Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5664/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2919/2019 saylı, 29 mart 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(006)-2919/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 41.720 ABŞ dolları əsas borc, 15.568 ABŞ dolları 50 sent faiz, 2.000 ABŞ dolları cərimə olmaqla, cəmi 59.288 ABŞ dolları 50 sent borcun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bundan əlavə, cavabdehlər tərəfindən apellyasiya şikayətinə “buraxılmış prosessual müddətin bərpa edilməsinə dair” vəsatət əlavə edilərək, qətnamə qəbul edilən zaman cavabdeh olaraq iştiraklarının təmin edilmədiyini, qətnamənin qəbul edilməsindən isə icra şöbəsinə dəvət edilən zaman məlumat aldıqlarını qeyd edərək, Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(006)-2919/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və müddətin bərpa edilərək apellyasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakim C.Tağıyev, iş № 2(006)-2919/2019) buraxılmış prosessual müddət bərpa edilməyərək apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər həmin qərardaddan şikayət vermişlər. Bakı şəhəri Nəsimi Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə 29 mart 2021-ci il tarixli qərardad qismən ləğv edilmiş, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 26 aprel 2021-ci il tarixli digər qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı Cavabdeh2 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(006)-2919/2019 saylı qətnaməsinin surəti cavabdehlərin müvafiq poçt ünvanlarına göndərilmiş, Cavabdeh2 qətnamənin surətini 09.07.2019-cu il tarixdə almış və qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, verilmiş şikayətdə digər cavabdehə münasibətdə üzrlü səbəbə istinad edilsə də, Cavabdeh2 tərəfindən müddətin ötürülməsinin səbəbləri ümumiyyətlə göstərilməmiş, bu barədə heç bir hala istinad olunmamış və müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi Cavabdeh2 prosessual müddətin bərpası barədəki ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5664/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5664/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver