Məhkəmə qərarları › İş №2(103)-5721/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5721/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5721/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3984/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun, ödənilmiş 272 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə isə cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia ərizəsinin tam rədd edilməsi və İddiaçı ilə arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsızlığının müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3984/2024 nömrəli 20 avqust 2024cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi ilkin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olub, xx.xx.2024-cü il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, eyni predmet barəsində Bakı Kommersiya Məhkəməsinin icraatında iş olduğundan mülki işin dayandırılmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixdə isə vəsatət ilə müraciət edərək, mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir, qərardaddan şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsini xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra dərhal cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmişdir. Göründüyü kimi, cavabdeh əvvəlcə Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, hazırki mülki iş üzrə isə vəsatət verərək, mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə vəsatət rədd edilmiş, həmin qərardaddan verilmiş şikayət Ali Məhkəmənin qərarı ilə təmin edilməmişdir. Bundan sonra dərhal cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmadan qarşılıqlı iddia ərizəsi prosessual müddət ötürülməklə verilməsi əsası ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qənaətinə gəlinmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3984/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin və Cavabdeh İddiaçı qarşı “15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsızlığı tələbinə dair” qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar