Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5654/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “Atəşgah Sığorta Qrupu” X2rşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2021 saylı iş üzrə qəbul etdiyi 29 mart 2022-ci il tarixli qərardadından Cavabdeh2 Şikür qızının nümayəndəsivəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və “Atəşgah Sığorta Qrupu” X2rşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 maddi zərər olaraq 6.200 manat və cavabdeh “Atəşgah Sığorta Qrupu” X3 1.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 maddi zərər olaraq 6.200 (altı min iki yüz) manat və cavabdeh “Atəşgah Sığorta Qrupu” X3 1.000 (min) manat sığorta haqqının İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 Şikür qızı apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, “Apellyasiya şikayəti MPM-in tələblərinə riayət edilmədən, o cümlədən elektron məhkəmə icraatı qaydasında elektron kabinet vasitəsi ilə verilmədiyindən qaytarılmalıdır”. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. 04 mart 2022-ci il tarixdə Cavabdeh2 Şikür qızının nümayəndəsivəkili Vəkil2 elektron qaydada apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə əlavə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizənin təmin olunmaması, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardaddan 30 iyun 2022-ci il tarixdə şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin, şikayət qüvvədə olan MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, qüvvədə olan MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməli (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) və əsaslandırılmalıdır. Hazırki şikayətdə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir. Belə olduğu təqdirdə isə, şikayət mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Odur ki, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2021 saylı iş üzrə qəbul etdiyi 29 mart 2022-ci il tarixli qərardadından Cavabdeh2 Şikür qızının nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5654/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5654/2022
28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver