Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5659/2025 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi vəkil Nümayəndə, cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Iddiaçı cavabdeh Cavabdeh (xxxx) Məhdud Məsuliyyətli Cəmiyyətindən 33915 manat məbləğində icarə haqqı borcunun və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh (xxxx) Məhdud Məsuluyyətli Cəmiyyəti ilə iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış ##.##.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsinə əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi, Gülbabayev küçəsində yerləşən, yeni tikilmiş 10 mərtəbəli binanın mansarında və binanın damında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-yə aid “CDMA” avadanlıqları və antennalarının quraşdırılması üçün cavabdehin icarəsinə verilmişdir. Həmin Icarə Müqaviləsinin 5.1-ci maddəsinə əsasən “Icarəçi” bu Müqavilənin müddəti ərzində hər ay 250 manat icarə haqqını növbəti ayın 10-na qədər hesab köçürmə yolu ilə ödəməlidir. Cavabdeh Icarə Müqaviləsinin 5.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməməsi nəticəsində ##.##.2014-cü il tarixindən 33915 manat məbləğində ödənilməmiş icarə haqqı borcu mövcuddur. Həmin pul vəsaitinin 10 gün müddətində ödənilməsinin təmin edilməsi, əks təqdirdə həmin pul vəsaitinin ödənilməsinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyinə dair cavabdehə ## #### 2025-ci il tarixli pretenziya təqdim edilsə də, cavabdeh həmin pul vəsaitinin ödənilməsini təmin etməmişdir. Həmçinin, cavabdehlə bağlanmış ##.##.2021-ci il tarixli Üzləşmə Aktında qeyd olunan tarixə 24915 manat məbləğində borcu olduğu etiraf edilmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, cavabdeh ##.##.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsinə 5.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, cavabdehdən 33915 manat məbləğində icarə haqqı borcunun və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir.
3. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaya qarşı etirazını təqdim edərək, iddia ərizəsi iddia müddəti ötürməklə məhkəməyə təqdim edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375.2 maddələrinə əsasən iddiaçının iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehin maliyyə imkanlarının olmaması səbəbi ilə Üzləşmə aktında etiraf etdiyi borcun ödənilməsi mümkün olmamışdır. Həmçinin, cavabdehin 2021-ci ildən faktiki olaraq fəaliyyəti dayandırılmışdır. Bu barədə iddiaçıya məlumat verilmiş və xitama dair bildiriş göndərilmişdir. müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Yəni mübahisəli müqavilənin ##.##.2012-ci il tarixində imzalanması və cavabdeh tərəfindən borcun etiraf etməsinin göstərən son hərəkətin ##.##.2021-ci il tarixində olduğunu nəzərə alaraq, müqavilə üzrə qanunvericilik ilə müəyyən edilmiş iddia müddəti bitmişdir.
4. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373.2, 373.4, 377, 385.1, 390.1, 405.1, 421, 425.1, 427.3, 442, 443.1, 700; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Iddianın mahiyyətcə iki ayrı dövrü əhatə edən tələblərdən ibarət olduğu müəyyən olunur. Belə ki, iddiaçının tələbi bir tərəfdən ##.##.2021-ci il tarixindən sonrakı dövrə aid olan ödənişlərin verilməsi, digər tərəfdən isə ##.##.2021-ci il tarixinə qədərki dövr üzrə hesablanmış və sənədlərlə təsdiq edilmiş öhdəliklərin (24915 manat borc) icrasını əhatə edir. Əvvəlcə ##.##.2021-ci il tarixindən sonrakı dövr üzrə iddianın əsası araşdırılmalıdır. Mülki iş materiallarının ümumi məzmunundan aydın olur ki, tərəflər arasında bağlanmış müqavilə 2021-ci ilə qədər qüvvədə olmuş, lakin həmin ildən sonra faktiki münasibətlərdə öz əhəmiyyətini itirmişdir. Müqavilə münasibətləri yalnız kağız üzərində deyil, həm də tərəflərin gündəlik fəaliyyəti, davranışları və qarşılıqlı iradəsinin ifadəsi ilə mövcud olur. Əgər tərəflərdən biri müqavilə üzrə öhdəliklərini tamamilə dayandırır, digər tərəf isə uzun müddət ərzində bu öhdəliklərin yerinə yetirilməsini tələb etmirsə, bu halda artıq müqavilənin real qüvvəsindən danışmaq mümkün deyil. Mülki işin materiallarından aydın olur ki, cavabdeh 2021- ci ildən etibarən müqavilə üzrə əsas öhdəliklərini, yəni müntəzəm ödənişlərin həyata keçirilməsini və avadanlıqlardan təyinatı üzrə istifadəni tamamilə dayandırmışdır. Avadanlıqlar fiziki olaraq cavabdehdə qalmış olsa da, onlar faktiki istismardan çıxarılmış, kommersiya dövriyyəsinə cəlb edilməmiş, təsərrüfat fəaliyyəti üçün istifadə olunmamışdır. Bu halda sadəcə avadanlıqların saxlanılması icarə münasibətlərinin davam etməsini təsdiq etmir. Əksinə, cavabdehin fəaliyyətini dayandırması, öhdəliklərin icra edilməməsi və ödənişlərin aparılmaması müqavilənin real həyatdakı əhəmiyyətini tamamilə itirdiyini göstərir. Müqavilə münasibətlərinin davam etməsi üçün təkcə bir tərəfin formal mövqeyi kifayət deyil, bunun üçün hər iki tərəfin qarşılıqlı iradəsi tələb olunur. Iddiaçı da 2021-ci ildən sonra uzun müddət ərzində öhdəliklərin icrasını tələb etməmiş, nə yazılı xəbərdarlıq göndərmiş, nə də ödənişlərin bərpası istiqamətində hər hansı praktiki addım atmışdır. Bu “susqunluq” tərəflərin münasibətlərinin faktiki olaraq xitam tapdığını bir daha təsdiqləyir. Məhkəmə üçün əhəmiyyətli olan məhz budur ki, tərəflərin davranışları bir-birini tamamlayaraq müqavilənin yalnız formal şəkildə mövcud olduğunu, lakin onun real hüquqi nəticələr doğurmadığını ortaya qoyur. Beləliklə, ##.##.2021-ci ildən sonrakı dövr üzrə müqavilə münasibətləri nə hüquqi, nə də iqtisadi məzmunda davam etməmişdir. Müqavilənin formal mövcudluğu tərəflər üçün yeni öhdəliklər yaratmır və ödəniş tələbinə əsas ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, ##.##.2021-ci il tarixindən sonrakı dövr üzrə irəli sürülmüş iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı, qeyd edlməlidir ki, əgər müqavilə predmeti olan avadanlıqların saxlanılması ilə bağlı iddiaçıya hər hansı faktiki (maddi) ziyanın dəyməsi sübuta yetirilərsə, İddiaçı həmin tələbi ayrıca məhkəməyə irəli sürmək hüququnu saxlayır. Iddia tələbinin ##.##.2021-ci il tarixinə qədərki dövr üzrə hesablanmış icarə haqqı, yəni 24915 manat borc məbləği ilə bağlı qeyd edilməlidir ki, həmin borc “xxxx” MMC ilə Qanuni nümayəndə arasında imzalanan ##.##.2021-ci il tarixli üzləşmə aktı ilə təsdiqləndiyindən işin münbahisəsiz halıdır. Mübahisəli borcun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür, lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh məhkəmədə iddianın əsassız olduğuna dair hər hansı arqument (sübut) göstərə bilməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddiaçı İddiaçı tərəfindən borc öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
5. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ## #### 2007-ci il tarixdə anadan olmuş, atası X3, anası Qanuni nümayəndədır; - Qanuni nümayəndə (icarəyəverən) və “xxxx” MMC (icarəçi) arasında bağlanan ##.##.2012-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında, yeni tikilmiş 10 mərtəbəli binanın ##.##.2007-ci il təvəllüdlü oğlu İddiaçı məxsus mansarında və binanın damında xxxx MMC-yə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması üçün sahəni qeyri-yaşayış sahəsi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən oğlunun adından icarəyə verir, icarəçi isə həmin sahəni xidməti və texniki ehtiyaclar üçün icarəyə qəbul edir. Icarəçi bu müqavilənin müddəti ərzində icarəyə alınmış sahəyə və əmlaka görə icarəyəverənə ##.##.2012-ci il tarixdən etibarən tərəflərin razılaşdırdığı müqavilə qiyməti ayda 250 manat ƏDV-siz ödəmə ayda 1 dəfə növbəti ayın 10-a qədər hesabaköçürmə yolu ilə ödənilir; - “xxxx” MMC və Qanuni nümayəndə arasında imzalanan ##.##.2019-cu il tarixli üzləşmə aktına əsasən həqiqətən ##.##.2014-cü il tarixdən “xxxx” MMC-nin müqavilə tərəfi olan İddiaçı (qanuni təmsilçisi: Qanuni nümayəndə) ##.##.2012-ci il tarixli xxxx MMC-yə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması ilə bağlı müqaviləyə əsasən ##.##.2019-cu il tarixinə 18915 manat borcu mövcuddur; - “xxxx” MMC və Qanuni nümayəndə arasında imzalanan ##.##.2021-ci il tarixli üzləşmə aktına əsasən həqiqətən ##.##.2014- cü il tarixdən “xxxx” MMC-nin müqavilə tərəfi olan İddiaçı (qanuni təmsilçisi: Qanuni nümayəndə) ##.##.2012-ci il tarixli xxxx MMC-yə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması ilə bağlı müqaviləyə əsasən ##.##.2021-ci il tarixinə 24915 manat borcu mövcuddur; - ************ nömrəli, ##.##.2025-ci il tarixli elektron mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh Cavabdeh (xxxx) Məhdud Məsuluyyətli Cəmiyyəti ilə iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış ##.##.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsinə əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi, Gülbabayev küçəsində yerləşən, yeni tikilmiş 10 mərtəbəli binanın mansarında və binanın damında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-yə aid “CDMA” avadanlıqları və antennalarının quraşdırılması üçün cavabdehin icarəsinə verilmişdir. Həmin Icarə Müqaviləsinin 5.1-ci maddəsinə əsasən “Icarəçi” bu Müqavilənin müddəti ərzində hər ay 250 manat icarə haqqını növbəti ayın 10-na qədər hesab köçürmə yolu ilə ödəməlidir. Cavabdeh Icarə Müqaviləsinin 5.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməməsi nəticəsində ##.##.2014-cü il tarixindən 33915 manat məbləğində ödənilməmiş icarə haqqı borcu mövcuddur. Həmçinin cavabdeh təşkilatla bağlanmış ##.##.2021-ci il tarixli Üzləşmə Aktında qeyd olunan tarixə 24915 manat məbləğində borcu olduğu etiraf edilmişdir. Eyni zamanda qeyd edir ki, ##.##.2021-ci il tarixindən hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət edilən vaxtadək keçən 3 il ərzində cavabdehin təşkilatın 9000 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Beləliklə, cavabdeh təşkilat ##.##.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsinə 5.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 33915 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Işə baxan birinci instansiya məhkəməsi ##.##.2021-ci il tarixinə qədərki icarə haqqı borcunu tələb edilməsini 3 illik iddia müddətinin ötürülməsi ilə verildiyinə əsaslanaraq, 24915 manat məbləğində icarə haqqının tələb edilməsi hissədə iddia tələbini qeyd olunan əsasla təmin etməmişdir. Həmçinin işə baxan məhkəmə iddia tələbinin ##.##.2021-ci il tarixindən sonra yaranmış icarə haqqı borcunun tələb edilməsi hissəsinin təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən dövrdən sonra müqavilə münasibətləri nə hüquqi, nə də iqtisadi məzmunda davam etməmişdir. Müqavilənin formal mövcudluğu tərəflər üçün yeni öhdəliklər yaratmır və ödəniş tələbinə əsas ola bilməz. Bu səbəbdən də, qeyd edilən dövrdən sonra irəli sürülmüş iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış ##.##.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən bu Müqavilənin müdəti bitdikdən sonra1 (bir) ay ərzində onun ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi barədə tərəflərdən birinin yazılı bildirişi olmadıqda,eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab edilir. Qeyd edir ki, ##.##.2021-ci il tarixindən başlayaraq hazırkı dövrədək həmin müqavilənin ləğv edilməsi haqqında tərəflərin bir-birilərinə qarşı hər hansı yazılı bildirişi olmamışdır. Beləliklə , həmin icarə müqaviləsi hal-hazıradək də qüvvədədir, belə olan halda tərəflərin müqavilə üzrə öhdəlikləri, hüquq və vəzifələri davam etməkdədir. Həmçinin qeyd edir ki, hal-hazırda da xxxx”MMC-yə aid olan qeyri-yaşayış sahəsində quraşdırılmış “CDMA” avadanlıqları və antennaları da həmin sahədədir. Belə olan halda cavabdeh təşkilatın fəaliyyətini dayandırması,avadanlıqlardan təyinatı üzrə istifadəni dayandırması və faktiki istismardan çıxarması, onu icarə müqaviləsi üzrə öhdəliklərindən, hüquq və vəzifələrindən azad etmir. Beləliklə, cavabdeh təşkilat müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar və iş üzrə əhəmiyyətli olan faktiki hallar araşdrılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin təmin edilməməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Işə baxan birinci instansiya məhkəməsi hazırkı şikayətin 5-ci bəndində göstərilən işin hallarına, yəni ##.##.2021-ciil tarixindən başlayaraq hazırkı dövrədək tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi haqqında tərəflərin bir-birilərinə qarşı hər hansı yazılı bildiriş verməməsinə, beləliklə də həmin icarə müqaviləsinin halhazırədək də qüvvədə olmasına, belə olan halda tərəflərin müqavilə üzrə öhdəliklərinin, hüquq və vəzifələrinin davam etməsinə, hal-hazırda da “xxxx” MMC-yə aid olan qeyri-yaşayış sahəsində quraşdırılmış “CDMA” avadanlıqların və antennaların da həmin sahədə qalmasına, cavabdeh təşkilatın fəaliyyətini dayandırmasının, avadanlıqlardan təyinatı üzrə istifadəninin dayandırmasının və faktiki istismardan çıxarmasının cavabdehi icarə müqaviləsi üzrə öhdəliklərindən, hüquq və vəzifələrindən azad etməməsinə dair işin faktiki hallarına münasibətdə Mülki Məcəllənin 442-ci maddəsini mübahisəyə tətbiq etməli olduğu halda tətbiq etməmiş, bununla da məhkəmə tərəfindən həmin maddi hüquq normasının pozulmasına yol verilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
7. Iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə məhkəmə mühasibatlıq-iqtisadi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. Audit rəyi ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, audit xərci 2500 ( iki min beş yüz) manat təşkil etmişdir.
8. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X1 iddia tələbini qismən qəbul etdiyini, ##.##.2021-ci il tarixli üzləşmə aktı üzrə qeyd olunan 24915 manat məbləğində iddiaçıya borclu olduğunu etiraf etmiş və bu barədə yazılı ərizəni məhkəmə kollegiyası təqdim etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəmə kollegiyasına yazılı ərizə ilə müraciət edərək, iddia tələbinin etiraf olunan 24915 manat hissəsində təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri
10. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
13. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərdən keçirərək belə qənaətə gəlir ki,cavabdeh borcu qismən etiraf etdiyindən və iddiaçı da tələbinin cavabdehin etiraf etdiyi hissədə təmin edilməsinə etiraz etmədiyindən, habelə birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin 2021-ci ilə qədər qüvvədə olması və həmin ildən sonra faktiki münasibətlərdə öz əhəmiyyətinin itirməsi, avadanlıqların saxlanılmasının icarə münasibətlərinin davam etməsinin təsdiq etməməsi, cavabdehin iddianın əsassız olduğuna dair hər hansı sübut göstərə bilməməsi, iddiaçının borcun ödənilməsini tələb etməkdə haqlı olması və qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsinə istinadən iddia tələbinin rədd edilməsinin əsası kimi ziddiyyətli qənaətini də əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsinin ləğv edilməsi haqqında tərəflərin bir-birilərinə qarşı hər hansı yazılı bildirişi olmamış və münasibətlər davam etməkdə olmuş, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə görə şəxsin hüquqlarının pozulduğunun bilməli olan zaman müəyyən edilməmişdir. Tərəflər iddianın etiraf hissəsində razılığa gəldiyindən və kollegiya bunun qəbul edilməməsi üçün əsaslar müəyyən etmədiyindən apellyasiyanın dəlillərinin müzakirəsinə zərurət qalmadığını bəyan edir. Ona görə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi etiraf edilən hissədə təmin edilməlidir.
14. Apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə məhkəmə xərcləri və audit xərci cavabdehə aid edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “ pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 24915 ( iyirmi dörd min doqquz yüz on beş ) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Iş üzrə ödənilmiş dövlət rüsumlarının dəyərini təşkil edən 289 ( iki yüz səksən doqquz) manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə, audit xərcinin dəyərini təşkil edən 2500 ( iki min beş yüz) manat audit xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına ödənilsin. ( Azərbaycan Beynəlxalq Bankı Sabunçu filialı; VÖEN: 99000001881, kod: 805573, SWIFT: IBAZA2X) Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 2 ( iki) ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (elektron məhkəmə informasiya sistemi vasitəsi ilə) kassasiya şikayəti verilə bilər.