Məhkəmə qərarları › İş №2(103)-5638/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5638/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5638/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nə qarşı “kredit və girov müqavilələrinin ləğvi, artıq yazılmış əsas məbləğ və faiz borcunun silinməsi, qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh QSC arasında 12.02.2020-cil tarixində bağlanılmış xxxx/000/20/228719 saylı və xxxx/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52.257 manat 19 adda olan1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pulun tutulması və tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 12.02.2020-ci il tarixli, xxxx/000/20/228754 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 12.02.2020-ci il tarixli, xxxx/000/20/228754 saylı kredit müqaviləsi üzrə 26.538,39 manat əsas, 5.869.20 manat faiz, 11.037 manat dəbbə pulu olmaqla, ümumilikdə 43.445,38 manat pulun tutulması, tələbin lombarda girov qoyulmuş 11.199 ABŞ dolları dəyərində olan qızıl-zinət əşyalarına: 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-nə qarşı “onunla Cavabdeh QSC arasında cavabdeh təşkilatın qanunsuzluq edərək və onu aldatmaqla 12.02.2020-cil tarixində bağlanılmış xxxx/000/20/228719 saylı və xxxx/000/20/228754 saylı eyni məzmunlu ayrıayrı kredit müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52.257 manat 19 adda olan qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 12.02.2020-ci il tarixli, xxxx/000/20/228754 saylı kredit və girov müqaviləsi üzrə 26.056.66 manat əsas borc, 2.174.69 manat faiz borcu olmaqla cəmi 28.131 (iyirmi səkkiz min yüz otuz bir) manat 35 (otuz beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına -1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 11.36 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının satışından əldə olunan vəsaitdən cavabdeh İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan 28.131 (iyirmi səkkiz min yüz otuz bir) manat 35 (otuz beş) qəpik məbləğində borcun silinməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat məbləğində pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan qəbul etmir və ləğv olunaraq onun Cavabdeh QSC-yə qarşı iddia tələbinin təmin olunmasını xahiş edir. Belə ki, məhkəmədə Cavabdeh QSC-nin irəli sürdüyü qanunsuz dəlillər əsasında işə baxılmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamış, hüquqları pozulmuş və məhkəmə tərəfindən cavabdeh təşkilatın nümayəndəsi təyin olunmuş məhkəmə iclasına gəlməyə-gəlməyə cavabdeh təşkilatın maraqlarını təmin edən, bu cür qanunsuz qətnamə qəbul edilmişdir. Gigirov qoyduğu qızıl zinyət əşyalarının dəyəri götürdüyü puldan 3 dəfə artıq olmasına baxmayaraq cavabdeh təşkilatın Azərbaycan Respublikasında pandemiya şəraitində iş yerlərinin bağlı olduğundan pulları ödəyə bilməməyi cavabdeh təşkilat tərəfindən nəzərə alınmaması, hər hansı müqavilənin uzadılması və yaxud pandemiya şəraitində, iş yerlərinin bağlı olduğu aylara güzəştlərin təklif olunması ilə bağlı təkliflərin verilməməsi kimi qərəzli addımlar bir yana, nəticə etibarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciətinə məhkəmə tərəfindən formal yanaşılması ümumiyyətlə qəbul edilməzdir. Əgər məhkəmə cavabdehin dedikləri ilə razılaşacaqsa məhkəmədə çəkişmə prinsipinin tətbiq olunması nəyə gərəkdir. Bu səbəbdən də məhkəmə qətnaməsi ilə razılaşmır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, 12 fevral 2020-ci il tarixdə bağlanılmış xxxx/000/20/228719 saylı və xxxx/000/20/228754 saylı eyni məzmunlu ayrıayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsi, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin silinməsi və müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52.257 (əlli iki min iki yüz əlli yeddi min) manat 19 adda olan qızıl-zinyət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə qəbul edərək iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etsə də, xəstəliyi ilə bağlı məhkəmə kollegiyasına hər-hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin nümayəndəsi Cahangir Mahmudovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı (borclu-girov qoyan) və Cavabdeh QSC (kreditor-girov saxlayan) arasında bağlanmış xxxx/000/20/228719 saylı, 12.02.2020-ci il tarixli kredit və girov müqaviləsinin surətindən görünür ki, kreditor-girov saxlayan borclugirov qoyana illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 27.686 manat məbləğdə kredit verməyi, borclu-girov qoyan verilmiş krediti qəbul edərək ondan müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi, krediti geri qaytarmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu girov qoyana kredit verdiyi pul vəsaitinin və ona hesabların faizlərin habelə borclu-girov qoyanın öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar hesablanan dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədi ilə girov predmeti 12.02.2020-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 11.633 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı mülkiyyətindəki qiymətli metaldır. İş materiallarında olan İddiaçı (borclu-girov qoyan) və Cavabdeh QSC (kreditor-girov saxlayan) arasında bağlanan 12.02.2020-ci il tarixli xxxx/000/20/228754 saylı kredit və girov müqaviləsindən görünür ki, kreditor-girov saxlayan borclu-girov qoyana illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 27.686 manat məbləğdə kredit verməyi, borclu-girov qoyan verilmiş krediti qəbul edərək ondan müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi, krediti geri qaytarmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu girov qoyana kredit verdiyi pul vəsaitinin və ona hesabların faizlərin, habelə borclu-girov qoyanın öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar hesablanan dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədi ilə girov predmeti 12.02.2020-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 11.633 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı mülkiyyətindəki qiymətli metaldır. İş materiallarında olan İddiaçı ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, borclu öhdəliklərini bildirişi aldığı gündən 7 gün müddətində göstərilmiş borc öhdəliyi yerinə yetirmədiyi təqdirdə tələbin girov predmetinə yönələcəyi, girov predmetinin QSC daxili hərrac vasitəsi ilə satışa çıxarılacağı, satış 25.09.2020-ci il tarixində Səməd Vurğun 60 ünvanında saat 15:00-da keçirilməsi barədə xəbərdar olmuşdur. İş materiallarında olan 10.06.2019-cu il tarixli Cavabdeh QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 19 adda - 1 ədəd 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd 585 əyarlı ümumi çəkisi 11.36 olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11.633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan İddiaçı tərəfindən girov saxlayan Cavabdeh QSC-yə təhvil verilmişdir. İş materiallarında olan 12.02.2020-ci il tarixli Cavabdeh QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 19 adda- 1 ədəd 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd 585 əyarlı ümumi çəkisi 11.36 olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət olan ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan İddiaçı tərəfindən girov saxlayan Cavabdeh QSC-yə təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh QSC ilə borclu İddiaçı arasında bağlanmış 12.02.2020-ci il tarixli, xxxx/000/20/228754 saylı kredit (borc) və girov müqaviləsinə əsasən 11.633 ABŞ dolları qiymətləndirilmiş girov predmeti ilə onlara 16 ay müddətinə, 40 faiz məzənnəsi ilə 27.686 manat məbləğində kredit verilmişdir, 02.11.2020-ci il tarixinə olan borc əsas - 26.538,39 manat, faiz 5.869,2 manat, dəbbə 11.037,48 manat olmaqla, ümumilikdə 43.445,38 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsiə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.4.-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv dilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi Mülki Məcəllənin 337 və 339-cu maddələrinə əsasən, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Odur ki, məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin qeyd olunan dəlillini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kоllegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin əsas dəlili olan Cavabdeh QSC tərəfindən əsas və faiz məbləğinin artıq hesablanması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/5991 saylı, 25 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 12.02.2020-ci il tarixli xxxx/000/20/228754 saylı kredit müqaviləsi üzrə İddiaçı 12.11.2020-ci il tarixə olan borcu əsas borc üzrə 26.056,66, faiz borcu üzrə 2.174,69 manat olmaqla, ümumilikdə 28.231,35 manat məbləğində müəyyən olunmuşdur. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməmühasibatlıq ekspertizasının 9/5991 saylı, 25 yanvar 2021-ci il tarixli ekspert rəyinə uyğun olaraq tutmaqla düzgün və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərilən hallarla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq tərəflərin təqdim etdiyi sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar