Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-569/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 33.380 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddiaçıya dəymiş real zərər məbləği hesablanmaqla yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işi tam və hərtərəfli araşdırmadığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçıya məxsus evdə baş vermiş yanğında təqsirinin olmaması, ziyanın məbləğinin düzgün hesablanmadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1969/20 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanğın nəticəsində tikinti və əmtəə üzrə ona dəymiş zərərin dəyəri olan cəmi 33380 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ev ona məxsusdur. xx xxxx 2018-ci il tarixdə onun əvəzindən nümayəndəsi qismində oğlu X3 Respublikasının vətəndaşı olan Cavabdeh ilə bağladığı kirayə müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Ə. Kərimov küçəsindəki 18 saylı ünvanda 4 otaqlı evi Kim Kwang İlə kirayəyə verilərək, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi vəzifəsi kirayəçinin üzərinə qoyulmuşdur. 01 iyun 2018 -ci il tarixdə, saat 15 radələrində məxsus qeyd olunan yaşayış evində yanğın baş vermiş, nəticədə ev və içərisindəki əşyalar yanğın təsirinə məruz qalaraq ona tikinti üzrə 30580 manat və əmtəə üzrə 2800 manat, ümumilikdə isə 33380 manat ziyan dəymişdir. Hadisə vaxtı kirayəçi Cavabdeh evdə olmuşdur. Yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsində aparılmış araşdırma nəticəsində Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 17609 nömrəli ekspert rəyinə əsasən, evində baş vermiş yanğının mənbəyi evin ümumi dəhliz otağına daxil olduqda sol tərəfdəki soyuducuların yerləşdiyi hissədə döşəmə səviyyəsində olmuş, yanğın mənbə zonasında yerləşən soyuducunun elektrik keçicisi hissəsində yaranmış elektrik təbiətli qəza halında baş vermişdir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı bəndinin tələbinə əsasən üzərinə fərdi yaşayış evində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş Cavabdeh yaşadığı evdə elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktik baxışların, eləcə də, planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuları aradan qaldırmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2, 6.1, 6.5-ci bəndlərinin və “Fərdi qarajlar, mehmanxana və yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3, 2.3.3.1-ci bəndlərinin tələbləri Cavabdeh tərəfindən pozulmuşdur. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlaşiyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən 30780,0 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli kirayə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “kirayə verən” İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 40,5 kv.m. olan 4 otaqlı evini 1 il müddətinə “kirayəçi” Cavabdeh kirayəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə görə, fors-major hadisəsindən sığortalanma “kirayəçi”nin vəzifəsidir. Eyni zamanda, həmin müqavilənin 10-cu bəndinə görə, kirayə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “kirayəçi” tərəfindən həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinə dair materialdan görünür ki, ekspert rəyi ilə xx xxxx 2018-ci il tarixdə ünvan 3 ünvanında baş vermiş yanğın nəticəsində İddiaçı məxsus 6 adda əşyalara əmtəə üzrə orta bazar qiyməti ilə təxminən 2800 manat ziyan dəydiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş digər ekspert rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 30580 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan başqa bir ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi evin ümumi dəhliz otağına daxil olduqda sol tərəfdəki soyuducuların yerləşdiyi hissədə döşəmə səviyyəsində olmuş, evin daxilində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə, yanğının mənbə zonasında stilik ixrac edə bilən cihaz və avadanlıqlardan yalnız gərginliyə qoşulu halda soyuducunun aşkar edildiyinə əsaslanaraq, yanğın mənbə zonasında yerləşən soyuducunun elektrik keçirici hissələrində yaranmış elektrik təbiətli qəza halından baş vermişdir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı bəndinin tələbinə əsasən, üzərinə fərdi yaşayış evində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş kirayəçi Cavabdeh yaşadığı evdə elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktik baxışların, eləcə də, planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuları aradan qaldırmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2, 6.1, 6.5-ci bəndlərinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3, 2.3.3.1-ci bəndlərinin tələbləri Cavabdeh tərəfindən pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinə dair materialdan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018- ci il tarixli kirayə müqaviləsinə əsasən, iddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 40,5 kv.m. olan 4 otaqlı evini 1 il müddətinə cavabdehə kirayəyə vermişdir. Həmin müqavilənin şərtlərinə görə, forsmajor hadisəsindən sığortalanma cavabdehin vəzifəsi kimi müəyyən edilmiş və eyni zamanda, kirayə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı cavabdeh öhdəlik götürmüşdür. xx xxxx 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı məxsus fərdi yaşayış evində iddiaçıya məxsus əmtəə üzrə orta bazar qiyməti ilə təxminən 2800 manat və yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri təxminən 30580 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, ekspert rəyi ilə üzərinə fərdi yaşayış evində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş kirayəçi Cavabdeh yaşadığı evdə elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktik baxışların, eləcə də, planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuları aradan qaldırmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinin Cavabdeh tərəfindən pozulduğu müəyyən edilmişdir. Cavabdeh iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən həmin məbləğlə razılaşmayaraq apellyasiya instansiya məhkəməsinə ekspertiza təyin edilməsi barədə vəsatət verərək, ekspert qarşısında yanğın nəticəsində evin yanmış sahəsinin təmiri və bərpasına sərf edilməli olan vəsaitin müəyyən edilməsi barədə suallar qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəyyən edilən məbləğin düzgün hesablanmadığı barədə dəlilləri əsaslı deyildir, çünki bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, cavabdehin həmin məbləğin həqiqəti əks etdirmədiyi barədə dəlilləri yalnız ekspert rəyi alınmaqla təsdiq və ya təkzib edilə bilərdi. Digər tərəfdən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyləri baş vemiş hadisədə cinayət tərkibinin olub-olmaması araşdırılarkən cinayət təqibini həyata keçirən orqan tərəfindən alınmış və xx xxxxxxx 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu halda, həmin ekspert rəyləri ilə müəyyən edilmiş məbləğlər cinayət təqibi qaydasında cavabdeh üçün sanksiya xarakterli hüquqi nəticə yaratmadığı üçün cavabdehin onun barəsində açılmış cinayət işinin rədd edilməsi barədə qərarı mübahisələndirməməsi, həmin iş üzrə alınmış ekspert rəyində ifadə edilmiş zərərin məbləği ilə razılaşması kimi qiymətləndirilməməklə, həmin hal hazırki işdə zərərin məbləğinin mübahisələndirməsini özüözlüyündə istisna etmir. İşə apellyasiya qaydasında baxılarkən, iş üzrə, iş materiallarında olan sənədlərə əsasən məhkəmə tikinti-texniki ekspertizası ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3369 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə görə yanğın nəticəsində ünvan 4 ünvanda yerləşən baş vermiş yanğın nəticəsində tam yararsız vəziyyətə düşmüş fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 30780.0 manat müəyyən edilir. Kollegiya hesab edir ki, qeyd olunan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3369 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi daha yeni olduğundan, məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən 30780,0 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda ekspert tədqiqatının dəyəri 100 manatın 30 manatı iddiaçıdan, 70 manatı isə cavabdehdən tutularaq müvafiq hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qə t etdi: Cavabdehın səlahiyyətli nümayəndəsi-vəkili Orxan Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 30780,0 (otuz min yeddi yüz səksən) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 manatın 30 manat İddiaçı, 70 manat Cavabdehdan tutulub dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X1 KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-569/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-569/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver