Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5621/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-319/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X8 qarşı fərdi yaşayış evindən yaşayış, istifadə qaydalarının müəyyən edilməsi və yaşayış otağının ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X14 və qeyrilərinə qarşı onun ünvan ünvandakı fərdi həyət evinə olan yaşayış evindən yaşayış-istifadə qaydalarının və yaşayış otağının ayrılmasına dair” iddia tələbinin təmin olunmasını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə məhkəməyə təqdim edərək, evin bölənərək, orada yaşamağa icazə verilməsini tələb etdiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 aprel 1990-cı il tarixdə X15 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin vaxtdan da Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi (AZNS), 12 saylı fərdi həyət evinə gəlin köçərək yaşamağa başlamış və həmin evdə də pasport qeydiyyatındadır. Bu nikahdan onların 3 (üç) övladları anadan olmuşlar. Onlar hal-hazırda böyüyüb boya-başa çatmışlar. Qızları gəlin köçübdür, Puta qəsəbəsində yaşayır, lakin o yaşadığı evdə qeydiyyatdadır. İki oğlu hərbi xidmətdə olublar, hal-hazırda subaydırlar. Böyük oğlu artıq neçə vaxtdır ki, Rusiya Federasiyasında yaşayır, orada qalıb işləyir. İkinci oğlu Cavabdeh (bundan sonra cavabdeh adlanacaq) 1999-cu il təvəllüdlüdür. O da hərbi xidmətdə olub, hal-hazırda AZNS qəsəbəsindəki 12 saylı fərdi həyət evində qeydiyyatdadır, orada da təkcə yaşayır. Həyat yoldaşı X16 isə 2017-ci ilin noyabr ayının 25- də ürək xəstəliyindən vəfat etmişdir. Həmin vaxtdan o 2-ci oğlu X14 ilə bu həyət evində ikisi qaldılar. Digər ailə üzvləri ilə bu evdə pasport qeydiyyatındadırlar. Doğrudur, baldızları və onların övladları onların evdə qeydiyyatda olsalar da, lakin faktiki olaraq orada heç vaxt yaşamamışlar və hal-hazırda da yaşamırlar. Hamısı ayrı-ayrı ünvanlarda yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, kiçik oğlu X9 daima ona qarşı aqressiv mövqedə olmağa çağırırlar, onu elə bir ruhda təlimatlandırırlar ki, o yalnız onu bu evdən çıxarıb qovsun. Onun baldızlarının planları ilə hərəkət edən, hərəkətlərini ölçübbiçməyən kiçik oğlu da belə bir hərəkət etdi. Ona qarşı aqressiv davrandı, onu bu evdən çıxararaq qovdu. Artıq neçə müddətdir ki, həmin evdən məcburi qaydada çıxarıldı və Qızıldaş qəsəbəsində yaşayan ata-anasının yanında yaşamağa məcbur olmuşdur. Halbuki, bu Korgöz (AZNS) qəsəbəsindəki 12 saylı fərdi həyət evi onun mərhum ərinin və onun valideynlərinin yaşayış evləri olmuşdur və o həmin evə 20 il bundan əvvəl gəlin köçmüş və orada qeydiyyata alınmış və yaşamışdır. Hətta son vaxtlarda da gördü ki, evi təmir etmək lazımdır. Bunun üçün də bankdan kredit pul götürdü və evi lazımınca təmir elətdirdi. Lakin çox təəssüflər olsun ki, axırda da oğlu Fazil onu evdən qovdu, adına böhtan xarakterli sözlər söyləyən bibilərinin (baldızlarının) sözləri ilə onu öz təmir etdirdiyi evdlən çıxartdı. Cavabdeh bu hərəkətləri ilə onun hüquqlarına toxunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəldi. Qoy məhkəmə onun həmin evdən yaşayışistifadə qaydalarını müəyyən edən ədalətli qərar qəbul etsin və onun öz vəsaitiylə təmir etdirdiyi yaşayış otağının ayrılmasını təmin etsin. Hansı ki, halhazırda onun bütün şəxsi istifadəsində olan əşyaları və digər məişət avadanlığı həmin evdə qalmışdır. Bunu bütün qonşular da bilirlər. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-319/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Korgöz (AZNS) qəsəbəsindəki fərdi yaşayış evinə o, 20 il bundan əvvəl deyil, 30 il bundan qabaq gəlin köçmüş və orada qeydiyyatdadır. Lakin işə baxan hakim nədənsə bu əsas fakta əhəmiyyət verməmişdir. Deməli burada qanunun zamana və məkana görə qüvvədə olması prinsipi çox kobud şəkildə pozulmuşdur. Onun iddia ərizəsində göstərilən iddia tələbində açıq-aydın qeyd olunmuşdur ki, o, cavabdeh oğlundan yaşadığı mübahisəli evdən istifadə qaydalarının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Çünki bu evin nə onun adına, nə də cavabdehin adına mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud deyil. Onlar yalnız həmin evdən istifadə edən ailə üzvləridir, orada qeydiyyatda olan digər ailə üzvlərindən heç biri faktiki yaşamır, yalnız ikisi yaşayır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-319/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Korgöz Qəsəbəsi üzrə Nümayəndəliyi verilmiş 28.10.2020-cu il tarixli 416 saylı arayışın məzmunundan görünür ki, İddiaçı Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS ev 12 mənzilində yaşayır və onun oğlu X17, X14, qızı X2, baldızı oğlu X26, Soltanzadə Soltan – İsa Aydın oğlu, baldızı qızı X22, X23, X5, X10, baldızı X1 rayonu, Korgöz qəsəbəsi, AZNS ev 12 mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan 164 nömrəli aktla rəsmiləşdirilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı 28 aprel 1990-cı ildə Bakı şəhəri Qaradağ rayonundan nikah bağlanmışdır. İş materiallarında olan AZ-İ seriyalı 913847 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X15 23 noyabr 2017-ci ildə ölmüşdür. İş materiallarından görünür ki, X19 14 iyun 2003-cü il traixdə vəfat etmişdir. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun məzmunundan aydın olur ki, Qaradağ rayonu, Korgöz qəsəbəsi 12 saylı mənzilin sahibi X4r.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətidə olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəzi ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hazırkı mübahisəyə maddi hüquq normaları baxımından qiymət verərək, işin hallarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin sahibi X11, X12r. Həmçinin, iddiaçının məhkəmə iclaısnda verdiyi izahatından aydın olur ki, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının qaynatası, daha sonra qaynanasına məxsus olmuşdur, lakin evə dair mülkiyyət hüququ haqqında şəhadətnamə alınmamışdır, o həmin evə gəlin köçmüş,yaşayır, pasport qeydiyyatındadır, hazırda oğlu onun orada yaşamağına mane olduğundan, evin bölünməsini, öz payının müəyyən edilməsini, özünə aid olan hissədə yaşamağa icazə everilməsini istədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi və ya paylı mülkiyyətçisi qismində çıxış etmir və bu hal işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi və ya paylı mülkiyyətçisi qismində çıxış etmədiyindən, habelə mülki qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin bölünməsi tələbini məhz paylı mülkiyyətçilər tələb etdiyindən, iddiaçının həmin mənzilin bölünməsinə dair iddia tələbini irəli sürməsinə dair subyektiv hüququ yoxdur. Həmçinin, məhkəmə iclasında iddiaçının verdiyi izahatından aydın olur ki, o mənzilin bölünərək, ona aid olan hissədə yaşamağa icazə verilməsini tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı mənzlinin mülkiyyətçisi qismində çıxış etmədiyindən, mənzilin bölünməsi tələbini irəli sürülməsinə dair subyektiv hüququ olmadığından, iddiaçının mənzilin bölünərək, ona aid hisssədə yaşamağa icazə verilməsi tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair müvafiq səlahiyyəti olmadığından, o hazırki iş üzrə tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Ona görə də, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr hesab olunmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə məhkəməyə təqdim edərək, evin bölənərək, orada yaşamağa icazə verilməsini, apelyasiya şikayətində isə iddiaçı evə köçürülməsini xahiş etmişdir. Ona görə də apelyasiya şikayəti qətnamənin ləğvi üçün əsas təşkil edə bilməz. Belə ki, iddiaçı göstərilən tələblə bağlı apelyasiya məhkəməsinə deyil, yeni iddia ərizəsiylə müvafiq birinci instansiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-319/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-319/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5621/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5621/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver