Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5658/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1672/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-1757/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin dəyişdirilərək, hər ay 200 manat sabit pul məbləğində alimentin və əlavə çəkdiyi 420 manat əlavə xərcin cavabdeh X1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1672/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1757/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və xx.xx.2008-ci il təvəllüdlü X3 xəstəliyinin müalicəsi ilə bağlı 420 manat pul məbləğinin cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində 420 manat pulun tutulması üçün sübut təqdim etmədiyini qeyd etmişdir. Bu həqiqətət uyğun deyildir. Çünki o, uşağın müalicəsi ilə bağlı çəkdiyi xərc -420 manat pula dair sübutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmənin uşağın xəstəliyinin müalicəsi ilə bağlı 420 manat pul məbləğinin cavabdehdən tutulmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı və qanuni deyildir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, hələki çəkdiyi xərclər tələb etdiyidir. Ata alimenti ödəməkdən yayınır, uşaqla maraqlanmır. Uşaq skolioz xəstəsidir, çəkdiyi xərclər çoxdur. Rentgen üçün 40 manat, üçgüçülük üçün 180 manat, uşağın boğazlığı və dəmiri ilə birlikdə taxdığı korset üçün isə 200 manat pul vermişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən -əlavə xərclərin cavabdehdən tutulmaması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinəəsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni əlavə xərcin təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməyən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi xahiş edilmiş, şikayətin məzmununda da qətnamənin yalnız əlavə xərclərlə bağlı iddianın təmin edilməyən hissəsi mübahisələndirilir. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən iddiaçının şikayəti üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılmalı, təmin edilən və alimentin məbləği ilə bağlı təmin edilməyən hissəsinə və cavabdehə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin əlavə xərcin ödənilməsi ilə bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın həmin hissədə tam təmin edilməməsi hissəsində iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır. Əvvəla, əlavə tibbi xərclərlə bağlı hazırki iddia tələblərinin qanuni əsası Ailə Məcəlləsində nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi sübutlar da iddianın əsasını təsdiq edir. İddiaçının cavabdehə başqa əsaslarla iddia irəli sürməsi, məsələn alimentin artırılması, uşağa qulluğa görə və.s iddianın bu hissəsinin əsassızlığına dəlalət etmir və iddianın bu hissəsinin təmin olunmaması üçün əsas ola bilməzdi. Çünki, bu tələb bilavasitə uşağa çəkilən əlavə tibbi xərclərlə bağlıdır. İkincisi, birinci instansiya məhkəməsi əlavə xərclərlə bağlı sübutların təqdim edilmədiyini bildirsə də, bu qənaət əsassız olmuşdur. Çünki, iş materialında həqiqətən də uşağın xəstəliyi ilə bağlı 420 manat əlavə xərcin çəkilməsinə dair sübutlar vardır. O başqa məsələ ki, iddiaçı həmin məbləğin hamısını cavabdehdən tələb edir. Əslində iddiaçı da cavabdeh kimi valideyn olaraq faktiki çəkilmiş xərclərdə iştiraka cəlb edilməlidir. Ona görə də bu hissədə iddia tələbi qismən, yəni tələb edilən məbləğin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəsmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1672/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, çəkilmiş əlavə xərclərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, çəkilmiş 420 manat əlavə xərcin ½ hissəsi, yəni 210 manat cavabdeh X1 alınaraq İddiaçı ödənilməli, qətnamə, İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1672/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, çəkilmiş əlavə xərclərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. Çəkilmiş 420 manat əlavə xərcin ½ hissəsi, yəni 210 manat cavabdeh X1 alınaraq İddiaçı ödənilsin. Qətnamə, İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elşən Kazımov Hakimlər: Akif İsgəndərov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-5658/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5658/2020
27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver