Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5630/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay hər bir uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1200/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, uşaqların saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10443/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh vəkili Vəkil apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4790/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1200/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən qanunvericiliklə müəyyən edilmiş qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ Cavabdeh izah edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və elektron qaydada tərəfindən verilmiş apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi, əks halda şikayətin işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini nöqsanları aradan qaldıraraq, Bakı Apellyasiya Məhkəməsi onun işi üzrə qərardad qəbul edən günü, yəni xx.xx.2023-cü il tarixdə elektron qaydada “Asan imza” ilə imza edərək, elektron kabinetin şikayətlər bölməsinə yerləşdirmişdir. Lakin üstündən 1 ay müddət keçməsinə baxmayaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə verilmiş həmin apellyasiya şikayətini açmamış və oxumamışdır. Lakin işin elektron kabinetdə həmin apellyasiya şikayətinin statusu təhvil alındı yazılmışdır, yəni xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1200/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti Cavabdeh vəkili Vəkil tərəfindən verilmişdir. Lakin həmin apellyasiya şikayətinə vəkilin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək, apellyasiya şikayətini imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Məhz bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4790/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadında nümayiş etdirilmiş hüquqi mövqeyə və məcburi göstərişlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bu da öz növbəsində həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsini şərtləndirir. Cavabdehin özü tərəfindən imzalanmış apellyasiya şikayəti ilə bağlı qeyd edilməlidir ki, bu şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilsə də elektron qaydada tərtib edilməmiş və imzalanmamışdır. Nəticə etibarı ilə şikayət Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya riayət edilmədən tərtib edilmiş və sadə qaydada imzalanmışdır. Halbuki, bu sistemin tətbiq olunduğu məhkəmələrdə apellyasiya şikayətinin həmin qaydada verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən cavabdehin özü tərəfindən belə bir apellyasiya şikayətinin verilməsi apellyasiya şikayətini imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnaməni əvəz etmir. Başqa sözlə, apellyasiya şikayətini imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnamə hər bir halda apellyasiya şikayətinə əlavə edilməli idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət əsassızdır və bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1200/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5630/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5630/2023
07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver