Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5644/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 14 TP ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-da Cavabdeh1 Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə edilmişdir.
2. “İndıvıdual servıces” tərəfindən "xxxx" ASC üçün tərtib edilmiş xx.xx.2023-cü il tarixli yekun qüsur aktının surətindən görünür ki, KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 7340 manat hesablanmışdır.
3. "xxxx" ASC tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı Ödəniş aktı №ZBT142357/23-dən görünür ki, sığortalanmış KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat ödəniş edilmişdir.
4. KİA Motors tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə 13195.25 manat ziyan dəymişdir.
5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-dir.
6. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh1 Lexus ES 250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair yol vərəqəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KİA markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada 8000 manat pulun və 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixində saat 15:00-da LEXUS ES250 MİNİK markalı, 90PG025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən zaman Cavabdeh1 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati xəta törətdiyinə görə təqsirli bilinərək onun barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 idarə etdiyi LEXUS ES250 minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. Belə ki, sözügedən nəqliyyat vasitəsinin sahibi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. Bakı şəhər DYPİ-nin tərəfindən verilən “Yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumatda qeyd ki, zərərçəkən avtomobil Kia markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlıdır, həmin avtomobilin mülkiyyətçisi isə İddiaçı, hadisə zamanı avto nəqliyyat vasitəsini idarə edən şəxs isə etibarnamə əsasında X3 olmuşdur. Hadisə zamanı onun avtomobilinə ümumilikdə 13195 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın bir hissəsini, yəni 5000 manatını sığorta şirkəti ona ödəmişdir. Qalan məbləği isə hadisəni törətmiş avtonəqliyyat vasitəsinin sahibi və sürücüsündən dəfələrlə tələb etməsinə baxmayaraq ona ödənilmədiyi üçün məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh1 istintaq zamanı verdiyi izahatda belə özünü təqsirli olmasını etiraf edir və hadisənin necə baş verməsi barədə məlumat əlavə olunmuşdur. Kia markasının rəsmi servis mərkəzi olan KİA MOTORS Servis Mərkəzi tərəfindən təqdim olunan qüsur aktında avtomobilin zərəri 13195 manat müəyyən edilmişdir. Yol vərəqəsi əsasında avtomobili idarə edən Cavabdeh1 ilə yanaşı LEXUS ES250 MİNİK markalı, 90PG025 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Açıq Səhmdar Cəmiyyəti işçisinin vurduğu zərər üzrə maddi məsuliyyət daşıyır.
9. Sonradan "xxxx" ASC iddiaçının vəsatəti əsasında cavabdeh qismində cəlb edilmişdir.
10. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh1 müştərək qaydada vurulmuş ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən maddi zərərə görə 2842 manat, ödənilmiş dövlət rüsumuna görə 48.42 manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manatın cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, müxbir hesab AZ41NABZ********************), iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən hissə üzrə Cavabdeh1 iddiaya cavab verməli şəxs olmadığından, sözügedən hissədə iddia rədd edilməlidir. İddiaçının avtomobilinə təqsirli olaraq zərərin vurlması və bunun sığorta hadisəsi hesab edilməsi mübahisələndirilmir. Zərərin vurulması məbləği isə işin mübahisələndirilən halıdır. Cavabdehlər "xxxx" ASC və "xxxx" ASC mübahisələndirilən hissəyə münasibətdə iddiaçı ilə icbari sığorta münasibətlərində olan "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” qanunun 52-1 maddəsinə əsasən müəyyən etdiyi qüsur aktında göstərilənlərin və icbari sığorta üzrə 5000 manat məbləğində ödənişin iddiaçı tərəfindən qəbul edilməsi halına əsaslanaraq, bunula da vurulmuş zərərin "xxxx" ASC tərəfindən müəyyən edilmiş 7340 manat həcmində olması faktının iddiaçı tərəfindən qəbul edildiyi dəlilini irəli sürərək, zərərin yenidən qiymətləndirilməsi ilə sonradan daha çox məbləğin tələb edilməsi hissəsini qəbul etmirlər. Bundan əlavə, cavabdehlərin digər dəlilləri qismində sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin mübahisələndirildiyi təqdirdə qiymətləndirilmənin məhz Mərkəzi Bankın reyestrində qeydiyyatdan keçmiş qiymətləndiricilər tərəfindən aparılması barədə imperativ göstərişin olmasına baxmayaraq, səlahiyyəti müəyyən edilməyən şəxs tərəfindən, qeydiyyat nömrəsi olmayan, KİA MOTORS-a məxsus olması müəyyənləşdirilə bilməyən möhür vurulan yeni, xx.xx.2023-cü il tarixli qüsur aktının sübut qismində qəbul edilməməli olmasını qeyd etmişlər. Məhkəmə iddia tələbinin avtomobilin zədələnməsi nəticəsində zərərin vurulması həcminə dair hesab edir etmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən vurulmuş zərərin 7340 manat məbləğdə olmasının müəyyən edilməsinə münasibətdə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi sübut kimi əsas götürülməlidir. Rəydə “İndividual Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, “Kia Optima” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri ilə birlikdə dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7842,00 manat müəyyən edilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə edildiyi anda qüvvədə olan Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Mülki Məcəlləyə dəyişikliklərin edilməsinə dair xx.xx.2023-cü il tarixli Qanundan sonra qüvvəyə minən 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. İş materiallarından müəyyən olunur ki, Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-nin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Qanunvericiliyin tələbindən və təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçı sığorta ödənişinin qəbulundan əvvəl vurulmuş zərərin miqdarının mübahisələndirilməsi və müstəqil ekspert tərəfindən qiymətləndirilməsi hüququndan istifadə etməməklə ona vurulmuş zərərin həcmi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, sığorta ödənişinin əvəzi olaraq cavabdehlər "xxxx" ASC və "xxxx" ASCdən 2842 manat (7842-5000=2842) alınaraq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 152.8-ci, 386.1, 926.1, 927.1,927.2-ci, 1097.1, 1099.1-ci maddələri , “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci, 16.3, 16.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 51,54, 217.4, 1099.1-ci, 1099.2-ci, 1114.1-ci, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini Cavabdeh2 ASC-yə aid hissədə ləğv edib, iddianın Cavabdeh2 ASC-yə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, məbləğin Sığortaçı ilə yanaşı Bankdan tutulmasının qət edilməsi düzgün deyildir. Məhkəmənin də istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Baş vermiş hadisənin sığorta hadisəsi olması işin mübahisəsiz halıdır. Belə olduğu təqdirdə hazırki mübahisəyə sığorta ilə bağlı qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Həmçinin zərərçəkmişə ödənilməli məbləğin də sığorta ödənişi hesab edilməsi aydındır. Yuxarıda göstərilən maddənin tələbindən də aydın olur ki, sığorta ödənişi sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İddiaçı iddia ərizəsində də icbari sığorta üzrə 5000 manat məbləğində vəsaiti aldıqdan sonra vurulmuş ziyan üzrə qalan məbləğin qaytarılması ilə bağlı Banka və Cavabdeh1 müraciət etdiyini qeyd etmişdir. Bank tərəfindən də ona müvafiq təsdiqedici sənədlərlə birlikdə Sığortaçıya müraciət etməsi izah olunsa da, o vəsaitin məhz Bank tərəfindən ödənilməsini tələb etmişdir. Hazırki mübahisə üzrə münasibətlərin sığorta sahəsinə aid olmasını nəzərə alaraq vəsaitin sığortaçı tərəfindən ödənilməli olması da işin mübahisəsiz halıdır. Belə olduğu təqdirdə vəsaitin həmçinin Bankdan tutulmasını qət etmək əsassızdır. Həmçinin nəzərə alınmalıdır ki, Sığortaçı da vəsaitin onlar tərəfindən ödənilməsindən imtina etmir. Burada sadəcə ödənilməli olan məbləğin həcmi mübahisələndirilmişdir. Bu cür hallarda vəsaitin Bank tərəfindən ödənilməsi sığorta institutunun mahiyyətini aradan qaldırır. Bununla yanaşı məhkəmə tutulmalı olan məbləği müəyyən edərkən qeyd etmişdir ki, İddiaçı sığorta ödənişinin qəbulundan əvvəl vurulmuş zərərin miqdarının mübahisələndirilməsi və müstəqil ekspert tərəfindən qiymətləndirilməsi hüququndan istifadə etməməklə ona vurulmuş zərərin həcmi ilə razılaşmışdır. Məhkəmənin qeyd etdiyi iddiaçının razılaşdığını qüsur aktı “İndividual services” tərəfindən tərtib edilən aktdır və həmin akta əsasən avtomobilə vurulmuş ziyanın həcmi 7340 manat hesablanmışdır. Lakin nədənsə, məhkəmə iddiaçının həmin aktla müəyyən edilmiş məbləğlə razılaşdığını qeyd etsə də, ödənilməli olan məbləği hesablayarkən həmin aktı deyil, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy üzrə qeyd olunan qüsur aktına əsasən hesablanmış təmir-bərpa işləri işlərinin qiymətini, yəni 7842 manatı nəzərə almışdır. Hesab edirlər ki, həmin hissədə sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin həmin akta əsasən hesabladığı məbləğin aktda qeyd olunan məbləğə yaxın olması, aktdakı qiymətlərin həqiqətə uyğun olmasını göstərir. Burada nəzərə alınmalıdır ki, “İndividual services” tərəfindən qiymətləndirmə xx.xx.2023-cü il tarixdə, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertiza isə xx.xx.2024-cü il tarixdə, yəni ilkin qiymətləndirmədən təxminən 1 il sonra aparılmışdır. Həmin müddət ərzində də həm avtomobilin hissələrinin, həm də təmir-bərpa işlərinin qiymətinin artmış olması ağlabatandır. Göründüyü kimi məhkəmənin istinad etdiyi fakt iddiaçının sığorta ödənişindən əvvəl hesablanmış qiymətləndirmə ilə razılaşmasıdır. Lakin məhkəmə yekun nəticəyə gələrkən həmin fakt üzrə müəyyən olunmuş məbləği deyil, sonradan keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Bununla yanaşı məhkəmə tərəfindən iş üzrə məhkəmə xərclərinin tutulması ilə bağlı hissəni həll edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumunun tutulması hissəsində Mülki Prosessual Məcəllənin 119.1-cimaddəsinin tələblərinin nəzərə alaraq, məbləği ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölsə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini tam olaraq Bankdan və Sığortaçıdan tutmuşdur. Halbuki maddənin tələbindən aydın olur ki, həm dövlət rüsumu, həm də məhkəmə məsrəfləri ümumilikdə məhkəmə xərclərini təşkil edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
17. Cavabdeh "xxxx" ASC nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, məbləğin Bankdan tutulması düzgün deyil. "xxxx" ASC məbləği ödəməyə əvvəlcədən razıdır. Lakin iddiaçı tərəf məbləğlə razı deyil. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, 2842 manat pul tutulub. Qiymətləndirmə aktından sonra tərəfə ödəniş olunub. İddiaçı ona vurulmuş zərərin həcmi ilə razılaşmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı hissəni həll edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həm də məhkəmə ekspertiza tədqiqatının dəyərini tam olaraq Bankdan və Sığortaçıdan tutmuşdur. Məhkəmə xərclərinin tutulması tərəflər arasında bərabər payda bölünməlidir. Qarşı tərəf maşının sığortalı olması barədə məlumatlı idi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
18. İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qəza olanda qarşı tərəf maşının sığortalı olduğu barədə məlumat verməmişdir. Əgər bu barədə bildirsəydilər o maşını servisə aparardı. Maşın təmir olunduqdan sonra götürərdi. Hadisə olandan sonra 1 ay sürücü ilə telefon danışıqları oldu. O dedi ki, onun günahı yoxdur, pulu ödəməyəcək, şirkəti məhkəməyə verməyini bildirdi. Fikirləşib ki, 5000 manatdan artıq pul tələb edə bilməyəcək. Deyilən məbləği qəbul edib. Geri qalan pulun isə mübahisələndirilməsi üçün məhkəməyə müraciət ediblər. Maşına 10000 manat ziyan dəyib. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir..
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Maddə 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Maddə 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Maddə 20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh "xxxx" ASC-yə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Qətnamə digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdeh "xxxx" ASC-yə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KİA markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada 8000 manat pulun və 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edərək, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə istinad etmişdir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək qeyd edlmişdir ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən deyil, Paşa Sığorta” ASC tərəfindən ödənilməlidir.
30. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi "xxxx" ASC-nin mülki məsuliyyəti icbari sığortalanmışdır.
31. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsində qeyd edilir ki, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
32. Göründüyü kimi, qanunvericiliyə əsasən İddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini eyni zamanda sığorta olunan "xxxx" ASC və sığortaçı "xxxx" ASC-dən müştərək qaydada ödənilməsini tələb etmək, həmçinin onlardan birindən ayrılıqda tələb etmək hüququ vardır.
33. Cavabdehin şikayətinin digər dəlili odur ki, cavabdehdən tutulmalı olan məbləğ şişirdilmişdir.
34. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/9881/2023 saylı rəydə qeyd edilir ki, nəzəri hesablama yolu ilə, “KİA Motors” Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı “Kia Optima" markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 13193.0 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 11351 manat; təmir-bərpa işlərinin qiyməti - 1842,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9703,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 7861,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1842,00 manat. 2. Nəzəri hesablama yolu ilə, İndividual Servis tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, “Kia Optima” markalı, **- ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10524.0 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 8724,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1800.00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7842,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 6042,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1800,00 manat. 5-ci sual üzrə: Respublikada yerləşən avtobazarlarda, internet (sayt: Turbo.az) saytlarında mövcud olan qiymətlərdən, eləcə də Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında qeyd edilən 2014cü il buraxılışlı, “Kia Optima” markalı, 9C-ZH-974 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəl, normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 25 000 manat, təmir edilməmiş halda qüsur aktlarında qeyd edilən zədələr nəzərə alınmaqla təxminən 12500 manat müəyyən edilir
35. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
38. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Ödəniş aktı № ZBT142357/23-dən görünür ki, sığortalanmış KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat sığorta ödənişi edilmişdir.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən 2842 manat (7842-5000=2842) alınaraq iddiaçıya ödənilməlidir.
40. Cavabdeh apellyasiya şikayətində zərərin məbləğinin şişirdildiyini qeyd etsə də, dəymiş zərər ilə bağlı, şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
41. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
42. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh KapitalBank” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-264/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov