Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-567/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh MMC-yə qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(006)- 2745/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X6 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən, MMC ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan 34 nömrəli mənzili X4 verməyi, Əlikişi Həmidov isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin qiyməti 64500 ABŞ dolları müəyyən olunmuşdur.
2. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, X6 həmin mənzilə görə MMC-yə xx.xx.2006-cı il tarixdə 15000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 30000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 20000 ABŞ dolları olmaqla cəmi 65000 ABŞ dolları məbləğində pul ödəmişdir.
3. X6 05 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir.
4. İddiaçılar X2 övladları olmaqla 5 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X2 vərəsələridir və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan 34 nömrəli mənzil üzərində iddiaçıların sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçılara təhvil verilməsi, iddiaçılar tərəfindən həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi və əldən çıxmış faydaya görə 39600 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıların mərhum atası həmin mənzili Cavabdeh MMC-dən alaraq dəyərini artıqlaması ilə ödəmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Atalarının sağlığında cavabdehin təqsiri üzündən mənzil ona təhvil verilmədiyinə görə mənzili təmir edə bilməmişlər. Həmin mənzillə bağlı ataları vəfat edənə qədər heç bir mübahisə olmamış, hətta 2019-cu ilin yanvar ayında onlara təmir üçün icazə verilmiş və mənzilin çöl qapısını dəyişmişlər. Mənzilin təmirinə başlamaq istədikdə MMC-nin yeni direktoru əvvəlki direktorla aralarında anlaşılmazlıq olduğunu bildirərək mənzildə təmir işləri aparılmasına icazə verməmiş və mənzili onlara təhvil verməkdən imtina etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(006)-2745/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 təhvil verilməsi və iddiaçılar tərəfindən həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, həmin mənzil iddiaçıların atası X6 tərəfindən alınmış və dəyəri ödənilmişdir. Əlikişi Həmidovun ölümündən sonra onun qanun üzrə vərəsələri olan hazırkı iddiaçıların bu iddianı qaldırmağa haqları çatmışdır. İddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, bu hissədə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri hallara dair məhkəməyə sübut təqdim etmədiklərinə görə həmin hissədə iddia təmin olunmamalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 157.5, 158.4, 385.1, 425.1, və 425.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi X6 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli müqavilənin saxta olmasını, yəni MMC-nin əvvəlki direktoru X8 tərəfindən şirkətin adından imza və möhür atıldığını araşdırmamış, bu məqsədlə müvafiq ekspertiza təyin etməmişdir. Bundan əlavə, məhkəmə iddia müddətinin ötürülməsini nəzərə almamış, maddi hüquq normalarını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu, müqavilənin qanuni olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.
14. İştirak etdiyi məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbinin əsası kimi istinad olunan 10 noyabr 2006-cı il tarixli müqavilənin saxta olmasını, müqavilənin MMC-nin əvvəlki direktoru İlkin Şükürov tərəfindən saxtalaşdırıldığını, həmin müqavilədə olan imzanın da İlkin Şükürova məxsus olmadığını, İlkin Şükürovun müqavilədəki və maliyyə arayışındakı imzası ilə digər sənədlərdə olan imzalarının birbirindən kəskin şəkildə fərqləndiyini bildirərək şikayətin təmin olunmasını xahiş etdi.
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinin əsassız olduğunu, 2006-cı ildən 2013-cü ilədək Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyini, iddiaçıların mərhum ataları Əlikişi Həmidovun həqiqətən 2006-cı ildə həmin MMC-dən mənzil alıb pulunu hissə-hissə olmaqla tam ödədiyini, 2013-cü ildə MMC-nin direktoru vəzifəsindən çıxdıqdan sonra yeni direktorla aralarında satılmış mənzillərlə bağlı mübahisələr olduğunu bildirdi. İlkin Şükürov izahatında həmçinin bildirdi ki, 10 noyabr 2006-cı il tarixli müqavilə saxta deyil, həmin müqavilədəki imza ona, möhür isə şirkətə məxsusdur. Sadəcə olaraq latın əlifbasına keçiddən sonra o, imzasını da dəyişdiyinə görə müqavilədəki imza ilə hazırkı imzaları fərqli görünə bilər.
16. Birgə cavabdehlərdən biri X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hazırkı iş üzrə tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, мənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunsa da, iddianın təmin olunmayan hissəsi apellyasiya şikayətində mübahisələndirilməmişdir. Buna görə də qətnamə iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
20. İş materiallarından görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən, MMC ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan 34 nömrəli mənzili X4 verməyi, Əlikişi Həmidov isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Əlikişi Həmidov həmin mənzilin dəyərini artıqlaması ilə, yəni 65000 ABŞ dolları ödəmiş, beləliklə həmin mənzil üzərində onun mülkiyyət hüququ əldə etməyə potensial hüququ yaranmışdır. Cavabdeh MMC 10 noyabr 2006-cı il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməyərək mənzili X4 təhvil verməmişdir. X6 05 sentyabr 2017-ci il tarixdə vəfat etdikdən sonra mərhumun vərəsələri olan iddiaçılar hazırkı iddianı qaldırmışlar. Hazırkı apellyasiya şikayətinin 2 dəlili vardır : a) X6 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli müqavilə saxtadır. b) Hazırkı iddianın qaldırılması üçün iddia müddəti keçmişdir. Apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədilə iş üzrə məhkəmə xətşünaslıq və təkrar məhkəmə xətşünaslıq ekspertizaları keçirilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 4/35 saylı rəyinə əsasən, X6 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli müqavilədə Cavabdeh MMC-nin direktoru: Şükürov İ.M.” qrafasındakı imza və 10 noyabr 2006-cı il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin direktoru: Şükürov İ.M.” qrafasındakı imza X8 tərəfindən imza olunmuşdur. Təkrar məhkəmə xətşünaslıq ekspertizasının 20 iyul 2022-ci il tarixli 4/965 saylı rəyi ilə, məhkəmə xətşünaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 4/35 saylı rəyi təsdiq olunmuşdur. Beləliklə, müqavilənin saxta olması barədə apellyasiya şikayətinin birinci dəlili təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh MMC-nin nümayəndəsi iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla 10 noyabr 2006-cı il tarixli müqavilədə mənzilin tikilib təhvil verilməsi müddəti göstərilməmişdir. Cavabdeh tərəf də iddiaçıların və ya onların mərhum atalarının öz hüquqlarının pozulmasını bildiyi və bilməli olduğu anla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlı olduğundan, bu tələbə iddia müddəti şamil olunmamalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
21. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(006)-2745/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə xətşünaslıq və təkrar məhkəmə xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 248 manat pul Cavabdeh MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.