Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5647/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayətin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Apellyasiya şikayəti ona görə qaytarılıb ki, o, Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş formaya uyğun deyil. Lakin müəyyən olunur ki, apellyasiya şikayətin məzmununda şikayətçinin qətnamədən hansı əsasa görə narazı olması, onun istinad etdiyi konkret fakt və hallar, o cümlədən şikayətçinin tələbi göstərilib. Apellyasiya şikayəıti Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olduğuna görə qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllədə müəyyən olunmuş forma və məzmuna uyğun olduğu müəyyən edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5647/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5647/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver