Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5639/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh)in nümayəndəsi vəkil X7 iştirakı ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin təsisçisi X8 Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 MMC, Cavabdeh3xxxx MMC-yə qarşı “işçinin vurduğu maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 X9 qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-621/2021 nömrəli saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi vəkil X1 və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh)in nümayəndəsi vəkil X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” MMC-nin təsisçisi X12 cavabdehlər Cavabdeh1, "Cavabdeh2” MMCyə və "Cavabdeh3”xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 4.106.734 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini, Cavabdeh1 əməlində Azərbaycan Respubliksı Cinayə Məcəlləsinin 179-cu maddəsinin tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib Baş Prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir İddiaçı "İddiaçı” MMC-nin təsisçisi X12 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən Cavabdeh1 qarşı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 4.106.734 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi və Cavabdeh1 əməlində AR Cinayət Məcəlləsinin 179-cu maddənin tərkibi olduğu üçün xüsusi qərardad qəbul edib Azərbaycan Respublikası Baş Prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili X2 dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "X5” MMC-nin təsisçisi X12 Cavabdeh1 qarşı işçinin vurduğu ziyana görə pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra və məhkəmə iclasları keçirildikdən sonra məlum olmşudur ki, iddia ərizəsində səhvən iddiaçının atasının adı "Cəmil” əvəzinə "Abdulla” kimi göstərilmişdir. Bu səbəbdən gösğtərilən texniki səhvin düzəldilməsini və iddiaçının ata adının "Abdulla” deyil, "Cəmil” kimi hesab edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh "X5” MMC-nin təsisçisi X9 qarşı işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilkin iddia üzrə iddiaçı "X5” MMC-nin təsisçisi X8 Cavabdeh1 qarşı işçinin vurduğu ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməklə və ilkin iddia ərizəsində Cavabdeh1 barəsində qeyd edilən işgüzar nüfuzu ləkələyən məlumatların yazılı olaraq təkzib edilməsi və buna görə Cavabdeh1 yazılı olaraq üzr istənilməsi vəzifəsinin "X5” MMC-nin təsisçisi X9 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-621/2021 nömrəli saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi "İddiaçı” MMC-nin xeyrinə ******* (bir milyon doqquz yüz otuz altı min altı yüz doxsan bir) manat məbləğində pul tutulması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh "X5” MMC-nin təsisçisi X9 qarşı Cavabdeh1 barəsində işgüzar nüfuzu ləkələyən məlumatların yazılı olaraq təkzib edilməsi və buna görə Cavabdeh1 yazılı olaraq üzr istənilməsi vəzifəsinin "X5” MMC-nin təsisçisi X9 həvalə edilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi vəkil X1 apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-621/2021 saylı 01.04.2021-ci il il tarixli qətnaməsini iddianı təmin edilməmiş hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkil X11 apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-621/2021 saylı 01.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia ərizəsinin rədd edilməsinə və qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin təsisçisi X12 məhkəməyə ərizə göndərərək, iş apellyasiya instansiya məhkəməsinin icraatında olduğu müddət ərzində Cavabdeh1lə barışıq əldə olunmuş və bir sıra məsələlərə dair razılıqlar əldə olunmuşdur. Hazırda aralarında olan mübahisə tam həll olunmuş, Cavabdeh1 bir sıra öhdəliklər götürmüş və onunla müqavilələr bağlanılmışdır. Bu səbəbdən hazırda iddia tələbindən imtina etmiş və məhkəmə kollegiyasında iddiadan imtinanı nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X11 ərizə təqdim edərək, tərəflərin ilkin və qarşılıqlı iddiadan imtina etməsi barədə razılığa gəldiklərini, ona görə qarşılıqlı iddiadan imtinanın qəbul edilməsini, bu imtinadan gələn prosessual hərəkətlərin həyata keçirilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 MMC, Cavabdeh3xxxx MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərclərinin onları ödəyən şəxslərə aid edilməlidir.Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətlərə qiymət verilməsinə zərurət qalmır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin təsisçisi X12 və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 (nümayəndəsi vəkil X11) tərəfindən verilmiş ərizələrə müvafiq iddialardan imtinalar qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 621/2021 nömrəli saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5639/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5639/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver