Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5716/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Elbrus Məmmədovun, cavabdehin nümayəndəsi İmran Hacıyevin, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında “Gree” markalı kondisionerə dair bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borc kimi 1.359 manat, cərimə kimi 203,8 manat, cəmi 1.562,8 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 1.359 manat, cərimə kimi 50 manat, dövlət rüsumunun əvəzi kimi 32 manat, cəmi 1.441 manat cavabdehdən alınara iddiaçıya ödənilsin, iddianın qalan hissəsi rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İmran Hacıyev apellyasiya şikayətiin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Elbrus Məmmədov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında “Gree” markalı kondisionerə dair xx.xx.2021-ci il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə ilə razılaşdırılıb ki, kondisionerin qiyməti 18 ay ərzində, hər ay 76 manat, sonuncu ay isə 67 manat olmaqla hissə-hissə ödəniləcək, qiymətin ödənilməsi xx.xx.2022-ci ildə başa çatmalıdır. Cavabdeh kondisionerin qüsurlu olduğunu, yəni zəif soyutduğunu, buna görə də bir müddət ödəniş etmədiyini bildirir. Bununla əlaqədar o, iddia qaldıraraq kondisionerin dəyişdirilməsini tələb edib, lakin Nərimanov RM-nin xx.xx.2021-ci il tarixli, 2(005)-4219/21 nömrəli qətnaməsi ilə iddia rədd olunub. Məhkəmə iddianı ona görə rədd edib ki, kondisionerdə istehsalat qüsurunun olduğu müəyyən edilmir. Müəyyən olunu ki, nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi var. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində lazımi qaydada əsaslandırılıb. O cümlədən, tələb olunan cərimənin məbləği tənasübsüz surətdə yüksək olduğuna görə birinci instansiya məhkəməsi düzgün olaraq onu 50 manata qədər azaldıb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5716/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5716/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver