Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5722/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1396/2002 saylı, 17 iyul 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri Sarabski küçəsindəki 7 saylı evin 44 kv.metrlik yaşayış sahəsinin icarədarı hesab edilməsi, Cavabdehnə İddiaçı ilə həmin yaşayış sahəsinin icarə müqaviləsinin bağlanmasının və Bakı şəhəri Sarabski küçəsindəki 7 saylı evdə qanuni əsas olmadan yaşayan şəxslərin çıxarılması üçün tədbirlərin görülməsinin həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşdə iştirak etməyən şəxslər Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1396/2002 nömrəli qətnaməsinin onların maraqlarına toxunduğuna görə, həmin işlə tanış olmalarına, eyni zamanda qeyd olunan qətnamənin və iş materiallarına əlavə edilmiş sənədlərin surətinin onlara verilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs1 tərəfindən ərizənin üzərində “İşlə tanış oldum, müvafiq sənədləri qəbul etdim” qeydi aparılmışdır. Bundan sonra, xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2- 1396/2002 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda “buraxılmış müddətin bərpasına dair” ərizə təqdim edərək, qətnamədən şikayət verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı onların məlumatı olmadan gizli olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evin kirayə müqaviləsini öz adına bağlamışdır. Onların həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsində qeydiyyatdan çıxma ilə bağlı mübahisəyə baxılanda məlumatları olmuşdur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli ev ataları və babaları X1 tərəfindən tikilmiş, onlar da həmin evdə doğulmuş, ailə üzvü kimi evdən istifadə edərək yararlanmışlar. Onlara həmin qətnamə 2024-cü ilin axırlarında məhkəmə mübahisəsi zamanı məlum olduğuna görə ərizə ilə məhkəməyə müraciət etsələr də, məhkəmə tərəfindən həmin tarixə aid işlərin Mərkəzi Arxivdə saxlanması bildirilmiş, buna görə də onlar aidiyyəti üzrə müraciət etmişlər. Qətnamə onların öz yazdıqları ərizəyə imza etdirilməklə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada verilmişdir. Şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Onlar doğulub boya-başa çatdıqları, qeydiyyatda olduqları və yaşadıqları halda, 2002-ci ildə məhkəmə tərəfindən onlara heç bir məlumat verilmədən və iştirakları olmadan işə baxılmışdır. Qətnamədən şikayət vermə müddəti onların təqsiri ucbatından deyil, qətnamənin gec verilməsi ucbatından keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1396/2002 saylı, 17 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim Günay Abidova) Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 maraqlarına toxunan şəxslər qismində cəlb edilməsi; Maraqlı şəxs2 və digərləri tərəfindən verilmiş “müddətin bərpasına dair” ərizə (müddət ötürülmədiyi üçün) təmin edilməməsi; maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və digərlərinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, hazırkı şikayətlə məhkəməyə müraciət edən şəxslərin hər biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsində mübahisə predmeti olan Bakı şəhəri, Sarabski küçəsi, ev 7-də qeydiyyatdadırlar. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin onların qanunla qorunan hüquqlarına toxunması, buna baxmayaraq, həmin şəxslərin məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb edilməmələri müəyyən edilmişdir. Belə olan halda, Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1 Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb edilməlidirlər. Müddətin bərpası barədə ərizəyə münasibətdə isə qeyd edilməlidir ki, maraqlı şəxslərin özləri tərəfindən imzalanmış ərizədə xx.xx.2025-ci il tarixdə işlə tanış olmaları və lazımi sənədlərin surətlərini almaları qeyd edildiyindən, onların hazırkı şikayəti və ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən, hazırkı iş üzrə maraqlı şəxslərin qətnamədən şikayət vermə müddətini ötürmələri müəyyən edilmir. Belə ki, xx.xx.2025-ci il tarixdə qətnaməni rəsmi qaydada əldə edən maraqlı şəxslərin xx.xx.2025-ci ilədək qətnamədən apellyasiya şikayəti vermək hüquqları olmuş və onların şikayəti daha tez – xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də, hazırkı iş üzrə müddətin ötürülməsi müəyyən edilmədiyindən, bu barədə ərizə təmin edilməməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən isə görünür ki, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyə uyğun ödənilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 maraqlarına toxunan şəxslər qismində cəlb edilməli, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 tərəfindən verilmiş “buraxılmış müddətin bərpasına dair” ərizə (müddət ötürülmədiyindən) təmin edilməməli, maraqlarına toxunan şəxslərin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmin qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək qərardadın ləğv edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 Bakı şəhəri, Sarabski küçəsindəki 7 saylı evin 44 kv.metrlik yaşayış sahəsində qeydiyyatda olmalarını əsas götürərək, qətnamənin onların maraqlarına toxunduğu qənaətinə gəlmiş və guya qətnamədən onların xəbəri olmadığını əsas götürərək, onları maraqlarına toxunan şəxslər qismində cəlb etmişdir. Halbuki, qətnamədən də göründüyü kimi Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 Bakı şəhəri Sarabski küçəsindəki 7 saylı evin 44 kv.metrlik yaşayış sahəsinin icarədarının məhz İddiaçı olmasına dair yazılı razılıq vermişlər. Bu hal qətnamənin adı çəkilən şəxslərin maraqlarına artıq toxunmadığını birbaşa sübut edir. Digər tərəfdən həmin şəxslər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-3078/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qəbul edilərkən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsinin mövcudluğundan xəbər tutmuşlar. Həmin işin materiallarında Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsi mövcuddur. Bu halı həmin şəxslər hətta məhkəməyə ünvanladıqları ərizədə belə açıq şəkildə göstərmişlər. 23 il bundan öncə çıxarılmış qətnamədən məlumatlı olmamaları ümumiyyətlə inandırıcı görünmür. Hazırda mübahisələndirilən qərardadın 5-ci bəndində göstərilmişdir ki, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı onların məlumatı olmadan gizli olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1396/2002 nömrəli qətnaməsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 7 saylı evin kirayə müqaviləsini öz adına bağlamışdır. Onların həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsində qeydiyyatdan çıxma ilə bağlı mübahisəyə baxılanda məlumatları olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 21396/2002 nömrəli qətnaməsindən də göründüyü kimi Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 Bakı şəhəri Sarabski küçəsindəki 7 saylı evin 44 kv.metrlik yaşayış sahəsinin icarədarının məhz İddiaçı olmasına dair yazılı razılıq vermişlər. Bu hal qətnamənin adı çəkilən şəxslərin maraqlarına artıq toxunmadığını birbaşa sübut edir. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, işi araşdırmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarını araşdırmadan və maraqlarına toxunan şəxs kimi cəlb etdiyi şəxslərin 23 il bundan öncə yazılı razılıq verərək, iddiaçının mübahisəli yaşayış sahəsinin kirayədarı olmalarına dair iradə ifadələri bildirmələrinə diqqət yetirməmişdir. Belə razılıq olduğu halda iddiaçının mübahisəli yaşayış sahəsinin kirayədarı hesab edilməsinə dair məhkəmə qətnaməsi həmin şəxslərin maraqlarına hər hansı bir şəkildə toxuna bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1396/2002 saylı, 17 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərir ki, şikayətin “iş materiallarında olan razılıq ərizələri nəzərə alındıqda qəbul edilmiş qətnamənin müvafiq şəxslərin maraqlarına toxunmaması barədə” dəlilinə münasibətdə qeyd edilməlidir ki, mübahisələndirilən qərardadla maraqlarına toxunan qismində cəlb edilən şəxslərin müvafiq İcra Hakimiyyətinə ünvanladıqları ərizələrinin iş materiallarında olması onların müvafiq ünvanda qeydiyyatda olmaqla yaşamaları və maraqlarına toxunan məsələ ilə bağlı işə baxılıb qətnamə qəbul edilərkən onların işə cəlb edilməmələri faktını dəyişmir. Hazırkı vəziyyətdə müvafiq ərizələrin mötəbərliyinə qiymət vermək rayon məhkəməsinin deyil, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətindədir, çünki qətnamə qəbul edilməzdən əvvəl müvafiq şəxslər işə cəlb edilməmiş, fikirləri öyrənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, müvafiq İcra Hakimiyyətinə ünvanladıqları ərizələrinin iş materiallarında olması hazırda maraqlarına toxunan qismində cəlb edilən şəxslərin işə cəlb edilməməli olması qənaətinə gəlməyə əsas verməməlidir. “Maraqlarına toxunan şəxslərin 23 il əvvəl çıxarılmış qətnamədən xəbərsiz olmalarının ağlabatan olmaması barədə” dəlilə münasibətdə isə qeyd edilir ki, iddiaçı bunun ağlabatan olmadığını mübahisələndirsə də, maraqlarına toxunan şəxslərin həmin qətnamədən 23 il ərzində özlərinin bildirdiklərindən daha əvvəl xəbər tutmalarına, habelə qətnaməni daha əvvəl rəsmi qaydada əldə etmələrinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də bu dəlil məhkəmə tərəfindən əsassız, formal mülahizə kimi qiymətləndirilir. “Bakı Apellyasiya Məhkəməsində baxılmış “qeydiyyatdan çıxarılma” ilə bağlı inzibati işin materiallarında həmin qətnamənin olması barədə” dəlilə münasibətdə qeyd edilməlidir ki, şikayətə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 3078/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında bu qətnamədən bəhs edilmədiyi müəyyən edilir. Həmin işə baxılarkən qətnamənin mövcudluğundan şifahi şəkildə xəbər tutsalar da belə, iş materiallarında olan heç bir sənəd maraqlarına toxunan şəxslərin həmin qətnaməni daha əvvəl rəsmi qaydada əldə etmələrinə dəlalət etmir. Belə ki, hazırkı işin materiallarından maraqlarına toxunan şəxslərin qətnaməni rəsmi qaydada əldə etmək, iş materialları ilə tanış olmaq üçün müvafiq olaraq arxiv idarəsinə və məhkəməyə müraciət etmələri, işlə tanış olduqdan sonra sui-istifadəyə yol vermədən, məhz 1 aylıq müddət daxilində şikayət və ərizələrini məhkəməyə vermələri müəyyən edilir. Göstərilənlərə əsasən, bu dəlil də mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas vermir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi üçün kifayət etmir. Çünki işdən bəlli olur ki, apellyasiya şikayətinin mülki-prosessual qanunvericiliyin tələb etdiyi müddətə verilməməsi birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi qətnamə ərizə ilə müraciət edən şəxslərin qanunla qorunan hüquqlarına toxunduğu halda, onların məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb edilməmələri və işlə xx.xx.2025-ci il tarixdə tanış olmaları ilə əlaqədar, bir sözlə, Maraqlı şəxs3 Hacıbala qızı, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 iradəsindən asılı olmayan səbəbdən olmuşdur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1396/2002 saylı, 17 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1396/2002 saylı, 17 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5722/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5722/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver