Məhkəmə qərarları › İş №2(103)-5624/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5624/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5624/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X16 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 nümayəndəsi Vəkil2 iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X29 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilk iddia ərizəsi və ilk iddia üzər cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi və.s” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-804/2021 nömrəli saylı işi üzrə 16 mart 2021ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X39 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına onun yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X39 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qanunsuz pozulması nəticəsində ona dəymiş 31580 manat məbləğində maddi ziyanın, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosuna hüquqi yardım üçün ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı X29 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Əmlak Ekspert Mərkəzi tərəfindən daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə 12.11.2020-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanı və yaxın ətraf ərazidə yerləşən orta təmirli, 2 otaqlı, ümumi sahəsi 38,63 kv.metr təşkil edən mənzillərin 2011 -ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək orta aylıq kirayə haqqının məbləği yekun olaraq 31580.0 manat təşkil edir (səh.53), Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, X39 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10,165 saylı mənzildə qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur (səh.65), Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26.01.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzil Nəsimi rayon X41 İcrayyə Komitəsinin 100/11 nömrəli, 21.07.1989-cu il tarixli qərarına, 49844 nömrəli, 27.07.1966-cı il tarixli orderə, 1469 nömrəli,02.10.2000-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən 18.12.2000-ci il tarixində X9 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 22.06.2011 -ci il tarixli, 4Ə-464 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən 21.07.2011 -ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlak üzərində yüklülüyün qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir (səh.92), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlu və Cəlilov Rövşən Faiq oğlunun cavabdehlər X10, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat Kontoruna qarşı - Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinin X3 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X3 adına 03.06.2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəlimənzilə dair X7 adına 20.11.2003-cü il tarixdə Bakı şəhəri 18 saylı DNK-da 2V-0M54 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən X7 adma aparılmış qeydiyyatın ləğv edilməsi və iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlunun və Cəlilov Rövşən Faiq oğlunun Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinə köçürülmələri barədə iddiasının təmin edilməməsi qət edilmişdir (səh.124), Bakı Apellyasiya Məhkəməsi MK-nın 14.11.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsi iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlu və Cəlilov Rövşən Faiq oğlunun Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (səh.127), Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 23.04.2018-ci il tarixli, 2(102)- 2757/2018 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı, Cəlilov Faiq Ziyafəddin oğlu və Cəlilov Rövşən Faiq oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10320/2017 nömrəli iş üzrə 14 noyabr 2017-ci i! tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.140). 17.11.2020-ci il tariixində məhkəmə iclasında şahidlər ifadə verərək, X34 bildirmişdir ki, Ayna onların binasının 5-ci mərtəbəsində yaşayır. Özü isə 2003-cü ildən həmin binanın 4-cü mərtəbəsində yaşayır və orada qeydiyyatdadır. Daimi olaraq onu həmin mənzildə görmüşdür. Gediş-gəlişləri olmuşdur. Hal-hazırda yoldaşı ilə birgə yaşamır. Aynanın yoldaşının qohumlarını həmin mənzildə görməmişdir.X13 ifadə verərək bildirmişdir ki, əvvəl o binada kirayə qalmışdır. 23 ildir ki, onların Ayna ilə yaxın münasibətləri vardır. O onunla neçə ildir ki, qonşudurlar. O, onu tibb bacısı kimi tanıyır. Onun evində dəfələrlə olmuşdur. Evdə Aynanın öz əşyaları var. Yoldaşı həmişə sərxoş vəziyyətdə olmuşdur. Ondan qabaq orada kimisə görməmişdir. Aynanı təxmini 90-cı illərdən tanıyır. İradə adlı gəlini həmin mənzilə gəlin gəlmişdir. Qayınanasını tanımır. Şahid qismində iştirak edən X43 ifadə verərək bildirmişdir ki, o, 2 il bundan qabaq təxmini 2018-ci ildə həmin evdə olmuşdur. Təmir işlərinə görə həmin evə Aynanın sifarişi ilə mebel ustası kimi getmişdir. Evi təmir etmiş, Aynanın özü və oğlunu həmin evdə görürdü. Aynanı qonşular da tanıyırdı. Evin təmirinə təxmini 10000 manat xərc çəkilmişdir. Həmin evdə tək usta o, olmadığına görə pulun miqdarı yadında deyil. Həmin ev tam təmir olunmamışdır. Gördüyü işin pulunu ona Ayna verirdi (səh.74) . Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-804/2021 nömrəli saylı işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X29 qarşı «mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilk iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, Mir Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilindən İddiaçı istifadə hüququnun tanınması, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş maddi zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədə 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096 və 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilkin iddia tələbinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı mübahisəli mənzilə gəlin kimi köçdüyü andan orada yaşamaqla həmin mənzilə istifadə hüququ əldə etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillərin qiymətləndirilməsinə keçməmişdən əvvəl ilkin iddia ərizəsində öz əksini tapmış xüsusatlara diqqət yetirməyi zəruri sayır. İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixədək (1987-ci ildə) yarandığıdan və iddiaçının mübahisəli yaşayış sahəsinə gəlin köçdüyü zaman mənzil dövlət mənzil fonduna aid edildiyindən hazırki mübahisə köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16.10.1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur ilkin iddia üzrə iddiaçı dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı X5 ailə üzvü (oğlu X17) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4 mk., Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. Bu faktlar həmçinin tərəflərin tərəf olduqları digər mülki iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən öz təsdiqini tapmışdır. Belə ki, iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, hazırki ilkin iddia üzrə iddiaçı ünvan 5 ünvanına yox, məhz Nəsimi rayonunda yerləşən mənzilə gəlin gəlmişdir və yaşamaqda davam edir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzildə icarədarın oğlu və onunla birgə nikahdan doğulmuş oğlan övladı ilə birlikdə birgə təsərrüfat apararaq yaşamaqla, mənzil qanunvericiliyində nəzərdə tutulmuş "digər şəxs” kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X39 apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin 2(006)-804/2021 saylı işi üzrə 16 mart 2021-ci il tarixli, qətnaməsinin ləğv edilməsi, X26 Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində qeyd olunan mülkiyyət (sahiblik, istifadə və sərəncam vermək) hüququnun qorunması üçün ünvan 7 ünvanında yerləşən mənzilə İddiaçı ‘istifadə hüququnun tanınması” barədə iddiasının təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki-Prosessual Məcələnin 43, 47.2, 82.3, 106.1, 217.1, 385.1.1, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Baxılan iş üzrə qətnamənin 6-cı səhifəsinin sonuncu, 7-ci səhifənin 1,2 və 3-cü abzasında həmin məhkəmə aktları sadalansa da, həmin işdə əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlar Nəsimi rayon Məhkəməsinədə nəzərə alınmamışdır. Nəsimi rayon Məhkəməsində İddiaçı 2017-ci il tarixdə Xətai rayon məhkəməsinə vermiş iddia ərizəsi məhkəməyə təqdim edərək həmin iddiada yazılanları şifahi səsləndirsələr də, yazılan məhkəmə qətnaməsində həmin ərizə sübut göstərilməmiş və bir cümlə ilə belə sübuta nə üçün qiymət verilmədiyi əsaslandırılmamışdır. Qeyd olunan işlə bağlı İddiaçı qaynatasının evi ilə bağlı yazılı iddia ərizəsini, həmin işi araşdıran 2017-ci ildə baxılan Xətai rayon Məhkəməsinə vermiş olduğu izahatı, Bakı Apellyasiya Məhkəməsində vermiş olduduğu izahatı və qətnaməni, Ali Məhkəmədə vermiş olduğu izahatı və qərarı təqdim edərək əsaslandırırlar ki, iddiaçı yalan danışır və həqiqəti təhrif edir. Belə ki, İddiaçı Məmmədkərin qızı həmin iddia ərizəsində (yazılı) və 3 instansiya Məhkəmədə izahatında (şifahi - məhkəmə iclas protokolları var) göstərir o, qaynatası X3 Bakı şəhəri, Xocalı prospekti (Telnov) 5 saylı evin, 73 saylı mənzilinə gəlin köçüb! Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə dediklərinin və yazdıqlarının əksinə ifadə verdi və həqiqəti təhrif etdi. Həmin qətnamənin 2-ci səhifəsində göstərilir ki, “2003-cü ildə qaynatası rəhmətə gedəndən sonra ...Göstərilən tarixə diqqət etsələr, gəlinin evinə köçdüyü qaynata 2003-cü ildə rəhmətə gedən ili mübahisəli mənzil qayınatanın mülkiyyəti olmayıb. Belə ki, həmin qətnamənin 5-ci səhifəsinin 4-cü və 5-ci abzaslarına diqqət etsək, 1989-cu il tarixli Nəsimi rayon X41 İcrayyə Komitəsinin 21.07.1989-cu il tarixli 100/11 nömrəli “Mənzil kirayə müqaviləsinin yenidən bağlanması haqqında” qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilin kirayəsi haqqında müqavilə X22 (Qaynata deyil bu şəxs) ilə yenidən bağlanimşdır. (Məhkmə sübuta diqqət yetirməyib və səhv nəticəyə qəlib). Bundan əlavə həmin səhifədə sonrakı abzasda göstərilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ÖM seriyalı 058295 nömrəli qeydiyyat vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsim rayonu, 4-cü mkr, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzili tam mülkiyyət hüququ üzrə X11 (Qaynata deyil bu şəxs) adına daşınmaz əmlakın dövlət reyester kitabının 169200 nömrəli vərəqində 18.11.2000-ci il tarixdə qeydiyyata alınmışdır (Məhkmə sübuta diqqət yetirməyib və səhv nəticəyə qəlib). Bundan əlavə 12.03.2021-ci il tarxdə məhkəməyə yazılı izahat verərək aşağıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiyasının maddələrinə istinad edərək məhkəmədən onun mülkiyyət hüququnun qorunasını xahiş edib. Lakin mənə məlum olmayan səbəbdən qətnamədə no mənim vermiş olduğum izahat göstərilməyib, nə də Azərbaycan Respublikası Konstitusiyasında qeyd olunan maddi hüquq normaları tətbiq olunmadı.Məhkəmə öz qətnaməsində çox absurd əsaslandırma gətirib ki, Məhkəmə iclasında şahid qismində iştirək edən X36 ifadə verərək bildirmişdir ki, əvvəl o binada kirayədə qalmışdır. 23 ildir ki, onların Ayna ilə yaxın münasibətləri vardır. O onunla neçə ildir ki, qonşudurlar. O, onu tibb bacısı kimi tanıyır. Onun evində dəfələrlə olmuşdur. Evdə Aynanın öz əşyaları var. Yoldaşı həmişə sərxoş vəziyyətdə olmuşdur. Ondan qabaq orda kimisə görməmişdir. Ayna təxmini 90-cı illərdən tanıyır. İradə adlı gəlini həmin mənzilə gəlin gəlmişdir. Qəynanasını tanımır. Məhkəmədə şahidin açıq yalan danışıdığını dəfələrlə bildirsələr də, məhkəmə göz yumdu. Belə ki, “şahid" qonşu olduğunu bildirir. Gələn gəlinin kimin evinə gəldiyini (qaynana) bilmir və tanımır, ancaq gəlini tanıyır?! Qaynananın 90-a yaxın yaşı var və sağdır. Eyni zamanda özü deyir ki, onun evində dəfələrlə olub! Həm deyir, 23 ildir tanıyıram (bu konktekt fikirdir.), həm də deyir, 90-ci illərdən tanıyıram (qeyri-konkrekt fikirdir). Bundan əlavə digər şahidlərin də dedikləri ilə bağlı təkzib olunan əsaslı faktları var. Ancaq məhkəmə qeyd etməyib ki, nəyə əsasən, Xətai rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə ifadə verən Ayna Xətai rayonunda yerləşən qaynatasının evinə gəlin köçdüyünü yazmasını və həmin işdə keçən artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunan faktları yenidən araşdırıb?! Bundan əlavə 1989-cu il tarixli Nəsimi rayon X41 İcrayyə Komitəsinin 21.07.1989-cu il tarixli 100/11 nömrəli “Mənzil kirayə müqaviləsinin yenidən bağlanması haqqında" qərarı ilə atası Elmanın istifadəsinə verilən, 2000-ci ildən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Elmana məxsus olub sonradan onun mülkiyyəti olan mənzili hansı qanunvericiliyə görə Aynanın istifadə hüququnu tanımasına dair əsassız və qanunsuz qətnamə qəbul olunub, qanunvericiliyə əsasən 2000-ci ildən mülkiyyətçinin notarial razılığı alınmalı deyildimi?! Qətnamənin qanuniliyi onun maddi və prosessual hüquq normalarına əsasən qəbul edilməsi deməkdir. Mübahisəni həll edən məhkəmə tərəflərin hüquq və vəzifələrini hər şeydən əvvəl maddi hüquq normalarına istinad etməklə təsdiq etməlidir. Bu halda isə məhkəmə yalnız bir maddi normaya, 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəllənin 53.1-ci maddəsinə istinad etmişdir ki, orada da göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla yaşayış sahəsinin icra müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirilər. Göstərilən normanın 3-cü hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün lazım olan qanuni əsas tapmamışdır. Belə ki, 1989-cu il tarixli Nəsimi rayon X41 İcrayyə Komitəsinin 21.07.1989-cu il tarixli 100/11 nömrəli “Mənzil kirayə müqaviləsinin yenidən bağlanması haqqında" qərarından görünür ki, Bakı şəhəri. Nəsim rayonu, 4-cü mkr, Mir- Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilin kirayəsi haqqında müqavilə X20 (Qaynata deyil bu şəxs) ilə yenidən bağlanımşdır. Bundan əlavə həmin səhifədə sonrakı abzasda göstərilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyaiı haqqında daşınmaz əmlakın cövlət reyestrindən verilmiş ÖM seriyalı 058295 nömrəli qeydiyyat vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir-Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzili tam mülkiyyət hüququ üzrə X9 (Qaynata deyil bu şəxs) adına daşınmaz əmlakın dövlət reyester kitabının 169200 nömrəli vərəqində 18.11.2000-ci il tarixdə qeydiyyata alınmışdır (Məhkmə sübuta diqqət yetirməyib və səhv nəticəyə gəlib) Yəni məhkəmə bu halda işin faktiki hallarının tam aydınlaşdırmamışdır. Aydınlaşdırmamışdır ki, iddiaçı Ayna 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəllənin 53.1-ci maddəsi icrarədar Elmanın ailə üzvüdür, yoxsa qaynatası Ziyafətin və ya əri Faiqin?! Diqqət yetirsək görərik ki, iddiaçı əri Faiqlə ailə həyatını Quba rayonu, Giləzi kəndində qurmuşdur. Hazırda iddiaçının qaynanası və əri Faiq Cəlilov Quba rayonunda yaşayırlar və iddiaçı ilə əri arasındakı nikah da pozulmayıb. İddiaçının şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanı da qaynatanın Xətai rayonu, Telnov küçəsindəki mənzilinə qeydiyyatdadır. Bundan başqa iddiaçının qaynatanın Xətai rayonu, Telnov küçəsindəki mənzil mübahisəsi ilə bağlı işindəki yazılı və məhkəmə iclas protokoluna qeyd edilmiş şifahi etirafları var ki gəlin kimi qaynata tərəfindən o, Xətai rayonu, Telnov küçəsindəki mənzilinə qeydiyyatda salınmaqla həmin ünvana gəlib. Həmin məhkəmə qətnamələrindəki faktlar MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən mübahisəsiz sübutlardır. Məhkəmə həmin sübutları nə üçün qəbul etməyib? Ümumiyyətlə Qanunvericiliyin tələbi açıq aydın göründüyü halda niyə təkrar araşdırma predmeti olub? Məhkəmə gəldiyi nəticə üçün də heç bir əsas gətirməmişdir. Bu isə prosessual qanunvericilklə yanaşı, İnsan Hüquqları və əsas Azadlıqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin birbaşa pozuntusudurQeyd edilən maddədən belə aydın olur ki, İddiaçı apellyator Aygün Ağayevanın mülkiyyət hüquqlarına maneçilik yaratmaqla məhdudlaşdırmaqdadır.Ancaq məhkəmə yenə də onun mülkiyyət hüquqlarının qorunmasının ziddinə qətnamə qəbul edərkən, İddiaçı mənzimə iradəm xaricində istifadə hüququnun yarandığını qeyd etmiş, nəyə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrini tətbiq etmədən. 3-cü şəxsin onun mənzilinə hüququnun olub-olmamasını aydınlaşdırmadan onun istifadə hüququnun yaranmasını hesab etmişdir?! Bu isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaməsı deməkdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır . Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 nümayəndəsi Vəkil2 qarşı tərəfin mübahisəli mənzilə 2003-cü ildən sonra köçdüyünü bildirmiş və izahatını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, X39, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşıdır. Onun mülkiyyət hüququ (sahiblik, istifadə və sərəncam vermək) kiçik əmisinin yoldaşı tərəfindən pozulub və bu məsələ hələ də davam etməkdədir. Hazırda mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən əmlakına nə sahiblik, nə istifadə, nə də sərəncam verə bilmir. Problemin - Konstitusiya ilə qorunan mülkiyyət hüququnun qorunması məqsədilə məhkəmə yolu ilə həlli üçün Xətai rayon Məhkəməsində ona qarşı iddia qaldırıb. Lakin Nəsimi rayon məhkəməsində qarşı tərəfin ona qarşı iddia qaldırması səbəbindən Xətai rayon Məhkəməsindəki iddiasının icraatı dayandırılıb, icraatın birləşdirilərək baxılması üçün vəsatətlərimizə protokolla qiymət verilərək təmin olunmayıb.Mülkiyyətçinin mənzili atasının kiçik qardaşının yoldaşı İddiaçı öz şəxsi əmlakı kimi istifadə edir və mülkiyyətçi kimi onun hüquqlarımı kobud şəkildə pozur. Şifahi məlumatımıza əsasən kiçik əmiyə qarşı yoldaşı, yəni iş üzrə iddiaçı boşanma iddiası qaldırıb. Bundan başqa hətta 2017-ci il tarixdə qaynatası, yəni baba rəhmətə getdikdən sonra ən böyük qardaşa qarşı yaşadığı Xətai rayonu ərazisində yerləşən 5 otaqlı mənzillə bağlı iddia qaldırıb və həmin mənzilə köçürülməsi ilə bağlı iddiası təmin olunub. Həmin işdə olan Xətai rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəsinin qətnamələri və Ali Məhkəmənin qərarı da hazırki iş materiallarına əlavə olunub.Həmin işlə tanış olunan zaman hazırlanmış iddia ərizəsində, həm Xətai rayon Məhkəməsinin iclas protokolunda və Xətai rayon Məhkəməsinin qətnaməsində, Bakı Apellyasiya Məhkəməsinin iclas protokolunda və qətnaməsində, Ali Məhkəmənin iclası protokolunda və qərarında İddiaçı ailə həyatı qurarkən gəlin gəldiyi ünvan (FAKT), harada yaşaması və digər səbəblərin qeyd olunduğu qanuni qüvvəyə minmiş məhkəmə aktları (qətnamələr və qərar) Nəsimi rayon Məhkəməsinə təqdim olunsa da, həmin sübutlara birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdir.Necə ola bilər ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrində araşıdırlaraq hüquqi qiymət verilən və artıq qanuni qüvvəsini almış faktlara əsasən İddiaçı qaynatası X3 vəfat etdiyi günə kimi yaşadığı Bakı səhəri, Xətai rayonu, Xocalı prospekti (Telnov) 5 saylı evin, 78 saylı mənzilinə gəlin gəldiyi göstərildiyi halda, indiki baxılan işdə X26 mülkiyyətində olan ünvan 10 ünvana "gəlin" gəldiyini iddia edib həmin mənzildən istifadə hüququ tələb etsin?!Hörmətli Məhkəmə Kollegiyası, məlum olmayan səbəbdən iş üzrə iddiaçı göründüyü kimi yoldaşının qohumlarına qarşı iddialar irəli sürüb hüquqlar əldə etmək və bununla Azərbaycan Respublikası Konstitusiyasında yazılan mülkiyyət hüquqlarından məhrum etmək və ya məhdudlaşdırmalar etmək istəyir.Hörmətli Məhkəmə Kollegiyası, lakin Nəsimi rayon Məhkəməsinin 2(006)- 804/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsində göstərilmiş xüsusatlara qiymət verməmişdir. Nəsimi rayon Məhkəməsində mülki işə baxılarkən prosessual hüquq norması kimi qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına qətiyyən əməl olunmamışdır.Nəsimi rayon Məhkəməsinin 2(006)-804/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsində prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsaslanması da formal xarakter daşıyır. Çünki, məhkəmə həmin prosessual hüquq normalarının tələblərinə qətiyyən əməl etməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, "hər bir halda "məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma" məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.Lakin, 1-ci instansiyada məhkəmə qeyd edilənlərin əksinə olaraq, işin konkret hallarını, cavabdehin dəlilləri nəzərə almamış, iddiaçının qaynatası X3 vəfat etdiyi günə kimi yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti (Telnov) 5 saylı evin, 78 saylı mənzilinə gəlin gəldiyi faktının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqləndiyini müəyyən edə bilməmişdir. Əksinə, cavabdehin hansı əsaslarla (yazılı sübut, qətnamə və qərar və s) cavabdehin mənzilindən istifadə etmək hüququnun olmamasını araşdırmamışdır ki, bu da Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır.Göründüyü kimi, məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir və bununla da səhv nəticəyə gəlmişdir.Aşağıda qeyd olunanlara əsasən Nəsimi rayon Məhkəməsinin 2(006)- 804/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi xahiş olunur: İ.Prosessual hüquq normaları və "Məhkəmələr və hakimlər haqqında" Qanunun 3-cü maddəsi pozulmuşdur:Eyni zamanda 1-ci instansiya məhkəməsində işə hüquqlarımızı təsdiq edən sübutlar əlavə edilməsi üçün məhkəməyə sənədlər təqdim etsək də, bundan əlavə işin obyektiv və ədalətli araşdırılması üçün 2 sayda vəsatətlər versək də, vətəndaş olaraq sübutlarımız göz ardına vurulmuş və vəsatətlərimiz qəbul olunmamışdır.İİ.Maddi hüquq normaları pozulub:Bildiyiniz kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.İİİ.İşin faktiki halları ilə qətnamədə düzgün qiymət verilməyib və tətbiq olunan normalar arasında ziddiyət var:Belə ki, qətnamədə vətəndaşın Konstitusiyası və qanunları ilə hüquqlarının olması göstərilsə də, qəbul olunan qətnamənin nəticə hissəsindəki (qət etdi) mövqe əsassızdır və ziddiyətlidir. Bundan əlavə vətəndaşın mülkiyyət hüqunun pozulması ilə bağlı məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqlənən faklara yenidən köhnə Mənzil Məcəlləsi ilə nizama salan normaların tətbiqi səhv qətnamənin qəbulu ilə nəticələnmişdir.Mülkiyyətçiyə problem yaradan əmi yoldaşının qanunsuzluğundan, özbaşnalığından, Azərbaycan Respublikasının Konstitusiyasının gözəl yazılan maddələrini (13 (Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur), 29 (Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur), 33 (Mənzil toxunulmazlığı hüququ), 71 (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir) və s. maddələr), Mülki Məcəlləsini, qanunlarını, X4 Əliyevin fərmanlarını və mətbuatda çıxışlarını oxuyub ədalət arzusu ilə məhkəməyə üz tutur !!! Bizə məlum olmayan səbəbdən rayon məhkəməsində qarşılaşdığımız mənzərə ədalətsizlik olub və sübutların araşdırılması üçün verilən vəsatətlər rayon məhkəməsində təmin olunmayıb və cavabdehin təqdim etdiyi əsaslı vəsatətlərə protokolla qiymət verilərək təmin olunmayıb.Nəsimi rayon Məhkəməsinin 2(006)-804/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, mübahisəli mənzilə gəlin köçdqyqnq, digər mülki iş üzrə ifadəni ərinin təsiri altında verdiyini bildirmişdir. 21.06.2021-ci il tarixli məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə qərarı ilə köçürülsə də, qərarın icra edilmədiyini, orada verilən ifadənin iddianın təmin edilməsi məqsədi ilə verildiyini, evin qaynatasına məxsus olduğunu, onun razılığı ilə mübahisəli mənzilə köçdüyünü və hazırki vaxtadək orada yaşadığını bildirmiş və etiraz təqdim edərək bildirmişdir ki, 1987-ci ildə Cəlilov Faiq Ziyafəddin oğlu ilə ailə həyatı qurduqdan sonra o. gəlin gələrkən qaynatasının 22 il müddətində yaşadığı ünvan 11 ünvanına köçmüşdür. Cehiz əmlaklarını da bu ünvana gətirmişdir. Hazırda da cehiz əmlakları uzun illər keçsə də hamısı bu mənzildə yerləşir. Oğlu 25.08.1988-ci il təvəllüdlü Cəlilov Rövşən Faiq oğlu da bu evdə dünyaya göz açıb, hal-hazırda da bu mənzildə o. onun həyat yoldaşı, nəvəsi və o birlikdə yaşayırlar. Həyat yoldaşı Cəlilov Faiq Ziyafəddin oğlu da onunla birlikdə 2018-ci ilə kimi bu mənzildə yaşamışdır. Sonradan spirtli içki alüdəçisi olduğu üçün faktiki olaraq ondan ayrılaraq başqa ünvanda yaşayır. Qayınatası ilə münasibətləri daima yaxşı olub, bir gəlini kimi həmişə ona hörmət bəsləyib, tibb elmləri namizədi idi, Texniki Universitetdə çalışıb. Sayılıb seçilən bir insan olub. 1988-ci ildə onu hazırda da yaşadığı ünvana yaxın ərazidə yerləşən 21 saylı Uşaq Poliklinikasına tibb bacısı vəzifəsinə işə düzəltmişdir. Hətta toyları da 4 mkr. ərazisində yerləşən “Arzu" şadlıq sarayında olubdur. 1987-ci ildən bu günə kimi bu mənzildə yaşayır. Oğlu Rövşən 3 yaşından evin arxasındakı Uşaq Bağçasına, sonra yaxınlıqdakı 240 saylı orta məktəbə gedib. Daha sonra X25 Liseyi bitirib. Nəsimi rayonu, 12 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Hal-hazırda da hər ikisi Əcəmidəki 20 saylı böyüklərin poliklinikasında tibbi qeydiyyatdadırlar. 2003-cü ildə qaynalası rəhmətə gedəndən sonra qaynı Elman həyat yoldaşı Cəlilov Faiqi aparıb içirdirlər və ondan uzaqlaşdırmağa çalışırlar. Qaynatasının ölümündən sonra da qaynı Elman onu aldadır və vədlər verir ki. oğlu Rövşənin 18 yaşı olandan sonra evi onun adma keçirəcəkdir. Lakin sonradan xəbər tutur ki. bu mənzili öz qızı Cavabdeh adma keçirərək mənzilə onun adma çıxarış alınmışdır. Qızının isə 29 yaşı var. 9 ildir mənzil onun adma qeydiyyatda olsa da. bir gün də olsun bu mənzildə yaşamamışdır, bu vaxtadək heç evin yerinin harada yerləşməsini bilmir. Bir sözlə onu dəqiq deyə bilər ki, bu mübahisəli mənzil 1987-ci ildən onun istifadəsindədir. Həyat yoldaşı da evi tərk edəndən sonra bu mənzildə oğlu, gəlini. nəvəsi və ondan başqa heç kim yaşamayıbdır. Bunu təkcə o yox bir çox şahidlər, sənədlər, subutlar təstiq edə bilər. Bu 33 ildə yaşadıqları müddətdə heç bir kəs bu ev ilə maraqlanmamışdır. 1987-ci il tarixdən bu günədək mənzilin bütün kommunal xərclərini, telefon, qaz. işıq və s.i. ödənişlərini o ödəyir. Bu halı təsdiq edən kifayət qədər yazılı sübutlar mövcuddur. 201 8-ci ilin iyul ayında isə mənzilə 10.000 (on min) manatdan çox pul xərcləyərək evi kapital təmir etdirmişlər. Bütün təmir işləri oğlunun vəsaiti hesabına olub. Aşağıdakı əsaslara görə və qanunun normalarına əsasən hesab edir ki. iddia tələbində haqlıdır, əsaslı və qanuni olduğuna görə təmin edilməlidir. Belə ki. 1987-ci ildə bu mənzilə gəlin köçdüyü üçün məhkəmə hazırkı mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zamana uyğun olaraq 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarını lədbiq etməklə mübahisə üzrə həmin vaxt qüvvədə olmuş qanunun normalarını tətbiq etməlidir.Onlar həmin evə (evin bir hissəsinə) başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Bu halda da mülkiyyətçinin ailə üzvlərinin deyil, digər şəxslərin köçməsinə icazə vermək hüququnun olmasını özündə ehtiva edir. İşin hallarından da məlum olur ki, evin mülkiyyətçisi qayınatası hələ sağlığında evinə onu gəlin köçürərək buna razılıq vermiş, qayınatası, qayınanası, əri ilə o bu mənzildə yaşamışlar, onun orada yaşamağına qayınatası və qayınanası heç vaxt etiraz etməmiş, əksinə razılıq vermiş və onlar əri ilə birgə qayınatası Cəlilov Ziyafəddinlə birgə təsərrüfat işləri aparmışlar.İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X39 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qanunsuz pozulması nəticəsində ona dəymiş 31580 (otuz bir min beş yüz səksən) manat məbləğində maddi ziyanın, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosuna hüquqi yardım üçün ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı X45ma ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki. 2011-ci ildən Bakı şəhəri. Nəsimi rayonu. 4-cü MKR, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzili onun - Ağayeva (Cəlilova) Aygün Elman qızının xüsusi mülkiyyətindədir. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 21.07.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1426 nömrəli reyestr kitabının 130574 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də MA seriyalı ******* nömrəli Çıxarışla iddiaçı Ağayeva (Cəlilova) Aygün Elman qızının mülkiyyət hüququ təsdiq edilmişdir. AR DİN Asan-l-in yaşayış yeri üzrə qeydiyyat haqqında 12.10.2020-ci il tarixli ******* saylı arayışına əsasən X23 başqa Bakı şəhəri. Nəsimi rayonu, 4-cü MKR, M.Cəlal küçəsi ev 10. 165 saylı mənzildə heç kəs qeydiyyatda yoxdur. Bildirir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı və ailə üzvləri hal-hazırda ünvan 12 ünvanında yaşayırlar. Göründüyü kimi, cavabdeh olan İddiaçı və onun ailə üzvlərinin ünvan 13 ünvanında yaşaması iddiaçı Ağayeva (Cəlilova) Aygün Elman qızının mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır.Lakin, qeyd olunan mənzilin mülkiyyətçisi olan Ağayeva (Cəlilova) Aygün Elman qızı ilə orada faktiki yaşayan İddiaçı və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki. belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, lıazırki iş üzrə cavabdehlər İddiaçı və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən İddiaçı və onun ailə üzvlərinin Nəsimi rayonu. 4-cii MKR. M.Cəlal küçəsi ev 10, 165 saylı mənzildən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. 2011-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR. M.Cəlal küçəsi ev 10, 165 saylı mənzilindən nə istifadə edə bilir, nə də gəlir əldə edə bilir. Buna səbəb İddiaçı onun mülkiyyət hüquqlarını pozmasıdır. Nəticədə ona ziyan vurulub və bu gün də bu ziyanın vurulması davam etməkdədir. O, uzun müddət, yəni 2011-ci ilin iyun ayından 2020-ci ilin noyabr ayınadək. mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR. M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzilindən öz iradəsi ilə istifadə etmiş olsaydı 31580 (otuz bir min beş yüz səksən) manatdan çox gəliri olardı.Məhkəməyə sübut kimi 31580 (otuz bir min beş yüz səksən) manatdan çox gəliri olacağını o 12 noyabr 2020-ci il tarixli ekspert arayışına əsasən təsdiq edir. Lakin 21 iyul 2011-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR. M.Cəlal küçəsi ev 10, 165 saylı mənzilini nə istifadə edə bilir, nə də hərnin mülkiyyətindən istifadə eədərək gəlir əldə bilmişdi. Bununla da, cavabdeh tərəfindən ona külli miqdarda maddi zərər vurulmuşdur. O, mülkiyyətindəki mənzildən istifadə etsəydi hər ay ən azı 260 manat olmaqla, 2020-ci ilədək 31580 (otuz bir min beş yüz səksən) manat gəlir əldə etmiş olardı ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Qarşı tərəfə 2011-ci ildən bu yana dəfələrlə onun mənzilindən çıxması üçün xəbərdarlıqlar etsə də məhəl qoymayıb. Qohumluq münasibətinə görə məsələnin məhkəmə müstəvisində həll olunmamasını istəsə də, qarşı tərəf sui-istifadə hallarına yol verdiyi üçün artıq məcbur olmuşdur. Hətta arsızlıq o. həddə çatıb ki. onun razılığı olmadan onun mənzilinə yaşayış hüququ tanıtdırmaq istəyir. Onunla əvvəlcədən razılaşdırılmadan, 2011-ci ilin iyul ayında mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cii MKR. M.Cəlal küçəsi ev 10.165 saylı mənzilindən zorla qanunsuz istifadə nəticəsində ona ümumilikdə 31580 (otuz bir min beş yüz səksən) manat həcmində zərər vurulmuşdur. Onun mülkiyyətində olan Bakı şəhəri. Nəsimi rayonu. 4-cü MKR. M.Cəlal küçəsi ev 10, 165 saylı mənzilini qanunsuz istifadə edən İddiaçı və onun ailə üzvlərinə qarşı “mənzilin boşaldılması tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin 2(011)-6458/2020 saylı iş Xətai rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatındadır. Həmin prosesin məhkəmə baxış iclası 24 noyabr 2020-ci i! tarixə saat 14:45- ə təyin olunub. O, qeyd edilənlərlə bağlı cavabdehə müraciət etmişdir və ona vurulmuş zərərin əvəzinin ödənilməsi üçün lazımi tədbirlər görülməsini xahiş etmişdir.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006-804/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X45ma qarşı «mənzilə istifadə hüququnun tanınması" tələbinə dair ilkin iddiası təmin edilmiş, Bakı şəhəri. Nəsimi rayonu. 4 MKR, Mir Cəlal küçəsi 10 saylı evin 165 saylı mənzilindən İddiaçı istifadə hüququ tanınması, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızma qarşı «dəymiş maddi zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.Hal-hazırda, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh Nəsimi rayon Məhkəməsinin hazırki qətnaməsindən apellyasiya şikayəti verərək Nəsimi rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-804/2021 saylı qətnaməsinin ləğv edilməsi. X26 Azərbaycan Respublikası Konstitusiyasinin 13 və 29-cu maddələrində qeyd olunan mülkiyyət (sahiblik, istifadə və sərancam vermək) hüququnun qorunması üçün ünvan 14 ünvanında yerləşən mənzilə İddiaçı “istifadə hüququnun tanınması” barədə iddiasının təmin olunmaması və qarşılıqlı iddianın təmin olunmaması yeni qətnamə çıxarılmasını Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir.İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətini əsassız və formal şikayət hesab edir.İlk olaraq ona münasibət bildirməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində qoyduğu absurd və mənasız dəlillərindən biri kimi hazırki qətnamənin qanuıısuzluğunu Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinin tələblərinin pozulması kimi də göstərməyə çalışır. Amma onun bu dəlilinin əsassız olduğunu bu cür əsaslandırır.Belə ki, bəli həqiqətən də ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh olaraq İddiaçı tərəfindən “istifadə hüququnun tanınması” barədə Cavabdeh qızma qarşı iddia qaldırdıqdan sonra o, da öz növbəsində Xətai rayon Məhkəməsində “mülkiyyətdə olan ünvan 15 ünvanından cavabdehlər İddiaçı və qeyriləıinin ailə üzvləri ilə birlikdə çıxarılmaqla, həmin mənzilin boşaldılmasına dair” iddia qaldırmışdır. İlkin iddiaçı kimi onun Nəsimi rayon Məhkəməsində qaldırdığı iddia ərizəsi Cavabdeh Xətai rayon Məhkəməsində qaldırdığı iddia ərizəsindən fərqli olaraq ilk icraata götürülmüşdür.Cavabdehin nümayəndəsi və vəkili birinci Nəsimi rayon Məhkəməsində lüzumsuz və əsassız olaraq işin icraatının dayandırılması barədə vəsatət qaldrmış, sonradan da Xətai rayon Məhkəməsinin icraatında olan və qaldırdığı iddia ərizəsi üzrə mülki işlərin birləşdirilməsi barədə vəsatət qaldırmışdırşdır. Xətai rayon Məhkəməsi protokol qaydasında vəsatəti rədd etdikdən sonra müvafiq olaraq onun nümayəndəsi Vəkil1 həmin işin icraatının dayandırılması barədə Xətai rayon Məhkəməsində vəsatət qaldırmış və həmin işin icraatının Nəsimi rayon Məhkəməsində İddiaçı tərəfindən qaldırılan iddia ərizəsi ilə bağlı mülki işin baxılıb qurtarana kimi icraatının dayandırılması qərara alınmışdır.Daha sonra isə Cavabdeh nümayəndəsi və vəkili Nəsimi rayon Məhkəməsində mülki işlərin icraatının birləşdirlməsi barədə vəsatət qaldırmış. Qanunvericilk baxımından da bu mümkün sayılmadığına görə onun vəsatəti təmin edilməmişdir.Bütün bu mənasız vəsatətləri qaldırıuaqdansa cavabdehin nümayəndəsi Nəsimi rayon Məhkəməsində qaldırdığı və icraata qəbul edilən qarşılıqlı iddia üzrə tələbin dəqiqləşdirilməsi və məhkəmədən yekun olaraq nə istədiyini müəyyən edə bilmir və absurd apellyasiya şikayətinin nəticə hissəsində də mahiyyətini açıqlamaqda ola bilsin ki, çəkinərək utanaraq yalnız İddiaçı Elman qızının iddia tələbini açıqlayaraq təmin edilməməsini xahiş edərək özü qaldırdığı absurd iddia tələbini yalnız bir cümlə ilə qabartmayaraq görsənməyən ifadələrlə “qarşılıqlı iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini” tələb edir. Amma dərk etmirlər ki, 1987-ci ( həmin vaxt qarşılıqlı iddiaçının bu dünyada tozu və izi olmadığı vaxtda) ildə el adəti ilə toyu olaraq babası tərəfindən evə gəlin köçürülən İddiaçı qızma qarşı (özü dəki, bu mənzildə oğlu Rövşənə də artıq gəlin gətirirərək, hazırda da bu mənzildə nəvəsi dünyaya göz açıb )“mülkiyyət hüquqlarının qcınıınsıız pozulması nəticəsində ona dəymiş 31580 manat məbləğində maddi ziyanın, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosuna hüquqi yardım üçün ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı X27 ödənilməsi” barədə qətnamə çıxarılınası hansı halıla, necə və hansı qanunvericiliyin və məhkəmə təcrübəsinə görə təmin edilə bilər?!! (mahiyyətini düşünməyərək) Ona görə də necə deyərlər el arası bir deyim var “özü yıxılan heç vaxt ağlamaz” . İndi isə görünüş yaratmaq üçün Nəsimi rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır demək asandır, subut etmək lazımdır.Daha sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində böyük hünərlə qeyd edir ki. baxılan iş üzrə qətnamənin 6-cı səhifəsinin sonuncu, 7-ci səhifəsinin 1,2 və 3- cii abzasında lıəınin məhkəmə aktları sadalansa da, həmin işdə əhəmiyyətli olan və onlara ınəluın ohın faktlar barədə izahatlar Nəsimi rayon Məhkəməsində də nəzərə alınmamışdır. Bunun davamı olaraq Cavabdeh qeyd edir ki. İddiaçı qaynatasının evi ilə bağlı yazılı iddia ərizəsini, həmin işi araşdıran 2017-ci ildə baxıhın Xətai rayon Məhkəməsinə verilmiş olduğu izahatı, Bakı Apellyasiya Məhkəməsinə vermiş olduğu izahatı və qətnaməni, Ali Məhkəmədə vermiş olduğu izahatı və qərarı təqdini edərək əsaslandırır ki, iddiaçı ya!an danışır və həqiqəti təhrif edir.İddia ərizəsində (yazdı) və 3 instansiya Məhkəmədə izahatında (şifahi-məhkəmədə iclas protokolları var) göstərir o, qayıt atası X2 Bakı şəhəri, Xocalı prospekti (Telnov) 5 saylı evin, 78 saylı mənzilinə gəlin köçüb deyərək apellyator bununla bağlı da Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələblərinin Nəsimi rayon Məhkəməsi tərəfindən nəzərə alınmayaraq bu maddənin tələblərini pozmaqla yanlış nəticəyə gəlməsini göstərməyə çalşmışdır.Amma apellyator bunları əsaslandırmağa çalışsa da bir məsələni unudur ki, istinad etdiyi mülki iş üzrə çıxarılmış Xətai rayon Məhkəməsi və yuxarı instansiya Məhkəmələrinin qətnamələrində “özəlləşdirmənin etibarsız hesab edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xocalı prospekti (Telnov) 5 saylı evin, 78 saylı mənzilinə gəlin köçərək yaşamasını göstərən izahatının mahiyyətini iddiaçının özündən başqa heç bir iştirakçı və yaxud işin fakti hallarını və vəziyyətini göstərən şahid ifadələri və subutlar mövcud olmamışdır. Həmin məhkəmə aktlarında da qeyd olunur ki. Onlar müvəqqəti olaraq ünvan 16 ünvanında yaşamağa məcbur edilmişlər.Əksinə həmin məhkəmə aktlarında qarşılıqlı iddia verən hazırki qarşılıqlı iddiaçının əmisi X20 göstərmişdir ki,- “Faiq Cəliov və İddiaçı 1987-ci ildə ailə qurmuşlar, şəxs mübahisəli mənzildə heç vaxt yaşamamışdır. İddiaçı əvvəl gündən gəlin köçdüyü evdə yaşamış. Halluızırda da elə həmin ünvanda yaşamaqdadır.” Hesab edir ki, cavabdehlərin həmin ünvana heç bir hüquqları yaranmamışdır.Bundan başqa həmin tələb üzrə Xətai rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsində əsaslandırıcı hissədə qonşuların aktına istinad olunmuşdur.Həmin mülki işin materiallarında olan 22.05.2017-ci il tarixli aktdan görünür ki, F.H. Qənbərova, S.Q.Əliyeva və R.D.Xasməmmədov akt tərtib edərək, göstərmişlər ki. qonşuları X12 və onun ailə üzvlərini Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 5-də yaşayanları tanıyırlar. Bundan başqa X1 Faiq Ziyafəddin oğlu adında qardaşı vardır. O, Ayna adlı xanımla ailəlidir. Telnov küçəsi, ev 5, məzil 78-də yaşayan Cəlilovlar ailəsinin başçısı X6 həmin mənzil dövlət orqanları tərəfindən verilmişdir. Övladları Faiq Cəlilov və onun həyat yoldaşı İddiaçım heç vaxt həmin mənzildə yaşayan görməmişlər. Eşitdikləri qədər onlar toyundan sonra Nəsimi rayonunda yerləşən mikrorayonlardan birində yaşamışlar.Göründüyü kimi həmin istinad edilən məhkəmə aktlarında iddianın predmeti və mahiyyəti X3 adına mənzilin özəlləşdirilməsi həyata keçirilən sonradan da vərəsəlik qaydasında X7 adma mülkiyyət hüquqları qazanan qardaşlının həmin mənzildə hüququnun itirilməsi ilə bağlı tələb irəli sürən - qeydiyyatda olan qohumları sayılan şəxslər mülki iş üzrə tərəflər olan İddiaçı və Cəlilov X24 Ziyafəddin oğluna qarşı iddia qaldırması olmuşdur. Həmin iddia irəli sürülməsində də təşəbbüs İddiaçı əri Faiq Cəlilov tərəfindən gündəmə gəlmişdir və o da buna görə İddiaçım iddiaçı qismində çıxış etməyə vadar etmişdir. Həmin şəxs də uzun illər içki aludəçisi olmuşdur. İddiaçı Nəsimi rayon Məhkəməsində özünün verdiyi və dəvət etdiyi şahidlərin izahatları ilə də təstiq edilmişdir ki. o spirtli içki içərək həmişə sərxoş olmuşdur.Beləliklə də həmin iddia Faiq Cəlilovun təşəbbüsü və tələbi ilə qaldırılmış iddiaçılar da mülki işin nəticəsində maraqlı olduqlarından həmin işdə öz maraqları üçün həqiqətləri təhrif etmişdirlər. Qanunvericiliyə əsasən iddiaçı və cavabdeh mülki iş üzrə göstərdikləri hallara və verdiklər izahatlarına görə heç bir məsuliyyət daşımırlar. Bütün subutları isə məhkəmə qiymətləndiriərək mülki iş üzrə məhkəmə aktı qəbul edir. Məhkəmə aktlarılndan da göründüyü kimi, İddiaçı ilə onun əri Faiq Cəlilov yalnız həmin işdə verdikləri izahatlarında göstərirlər ki, Bakı şəhəri Telnov küçəsi ev 5, mənzil 78-ə guya İddiaçı gəlin köçmüşdür, məcburiyyət qarşısında ünvan 18 ünvanında yaşamağa məcbur edilmişlər.Amma yuxarıda sözü gedən həmin qətnamələrin əsaslandırım hissəsində yer alan qonşuların aktına da istinad edərək iş üzrə müəyyən olunan faktları nəzərinizə çatdırmaqla bir daha qeyd edirəm ki, apellyasiya şikayətində apellyatorun Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad edərək göstərmək istədiyi faktlar əslində bunlardır.Quba rayon Məhkəməsi mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, bu sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə aydınlıq gətirilməsi, eləcə də məhkəmə təcrübəsində bu məsələ ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.Ona görə də Konstitusiya Məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri), çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar.Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd lazımdır. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: -işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi:-məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi.Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir.Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki. onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80. 81 və 88-ci maddələri).Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki. məhkəmə qətnaməsinin əsaslılığı ondan aşlıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydmlaşdırılsın. bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret hallan və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki. məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırım və nəticə hissəsində göstərməlidir.Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad eldiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir.Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu. məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşdıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 1 5 iyul 2015-ci il tarixli Qərarı).Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin,dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir miilki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessualqanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıeı hissəsində öz əksini tapmalıdır.Qətnamənin əsaslandırıeı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıeı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ- hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-eü maddəsi).Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıeı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığm obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığm subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cii il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki. Nəzərə alınmalıdır ki. insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki. nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun."İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfimdən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutlan müddəalardan da bəlli olur ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin məcburi imperativ xarakterə malik olması yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.Lakin hamin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, orda tərəflər X18 və Cəlilov Faiq Ziyafəddin oğlu ilə İddiaçı olsa da, hazır ki, mülki mübahisə Üzrə tərəflər İddiaçı ilə Cavabdehdır. Bundan başqa sözü gedən Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi bu günədək də icra olunmamışdır. Həmin Mənzildə 18 nəfər şəxs yaşayır. Məhkəmə qətnaməsinin icrası da mümkünsüzdür. Başqa bir tərəfdən həmin məhkəmə qətnaməsi ilə İddiaçın ünvan 19 ünvanına yalnız köçürülməsi qət edilmişdir. İddiaçı həmin mənzilə istifadə hüququnun tanınması ilə bağlı məhkəmə aktları mövcud olmamışdır. Əgər belə bir məhkəmə aktı olsa idi, bəli demək olardı ki, hazırki tələbə münasibətdə həmin məhkəmə aktları bu gün predisual xarakter daşıyır. Bununla belə qeyd etmək istəyirik ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli Fərmanının 2-ci bəndinə əsasən. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Göründüyü kimi İddiaçı Bakı şəhəri, Telnov küçəsi ev 5 , mənzil 78-də qeydiyyatda olmaqla ora istifadə hüququ qazanmamışdır. Bu günədək də mənzilin bütün kommunal xərcləri onun tərəfindən fasiləsiz olaraq ödənilir. Onun oğlu Rövşən Cəlilov həmin mənzilin yuaxrılığındakı uşaq poliklinikasında, sonradan isə həmin ərazidə şəhər poliniklinikasında qeydiyyatdadır, birinci sinfə də həmin mənzilin yaxınlığında yerləşən orta məktəbə getmişdir. Sonradan isə yenə də həmin mənzilin ərazisində yerləşən litseydə təhsil almışdır. İddiaçı həmin mənzilin yerləşdiyi ərazidə Poliklinikada 1987-ci ildən tibb bacısı işləyir.İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının mülahizə xarakterli apellyasiya şikayəti qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.Cavabdehin göstərdiyi dəlillər əsassız olduğundan hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.Hazırki iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətininin təmin edilməməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-804/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirmədən qüvvəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə;(münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddialar rədd edilməlidir. Qeyd edilməlidir ki, ilk iddia üzrə iddiaçının irəli sürdüyü dəlilləri onun 1987-ci ildən qaynatasına məxsus evə köçərək iddia edilən ünvanda əri ilə yaşaması olmuşdur ki, iddiaçının başqa ünvanda qeydiyyatda olması və qanuni qüvvəsin almış məhkəmə qətnaməsi ilə istifadə hüquqlarının olması əsası ilə oraya köçürülməsinin qət edilməsi digər sübutların mötəbərliyin şübhə altına almışdır. Bakı Apellyasiya Məhkımısinin 2(103)-10320/2017 saylı işi üzrə 14.11.2017-ci il tarixli qətnamənin əsaslandırıcı hissəsində - 51-ci abzasında - qeyd edilmişdir ki, istinad olunan məhkəmə qətnaməsi ilə iddiaçıların (o cümlədən İddiaçı) mübahisəli mənzildə istifadə hüquqlarının olması, daimi olaraq başqa yaşayış yerinə köçmədikləri müəyyən edildiyindən onların mübahisəli mənzildə yaşamaq imkanı yaradılmalı, belə imkanın təmin edilməsi məqsədi ilə mənzilə köçürülməsi mütləqdir (iş səh.137) Ali Məhkəmənin 2(102)- 2757/2018 saylı işi üzrə 23.04.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkımısinin 2(103)-10320/2017 saylı işi üzrə 14.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iş səh.148). Qarşılıqlı iddia üzrə iddiaçının subyektiv tələbi müstəvisində sübutların təqdim edilməməsi, apellyasiya şikayətində belə bu iddiaya dair dəlillərin irəli sürməməsi qarşılıqlı iddianın da təmin edilməsinə əsaslar müəyyən etmir. Halbuki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddialar əsassız olduğundan təmin edilməməlidirlər. İddialar əsassız olduğundan və apellyasiya şikayətləri üzrə başqa tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X39 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 804/2021 nömrəli saylı işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X29 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilk iddia tələbinə dair iddiası rədd edilsin. İlk iddia üzər cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi və.s” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar