Məhkəmə qərarları › İş №2(103)-569/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-569/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-569/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X9, Cavabdeh, eyni zamanda digər cavabdeh “xxxxx” Kiçik Müəssisəsinin direktoru X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-270/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh “xxxxx” Kiçik Müəssisəsi tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ASC - cavabdehlər Cavabdeh, X2, X6, X12ma və «xxxxx» Kiçik Müəssisəsinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-270/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli K-4787 №-li kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə müqavilənin bitdiyi xx.xx.2012-ci il tarixə yaranmış 39.620,26 (otuz doqquz min altı yüz iyirmi dollar iyirmi altı sent) ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün (vurulmuş zərər) illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmaqla 3230,22 (üç min iki yüz otuz dollar iyirmi iki sent) ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti dövrü üçün və müqavilənin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün 2 (iki) ABŞ dolları cərimə, ümumilikdə isə 42852,48 (qırx iki min səkkiz yüz iki dollar qırx səkkiz sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, eyni zamanda iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu əvəzinin 10 (on) manat hissəsi Cavabdeh tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, müqavilə üzrə tələb olunan pul vəsaiti xx xxxx 2015-ci il tarixli 1-769/a saylı və xx xxxx 2015-ci il tarixli G-3707 saylı sonrakı ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş əvvəlcə X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0,09255 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 54,0 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 82.000 (səksən iki min) manat müəyyən edilərək, həmin ilkin satış qiyməti ilə satılması məqsədilə açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh X4 verilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində, 9 nömrəli binanın 1-ci mərtəbəsindəki 54,0 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş pul vəsaiti xx xxxxxxxx 2010-cu il tarixli K-4787 №-li kredit müqaviləsi üzrə tələb olunan pul vəsaitini əhatə etmədikdə, yəni borcu tam bağlamadıqda, ödənilməmiş hissə X6 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin 35 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 104.000 (yüz dörd min) manat müəyyən edilərək həmin ilkin satış qiyməti ilə satılması məqsədilə açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən ödənilməmiş hissənin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh X6 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0,09255 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 54,0 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin 35 saylı mənzili açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdehlər X10 və X13 müvafiq olaraq özlərinə məxsus bayış və qeyri-yaşayış sahəsini boşaldaraq, oradan çıxarılmaları, X5 Badamdar qəs. Ə.Nəzərov küç. 9 saylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qərara alınmışdır. Apelyasiya şikayətləri və onun dəlilləri: İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 29779 saylı rəyinə əsaslanaraq, xx.xx.2010cu il tarixli K-4787 №-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilənin müddətinin bitdiyi xx.xx.2012-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 39620,26 ABŞ dolları faiz, eyni zamanda xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün illik 5% dərəcəsi ilə hesablanmaqla 3230,22 ABŞ dolları faiz borcu müəyyən etmişdir; xx.xx.2009-cu il tarixli K-4289 №-li kredit müqaviləsi üzrə “xxxxx” KM-nin İddiaçı ASC-yə borcunun qalmadığı, əksinə 26066,43 ABŞ dolları məbləğində artıq ödəniş olunduğu göstərilmişdir. Beləliklə, iddiaçı bildirmişdir ki, məhkəmə düzgün olmayan ekspert rəyinə əsaslanmaqla iddia ərizəsində qeyd olunan məbləğləri qismən təmin etmişdir. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxxx” KM qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin iddiaçıya artıq ödəniş etdiyi 70.696,54 ABŞ dolları pul vəsaitinə münasibət bildirməmiş və həmin məsələ açıq qalmışdır. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin “xxxxx” Kiçik Müəssisəsinə aid olan hissədə ləğv edilərək, artıq ödənilmiş 70.696,54 ABŞ dolları pul vəsaitinin 42852,48 ABŞ dolları məbləğində hissəsinin Cavabdeh borcu ilə əvəzləşdirilməklə həmin borcun silinməsi və qalan 27844,06 ABŞ dolları pul vəsaitinin isə İddiaçı ASC-dən tutularaq “xxxxx” Kiçik Müəssisəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Abbasov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu qeyd etdi, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər cavabdeh “xxxxx” Kiçik Müəssisəsinin direktoru X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: “xxxxxxxxxxxx” ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli K-4787№-li Kredit Müqaviləsinə əsasən, borc verən illik faizlə 24 ay müddətinə borc alana yalnız tikinti işələri üçün 184.000 (yüz səksən dörd min) manat məbləğində kredit verilmiş, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.8-ci bəndinə borcalan kreditin ümumi məbləğindən 1% miqdarında və hər növbəti ilin eyni tarixində həmin günə Banka olan kredit borcunun miqdarında kreditora komissiya ödəyir. Kreditin təminatı xx.xx.2010-cu il tarixli G-4787 saylı ipoteka müqaviləsi və xx xxxxxxxx 2010-cu il tarixli ZM-4787 saylı Zaminlik Müqaviləsi və onlara ediləcək bütün əlavələrlə təmin olunmuşdur. “xxxxxxxxxxxx” ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli K-4787 №-li Kredit Müqaviləsinə 1 saylı xx.xx.2011-ci il tarixli əlavədən görünür ki, qeyd olunan kredit müqaviləsinə edilmiş 2 saylı əlavə qüvvəyə minir və birinci ödəniş xx.xx.2011-ci il tarixdən, sonuncu ödəniş isə xx xxxxxxxx 2012-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Qeyd olunan kredit müqaviləsi üzrə tərtib olunmuş 2 saylı əlavə ödəniş cədvəlindən görünür ki, kreditin və hesablanmış faizlərin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2010cu il tarixli K-4787 №-li Kredit Müqaviləsinə girovun dəyişdirilməsi də 2 saylı əlavə razılığa əsasən qeyd olunan müqavilənin şərtlərinə əsasən verilmiş kredit X8 arasında bağlanmış xx.xx.2015-ci tarixli G-3707 saylı və X18 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1- 769/a saylı Sonrakı ipoteka müqavilələri və onlara edilmiş və ediləcək əlavələr ilə təmin olunur. “xxxxxxxxxxxx” ASC (borc verən) ilə «xxxxx» Kiçik Müəssisə (borc alan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli K-4289 №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik faizlə 24 ay müddətinə borc alana yalnız dövriyyə vəsaitlərinin artırması üçün 329.900 (üç yüz iyirmi doqquz min, doqquz yüz) manat məbləğində kredit verilmiş, borc alan isə ona verilmiş krediti verilmiş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.8-ci bəndinə alan kreditin ümumi məbləğindən 1 % miqdarında və hər növbəti ilin eyni tarixində həmin günə Banka olan kredit borcunun 1% miqdarında kreditora komissiya ödəyir, kreditin təminatı xx.xx.2010-cu il tarixli G-4787 saylı İpoteka müqaviləsi xx xxxxxxxx 2010-cu il tarixli ZM-4787 saylı Zaminlik müqaviləsi və onlara ediləcək bütün əlavələrlə təmin olunmuşdur. İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2010cu il tarixli K-4787 №-li Kredit Müqaviləsinə girovun dəyişdirilməsi barədə 2 saylı əlavə razılığa əsasən qeyd olunan müqavilənin şərtlərinə əsasən verilmiş kredit X8 arasında bağlanmış xx.xx.2015-ci tarixli G-3707 saylı və X18 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1-769/a saylı Sonrakı ipoteka müqavilələri və onlara edilmiş və ediləcək əlavələr ilə təmin olunur. xx xxxx 2015-ci il tarixli G-3707 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, X4 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0,09255 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 54,0 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi, xx xxxx 2015-ci il tarixli İ-769/a saylı Sonrakı ipoteka müqaviləsinə əsasən isə, X6 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. Əziz Nəzərov küçəsi, 9 saylı evin 35 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə bağlanmış xx xxxx 2009-cu il tarixli K-4289 saylı kredit müqaviləsinə əsasən ıvan” kiçik müəssisəsinə illik 22 faizlə 24 ay müddətinə 329900 ABŞ dolları məbləğində kredit işdir. Bu kredit müqaviləsinin də təminatı olaraq, xx xxxx 2015-ci il tarixli G-3707 saylı sonrakı ka müqaviləsinə əsasən X12ma məxsus, Bakı şəhəri, Səbail rayonu, lamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olanQ,09255 ha torpaq sahəsində yerləşən 9 irəli binanın 1-ci mərtəbəsində 54.0 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi, xx xxxx 2015-ci il tarixli İ-769/a saylı sonrakı ipoteka müqaviləsinə əsasən isə, X6 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin 35 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nm Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsindəki istifadədə olan 0,09255 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 54,0 kv.m ümumi, 54.0 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2996 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nm Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı 718998 saylı Çıxarışın surətindən görünür ki, qeyd olunan mənzil K-4289KM xx.xx.2009-cu il tarixli, K-4787 KM saylı, xx.xx.2010-cu tarixli, K-4787 KM 1 saylı əlavə razılıq xx.xx.2015-ci il və xx.xx.2012-ci il tarixli K-4787 KM 2 əlavə razılıq xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə öhdəliyin təminatı ində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2015-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. ƏMDK yanında DƏDRX-nm Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı 718997 saylı Çıxarışın surətindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9 mənzil 35 K- 4289KM xx.xx.2009-cu il tarixli, K-4787 KM saylı, xx.xx.2010-cu il tarixli, K-4787 KM 1 saylı əlavə razılıq xx.xx.2015-ci il və xx.xx.2012-ci il tarixli K-4787 KM 2 saylı əlavə razılıq xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə öhdəliyin təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2015-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9 mənzil 35 K********** qeydiyyat nömrəsi ilə X5 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatda alınmışdir. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi 9/ qeyri yaşayış sahəsi xx.xx.2008 K-3707 KM saylı Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2008-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-cı il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixli K-4787 №li Kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borc üzrə 14939.7 ABŞ dolları, faiz borcu üzrə 71212.78 ABŞ dolları, 107,10,17 ABŞ dolları artırılmış foiz borcu, ümumi borc məbləği 231232.65 ABŞ dolları 1,xx.xx.2017-ci il üçün qalıq əsas borc üzrə 0 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun məbləği (vurulmuş zərər və əldən çıxmış fayda) 47746,51 ABŞ dolları, ıvilə müddəti bitdikdən sonra hesablanmış artırılmış faiz borcu 47746.51 ABŞ dolları, həmin tarixə ümumi borc 177415.96 ABŞ dolları təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, cavabdeh «xxxxx» KM-nin xx.xx.2009-cu il tarixli K-4289 №li Kredit Müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə 247126.57 ABŞ dolları əsas borc, 23106.33 ABŞ dolları faiz borcu, 1206.68 ABŞ dolları artırılmış faiz borcu, ümumilikdə 271439.58 ABŞ dolları, xx.xx.2017-ci il tarix üçün qalıq borc əsas borc üzrə 0 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun məbləği (vurulmuş zərər və əldən çıxmış fayda) 12617.04 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra hesablanmış artırılmış faiz borcu 12617.03 ABŞ dolları, ümumilikdə 49547.09 ABŞ dolları borcu vardır. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 29779 saylı, xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdeh “xxxxx” KM-in banka borcu qalmamış, əksinə müqavilə üzrə cəmi 70 696,54 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. X11 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli ƏEM/M 72-521/18 saylı rəyə əsasən ipoteka predmetləri olan X4 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0,09255 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 54,0 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 82.000,0 (səksən iki min) manat, X6 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin 35 saylı mənzili 102.000 (yüz iki min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 30569 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən məlum olur ki, cavabdeh “xxxxx” KM-in banka borcu qalmamış, əksinə müqavilə üzrə cəmi 70 696,54 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh “xxxxx” Kiçik Müəssisəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 30569 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən məlum olur ki, cavabdeh “xxxxx” KM-in banka borcu qalmamış, əksinə müqavilə üzrə cəmi 70 696,54 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. Bu səbəbdən, iddiaçının apelyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdeh “xxxxx” Kiçik Müəssisəsi apelyasiya şikayətinə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 30569 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən məlum olur ki, cavabdeh “xxxxx” KM-in banka borcu qalmamış, əksinə müqavilə üzrə cəmi 70 696,54 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. Cavabdeh apelyasiya şikayətində artıq ödənilmiş 70.696,54 ABŞ dolları pul vəsaitinin 42852,48 ABŞ dolları məbləğində hissəsinin Cavabdeh borcu ilə əvəzləşdirilməklə həmin borcun silinməsi və qalan 27844,06 ABŞ dolları pul vəsaitinin isə İddiaçı ASC-dən tutularaq “xxxxx” Kiçik Müəssisəsinə qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin də apelyasiya şikayəti təmin edilə bilməz. Bununla belə, cavabdehə artıq ödəniş etdiyi pul vəsaiti ilə bağlı İddiaçı ASC-yə qarşı ayrıca iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabeh “xxxxx” Kiçik Müəssisəsinə artıq ödəniş etdiyi pul vəsaiti ilə bağlı İddiaçı ASC-yə qarşı ayrıca iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ASC və “xxxxx” Kiçik Müəssisəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-270/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qır beş) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına İddiaçı ASC-dən tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar