Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5730/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-537/21 saylı işi üzrə 25.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək) cavabdeh X2 ilə İddiaçı BOKT MMC arasında bağlanılmış 02 iyun 2020-ci il tarixli, 01309 saylı Kredit Müqaviləsinin və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, 01309/ZM saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi və 02 iyun 2020-ci il tarixli, 01309 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 aid 3750 manat məbləği əsas borc, 183.93 manat məbləği hesablanmış adi faizlər üzrə borc 48.98 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3982.91 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 4012.91 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə sübut kimi: İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2020-ci il tarixli 01309 saylı kredit müqaviləsi (səh.11); 02.06.2020-ci il tarixli 01309 saylı Kredit müqaviləsinə 1 saylı əlavə (səh.12); 02.06.2020-ci il tarixli 01309/ZM nömrəli Zaminlik Müqaviləsi (səh.14); 01.09.2020-ci il tarixli xəbərdarlıq məktubu(səh.21); 14.09.2020-ci il tarixli İddiaçı BOKT QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildiriş(səh.18); 21.10.2020-ci il tarixli maliyyə arayışı(səh.28); 24.02.2021-ci il tarixli arayış (səh.73) təqdim olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-537/21 saylı işi üzrə 25.02.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01309 nömrəli kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 01309/ZM zaminlik müqaviləsi ləğv edilmiş, Cavabdeh1 3750 manat məbləğində əsas borc, 183,93 manat məbləğində faiz borcu, 48,98 manat cərimə cəmi 3982,91 manat borc və 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 423, 442, 443, 448, 472, 739; Azərbaycan Respublikası MPM-in 78, 80, 81, 119.1, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmiş və cavabdehlər 02.08.2022-ci il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 537/2021 saylı mülki iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-in 14, 106.1, 372, 380, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, həmin təşkilatın nümunəvi müştərisi olmuşdur. Vaxtaşırı təşkilatdan kredit götürərək vaxtında qaytarmışdır. Qeyd olunan krediti isə götürdükdən sonra dünyanı cənginə alan pandemiya Azərbaycana da təsirsiz ötüşməmiş, sərtləşdirilmiş karantin elan olunmuş, ona görə də bütün işlər dayanmışdır. Pandemiya ilə əlaqədar kredit ödənişləri uzadılmışdır. İki ay kredit ödənişi ödəməməyə görə təşkilat məhkəməyə müraciət etmişdir. Halbuki ödənişin gecikməsi üzürlü səbəbdən olmuş və qisa müddət ərzində gecikdirilmiş kredit ödənişi ödənilmişdir. Bundan başqa onun İddiaçı BOKT MMC ilə 02 iyun 2020-ci il tarixli, 01309 saylı 26 ay müddətinə bağlanmış kredit müqaviləsi mövcuddur və həmin müqavilənin müddəti hələ bitməyib.Tərəflər arasında qüvvədə olan müqaviləyə xitam vermədən məhkəmədə mübahisə açmaq isə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə ziddir. İddiaçının ona xəbərdarlıq göndərməsi isə yalnız formal xarakter daşıyır. İddia ərizəsinin surətindən də görünür ki, iddiaçı onun kredit ödənişlərini qəsdən gecikdirməsi barədə elə bir tutarlı sübut təqdim etməyib. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 331, 355-357, 385-390, 399, 404, 442, 470-477, 739, 741, 743, 744, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən mübahisə edilən hissəyə müvafiq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, müqavilə və borc münasibətlərinə yönəlik digər sübutlar təqdim edilməmiş və şikayətdə qeyd edilmiş dəlillərin bir qismi işə aid olmamış, digər qismi isə etirafedici səciyyə daşımışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-537/21 saylı işi üzrə 25.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5730/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5730/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver