Məhkəmə qərarları › İş №2(103)-5666/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5666/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5666/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 və cavabdeh X1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-123/2018 saylı mülki iş üzrə qəbul etdiyi 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə cavabdehdən iddianı təmin etmə tədiri nəticəsində vurulmuş zərərə görə 165013 ABŞ dollarının tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfındən İddiaçınə qarşı pııl tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 15.01.2015ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli, 2(012)- 3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitahndakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan "xxxx" Şirkəti tərəfındən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15 mart 2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən "xxxx" ASC-nin "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19.11.2014-cü il tarixli, 2(103)-1957/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarıxli, 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron rayon məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamə qanunun qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşeron rayon məhkəməsinin 03.07.2015-ci il tarixli, 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16.06.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkətinə ödənilməli olan 600000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində "xxxx" Şirkəti külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi 1 USD =0.7843 AZN olmuşdur. Ali Məhkəmənin MK-nın 16.06.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Mərkəzi Bankın AZN/ABŞ dolları məzənnəsi 1 USD =1.515 AZN olmuşdur. Beləliklə, "xxxx" Şirkətinin pul vəsaitlərinin üzərinə əsassız iddia qaldırılması nəticəsində həbs qoyulmasaydı, o, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765013 ABŞ dolları əldə etmiş olardı. Belə ki, "xxxx" Şirkəti Türkiyə Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur və Azərbaycan Respublikasında aldığı pulları ABŞ dollarına mübadilə edir. Göründüyü kimi, iddiaçıya dəymiş birbaşa zərər 165013 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh İddiaçınə qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə 300000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki,Yasamal Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli 2(004)-16302/2016 saylı qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilmiş, ünvan 1i ünvanında yerləşən 50.0 ha torpaq sahəsinin, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsinin, “VAZ 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “VAZ 21074” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzorinə həbs qoyulmasına və həmin əmlakların özgəninkiləşdirilməsinin və ya digər formada yüklü edilməsinin qadağan olunması qərara alınmışdır. İddiaçının verdiyi ərizə əsasında qəbul edilən qərardad nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, ünvan 1i ünvanında yerləşən 50.0 ha torpaq sahəsi, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin əmlakları alqısatqı yolu ilə digər şəxsin sərəncamına verə bilmir. Hal-hazırda respublikada daşınmaz əmlakların qiymətinin günü-gündən aşağı düşməsi nəzərə alınarsa, işə baxılıb yekun qərar qəbul edilənədək sözügedən əmlakların qiymətinin hansı həddə kimi düşəcəyi və ona hansı məbləğdə ziyan dəyəcəyi sual altına düşür. İddianın və iddianın təmin tədbirinə dair ərizənin əsassız olması açıq-aşkardır. Qeyd edilən faktlar hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş halların olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, vaxtının itirilməsi üçün digər tərəfın və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfındən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Türkiyə Respublikasının "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkəti tərəfındən əsassız iddia qaidırılması nəticəsində 300000 manatdan çox zərərə məruz qalmışdır. Belə ki, əsassız iddianın qaldırılması onun qanuni yolla mülkiyyətinə aldığı əmlakdan sərbəst şəkildə istifadə edilməsinə, sərəncam verməsinə və digər formada bəhrələnməsinə maneçilik yaratmışdır. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.09.2018-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzi olaraq 381.073,35 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulmasını, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsini, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatının iş üzrə tərəflərə aid edilməsini, bu məqsədlə 29 manatın iddiaçı Şirkətdən, 116 manatın isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İş üzrə iddiaçı Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin olunmamış hissəsində ləğv edilərək, ilk iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir. Cavabdeh də öz növbəsində həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin edildiyi hissədə ləğv edilməsi, ilk iddianın tam həcmdə rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən iddiaçı Şirkətə qarşı "xxxx" iddia irəli sürülmüş və iddianı təmin etmə tədbiri kimi iddiaçı Şirkətin və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən "xxxx" ASC-nin iddiaçı Şirkətə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı (İş № 2(012)-3684/2014) ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Şirkət və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğısatqısı haqqında müqaviləyə” əsasən "xxxx" ASC-nin Şirkətə 15.01.2015-ci tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Şirkət tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadi ilə görülmüş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək sözügedən 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2014-cü il tarixli qərardadı (İş № 2(105)-1957/2014) ilə Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarıxli qətnaməsi (İş № 2(012)-2357/2015) ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli qətnaməsi (İş № 2(105)-196/2016) ilə Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi Şirkətə ödənilməli olan 600.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində Şirkət külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 1 ABŞ dolları 0,7843 Azərbaycan manatına bərabər olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 16.06.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə görə 1 ABŞ dolları 1,515 Azərbaycan manatı olmuşdur. İddiaçı Şirkət Türkiyə Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur və Azərbaycan Respublikasında aldığı pulları ABŞ dollarına mübadilə edir. Şirkətə qarşı Cavabdeh tərəfindən əsassız olaraq irəli sürülmüş iddia tələbi ilə bağlı əsassız olaraq həbs qoyulmasaydı, Şirkət, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765.013 ABŞ dolları əldə etmiş olardı. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının verdiyi ərizə əsasında qəbul edilən qərardad nəticəsində ona külli darda ziyan dəymişdir. Belə ki, ünvan 1ində yerləşən 50.0 ha torpaq sahəsi, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin əmlakları alqı-satqı yolu ilə digər şəxsin sərəncamına verə bilməmişdir. Son vaxtlar respublikada daşınmaz əmlakların qiymətinin günü-gündən aşağı düşməsi nəzərə alınarsa, işə baxılıb yekun qəbul edilənədək sözügedən əmlakların qiymətinin hansı həddə kimi düşəcəyi ona hansı məbləğdə ziyan dəyəcəyi sual altına düşür. İddianın və iddianın təmin tədbirinə dair ərizənin əsassız olması açıq-aşkardır. Qeyd edilən faktlar hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş halların olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl şəkildə maneçilik törətmiş tərəfdən, vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Türkiyə Respublikasının “ÖZ-Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti tərəfindən əsassız iddia qaldırılması nəticəsində 300 000 manatdan çox zərərə məruz qalmışdır. Belə ki, əsassız iddianın qaldırılması onun qanuni yolla mülkiyyətinə aldığı əmlakdan sərbəst şəkildə istifadə edilməsinə, sərəncam verməsinə və digər formada bəhrələnməsinə maneçilik yaratmışdır. Lakin məhkəmə Cavabdeh Türkiyə publikasının İddiaçınayi və Ticarət Anonim Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə belə qənaətə gəlməsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yasamal rayon məhkəməsinin 16-cı il tarixli, 2(004)-16302/2016 saylı qərardadı ilə tətbiq edilmiş iddianı təmin etmə tədbiri nəticəsində ona 300 000 manat məbləğində ziyan dəyməsini iddia bunu təsdiq edəcək mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlunun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12.08.2014-cü il tarixə 600 000 manatın 765 013.39 ABŞ dolları təşkil etməsi barədə 24.08.2018-ci il tarixli, 16152 saylı ekspert rəyini məhkəmə əsas sübut qəbul edib, iddiaçı Cavabdeh tərəfindən "xxxx" Tarım və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə 381 073,35 (üç yüz səksən bir etmiş üç dollar otuz beş sent) ABŞ dolları miqdarında zərər vurulması kimi qiymətləndirmişdir. Bundan başqa məhkəmənin Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin təmin edilməməsini onun tərəfindən “ÖZ- Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulması, nəticədə mülkiyyətində olan pul vəsaitindən istifadə etmək, onun üzərində sərəncam vermək hüquqlarından məhrum etmiş və ona zərər vurulması kimi qiymətləndirməsi də əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Cavabdeh tərəfindən birbaşa və bilavasitə “ÖZ- Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin qanunvericiliklə nəzərdə tutulmuş heç bir hüququ və mənafeyi pozulmamışdır. Cavabdeh ərizəsi əsasında məhkəmə tərəfindən "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkətinin pul vəsaitinin üzərinə həbs qoyulması onun tərəfindən həmin pul vəsaitinin qanunsuz varlanılması kimi qiymətləndirilə bilməz. Çünki Cavabdeh ərizəsi əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbiri barədə qərardada əsasən pul vəsaitləri Cavabdeh verilməmiş və onun tərəfindən həmin vəsaitlərindən istifadə edilməmişdir. Göründüyü kimi Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iş üzrə iddiaçının iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti” və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavlə”yə əsasən "xxxx" ASC-nin "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək dəyəcəyi 600 000 manat pul vəsaitinin üzərinə həbs qoyulması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Cavabdeh iddiasının əsaslı olduğu müəyyən edildiyinə görə onun iddiası təmin olunmuş, məhkəmənin müvafiq qərardadı ilə "xxxx" Tarım Gıda və Turizm Ticarət Anonim Şirkətinin 600 000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardadı əsassız hesab edən cavabdeh "xxxx" X11 və Ticarət Anonim Şirkətinin nümayəndəsi və vəkili Mustafayev Nağı oğlunun Şirkətin 600 000 manat pul vəsaitinin üzərinə həbs qoyulması qərardadın ləğv edilməsinə dair şikayəti isə məhkəmə tərəfindən təmin edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən çıxan məntiqi nəticə ilə qətnamənin nəticəvi hissəsinin uyğun gəlməməsi səbəbindən qətnamə ləğv edilidir. Qanunun tələblərinə cavab verməyən qətnamənin qanuni qüvvəyə minməsi yolverilməzdir. Hər iki apellyasiya şikayəti əsasında mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 30.01.2019-cu il tarixli qətnamə (İş № 2(103)-785/2019) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 10.07.2019-cu il tarixli qərar (İş № 2(102)-4585/2019) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi, yəni 381.973,35 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-11918/2019) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddia üzrə cavabdehdən 381.073,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı Şirkətə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 02.03.2019-cu il tarixli qərar (İş № 2(102)-1230/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.08.2020-ci il tarixli qətnaməsi (İş № 2(103)-5080/2020) ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2018-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni “381.073,35 ABŞ dollarının cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddiaçı Türkiyə Respublikasının "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı irəli sürdüyü iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli qərar (İş № 2(102)-1500/2021) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara almışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Ə.Əmirəliyev apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili R.Bədirli apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə, X5, Akan Akana və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə iddiaçının iddianı təmin etmək haqqında ərizəsi təmin edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən "xxxx" ASC-nin "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuş və həmin pul vəsaitlərlə bağlı hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadının surətindən görünür ki, cavabdeh İddiaçınayi və Ticarət Anonim Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə 12.08.2014-cü il tarixli qərardaddan verdiyi şikayət qismən təmin edilmiş, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən "xxxx" ASC-nin "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarıxli, 2(012)-2357/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə, X5, Akan Akana və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayon məhkəməsinin 03.07.2015-ci il tarixli, 2(012)-2357/2015 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16.06.2016-cı il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)- 196/2016 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aparıcı eksperti X4 tərəfindən tərtib edilmiş 24.08.2018-ci il tarixli, 16152 saylı ekspert rəyinə əsasən: 1-ci sual üzrə: 12.08.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600.000,00 manatın 765.013,39 ABŞ dolları (600.000 AZN 10,7843 AZN (məzənnə)=765.013,39 ABŞ dolları)); 2-ci sual üzrə: 12.02.2016-cı il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600.000,00 manat 381.073,35 ABŞ dolları (600.000.00 AZN 11,5745 AZN (məzənnə)=381.073,35 ABŞ dolları); 3-cü və 4-cü suallar üzrə: 12.08.2014-cü il tarixdən 12.02.2016-cı il tarixə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcələri (üstəgəl 2 faiz bəndi olmaqla) ilə 600.000.00 manatın üzərinə hesablanmış faizlərlə 647.758,33 manat; 12.02.2016-cı il tarixdən 01.08.2016-cı il tarixə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcələri (üstəgəl 2 faiz bəndi olmaqla) ilə 600.000.00 manatın üzərinə hesablanmış faizlərlə 672.275,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, iddiaçının apellyasiya şikayətinin sonunda qətnamənin qismən, yəni ilk iddianın təmin olunmamış hissəsində ləğv edilərək, ilk iddianın tam təmin olunması xahiş edilsə də, apellyasiya şikayətinin dəlillərindən və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, qətnamə yalnız ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində mübahisələndirilir. Həmçinin cavabdehin apellyasiya şikayətindən müəyyən olunur ki, qətnamə yalnız ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirilir. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın qismən təmin olunmuş hissəsində, habelə ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılır. İş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli 2(012)- 3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 15.01.2015ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan "xxxx" Şirkəti tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15 mart 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19.11.2014-cü il tarixli 2(103)-1957/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, cavabdehin əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkətinə ödənilməli olan 600000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində "xxxx" Şirkəti külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi 1 USD = 0,7843 manat olmuşdur. Ali Məhkəmənin 16.06.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Mərkəzi Bankın AZN/ABŞ dolları məzənnəsi 1 USD = 1,515 manat olmuşdur. Beləliklə, "xxxx" Şirkətinin pul vəsaitlərinin üzərinə əsassız iddia qaldırılması nəticəsində həbs qoyulmasaydı, o, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765013 ABŞ dolları əldə etmiş olardı. Belə ki, "xxxx" Şirkəti Türkiyə Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur və Azərbaycan Respublikasında aldığı pulları ABŞ dollarına mübadilə edir. Pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək, köçürülməsi - imkanından məhrum edildiyindən "xxxx" Şirkətinə dəymiş ziyan 383940 ABŞ dolları olmuşdur. Bundan əlavə, pul vəsaitlərinin üzərinə həbs qoyulduğu tarixdən - 12.08.2014-cü il tarixdən pul vəsaitlərinin icra şöbəsinin depozitinə ödənildiyi 12.06.2016-cı il tarixədək 22 ay keçmişdir ki, bu müddət üçün də Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə cərimə ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçının hazırkı iş üzrə verdiyi iddianın təmini tədbiri barədə ərizə əsasında qəbul edilən qərardad nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, ünvan 1i ünvanında yerləşən 50 ha torpaq sahəsi, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin əmlakları alqı-satqı yolu ilə digər şəxsin sərəncamına verə bilmir. Hal-hazırda respublikada daşınmaz əmlakların qiymətinin günü-gündən aşağı düşməsi nəzərə alınarsa, işə baxılıb yekun qərar qəbul edilənədək sözügedən əmlakların qiymətinin hansı həddə kimi düşəcəyi və ona hansı məbləğdə ziyan dəyəcəyi sual altına düşür. İddianın və iddianın təmin tədbirinə dair ərizənin əsassız olması açıq-aşkardır. Türkiyə Respublikasının "xxxx" X13 Turizm Sənayi və Ticarət Anonim Şirkəti tərəfindən əsassız iddia qaldırılması nəticəsində 300000 manatdan çox zərərə məruz qalmışdır. Belə ki, əsassız iddianın qaldırılması onun qanuni yolla mülkiyyətinə aldığı əmlakdan sərbəst şəkildə istifadə edilməsinə, sərəncam verməsinə və digər formada bəhrələnməsinə maneçilik yaratmışdır Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq hesab edir ki, ilk iddia qismən əsaslıdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda iddiaçının istinad etdiyi halları nəzərə alaraq kollegiya hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Prosessual Məcəllənin 164-cü maddəsi də çıxış edir. Belə ki, həmin maddənin tələblərinə görə iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan bütün əsaslar mövcuddur. Çünki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı Cavabdehlər "xxxx" MMCyə, İddiaçınayi və Ticarət Anonim Şirkətinə, X5, Akan Akana (üçüncü şəxs "xxxx" MMC) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki işdə iddiaçı tərəfindən iddianı təmin etmək haqqında ərizə verilmiş və həmin ərizə təmin olunaraq, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçınayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin üzərinə ilkin olaraq (12.08.2014-cü il tarixdə) həbs qoyulmuş, sonradan isə (29.08.2014-cü il tarixdə) həmin vəsaitin məhkəmənin depozit hesabına keçirilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Beləliklə, həmin mülki iş üzrə seçilmiş iddianın təmini tədbiri nəticəsində iddiaçı özünə məxsus olan 600000 manat məbləğində pul vəsaitindən 2014-cü ilin avqust ayından 2016-cı ilin iyun ayına qədər olan müddətdə istifadə edə bilməmiş və onun üzərində sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Həmçinin iş materiallarından görünür ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsdir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur. Bu səbəbdən kollegiya həmin pul vəsaitlərinin xarici valyutaya konvertasiya edilərək, köçürülməsi barədə iddiaçının dəlillərini əsaslı hesab edir. Digər tərəfdən, ABŞ dollarının geniş yayılmış valyuta olması, şirkətlərin digər ölkələrlə biznes münasibətlərində ən geniş istifadə olunan valyuta növü olması da iddiaçının dəlillərinin əsaslı olmasına dəlalət edən hal kimi qiymətləndirilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya dəymiş zərərin məbləği isə aşağıdakı qaydada müəyyən olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24.08.2018-ci il tarixli 16152 saylı rəyi verilmişdir. Həmin rəyə əsasən 12.08.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600000,00 manatın 765013,39 ABŞ dolları, 12.02.2016-cı il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600000,00 manat 381073,35 ABŞ dolları olduğu müəyyən edilir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçıya dəymiş zərərin ümumi məbləği 383940,04 ABŞ dolları (765013,39 - 381073,35 = 383940,04) təşkil edir və iddiaçı həmin məbləğdə zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi yalnız 381073,35 ABŞ dolları məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. Lakin iddiaçı apellyasiya şikayətində qətnamənin həmin hissəsini mübahisələndirməmiş, cavabdeh isə yalnız ilk iddianın qismən təmin olunmuş hissəsini mübahisələndirmişdir. Hazırkı apellyasiya baxışının həddi də həmin tələb üzrə yalnız 381073,35 ABŞ dollarının cavabdehdən tutulması hissəsindən ibarət olduğundan, kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bununla yanaşı kollegiya hesab edir ki, 12.08.2014-12.06.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış faiz məbləğinin tutulması hissəsində ilk iddia əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Hazırkı işdə isə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir. Çünki, Cavabdeh ərizəsi əsasında məhkəmə tərəfindən iddiaçının pul vəsaitlərinin üzərinə həbs qoyulması heç bir halda Cavabdeh tərəfindən həmin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırması kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh ərizəsi əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbiri barədə qərardada əsasən pul vəsaitləri Cavabdeh verilməmiş və onun tərəfindən istifadə edilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, həmin iddia tələblərinin qanuni əsası da ilk iddiada irəli sürülmüş və yuxarıda göstərilmiş maddələrdən ibarətdir. Lakin kollegiya hesab edir ki, qarşılıqlı iddia tələblərinə münasibətdə həmin maddələrin dispozitiv şərtləri mövcud deyildir. Çünki iddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin əsas hissəsi təmin edilmişdir. Ona görə də, hazırkı mülki iş üzrə iddianın təmini tədbirinin seçilməsi ilə əlaqədar cavabdehə zərərin vurulması nəticəsinə gəlmək üçün heç bir əsas mövcud deyil və qarşılıqlı iddia tam əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-123/2018 saylı mülki iş üzrə qəbul etdiyi 17 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar