəsinin verildiyi xx.xx.2023cü il tarixədək olan müddət 246 gün olmaqla, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik beş faiz uçot dərəcəsi hesablandığı təqdirdə cavabdehdən iddiaçıların xeyrinə 484,6 manat (1 ay = 58 manat (14.000 x 5% / 12 ay)) tutulmalıdır. Lakin birinci instansiya məhkəməsi hesablamada səhvə yol verərək 746 manat məbləğində vəsaitin cavabdehdən iddiaçıların xeyrinə tutulmasını qət etmişdir.
36. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, X9 cavabdehin hər hansı hüqazidd hərəkəti, yaxud hərəkətsizliyi nəticəsində vəfat etməsi iş materialları ilə sübut olunmur.
37. İddiaçılar iddia ərizəsində qeyd olunan borc münasibəti nəticəsində ailə başçılarını itirdiklərini iddia etsələr də, işdən görünür ki, borc cavabdehə xx.xx.2022-ci il tarixinədək qaytarılması şərti ilə verilmiş və mülki qanunvericiliyin tələblərinə əsasən borc verən həmin müddət çatanadək onun icrasını borc alandan tələb edə bilməzdi. İşdən görünür ki, borc verən Elman Hüseynov borcun qaytarılmasına bir neçə ay müddət qalmış - xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
38. O da qeyd edilməlidir ki, cavabdehin həmin vaxt əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dair iddiaçılar tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə hal olduğu təqdirdə iddiaçılar hazırki iddianı borc müqaviləsi üzrə borcun qaytarılması müddəti bitdikdən, daha sonra isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən bir neçə ay sonra qaldırmazdılar.
39. Bundan başqa işdən görünür ki, Elman Hüseynov ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı X8 araşdırma zamanı bildirdiklərinə əsasən Elman Hüseynov anadangəlmə orta ürək çatışmazlığından əziyyət çəkmiş, 2011-ci ildə ona kardiostimulyator aparatı qoşulmuş, xəstəliyi ilə əlaqədar daim müxtəlif dərmanlar qəbul edərək müalicə almış, daim həkim müayinəsi və nəzarətində olmuşdur.
40. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, borc müqaviləsi Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 21 saylı notariat ofisində təsdiq edildiyindən və həmin müqavilənin 4-cü bəndinə görə müqavilədən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməli olduğundan, birinci instansiya məhkəməsi hazırki işə baxarkən ərazi aidiyyəti qaydalarını pozmamışdır.
41. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçıların xeyrinə vəkilə ödənilmiş 350 manat məbləğində pulun 200 manatının tutulması barədə qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələblərini rəhbər tutmuşdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1618/2023 nömrəli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdehdən mənəvi zərərin əvəzinin və bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. X2 X10 və X8 xeyrinə əsas borca illik beş faiz hesablanmaqla 484,6 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği tutulsun. İddiaçılar X10 və X8 cavabdeh X5 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: