Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5700/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı2 Əbülfəz oğlunun, Digər İddiaçı1, onun və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili X9, Cavabdehlər Cavabdeh1 və X15, Digər cavabdehlər Cavabdeh3, X16, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X16, X18, Maraqlı şəxs1, Cavabdeh2 qarşı Milli Depozut Mərkəzi, X19, Quba rayon xüsusi notariusu Zaur Dəmirov, DƏDRX-nin X5 şəxs qismində cəlb edildikləri “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi və s.” və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1, Cavabdeh4 qarşı Milli Depozut Mərkəzinin üçüncü şəxs kimi göstərildiyi “etibarnamənin və həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən birgə, digər cavabdehlər Cavabdeh3, Miryaqub Rzayev, Həsən Həsənov, Maraqlı şəxs1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən “xxxxxxxxxxxxxx” ATSC-nin səhmdarlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30.000 manat dəyərində təmir sexinin, əlvan metaldan inşa edilmiş 20.000 manat dəyərində anbarların, 70.000 manat dəyərində 17 ədəd “İkarus” markalı avtomaşınların, “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panellərin, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranın, 8000 manat dəyərində avtokar və 20.000 dəyərində yanacaq çənlərinin, cəmi 155.000 manat vurulmuş zərərin əvəzinin və ATSC-nin təsərrüfat fəaliyyətindən əldə edilmiş gəlirlərdən paylarına düşən əldən çıxmış fayda kimi 65.000 manatın ödənilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən ATSC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m. sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair iclas protokolunun, alqı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərində olan cinayət faktları ilə bağlı araşdırılma aparılması üçün barələrində xüsusi qərardad çıxarılaraq, Baş Prokurorluğa göndərilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədova da iddia ərizəsi ilə müraciət edərək, etibarnamənin və həmin etibarnamə əsasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsi, alqısatqı müqavilələrinin, reyestrdən çıxarışların, iclas protokollarının etibarsız hesab edilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə,hər iki iddia qismən təmin edilərək, ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Həsən Həsənov) arasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ATSC-yə məxsus 0,1005 hektar torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binasının alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Maraqlı şəxs1 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda istifadədə olan 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 31,8 kv.m., ümum sahəsi 24,7 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının (inzibati bina) alqısatqısına dair xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh3 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda istifadədə olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 55,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcılar qismində Həsən Həsənov, Cavabdeh2, Maraqlı şəxs1 və Miryaqub Rzayev arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) sahəsi 58 kv.m. olan hissəsinin Maraqlı şəxs1, sahəsi 50 kv.m. olan hissəsinin Miryaqub Rzayevə, sahəsi 47,1 kv.m. olan hissəsinin Həsən Həsənova və sahəsi 27,9 kv.m. olan hissəsinin Cavabdeh2 alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin və sahəsi 47,1 kv.m. olan qeyri-yaşayış sahəsinin və sahəsi 27,9 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılmasına dair alqı-satqı müqavilələrin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Həsən Həsənov) arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsinin, tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binasının (hamam) alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi; həmin daşınmaz əşyalar üzərində ATSC-nin mülkiyyət hüquqlarının bərpa edilməsi; Zəhrəxanım Məmmədovaya məxsus ATSC-nin 35618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi; həmin səhmlər üzərində Zəhrəxanım Məmmədovanın mülkiyyət hüquqlarının bərpa edilməsi; iddiaların qalan hissədə təmin edilməməsi; iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 150 manatın Cavabdeh1 tutularaq, dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, hər iki iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamədə ATSC-nin ümumi yığıncağının qanunvericiliklə təsbit olunmuş müstəsna səlahiyyətinin, yəni cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyətin idarə heyətinin sədri olan Cavabdeh1 verilmədiyi, sonuncunun alqı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olduğu qeyd olunmuş və xx.xx.2007-ci il tarixində və xx.xx.2010-cu il tarixində keçirilən iclaslarda qəbul olunmuş qərarlara əsaslanılmışdır. Halbuki, həmin tarixlərdə keçirilən iclaslarda hər-hansı əmlakın alqı-satqı məsələsi müzakirə olunmamış, mübahisəli daşınmaz əmlaklar xx.xx.2010-cu il tarixində 58 nəfərin, o cümlədən də İddiaçı1 iştirakı ilə keçirilən ümumi yığıncaqda qəbul olunmuş qərara əsasən özgəninkiləşdirilmişdir. Bu zaman qanunvericiliyin tələbinə uyğun olaraq ümumi yığıncaq müstəsna səlahiyyətini cəmiyyətin idarə heyətinin sədri olan Cavabdeh1 vermişdir. Bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunsa da, nədənsə məhkəmə bu qərarı alqı-satqı müqavilələrinin qanuni bağlanmasının sübutu kimi qəbul etməkdən imtina etmişdir. İmtinanın əsası kimi həmin qərarın notariat orqanına təqdim olunmaması qeyd edilmişdir. Halbuki, alqı-satqı müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələbinə uyğun olaraq təsdiq edilməsi üçün notariat orqanına müraciət edilmiş və notariusun tələb etdiyi bütün zəruri sənədlər təqdim olunmuşdur. İddiaçıların müraciətinə əsasən, Ədliyyə Nazirliyi tərəfindən notariat idarəsində notarius Zaur Dəmirovun iştirakı ilə araşdırma aparılmış və ATSC-nin sədri ilə aparılmış alqı-satqı müqavilələrinin qanunauyğun olduğu müəyyən edilmiş və iddiaçılara bununla bağlı cavab verilmişdir. Məhkəmə mübahisələndirilən iclas protokolunun hansı əsasla etibarsız hesab etdiyini qeyd etməmiş, yalnız Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməklə kifayətlənmişdir. Digər bir tərəfdən, ATSC-nin Nizamnaməsinə istinad edən məhkəmə nəzərə almalı idi ki, Nizamnamənin 6.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, sazişin həcmi və ya sazişin predmetini təşkil edən əmlakın dəyəri cəmiyyətin aktivlərinin 10 %-dən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakını girov qoymaq və ya digər formalarda özgəninkiləşdirmək haqqında qərarın qəbul edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətidir. Göründüyü kimi, qeyd olunan aktivlərin 10%-i limit kimi müəyyən olunmuşdur. Məhkəmə isə, əlində alqı-satqı müqavilələrinin predmeti olmuş daşınmaz əmlakların nə bazar qiymətləri, nə də ki, əmlakların dəyərinin ATSC-nin aktivlərinin 10 %-dən çox olması barədə heç bir mötəbər sübut, tutarlı əsas, yazılı sənəd olmadan etibarsız olma faktını müəyyən etmişdir. Bundan başqa, üçüncü şəxs Z.Məmmədovanın iddiası da təmin olunaraq onunla ilə Cavabdeh1 arasında razılığın formal olaraq bağlanması müəyyən edilmişdir. Lakin, bu dəfə də məhkəmə hansı faktlara və sübutlara əsasən belə qənaətə gəldiyini qətnamədə qeyd etməmiş, yalnız tərəfin verdiyi izahatlara əsaslanmışdır. Halbuki, iş Z.Məmmədova ilə Cavabdeh1 arasında hər hansı geri alqı-satqı barədə razılıq mövcud olmamışdır. Bu faktı inkar edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qətnamədə həmçinin qeyd olunur ki, Cavabdeh1 İddiaçı1 30.000 ABŞ dolları pulun alınmasını etiraf etmişdir. Bu hal ümumiyyətlə olmamışdır. Cavabdeh1, səhmlərin alınması üçün heç vaxt İddiaçı1 30.000 ABŞ dolları pul qəbul etməmişdir. Bunun ardınca qətnamədə qeyd olunur ki, həmin 30.000 ABŞ dolların əvəzi olaraq maşın və 12.000 ABŞ dolları verilmişdir. Əgər həqiqətən də, belə olsa idi niyə T.X7 Mübarizə İdarəsinə təqdim etdiyi ərizədə yazır ki, onun Cavabdeh1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Çünki, həqiqətən də İddiaçı1 heç bir pul almamışdır. Əksinə, Z.Məmmədovadan aldığı səhmlərin əvəzi olaraq onun tərəfindən Z.Məmmədovanın adına “Hyundai Tucson” markalı avtomaşın rəsmiləşdirilmişdir. Bunun üçün Cavabdeh1 xx.xx.2008-ci il tarixində Z.Məmmədovanın nəvəsi E.Abbasovun adına bütün əmlakının idarə olunması barədə etibarnamə vermişdir. Bundan əlavə səhmlərin əvəzi olaraq Z.Məmmədovanın həyat yoldaşı İddiaçı1 iki dəfə 6000 ABŞ dolları, bundan savayı Vəlvələ kəndində yaşayan nikahdankənar qızının toyu ilə bağlı əlavə olaraq 3.000 manat, həmçinin 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində səhmlərin əvəzi olaraq 300 manat pul verilmişdir. Həmin vəsait hər ay ATSCnin sədr müavini, həmçinin xəzinədar H.Həsənov vasitəsi ilə İddiaçı1 verilmişdir. Əgər həqiqətən də, səhmlərin geri alqı-satqı barədə razılıq olsa idi, onda həmin etibarnamə əsasında onu xəbəri olmadan belə bu əməliyyatı həyata keçirərdilər. Sual olunur etibarnamədə bütün səlahiyyətlər onların nəvəsi E.Abbasova verildiyi halda nəyə görə E.Abbasov ona verilmiş etibarnamə əsasında “Hyundai Tucson” avtomobilini nənəsi Z.Məmmədovanın adına alqı-satqı etdiyi halda, səhmləri onun adına alqı-satqı etməmişdir. Çünki, həmin dövrdə artıq səhmlərin dəyəri onlara ödənilmişdir. Bu etibarnamə düz iki il qüvvədə olmuşdur. Əksinə, T.X12 üzrə Dövlət Komitəsinə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, Z.Məmmədovaya məxsus olan 35.618 ədəd səhmlərin satılmasına etiraz etmir. İddiaçı1 məhz satılma faktını qeyd edir. Yəni, tərəflər arasında səhmlərin həqiqi satılması faktı baş vermişdir. Uzun müddət keçməsindən sonra səhmlərə görə verilən pulu və əmlakı danaraq səhmlərin “formal” olaraq satılmasını iddia etmək tamamilə absurddur. Üstəlik “formallığı” sübut edəcək hər hansı mötəbər, obyektiv sübutların təqdim edilməmişdir. Rayon Məhkəməsi unutmuşdur ki, cavabdeh deyil, məhz Z.Məmmədova alqı-satqı müqaviləsinin “formal” olmasını sübut etməli idi. X8 İdarəsinin müstəntiqi sübutların qiymətləndirilməsi haqqında qərarında da bu hissəyə belə qiymət vermişdir ki, ATSC-nin sabiq sədri İddiaçı1 verdiyi ifadəsində arvadı Z.Məmmədovanın adına keçirdiyi, əslində isə ona məxsus səhmlərin 16.5% səhmləri Cavabdeh1 həmin cəmiyyətin sədri seçilməsi üçün sonradan həmin səhmləri qaytarmaq şərti ilə 2007-ci ildə onun adına keçməsini, lakin sonuncunun həmin səhmləri qaytarmamasını, nə də dəyərini ödəməməsini bildirmişdir. İstintaq zamanı həmin xüsusatları araşdırarkən müəyyən olunmuşdur ki, Z.Məmmədovanın adına olan 16.5 faiz səhmlər Qiymətli Kağızlar üzrə Milli Depozit Mərkəzi tərəfindən verilmiş arayış və həyat yoldaşı İddiaçı1 razılığı əsasında xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmışdır. Cavabdeh1 öz növbəsində bu faktları təsdiq etmiş, lakin bu səhmlərin onun sədr seçilməsi üçün olmadığını bildirmişdir. Çünki, səhmlər ona satılmamışdan əvvəl – yəni, xx.xx.2007-ci il tarixdə artıq ATSC-nin sədri seçilmişdir. xx.xx.2007-ci il tarixdə razılıq ərizəsi əsasında notarial qaydasında rəsmiləşdirərək, həmin əməliyyat aparılmış, Cavabdeh1 H.Həsənov vasitəsilə bir neçə dəfə səhmlərin əvəzinə İddiaçı1 pul çatdırmışdır. Ona görə də. bu fakt üzrə heç bir ittiham irəli sürülməmişdir. Bundan başqa, H.Həsənovun 47.1 kv.m. sahəni formal olaraq alması da tamamilə həqiqətə ziddir. Alqı-satqı müqaviləsi tam olaraq qanuna uyğun keçirilmiş, notarial qaydada təsdiq olunmuşdur. ATSC-nin həyətində açıq havada olan Xalidə adlı qadının işlətdiyi, balans qiyməti 300 manat olan çayxana 400 manata H.Həsənova satılmışdır. 400 manat pulu H.Həsənov şəxsən özü ödəmiş, bu barədə ona müvafiq qəbz təqdim olunmuşdur ki, burada hər hansı formal prosedurdan söhbət gedə bilməz. Cavabdeh Həsən Həsənov da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiaların rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamədə ona aid olan hissədə qeyd olunur ki, guya o, iddianı qəbul etmiş, ona əmlak verilməmiş və bu müqavilə formal olmuşdur. Halbuki, məhkəməyə verdiyi izahatlarda iddiaçıların tələblərinin həqiqətə uyğun olmamasını göstərmişdir. ATSC-nin istifadəsində olan 47.1 kv.m. sahə onun mülkiyətinə verilmiş, bu barədə alqı-satqı müqaviləsi bağlanmış, sahənin əvəzi olaraq cəmiyyətə 400 manat pul ödəmişdir. İddiaçılar tərəfindən eyni məzmunlu şikayətlər daha əvvəllər qaldırılmış, aparılan araşdırmalar onların tələblərinin əsassız olduğunu aşkara çıxarmışdır. Bu araşdırmalar zamanı, həmçinin rayon məhkəməsinə verdiyi izahatlar həmişə eyni məzmunlu olmuşdur. Yəni, ona aid sahənin alqı-satqı müqaviləsi qanuni olmuş, notarial qaydada təsdiq olunmuşdur, heç bir formallıqdan söhbət gedə bilməz. Bundan başqa, iddiaçıların yarıtmaz fəaliyyəti nəticəsində ATSC-də çox ağır vəziyyət yarandığından İddiaçı1 təşəbbüsü ilə ATSC-nin sədr müavini işləyən səhmdar Cavabdeh1 sədr seçilməsi üçün xx.xx.2007-ci il tarixində çağırılmış ümumi yığıncaq tam qanunidir. Cəmiyyəti ağır vəziyyətdən çıxarmaq üçün dövlətə məxsus 30% payın Dövlət Əmlak Komitəsindən alınması məqsədilə 2007-ci ilin iyul ayının axırlarında İddiaçı1 müraciət edərək xahiş etdi ki, bu məqsədlə 64.000 manat ödənməlidir. Bunun 30.000 manatını ödəyir, yerdə qalan 34.000 manatı isə Cavabdeh1 ödəsin ki, həmin 30% payı ala bilsinlər. O, Cavabdeh1 və baş mühasib ilə birlikdə Dövlət Əmlak Komitəsinə gəlmişlər. Komitə tərəfindən onlara bildirilmişdir ki, ATSC-də ağır vəziyyət hökm sürür, Baş Prokurorluq yoxlama aparmaq üçün Komitəyə məktubla müraciət etmişdir. Ona görə də 30% payın hərraca çıxarılması hələlik mümkün deyil. Bu zaman İddiaçı1 verdiyi pul ona geri qaytarılmışdır. İddiaçı1 isə öz növbəsində bildirmişdir ki, Cavabdeh1 yerinə sədr seçilməsini və ATSC-ni düşdüyü bu ağır durumdan qurtarmasını xahiş etməlidirlər. Bu məqsədlə o, özünün və arvadı Z.Məmmədovanın adına olan 16.5% səhmi Cavabdeh1 satmağa hazırdır. Bundan sonra Cavabdeh1 xx.xx.2007-ci ildə sədr seçilmiş və Z.Məmmədovanın adına olan 16.5% səhm onun adına rəsmiləşdirilmişdir. Həmin səhmlərin geriyə alqı-satqı olunması barədə İddiaçı1 və Z.Məmmədovanın dedikləri həqiqətə uyğun deyil və bu barədə söhbət olmamışdır. Cavabdeh1 səhmlərin əvəzi olaraq İddiaçı1 ödədiyi vəsaitlərin hamısı onun iştirakı ilə baş vermiş və 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində də əlavə olaraq hər ay 300 manat vəsait də onun vasitəsi ilə İddiaçı1 çatdırılmışdır. xx.xx.2007-ci il tarixdə ATSC-nin ümumi yığıncağında Cavabdeh1 sədr seçilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 yarıtmaz fəaliyyətləri nəticəsində dövlətə olan 14.500 manat vergiyə olan borc ödənilməklə Vergilər Nazirliyinin müəssisəyə qoyduğu həbs götürülmüş və ATSC normal fəaliyyətə başlamışdır. xx.xx.2010-cu il tarixdə ATSC-nin ümumi yığıncağı iddiaçılar İddiaçı1, İddiaçı2 və Dövlət Əmlak Komitəsinin nümayəndəsi A.Cəfərovun iştirakı ilə keçirilmiş dövlətdə olan 30% səhmlərin auksionda Cavabdeh4 satıldığı elan edilmişdir. xx.xx.2010cu il tarixdə şəxsən İddiaçı1 iştirakı ilə ATSC-nin ümumi yığıncağı keçirilməklə cəmiyyətin balansında olan inzibati binanın bölünüb satılması və satışdan əldə olunan gəlirin borclara ödənilməsi barədə qərar qəbul edilməklə bu məsələlərin həlli üçün ATSC-nin sədri Cavabdeh1 lazımi səlahiyyətlər verilmişdir. Göründüyü kimi, iddiaçıların irəli sürdüyü iddia ərizələri tamamilə absurd xarakter daşıyır. Digər cavabdehlər Cavabdeh3, Miryaqub Rzayev, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 da ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin hər iki iddianın qismən təmin olunduğu hissədə ləğv olunması, iddiaların həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətlər eyni məzmunda olmaqla, dəlilləri ondan ibarətdir ki, məhkəmə müqavilələr bağlanan anda qüvvədə olmayan hüquq normasına istinad etməklə maddi hüquq normalarının tətbiqində açıq-aşkar pozuntulara yol vermiş, əmlakların satılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyinə diqqət etməmiş, hətta qanun pozuntusu olsa belə, onların vicdanlı əldə edən olduqlarını nəzərə almadan mübahisələndirilən müqavilələri etibarsız hesab etmiş və bununla da Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrinin imperativ göstərişlərini, həmçinin mübahisəli əmlaklar üzərində onların mülkiyyət hüquqlarını pozmuşdur. Hətta iddianın əsaslı olduğu qəbul olunsa belə, iddiaçılar 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunaraq, Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan, yəni hər iki iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbləri həmin hissədə də rədd olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədova, həmin qətnamədən birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Həsən Həsənov ayrıayrılıqda özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətlərinin təmin olunmasını xahiş etdilər. Digər cavabdehlər Cavabdeh3, Miryaqub Rzayev, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 birgə nümayəndəsi də, apellyasiya şikayətlərini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı1, onun və müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədovanın vəkili isə, apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorların mübahisələndirdikləri hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin hədləri və dəlilləri ilə bağlıdır. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Milli Depozit Mərkəzi tərəfindən verilmiş qiymətli kağızlara dair depo hesabından çıxarışlara əsasən “xxxxxxxxxxxxxx” ATSC-nin nizamnamə kapitalı 424.075,60 manat, qiymətli kağızların ümumi miqdarı 212.037 ədəd təşkil edir. İddiaçı1 həmin səhmlərin 41.806 ədəd hissəsinin, İddiaçı2 isə 39.680 ədəd hissəsinin mülkiyyətçisidir. Milli Depozit Mərkəzinin xx.xx.2015-ci il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, ATSC-nin cəmi 120 səhmdarı var. İddiaçı2 payı 18,7137%, Cavabdeh1 payı 19,9314%, Cavabdeh4 payı 30,1556% və İddiaçı1 payı 19,7164% təşkil edir. Yerdə qalan paylar digər səhmdarlara məxsusdur. ATSC-nin səhmdarlarının xx.xx.2007-ci il tarixdə keçirilən ümumi yığıncağının protokolundan görünür ki, iclasda cəmiyyətin idarə heyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə təftiş komissiyasının hesabatı, təşkilati məsələlər və digər məsələlər gündəmə salınmş, cəmiyyətin İdarə Heyətinin aşağıdakı tərkibdə seçilməsi qərara alınmışdır: sədr: Cavabdeh1; üzvlər: Şəbəddin Məmmədov, Azər Ələkbərov, İddiaçı1, Eldəniz Nəcəfov və Firudin Əliməmmədov. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 5xx/xx-2010/PA saylı səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinə əsasən, ATSC-nin 30% səhmləri 63.621 manata Cavabdeh4 satılmışdır. xx.xx.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolundan görünür ki, səhmdar İddiaçı1 çıxış edərək, təklif etmişdir ki, uzun müddət istismar olmuş nəqliyyat vasitələri və istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi və özəlləşdirmək üçün hərraca çıxarılması vaxtı çatmışdır. Ona görə də, bu məsələnin həyata keçirilməsi üçün lazımi komissiya yaradılıb bu işin icrasına başlanmalıdır. Həmin təklif səsə qoyulmuş və qərara alınmışdır ki, bu işin icrası üçün komissiya yaradılsın. xx.xx.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolundan görünür ki, iclasda qoyulmuş məsələlərlə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir: 1. ASC-nin balansında olan inzibati bina bölünərək, istifadəsiz əsas vəsaitlər digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinsin; 2. qeyd olunanlarla bağlı irəli gələn məsələlərin həlli ATSC-nin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə edilsin; 3. Cəmiyyətin baş mühasibinə tapşırılsın ki, satışdan əldə olunan pul vəsaitini kreditor və vergi borclarının, zərər çəkənlərin, idarə işçilərinin zəhmət haqqlarının, işıq və qaz pulunun ödənilməsinə sərf etməklə, həmin vəsaitin qanuni xərclənməsinə lazımi qaydada əməl etsin. ATSC-nin İdarə Heyətinin xx.xx.2011-ci il tarixli iclas protokolundan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadına əsasən uzun müddət istifadə edilərək yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin silinməsi və yararlı vəziyyətdə olan nəqliyyat vasitələrinin və binaların satışa çıxarılması qərara alınmışdır. ATSC-nin İdarə Heyətinin xx.xx.2011-ci il tarixli iclas protokolundan görünür ki, xx.xx.2010-cu il tarixdə səhmdarların ümumi yığıncağı çağırılmaqla uzun müddət istifadədə olmuş əsas vəsaitləri, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün hərraca çıxarılması, sökülməsi və balansdan silinməsi barədə qərar qəbul edilmişdir. Ona görə də Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli qərardadlarına əsasən DSMF-nin rayon şöbəsinə olan 11.564 manat borcun ödənilməsi məqsədi ilə yararsız vəziyyətdə olan nəqliyyat vasitələrinin ləğv edilərək metal əritmə zavoduna göndərilməklə balansdan silinməsi, yararlı vəziyyətdə olan nəqliyyat vasitələri və icarədarların istifadə etdikləri otaqların balans dəyərindən aşağı qiymətə olmamaq şərti ilə onlara satılması qərara alınmışdır. DƏDRX-nin X21 tərəfindən verilmiş (seriya MA, № 0261877; seriya MA, № 0320512; seriya MA; № 0382570; seriya MA; № 0261743) çıxarışlara əsasən, Quba rayonu, Heydər Əliyev prospekti, 210 saylı ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1.009,8 kv.m., inzibati bina 306,2 kv.m., mühafizəçi binası 21,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., “elektrik şit” 10,9 kv.m., anbar təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 297,3 kv.m.) xx.xx.2011-ci il tarixdə; Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, torpaq sahəsi 0,1005 ha olan və ümumi sahəsi 899,3 kv.m. (inzibati bina sahəsi 187,1 kv.m., inzibati bina sahəsi 168,2 kv.m., anbar sahəsi 80,1 kv.m., təmir sexi sahəsi 462,4 kv.m., sanitar qovşağı sahəsi 1,6 kv.m. olan) olan qeyri-yaşayış sahəsi əmlak kompleksi kimi müəssisə xx.xx.2011-ci il tarixdə; Quba rayonu, Heydər Əliyev prospekti, 210 saylı ünvanda yerləşən, ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m, inzibati bina sahəsi 118,9 kv.m., ticarət obyekti sahəsi 21,7 kv.m., avtomobil təmir sexi sahəsi 98,7 kv.m., elektrik şiti sahəsi 10,9 kv.m., anbar, təmir sexi sahəsi 507,9 kv.m., yamalı təmir sexi sahəsi 710,4 kv.m., yeməkxana sahəsi 226,7 kv.m., hamam sahəsi 71,1 kv.m.) xx.xx.2011-ci il tarixdə və Quba rayonu, Heydər Əliyev prospekti, 210 saylı ünvanda yerləşən, ümumi sahəsi 2.590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m., inzibati bina 24,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., elektrik şiti 10,9 kv.m., anbar, təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 226,7 kv.m.) xx.xx.2012-ci il tarixdə ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Həsən Həsənov, Cavabdeh2, Maraqlı şəxs1 və Miryaqub Rzayev arasında bağlanılmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsi Maraqlı şəxs1 3.500 manata, 50 kv.m. sahəsi M.Rzayevyə 3.500 manata, 47,1 kv.m. sahəsi H.Həsənova 400 manata və 27,9 kv.m. sahəsi Cavabdeh2 360 manata satılmış və həmin sahələr müvafiq olaraq xx.xx.2011-ci il tarixdə Maraqlı şəxs1, xx.xx.2011-ci il tarixdə isə Miryaqub Rzayevin, Həsən Həsənovun və Cavabdeh2 adına qeydiyyata alınmışdır. ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə qismində Cavabdeh4 (etibarnamə əsasında adından Əli Həsənov çıxış edir) arasında bağlanılmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “xxxxxxxxxxxxxx” ASC-yə məxsus 0,1005 ha torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binaları 12.100 manata Cavabdeh4 satılmış və sahəsi 187,1 kv.m olan qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. ASC-nin adından (xx.xx.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında onun adından Əli Həsənov) arasında bağlanılmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ASC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi; tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası; tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası 5.000 manata Cavabdeh4 satılmış və ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Həsən Həsənovla Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 47,3 kv.m. olan qeyri-yaşayış sahəsindən 32,3 kv.m. sahə 5000 manata; ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola sasən) Cavabdeh1lə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsi 5.000 manata Cavabdeh3 satılmış və ümumilikdə sahəsi 76,8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Həsən Həsənovla Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210B ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan qeyri-yaşayış binasını 4000 manata Cavabdeh3 satılmış və xx.xx.2012-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh4lə Ramin Əsədov arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210A ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 4000 manata R.Əsədova satılmış və xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. X17 Aslanzadə arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210D ünvanda yerləşən ümumi sahəsi 50,3 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Maraqlı şəxs1 satılmış və xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. ATSC-nin adından (xx.xx.2010-cu il tarixli protokola əsasən) Cavabdeh1lə Maraqlı şəxs1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210F ünvanda yerləşən, ATSC-yə məxsus sahəsi 24,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binası (inzibati bina) 1.500 manata Maraqlı şəxs1 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. X22 Qurbanov arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210A ünvanda yerləşən istifadədə olan 0,01194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186,6 kv.m., tikinti sahəsi 107,1 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binası 60.000 manata Maraqlı şəxs2 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən ümumi sahəsi 27,8 kv.m. olan daşınmaz əmlakın 12,4 kv.m. sahəsini Cavabdeh3 satmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. DƏDRX-nin xx.xx.2015-ci il tarixli məktubundan və DƏDRX-nin X21 tərəfindən verilmiş çıxarışlardan görünür ki, Quba rayonu, Birinci Nüqədi kəndi, 01005 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissələri, o cümlədən, ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m. olan qeyri-yaşayış binası və ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binası Xuraman Əliyevaya məxsus olmaqla, seriya MA; № ******* və seriya MA; № ******* çıxarışlara əsasən xx.xx.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 80,1 kv.m., tikintialtı sahəsi 81,8 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 462,4 kv.m., tikintialtı sahəsi 504,0 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 1,6 kv.m., tikintialtı sahəsi 2,8 kv.m. olan qeyri-yaşayış binası “xxxxxxxxxxxxxx” ATSC-yə; Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2777,7 kv.m., tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binası Xuraman Əliyevaya məxsusdur. Seriya MA; № ******* çıxarışa əsasən Quba rayonu, Birinci Nüqədi kəndində yerləşən, ümumi sahəsi 544,1 kv.m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2012-ci il tarixdə ATSC-nin adına; Seriya MA; № 0382569) çıxarışa əsasən Quba rayonu, Heydər Əliyev prospekti, 210E saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh4 adına; Seriya MA; № ******* çıxarışa əsasən isə həmin qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə Xuraman Əliyevanın adına qeydiyyata alınmışdır. ATSC-nin 2007-2014-cü illərin və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrün maliyyə təsərrüfat fəaliyyətinin auditinə dair audit hesabatından görünür ki, auditlə əhatə olunan illər üzrə 199.218,32 manat məbləğində mənfəətdən bəyannamələr üzrə hesablanmış 12.378,64 manat məbləğində vergilər çıxıldıqdan sonra 186.839,68 manat məbləğində mənfəət səhmdarlar arasında bölüşdürülməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 4602 saylı rəydə qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına yoxlama dövrü üzrə ATSC-nin balansında olan əmlakın hərəkətinə dair (mədaxil-məxaric) rəsmi məlumatları və mühasibat uçotu sənədləri, həmin dövr üzrə yanacaq üçün sərf edilmiş pul vəsaitlərinə dair ilkin kassa sənədləri, sürücülərin avans hesabatları ilkin məxaric sənədləri ilə birgə, müəssisənin gəlirini və xərcini təsdiq edən sənədlər təqdim olunmadığınan, ekspertin qarşısında qoyulmuş birinci-dördüncü sualları cavablandırmaq mümkün olmamışdır. Eyni zamanda, 17 ədəd “İkarus” markalı avtobus metaləritmə zavoduna verildiyinə, 10 tonluq yük qaldırıcı aqreqat (podyomnik) kran balansdan silindiyinə, 1989-cu ildə istehsal olunmuş istismar müddəti çoxdan başa çatmış avtoyükləyici qalıq dəyəri ilə xx.xx.2011-cl il tarixdə 275 manata satıldığına, eləcə də, dörd kümbəzli bir ədəd istifadəsiz anqarın düralüminiumun çəkisi 2.285 kq olmaqla, 1 kq-ı 0,50 manat nəzərə alınmaqla 1425 manata satıldığına görə, həmin avadanlıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2018-ci il tarixli, 28 saylı rəyinə əsasən, ATSC-nin aktiv və passivlərinin illər üzrə uçotu aparılmadığı və auditə təqdim olunmuş məhkəmə materiallarında da belə bir sənədlərin tam olmadığı üçün cəmiyyətin aktiv və passivlərini illər üzrə müəyyən etmək mümkün olmamış, lakin cəmiyyətin xx.xx.2007-ci il tarixə balansında olan aktivləri auditora təqdim olunmuş iş materiallarının 3-cü cildinin 175-181-ci səhifələrindəki inventarizasiya aktında göstərilmişdir. Auditə təqdim edilmiş iş materiallarının 3-cü cildinin 27, 57, 84 və 108-ci səhifələrində və 4-cü cildin 190-cı səhifəsindən sonrakı səhifələrində olan DƏDRX-nin Xaçmaz Əİ tərəfindən verilmiş çıxarışlara və ATSC-nin xx.xx.2007-ci il tarixə aparılmış inventarizasiya aktına əsasən əmlaklar ATSC-yə məxsusdur. Bu günə cəmiyyətin balansındakı əsas vəsaitlər və digər inventarlar auditor hesabına əlavə olunmuş 3 saylı cədvəldə göstərilmiş əşyalardır. ATSC-nin audit aparılan tarixə, yəni xx.xx.2015-ci il tarixə mövcud olan əşyalarının balans dəyərini göstərmək mümkündür, lakin bu əşyaların hazırkı bazar qiymətini xüsusi qiymətləndiricilər tərəfindən müəyyən etmək olar. Bu səbəbdən xx.xx.2018-ci il tarixli məktubla “xxxxxxxxxxxxxx” MMC-yə müraciət olunaraq ATSC-nin xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi olan dövrdə məxaric olunmuş və hazırda mövcud olan əmlaklarının qiymətləndirilməsi xahiş olunmuşdur. Qiymətləndiricidən daxil olmuş məktubda qeyd olunan əmlakların bazar qiymətləri qiymətləndirici tərəfindən müəyyən olunmamışdır, qiymətləndirici şifahi olaraq bildirmişdir ki, təqdim olunmuş əmlakların real bazar qiymətlərini müəyyən etmək mümkün deyil. Ona görə də satılmış əmlakların çıxarışlarına əsasən onların bazar qiymətləri təyin olunmuşdur. Lakin tərtib edilmiş rəyin “aparılmış hesablamalar” və “uyğun satışların müqayisə üsulu” bölmələrində analoji obyektlərin bazar dəyəri barədə məlumatlardan və obyektin yerləşdiyi ərazinin əmlak bazarındakı uyğun satış məlumatlarından istifadə olunmaqla rəyin tərtib olunması göstərilmişdir. Qiymətləndirici 13 adda əmlaka 185.150 manat qiymət qoymuşdur ki, bu əmlaklardan 10 adda (152.000 manat bazar qiymətinə) olanları faktiki olaraq cəmiyyətdən satış yolu ilə məxaric olunan əmlaklardır. Məxaric olunmamış əmlakların bazar qiyməti qiymətləndiricinin rəyinə əsasən 3 adda olmaqla 33.150 manat göstərilmişdir. Həmin əmlaklar aşağıdakılardır: 1) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 462,4 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 25.000 manat; 2) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 150 manat; 3) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 80,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 8000 manat. Beləliklə, qiymətləndiricinin rəyi nəzərə alındıqda cəmiyyətin hazırkı vaxta 3 adda 33.150 manat dəyərində əmlakları qalmışdır. Əslində isə, 3 saylı cədvələ əsasən cəmiyyətin balans üzrə 23 adda 187.416 manat balans dəyəri ilə hal-hazıra əmlakları qalıq qalmışdır. xx.xx.2007-ci il tarixə cəmiyyətin balansında olan vəsaitlərdən audit olunan dövrdə cəmiyyətin balansından çıxarılmış əmlaklar qanunamüvafiq formada balansdan çıxarılmışdır. Bu əmlakların satışından əldə olunmuş vəsaitlərin cəmiyyətin hesabına mədaxil olunması qeyd olunan dövrlərdə aparılmış vergi yoxlamalarında da öz əksini tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, əmlaklar əsasən 2010-cu ildən etibarən cəmiyyətin balansından satış və silinmə yolu ilə çıxarılmışdır. Ümumiyyətlə, auditə təqdim olunmuş iş materiallarındakı ATSC-nin əsas vəsaitlərinin əksəriyyətinin istismar müddəti 25 ildən çox olan əmlaklardır. Bu əmlaklar uzun müddət istismarda olmaqla həm mənəvi, həm də fiziki köhnəlməyə məruz qalmış əmlaklardır. Məhkəmənin 2-ci sualında adları qeyd olunan (xx.xx.2007-ci il ildən etibarən “Modul” təmir sexinin, əlvan metaldan inşa edilmiş anbarların, 17 ədəd “İkarus” markalı avtobusların, 10 tonluq yük qaldırıcı kranın, avtokranın, yanacaq çənlərinin, habelə İ Nüqədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən əmlak kompleksinin) əmlaklara köhnəlmə faizləri hesablandıqda bu günki tarixə onların balans dəyərləri demək olar ki, qalmayacaqdır. ATSC-nin əmlakının satılması, metal əritmə məntəqəsinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Beləliklə, tədqiq olunmuş sənədlərə əsasən yuxarıda qeyd olunan əmlakların balansdan silinməsi zamanı əmlakın mənimsənilməsi halı və cəmiyyətə hər hansı zərərin vurulmadığına görə iddiaçıların payına düşən ziyan müəyyən olunmamışdır. Audit olunan dövrlərdə cəmiyyət, bütün pul vəsaitlərinin mədaxilini və məxaricini bank və daxili kassası vasitəsi ilə həyata keçirmişdir. ATSC-nin bank və kassa hesabının hərəkəti cədvəllərindən görünür ki, cəmiyyətin audit olunan dövrdə 705.314,61 manat mədaxili olmuş və bu vəsaitlər də cəmiyyətin zəruri xərclərinə təyinatı üzrə məxaric olunmuşdur. Auditor rəyinə əlavə olunmuş 5 saylı cədvəldən göründüyü kimi, audit olunan dövrlərdə ATSC-nin kassasından 80.665,46 manat pul sürücülərə yanacaq pulu üçün məxaric olunması göstərilmişdir. Bu yanacaq pullarının ödənilməsinə dair sürücülərin adına cədvəllərin yazılması və sürücülər tərəfindən cədvəllərin imzalanması onu deməyə əsas verir ki, sürücülərə yanacaq pulunun verilməsində qanunvericiliyin tələbləri pozulmamışdır. ATSC-nin ümumi gəlirləri və ümumi xərclərinə dair təqdim olunmuş sənədlərə əsasən, auditor tərəfindən 4 saylı bankın hərəkətinə və 5 saylı kassanın hərəkətinə dair cədvəllər tərtib olunmuş cədvəllərdən də görünür ki, cəmiyyətin bank və kassa hesabına mədaxil olunmuş vəsaitlərin hamısı müvafiq sənədlər əsasında məxaric olunmuş, nəticədə cəmiyyətin divident hesablanması üçün sərbəst vəsaiti qalmamışdır. ATSC-nin bölüşdürülməmiş mənfəəti qalmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 divident də hesablanmamışdır. Müstəqil tələb irəli sürən Z.Məmmədovanın isə ATSC-də hər hansı bir payı (səhmi) olmadığına görə ona divident hesablanmamalıdır. Əvvəlki auditor hesabatında göstərilən 186.839,68 manat bölüşdürülməyən mənfəətin hansı ilkin sənədlər əsasında hesablanmasına dair məlumat olmadığına görə qeyd olunan “bölüşdürülməmiş mənfəətin” istifadəsinin istiqamətləri müəyyən etmək mümkün olmamışdır. ATSC-yə məxsus olan və Quba rayonunun İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin (ayrı-ayrı daşınmaz əmakların) satışından əldə olunan gəlirlər, onların maliyyə hərəkəti və nəticəsi araşdırılmaqla müəyyən olunmuşdur ki, cəmiyyətin mühasibatlığında əsas vəsaitlərin hərəkəti, amortizasiyaların hesablanması, əmlakların satışından əldə olunmuş vəsaitin uçotu, məxaric sənədlərinin tərtib olunması, ümumiyyətlə cəmiyyətdə aparılmış əməliyyatların uçotu xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun aparılmamışdır. Lakin göstərilən xidmətlərin, icarə haqlarının və satılmış vəsaitlərin dəyəri cəmiyyətin bank və kassa hesablarında öz əksini tapmışdır. ATSC tərəfindən satılmış əmlaklar tərəflər arasında razılaşdırılmış qiymətlərlə “alqı-satqı” müqavilələrinə əsasən satılmışdır. Əmlakların satılması müxtəlif tarixlərdə aparıldığı üçün onların satış tarixlərinə bazar qiymətlərini müəyyən etmək mümkün olmamış, lakin audit olunan dövrdə satılmış və silinmiş əsas vəsaitlər cəmiyyətin ümumi əmlakının (balans dəyəri ilə 294435 + 77 ədəd a/m 662199,20 = 956.634,20 manatlıq olub, bunlardan balans dəyəri ilə 105.019,00 + a/m 662.199,20 = 767.218,20 manatlığı məxaric olunub) 80,20%-ni təşkil edir. ATSC tərəfindən satılmış əmlakların real bazar qiymətlərini auditə təqdim olunmuş “X14” MMCnin xx.xx.2018-ci il tarixli rəyini nəzərə almaqla “müəyyən olunmuş” bazar qiymətləri ilə faktiki satış məbləğləri arasındakı fərq 152.000- 36.360 = 115.640 manat müəyyən olunmuş, həmin fərqdən iddiaçılar İddiaçı1 payına 115.640 x 19.7164% = 22.800,04 manat, İddiaçı2 payına isə 115.640 x 18,7137% = 21.640,52 manat nisbətində pay düşür. Z.Məmmədovanın isə ATSC-də səhmləri olmadığına görə ona heç bir pay düşmür. İş üzrə keçirilmiş “X14” MMC-nin qiymətləndirmənin nəticəsi haqqında hesabata əsasən: 1) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 187,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 28.000 manat; 2) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 168,2 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 26.000 manat; 3) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 462,4 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 25.000 manat; 4) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 1,6 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 150 manat; 5) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 80,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 6) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 44,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 7) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 50,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 14.000 manat; 8) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 71,1 kv.m. sahəsinin (hamam) 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 9) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 10) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 11) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 47,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 12) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 27,9 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 13) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 2590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissəsi olan, ümumi sahəsi 24,7 kv.m. olan qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 7.000 manat təşkil edir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti olan daşınmaz əşyaların alqı-satqısı zamanı Cavabdeh1 satıcı qismində cəmiyyətin adından çıxış etməyə səlahiyyətinin və cəmiyyətin digər səhmdarlarının əmlakın satışı ilə bağlı iradə ifadələrinin olmamasına, eyni zamanda həmin əşyaların bazar qiymətindən xeyli aşağı qiymətə satılmasına istinad edərək, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi, bu tələbi təmin edərkən, Cavabdeh1 ASC-nin adından əqd bağlamaq səlahiyyətinin olmamasına, xx.xx.2010-cu il tarixli protokolda inzibati binanın satılması səlahiyyəti verilmiş olsa da, satılmış daşınmaz əmlaklardan bir qisminin inzibati binadan kənarda (Quba rayonu, İ Nügədi kəndində) yerləşməsinə, digər tərəfdən alqı-satqı müqavilələri bağlanarkən həmin protokolun notariusa təqdim edilməməsinə, eyni zamanda sözügedən daşınmaz əşyaların real bazar dəyərlərindən kifayət qədər aşağı qiymətə satılmasına əsaslanaraq mübahisələndirilən əqdləri etibarsız hesab etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci, 107.1.1-ci, 107.1.2-ci, 107.1.3-cü, 107.1.4-cü, 107.1.5-ci, 107.1.6-cı, 107.2-ci, 107.5-ci maddələri və ATSC-nin Nizamnaməsinin 6.1-ci, 7.1-ci və 10.1-ci bəndləri ilə izah etmişdir. Ali Məhkəmə, rayon məhkəməsinin qətnaməsini bu hissədə ləğv, iddianı isə rədd edən apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən, xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, alqı-satqı müqavilələrində notariat orqanı tərəfindən istinad edilən ASC-nin ümumi yığıncağının nə xx.xx.2007-ci il, nə də xx.xx.2010-cu il tarixli protokollarında cəmiyyətə məxsus daşınmaz əşyaların alqı-satqısına dair hər hansı məsələnin həll olunması və bununla bağlı İdarə Heyətinin sədrinə hər hansı səlahiyyət verilməsi müəyyən olunmur. Apellyasiya məhkəməsi xx.xx.2010-cu il tarixli protokolu Cavabdeh1 həmin müqavilələri bağlamaq səlahiyyətini təsdiq edən sənəd kimi qiymətləndirmişdir. Halbuki, həmin protokoldan görünür ki, ümumi yığıncaq tərəfindən yalnız inzibati binanın və istifadəsiz vəsaitlərin satılmaqla cəmiyyətin hesabından silinməsi və bundan irəli gələn məsələlərin Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. Mübahisələndirilən alqı-satqı müqavilələrinin bir qisminin predmetini isə, cəmiyyətin inzibati binasından kənarda yerləşən əmlak kompleksinin hissələri təşkil etmişdir. Digər tərəfdən, Cavabdeh1 həmin daşınmaz əşyaları satmaq səlahiyyətinin olması təsdiq edildiyi halda belə, bu sonuncunun cəmiyyətin adından ona verilmiş nümayəndəlik səlahiyyətlərini aşmaqla istənilən məzmunda müqavilə bağlamaq səlahiyyəti kimi qiymətləndirilə bilməz. Həmin əşyaların Cavabdeh1 xüsusi mülkiyyəti deyil, hüquqi şəxsin mülkiyyəti olması, eyni zamanda sonuncunun onlara dair səlahiyyətinin yalnız hüquqi şəxsin mənafeyi əsas götürülməklə onun adından sərəncam verməklə məhdudlaşdığı nəzərə alınaraq, əşyaların bazar dəyərindən kəskin şəkildə fəqlənən, on dəfədən də aşağı göstərilmiş qiymət, həmin müqavilənin etbarlılığını şübhə altına alır. Qeyd olunanları nəzərə alan Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Qanunverici, tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. MM-in 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Kollegiya, hazırkı işin hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə Cavabdeh1 ASC-nin adından mübahisələndirilən alqı-satqı müqavilələrini bağlamaq səlahiyyətinin olub-olmadığı aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 107.1.6-cı maddəsinə istinadla səhmdarların xx.xx.2007-ci il tarixli və xx.xx.2010-cu il tarixli ümumi yığıncaqlarında Cavabdeh1 yalnız İdarə Heyətinin sədri kimi seçilməsi, ona cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməməsi və buna görə də onun alqı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olması qənaətinə gəlmişdir. Kollegiya, bu qənaətlə razılşamır, ona görə ki, əvvəla, Mülki Məcəllənin 107.1.6-cı maddəsi qanuna xx.xx.2015-ci il tarixdə əlavə edilmişdir. Mübahisələndirilən alqı-satqı müqavilələri isə bundan çox daha əvvəl yəni, 2011-2013-cü illərdə bağlanmışdır. Digər tərəfdən, iş materiallarından görünür ki, ATSC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2010-cu il tarixdə keçirilmiş iclasında ASC-nin balansında olan inzibati binanın bölünərək, istifadəsiz əsas vəsaitlərin digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinməsi, bundan irəli gələn məsələlərin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə olunması, əldə ediləcək pul vəsaitlərinin ASC-nin borclarının qarşılanmasına sərf olunması qərara alınmışdır. Görünüyü kimi, cəmiyyətin balansında olan inzibaı bina ilə yanaşı, ümumi formada digər istifadəsiz əsas vəsaitlərin satılması səlahiyyəti də İdarə Heyətinin sədrinə həvalə olunmuş və hazırkı məqamda sözügedən qərarların hər hansı məhkəmə aktı ilə ləğv və ya etibarsız hesab edilməsi müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisələndirdikləri alqı-satqı müqavilələri ASC-nin səhmdarlarının xx.xx.2010-cu il tarixli ümumi yığıncağının qərarı əsasında bağlandığından, alqı-satqı müqavilələri lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış hesab edilir. Çünki ümumi yığıncağın qərarı ASC-nin iradəsini ifadə etdiyindən həmin qərar qüvvədə olduğu müddətdə sözügedən müqavilələrin səlahiyyətli olmayan şəxs tərəfindən bağlanması əsası ilə etibarsız hesab olunması hüquqi baxımdan mümkün deyildir. Bu qənaətə gələrkən Kollegiya onu da vurğulayır ki, alqı-satqı müqavilələrində sözügedən qərara istinad olunmaması da fərqli nəticəyə gəlmək üçün əsas deyildir. Kollegiya, eyni zamanda birinci instansiya məhkəməsinin mübahisəli alqı-satqı müqavilələrinin etibarsızlığı əsası kimi, həm də cəmiyyətin balansında olan sözügedən daşınmaz əşyaların bazar dəyərindən xeyli aşağı qiymətə satılmasına istinad etməsini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, qanunverici, hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətlərimüəyyən etmək azadlığını qeyd etmək olar. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Ali Məhkəmə də, hazırkı iş üzrə qərarında vurğulamışdır ki, “qiymət” alqı-satqı müqaviləsinin mühüm şərti hesab edilməklə, tərəflərin razılaşması əsasında müəyyən edilir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin predmeti olan əşyanın satış qiymətinin bazar qiymətinə uyğun müəyyənləşdirilməsi ilə bağlı qanunvericilikdə məcburi bir qayda nəzərdə tutulmamış və bu tərəflərin razılaşmasına bağlı hesab edilmişdir. Yalnızca tərəflər arasında razılaşdırılmış qiymətin müqavilədə əks olunması ilə bağlı məcburilik müəyyən olunmuşdur. Bu baxımdan, Kollegiya hesab edir ki, baxılan iş üzrə mübahisələndirilən bütün alqı-satqı müqavilələrində müqavilənin mühüm şərti kimi “qiymət” yazılı şəkildə bütün müqavilələrin mətnində göstərilməklə, tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən olunmuşdur. Ona görə də, sözügedən daşınmaz əşyaların iddia edildiyi kimi bazar qiymətindən aşağı (və ya yuxarı) qiymətə satılması onun etibarsızlığına səbəb olmaz. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Həsən Həsənov və Cavabdeh4lə ATSC arasında bağlanmış alqı-satqı müqavilələrin sadəcə görünüş etibarilə formal olaraq bağlandığından, həmin müqavilələr və ondan doğan nətcələr etibarsızdır. Kollegiya bu faktın kifayət qədər mötəbər sübutlarla təsdiqini tapmadığını qeyd etməklə yanaşı, vurğulayır ki, sözügedən daşınmaz əşyaların dövlət reyetrindəki hazırkı qeydiyyatı digər şəxslərin adınadır (Cavabdeh3 və Xuraman Əliyeva). Həmin şəxslər isə əşyanı reyestr məlumatları əsasında əldə etdikləri üçün vicdanlı sayılırlar. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanamasına maneə olan halı bilmirsə və ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyi, onlara güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqca təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, mübahisəli daşınmaz əşyalar üzərində vicdanlı şəxslərin mülkiyyət hüququ qazanması, ondan öncəki şəxs(lər)in hüququnu itirməsi deməkdir. Bu qayda, qanunla nəzərdə tutulmaqla, reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Kollegiya, mütəqil tələb irəli sürən şəxs Zəhrəxanım Məmmədovanın iddiası üzrə ASC-nin 35.681 ədəd səhminin Cavabdeh1 satılmasına dair xx.xx.2007-ci il tarxili müqavilənin etibarsız hesab olunması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Zəhrəxanım Məmmədova ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Z.Məmmədova ASC-nin ona məxsus 35.681 ədəd səhmi Cavabdeh1 satmış və əri İddiaçı1 da yazılı ərizə ilə buna razılıq vermişdir. Baş Dövlət X20 xx.xx.2015-ci il tarixli məktubun qeyd olunmuşdur ki, “Hyundai Tucson” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2007-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına, xx.xx.2009-cu il tarixdə isə alqı-satqı müqaviləsi əsasında Zəhraxanım Məmmədovanın adına qeydiyyata alınmışdır. Rayon məhkəməsi sözügedən müqaviləni uydurma əqd hesab etməklə, onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1lə İddiaçı1 (Zəhrəxanım Məmmədovanın əri) arasında etibarlı münasibətlər mövcud olmuş və Cavabdeh1 cəmiyyətin sədri seçilməsi, eyni zamanda dövlət mülkiyyətində olan 30% səhmlərin alqı-satqısının həyata keçirilməsi mqəsədilə Z.Məmmədovanın səhmlərinin formal alqı-satqısına dair razılıq əldə olunmuşdur. Həmin səhmlərin alqı-satqısının formal xarakter daşıması onunla müəyyən olunur ki, Cavabdeh1 tərəfindən Z.Məmmədova və İddiaçı1 təklifi ilə onların nəvələri Etibar Abbasova bütün əmlakın idarə edilməsi, Z.Məmmədovadan alınacaq səhmlərin ona etibar edilməsi və s. səlahiyyətlərin verilməsinə dair etibarnamə verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən səhmlərin alınmasına yardım məqsədilə Cavabdeh1 30.000 ABŞ dolları borc verilmiş, sonradan həmin borcun əvəzi kimi dəyəri 18.000 ABŞ dolları olan “Hyundai Tucson” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil Z.Məmmədovanın adına keçirilmiş, qalan 12.000 ABŞ dolları isə iki dəfə 6000 ABŞ dolları olmaqla qaytarılmışdır. Lakin səhmlərin alqı-satqısı formal həyata keçirilsə də, sonradan geri alqı-satqısı edilməmişdir. Göründüyü kimi, məhkəmə müqavilənin etibarsız hesab olunması barədə qənaətini yalnız iddia tərəfinin qeyd etdikləri ilə əsaslandırmaqla, əqdin etibarsızlığına dəlalət edəcək hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Üstəlik Cavabdeh1 alqı-satqı müqaviləsinin həqiqi olduğunu müdafiə edərək, Z.Məmmədovaya əvəzində dəyəri 18.000 ABŞ dolları olan “Hyundai Tucson” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil verdiyini, qalan məbləği isə hər ay davamlı olaraq Həsən Həsənov vasitəsilə ödədiyini bildirmiş və H.Həsənov da bu faktı təsdiq etmişdir. Digər tərəfdən, sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi iddia edən tərəfin, yəni Zəhrəxanım Məmmədovanın üzərinə düşür. Çünki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X3rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Buna baxmayaraq, Z.Məmmədova, məhkəməyə iddia tələbinin əası kimi istinad etdiyi hallara (Cavabdeh1lə arasında səhmlərin alqı-satqı müqaviləsinin formal olaraq bağlanması) dair mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Cavabdeh1 tərfindən onun nəvəsi E.Abbasova etibarnamə verilməsi isə, bu faktın təsdiqi üçün kifayətedici dəlil sayıla bilməz. Odur ki, mütəqil tələb irəli sürən şəxs Z.Məmmədovanın iddiası həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Kollegiya, cavabdehlərin əqdin etibarsızlığı ilə bağlı MM-in 354-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə bildirir ki, baxılan iş üzrə Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında vurğulamışdır ki, iddiaçılar tərərfindən iddia müddətini ötürülməsi müəyyən edilmədiyi halda, apellyasiya məhkəməsi onların mübahisələndirilən alqı-satqı müqavilələrinin bağlanmasından illər sonra, iddia müddətini ötürməklə məhkəməyə müraciət etdikləri bərədə nəticəyə gəlməklə əqdlərin etibarsızlığı üzrə müddətlərin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Ali Məhkəmənin bu mövqeyini nəzərə alaraq Kollegiya, bu xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görümür. Çünki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunanlara əsasən, məhkməə kollegiyası, bu qənaətə gəlir ki, iş üzrə verilmiş apellyasiya şikayətləri təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “daşınmaz əmlakın alqı-satqı müqavilələrin və səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv olunmalı və həmin hissələrdə hər iki iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə, Cavabdeh3, X10, X15, Maraqlı şəxs1 və Cavabdeh2 ayrı-ayrıqlıqda və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi “daşınmaz əmlakın alqı-satqı müqavilələrin və səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun “Quba rayonu, İ Nügədi kəndində yerləşən ATSC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m. sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair alqı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi” barədə iddia tələbləri təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 “ona məxsus ATSC-nin 35618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5700/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5700/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver