Məhkəmə qərarları › İş №2(103)-5683/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5683/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5683/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “səhvən köçürülmüş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 09 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Ağcabədi” filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-2019-cu illərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixdə hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitini ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “VİPCL” Məhdud Məsuliyyətinə ödəmişdir. O, bu barədə filial müdirinə məlumat vermiş, sonuncu isə öz növbəsində bu yanlışlığın onun səhfi üzündən baş verdiyi üçün öz vəsaiti ilə yuxarıda qeyd olunan məbləği “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi, bank bu pulu geri qaytardıqdan sonra öz pulunu götürəcəyini bildirmişdir. O da filial müdirinə inanaraq həmin pulu borc tapıb “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. İşlədiyi dövrdə dəfələrlə bankın Ağcabədi filialının miidriyyətindən öz vəsaiti hesabına (borc pul alaraq) ödədiyi pulun ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etsə də, sonuncu ona narahat olmamağı və bu barədə rəhbərliyə məlumat verdiyini, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına vergi sərəncamı qoyulduğundan məsələnin həllinin bir az uzandığını və qısa bir müddətdə məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı bağlanmış və bütün filial işçiləri işsiz qalmışdır. Bundan sonra o çarəsiz qalıb Dövlət Vergi Xidmətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə məsələnin həllinə köməklik göstərilməsi ilə bağlı rəsmi müraciətlər etmişdir. Dövlət Vergi Xidmətindən bununla bağlı bildirilmişdir ki, səhvən digər şəxsin hesabına köçürülmüş məbləğlərin qaytarılması zamanı yaranan mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmələrə niüraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi məsələnin həllinə bilavasitə köməklik göstərməli olsa da, təəssüf ki, onlar da məhkəməyə müraciət etməyini tövsiyyə etmişdilər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş cavabda səhvən ödənilmiş pulun ona geri qaytarılmasına etiraz olunmadığı bildirilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı müraciətinə isə heç bir cavab ala bilməmiş və sonradan ona məlum olmuşdur ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini dayandırmış və pulun ona geri qaytarılması üçün onlar tərəfindən hər hansı bir hüquqi hərəkətin edilməsi mümkün deyildir. Hal-hazırda təqaüddədir yə xəstə olduğundan müalicəyə ehtiyacı vardır. Bu səbəbdən də, onun halal pulunun ona qaytarılması üçün ancaq qanunamüvafıq tədbir görüləcəyi yerin hal-hazırda məhkəmə olacağına inanır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2021 saylı 27 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səksən) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı həmin vəsaiti "Cavabdeh" ASC-dən tələb etməsi əsassızdır. İddiaçı "Cavabdeh" ASC-nin Ağcabədi filialında baş mühasib vəzifəsində işləyərkən yalnışlıqla pulu digər hesaba ödəmişdir. İddiaçı tərəfindən yalnışlıqla ödənilmiş pul vəsaiti "Cavabdeh" ASC-dən tələb oluna bilməz. Həmin pul yalnışlıqla ödənilmiş hüquqi şəxsdən tələb olunmalıdır. Bundan əlavə, birinci instansiya məhkəməsinə tərəflərindən iddia ərizəsinə etiraz təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2014-cü ildən 2019-cu ilədək "Cavabdeh" ASC-nin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. "Cavabdeh" ASC-nin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14.06.2018-ci il tarixində "Cavabdeh” ASC-nin baş ofisində yerləşən "xxxx" MMC-yə ödəmişdir. İddiaçı "Cavabdeh"ASC-nin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat pulun "Cavabdeh" ASC-dən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. "Cavabdeh" ASC ilə İddiaçı arasında əmək müqaviləsinə 01.11.2019-cu il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsnin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozğunluğuna aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilərlər.. Məhkəmə kollegiyası iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 11 iyul 2018-ci il tarixli ödəniş tapşırığının surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 11 iyul 2018-ci il tarixli ödəniş tapşırığının surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 11 iyul 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində köçürülmüş pul vəsaiti səhv ödənilmişdir. İş materiallarında olan 11 iyul 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 208 (iki yüz səkkiz) manat məbləğində köçürülmüş pul vəsaiti səhv ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı 16 iyul 2020-ci il tarixli **********359400 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, onu səhvən digər şirkətin hesablaşma hesabına artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsmə əsasən artıq ödənilmiş, vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1- ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi gdəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir Qeyd edilənlərlə əlaqədar bildirilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən ödəyicinin şəxsi hesab vərəqəsində artıq ödəmə olduğu təqdirdə qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edildikdən sonra artıq ödəmənin-qaytarılması məsələsinə baxıla bilər. Bununla yanaşı, səhvən digər şəxsin hesabına köçürülmüş məbləğlərin qaytarılması zamanı yaranan mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmələrə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, o 2014-2019-cu illərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyim vaxt, 14 iyun 2018-ci il tarixdə hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Sonradan bu yanlışlıq onun səhvi üzündən baş verdiyi üçün o öz vəsaiti ilə yuxarıda qeyd olunan məbləği “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Lakin bu günədək hələ də özündən ödədiyi pul vəsaitini geri ala bilməmişdir. Bu səbəbdən də, onun Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli olan, lakin səhvən digər bir Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş pul vəsaitinin banka geri qaytarılaraq ona ödənilməsinə köməklik göstərilməsi və ya buna etiraz etməməyi xahiş etmişdir. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 02 noyabr 2020-ci il tarixli 0241/xxxx nömrəli məktubunun məzmunundan görünür ki, daxil olmuş müraciətə müvafiq qaydada baxılmış və məlumat üçün bildirilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından 14 iyun 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində vəsait mədaxil edilmişdir. Bununla əlaqədar digər Məhdud Məsuliyyətli Cəmiyyətinə səhvən ödənilmiş pul vəsaitinin İddiaçı geri qaytarılmasına etiraz etmədiklərini bildirmişdilər. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 11 yanvar 2021-ci il tarixli M/20-95 nömrəli məktubunun məzmunundan görünür ki, onun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciəti bank tərəfindən araşdırılmışdır. Müvafiq müraciətə cavab olaraq, onun tərəfindən səhv əməliyyatın aparılmasına görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülən vəsaitin geri tələb edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2014-cü ildən 2019-cu ilədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Hal-hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsinə 01 noyabr 2019-cu il tarixində xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Bank da öz növbəsində iddiaçıya şəxsi vəsaiti hesabına həmin məbləği “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsini xahiş etmiş və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə səhvən köçürülmüş pul vəsaiti banka geri qaytarıldıqdan sonra bank həmin vəsaiti iddiaçıya geri qaytarılmasına vəd vermişdir. Buna baxmayaraq həmin vəsait bankın hesabına köçürülsə də, sonuncu tərəfindən iddiaçıya qaytarılmamış və bankla iddiaçı arasında olan əmək münasibətlərinə 01 noyabr 2019-cu il tarixdə xitam verilmişdir. Qeyd edilən halın baş verməsi tərəflər arasında mübahisələndirilmir. Bank isə yalnız əmək məcəlləsinin 296.4-cü maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyindən iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Şikayətin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin müddəaları tətbiq edilə bilməz. Belə ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası əmək münasibətlərindən irəli gələn pul tələbi ilə bağlı deyil. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2021 saylı 27 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar