Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5698/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (3-cü şəxs qismində X3 cəlb edilməklə) Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1151/2021 nömrəli saylı işi üzrə 30 aprel 2021-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 işə cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fiziki şəxs Cavabdeh 7951,50 manat məbləğində dəymiş zərərə və 1000 manat məbləğində isə maddi zərərə görə, ümumilikdə 8951,50 manat məbləğində pulun tutularaq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmini tədbiri haqqında ərizə ünvanlayaraq, cavabdeh fiziki şəxs Cavabdeh mülkiyyətində olan “DAF FTXF 105.460” yük markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1151/2021 nömrəli saylı işi üzrə 30 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.1.2, 158.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olduğundan, üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulması tələb edilən əmlak isə mübahisə predmeti olmadığından, onun üzərinə həbs qoyulması barədə ərizə təmin edilməməlidir. İddiaçı qərardaddan şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021 -ci il tarixli 2(009)-1151/2021 nömrəli iş üzrə qərardadını ləğv edərək, iddianın təmin tədbirinə dair ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 157.1, 157.2, 158.1.2, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021- ci il tarixli 2(009)-1151/2021 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, iş üzrə mübahisə predmeti, Cavabdeh mülkiyyətində olan “DAF FTXF 105.460” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol nəqliyyat hadisəsidir. Baxılan iş üzrə özgəninkiləşdirilməsi qadağan olunan nəqliyyat vasitəsi yol nəqliyyat hadisənin törədildiyi nəqliyyat vasitəsi olmaqla, cavabdehin mülkiyyətindədir, iddianın predmeti pul tələbi olsa da, məhkəmə tərəfindən qəbul ediləcək qətnamənin icrasını gələcəkdə çətinləşdirən halların minimallaşdırılması və qətnamənin icrasını təmin etmək məqsədilə sözügedən nəqliyyat vasitəsinin özgəninkişləşdirilməsinin qadağan olunması zəruridir. İddianı təmin tədbirinin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 16.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəflə telefon vasitəsilə əlaqə saxlamağa çalışdıqlarını, lakin onun onların zənglərinə cavab vermədiyini, iddianın predmetinin pul tələbi olduğunu, məhkəmə tərəfindən qəbul ediləcək qətnamənin icrasını çətinləşdirməmək üçün cavabdehin mülkiyyəti olan nəqliyyat vasitəsinin özgəninkişləşdirilməsinin qadağan olunması zəruri olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən 3-cü şəxs X2 Cavabdeh iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X5 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 236, 371, 372, 386, 388; 397.2-ci maddələrinə əsasən hesab edir ki, qərardad ləğv edilməli, bu və ya digər növdə iddia təmini tədbirinin mümkünlüyünün müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi təqdirdə şəxsin və digər şəxslərin hüquqlarının məhdudlaşmasına səbəb olan hallar və bu şəxslərin dairəsi müəyyən edilməlidir. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi işin hallarını müvafiq araşdırmaqla ərizədə (şikayətdə) tələb edilən təminat tədbirlərinin (onun icrası) mümkünlüyünü müəyyən etməli, mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranmasını istisna edən iddianı təmini tədbirin həyata keçirilməsi üçün ilk növbədə buna yönəlik mübahisə predmetinin statusunu sübut edən ilkin sənədləri tədqiq etməlidir. Belə ki, işdə olan sənədlərədən iddianın təmin edilməsi üçün yönələn əmlakın yol nəqliyyat hadisəsində iştirakçı olan üçüncü şəxsin (etibarnaməli) istifadəsində olan cavabdehə məxsus olması sübuta yetirilir (iş səh 10-12). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1151/2021 nömrəli saylı işi üzrə 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddianı təmin tədbiri barədə iddiaçının ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-5698/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5698/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver