Məhkəmə qərarları › İş №2(103)-5731/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5731/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5731/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 "xxxx" Azərbaycan MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X3 və onun nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1039/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, sağ gözünə mirvari suyu gəldiyinə görə müayinə və müalicə üçün o, “Dünyagöz” Xəstəxanasına müraciət etmişdir. “Dünyagöz” xəstəxanasında çalışan türk oftolmoloq Dorukan Akıncı əməliyyata göstəriş vermiş və 4000 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Bu zaman o, həkimə tənha, ahıl yaşlı qadın olduğunu, 285 manat pensiyadan başqa heç bir gəlir yerinin olmadığını, o məbləği verə bilməyəcəyini demiş və əməliyyat etdirmək istəməmişdir. Daha sonra Dorukan Akıncının yanında çalışan köməkçiləri ona zəng edərək, əməliyyatı 2000 manata edəcəklərini bildirmişlər. Beləliklə, o, Tibbi sığorta və qonşuların topladığı müəyyən məbləğlə xx.xx.2022-ci il tarixində “Dünyagöz” xəstəxanasında oftolmoloq Dorukan Akıncı tərəfindən sağ gözünün su kanalından əməliyyat olunmuş və sadəcə bir gün xəstəxanada qalmışdır. Əməliyyatdan 3 ay müddət keçməsinə baxmayaraq, gözü görməmişdir. O, görmə qabiliyyətini tamamilə itirmişdir. Bununla bağlı xəstəxanaya müraciət edərək “əməliyyat heç bir nəticə vermədi, qonşuların pulunu qaytarmalıyam, əməliyyatdan sonra görmə qabiliyyətimi tamamilə itirmişəm“ deyib pulunu tələb etmişdir. Bu zaman onlar kobud şəkildə cavab verərək ona məhəl qoymamışlar. Daha sonra məsələ ilə bağlı Türkiyə Respublikası Səhiyyə X9 teleqram göndərmişdir. Fəxrəddin Hoca canlı açıb videogörüntü vasitəsi ilə onunla danışmış və bildirmişdir ki, əməliyyat Azərbaycanda icra edilib, bununla bağlı təzminat tələbi ilə o, məhkəməyə müraciət etməlidir. Eyni zamanda məsələnin araşdırılması ilə bağlı X4 X5 Genel Müdürlüyünə də müraciət etmiş və onlar Azərbaycanda fəaliyyət göstərən X10 Xəstəxanasının ölkədən xaricdə fəaliyyətlərinin və fiyatlandırmalarının öhdələrində olmadığını və səlahiyyətləri xaricində olduğunu bildirmişlər. Eyni zamanda, xx.xx.2024-ci il tarixdə göndərdiyi pretenziya məktubuna qarşı “Dünyagöz” xəstəxanasının cavabı, onların necə məsuliyyətsiz olduğlarının rəsmi sübutudur. Belə ki, onlar səhvlərini boyunlarına almayaraq, “sizin gözünüzdə icra olunan göz yaşı kanalı əməliyyatının görmə qabiliyyəti ilə heç bir bağlılığı yoxdur“ deyə özlərini absurd bir şəkildə müdafiə etmişlər. Hər halda, o, birdən-birə görmə qabiliyyətini itirməyə başlamamış, bu məhz əməliyyatdan sonra baş vermişdir. O, çox çarəsiz, köməksiz qalmışdır. Hesab edir ki, “Dünyagöz” xəstəxanası tərəfindən ona dəymiş 2000 manat məbləğində zərər ödənilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Dünyagöz” xəstəxanasından 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1039/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Dünya Göz Azərbaycan“ MMC-yə müraciət etmiş və müayinədən sonra ona «Lakrimal pasajda stenoz və yetməzlik» diaqnozu qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə iddiaçı üzərində “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyyə əməliyyatı aparılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə təkrarən klinikaya müraciət etmiş, müayinədən sonra ona “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq” diaqnozu təyin edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı üzərində “Qreft ilə konyunktiva plastik – sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun üzərində aparılmış cərrahiyə əməliyyatı nəticəsində görmə qabiliyyəti tamamilə itirildiyinə görə, o, Cavabdeh MMC tərəfindən ona dəymiş 2000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının üzərində aparılmış əməliyyatların uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Verilmiş ekspert rəyi ilə müyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Lakrimal pasajda stenoz və yetməzlik” diaqnozu düzgün təyin edilmişdir. Xəstənin üzərində “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə klinikaya müraciət etmiş və “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq” diaqnozu təyin edilmişdir. Xəstənin üzərində “Qreft ilə konyunktiva plastik-sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı müəyyən edilən “Lakrimal pasajda stenoz və yetməzlik” ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatı edilmişdir.İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatları düzgün yerinə yetirilmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyyətinin VisOD 0,05 k/v; VisOS 0,1 k/v və “OD-dakriosistit. Başlanğıc katarakta. OSArtifakiya”nın olduğu müəyyən edilmişdir. Xəstədə burun-yaş yolları təkrar bağlandığından xəstənin təkrari dikriosistorinostomiya cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Xəstədə müəyyən edilən burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranmışdır. Göründüyü kimi ekspert rəyi ilə iddiaçı üzərində cərrahiyyə əməliyyatlarının hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyi ilə İddiaçı müəyyən edilən burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə şikayətləri ilə əlaqədar klinikaya müraciət etmişdir. Diaqnoz: “Lakrimal pasajda stenoz və yetməzlik”. Preop/Postop sağ və sol göz: görmə alınmadı. Xəstəyə xx.xx.2022-ci il tarixdə “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərahiyyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: Klassik cərahhiyyəyə hazırlıq zamanı ümumi anesteziya altında karunkulun kəsilməsi aparıldı, orta turbin çıxarıldı, ölçü aparıldı, 18,19 mm boru tələb olundu və bizdə 15 mm boru olduğu üçün qoyuldu. Müayinə zamanı xəstəyə mövcud borunun çox qısa olduğu üçün daha uzun bir boru ilə əvəz edilməsi lazım olduğu bildirildi, lakin qısa müddətdə şikayətlərinin azalacağı izah edildi, qısa uzuqluğuna görə bir müddəti sonra bağlanır. Müayinələr zamanı xəstəyə borunun daha uzunu ilə əvəz olunacağı deyilsə də, xəstə bunu istəməyib. xx.xx.2022-ci il tarixdə müayinə zamanı sağ göz SPH+1.50; CYL-0,25; AXİS 85; sol göz SPH +0,75; CYL-1,75; AXİS 45. xx.xx.2022-ci il tarixdə müayinə zamanı sağ göz SPH+1,00; CYL-0,25; AXİS 145; sol göz SPH+0.25; CYL-2,50; AXİS 35; - İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə şikayətləri ilə əlaqədar klinikaya müraciət etmişdir. Diaqnoz: “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq”. xx.xx.2022-ci il tarixdə “Qreft ilə konyunktiva plastik – sağ göz” cərrahiyyə əməliyyatı icra edildi. Sağ göz ön seqment-Kongeal qranuloma borunu örtür. Yerli amesteziya altında kliniki cərrahiyyəyə hazırlandı və blokdan sonra disseksiya borusundan istifadə edilərək 6-0 vikrillə bərkidildi və əməliyyat sonlandırıldı;- Cavabdeh MMC tərəfindən verilmiş GDĞ/1 seriyalı 215331 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 300 manat pul ödənilmişdir; - Cavabdeh MMC tərəfindən verilmiş GDĞ/1 seriyalı 214724 nömrəli, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 700 manat pul ödənilmişdir; - İddiaçı tərəfindən Cavabdeh Xəstəxanasına ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, sağ gözünə mirvari suyu gəldiyinə görə müayinə və müalicə üçün o, “Dünyagöz” Xəstəxanasına müraciət etmişdir.Xəstəxanada çalışan türk oftolmoloq Dorukan Akıncı əməliyyata göstəriş vermiş və 4.000 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Bu zaman o, ona tənha, ahıl yaşlı qadın olduğunu, 285 manat pensiyadan başqa heç bir gəlir yerinin olmadığını, o məbləği verə bilməyəcəyini demiş və əməliyyat etdirmək istəməmişdir. Daha sonra Dorukan Akıncının yanında çalışan köməkçiləri ona zəng edərək, əməliyyatı 2.000 manata edəcəklərini bildirmişlər. Beləliklə o, Tibbi sığorta və qonşuların topladığı müəyyən məbləğlə xx.xx.2022-ci il tarixində “Dünyagöz” xəstəxanasında oftolmoloq Dorukan Akıncı tərəfindən sağ gözünün su kanalından əməliyyat olunmuş və sadəcə bir gün xəstəxanada qalmışdır. Əməliyyatdan 3 ay müddət keçməsinə baxmayaraq, gözü görməmişdir. O, görmə qabiliyyətini tamamilə itirmişdir. Bununla bağlı xəstəxanaya müraciət edərək “əməliyyat heç bir nəticə vermədi, qonşuların pulunu qaytarmalıyam, əməliyyatdan sonra görmə qabiliyyətimi tamamilə itirmişəm“ deyib pulunu tələb etmişdir. Bu zaman onlar kobud şəkildə cavab verərək ona məhəl qoymamışlar. O, çox çarəsiz, köməksiz qalmışdır. Hesab edir ki, “Dünyagöz” xəstəxanası tərəfindən ona dəymiş 2.000 manat məbləğində zərər ödənilməlidir; - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci və xx.xx.2022- ci il tarixdə müayinə nəticəsində uyğun olaraq məsləhət görülmüş Jones tüpü yerləşdirilməklə Konjonktival DSR əməliyyatı uğurla icra edilmişdir. Klinikaya ünvanlandığı məktubda İddiaçı əməliyyatın nəticə vermədiyini və görmə qabiliyyətini tamamilə itirdiyini iddia edərək əməliyyat ödənişini geri qaytarılmasını tələb etmişdir. İddiaçı gözündə icra olunan göz yaşı kanalı əməliyyatının görmə qabiliyyəti ilə heç bir bağlılığı yoxdur. Bundan başqa, İddiaçı gözündə yerləşdirilən tüpün yoxlanılması üçünonunla əlaqə saxlamış və müayinə üçün xəstəxanaya dəvət etmişlər. Ahıl yaşlı xanım olduğunu nəzərə alınaraq sürücü ilə təmin etməyi təklif etsələr də, dəvətini rədd etmişdir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı klinikaya sonuncu dəfə uzun müddət öncə - xx.xx.2022-ci il tarixdə müayinə olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri, həmçinin əməliyyatın uğurlu icra edildiyini, klinika tərəfindən İddiaçı qarşı hər hansı bir pozuntusuna yol verilmədiyini nəzərə alaraq əməliyyat ödənişini geri istənilməsinə əsas olmadığını bildirmişlər; məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 461/KEŞ saylı rəyinə əsasən, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Lakrimal pasajda stenoz və yetməzlik” diaqnozu düzgün təyin edilmişdir. Xəstənin üzərində “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə klinikaya müraciət etmiş və “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq” diaqnozu təyin edilmişdir. Xəstənin üzərində “Qreft ilə konyunktiva plastik-sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. 3. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı müəyyən edilən “Lakrimal pasajda stenoz və yetməzlik” ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatı edilmişdir. 4. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatları düzgün yerinə yetirilmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyyətinin VisOD 0,05 k/v; VisOS 0,1 k/v və “OD-dakriosistit. Başlanğıc katarakta. OSArtifakiya”nın olduğu müəyyən edilmişdir. Xəstədə burunyaş yolları təkrar bağlandığından xəstənin təkrari dikriosistorinostomiya cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Xəstədə müəyyən edilən burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakışəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1039/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1112, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88; 103.1, 217.3, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qeyd edilən maddi hüquq normalarının tələbləri hazırki mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, xəstəyə xx.xx.2022-ci il tarixdə “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: Klassik cərrahiyyəyə hazırlıq zamanı ümumi anesteziya altında karunkulun kəsilməsi aparıldı, orta turbin çıxarıldı, ölçü aparıldı, 18, 19 mm boru tələb olundu və onda 15 mm boru olduğu üçün qoyuldu. Müayinə zamanı xəstəyə mövcud borunun çox qısa olduğu bildirildi, lakin qısa müddətdə şikayətlərinin azalacağı izah edildi, qısa uzunluğuna görə boru bir müddət sonra bağlanır. Göründüyü kimi 19 mm-lik boru tələb olunmasına baxmayaraq xəstəyə 15 mm-lik boru qoyulmuşdur. Xəstəyə borunun daha uzunu ilə əvəz olunacağı deyildiyi, lakin xəstənin bunu istəmədiyi barədə deyilənlər isə tamamilə əsassızdır və hər hansı sübutla təsdiq edilmir. Hətta xx.xx.2022-ci ildə xəstə təkrar əməliyyata alınsa da boru əvəz edilməmişdir. İddiaçının məhz əməliyyatlardan sonrakı müddətdə görmə qabiliyyətini tamamilə itirmiş, bununla bağlı iddiaçı Türkiyə Respublikası Səhiyyə Nazirliyinə, X6 X5 Genel Müdürlüyünə də müraciətlər etmişdir. Cavabdehin nümayəndə və vəkilinin izahatından, eyni zamanda tibbi sənədlərdən və ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə keçirilən əməliyyatdan çox qısa vaxt sonra xx.xx.2022-ci ildə daha bir əməliyyat keçirilmişdir. Qısa müddət sonra yeni sonuncu xx.xx.2024-cü il tarixli müayinə zamanı iddiaçıya təkrar əməliyat edilməsi məsləhət görülmüşdür. Bu da ondan xəbər verir ki, ilk əməliyyatlar uğurla icra edilməmiş, hətta iddiaçının görmə qabiliyyətinin tamamilə itirilməsinə təkan vermişdir. Göründüyü kimi 3 ay müddətində iddiaçı iki dəfə gözündən əməliyyat olunmasına baxmayaraq, ona sonuncu əməliyyatdan 2 həftə sonra yenidən əməliyyat olunmalı olması bildirilmişdir. Göründüyü kimi şəxsin sağlamlığına tibb müəssisəsi tərəfindən zərər vurulması aşkardır. Məhkəmə tərəfindən iş materiallarına əlavə olunan sübutlara düzgün qiymət verilməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan hallar aydınlaşdırılmamış və nəzərə alınmamışdır. Qeyd olunan işin faktiki hallarını məhkəmə nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024- cü il tarixli 461/KEŞ saylı rəyi əsaslı olmamış, tibbi sənədlərdə göstərilən məlumatlar araşdırılmamış, 19 mm-lik boru tələb olunmasına baxmayaraq xəstəyə 15 mm-lik boru qoyulmasına münasibət bildirilməmiş, ekspert rəyində ziddiyətli məqamlar olmasına baxmayaraq məhkəmə əlavə və təkrar ekspertiza təyin etməmişdir. Ekspert rəyinə bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar :

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının ilk əməliyyatının uğursuz olduğunu, bundan sonra cavabdehin ona ikinci əməliyyatı olmağını təklif etdiyini və iddiaçının bununla razılaşaraq ikinci dəfə əməliyyat olduğunu, lakin ikinci əməliyyatən da bir faydasını görmədiyini, həmin əməliyyatdan sonra bir gözündə görmə qabiliyyətini tamamilə itirdiyini, həmçinin əməliyyat zamanı iddiaçının gözünə yerləşdirilən borunun uzunluğunun normadan aşağı olduğunu,bunun da gözdə fəsad yaradaraq iddiaçının bir gözündə görmə qabiliyyətinin itirilməsi ilə nəticələndiyini, ekspert rəyi ilə razı olmadıqlarını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu, ekspert rəyi ilə razı olmadığını, ekspertiza keçirilən zaman mütəxəssislər tərəfindən onun gözünə baxış keçirildiyini və ümumiyyətlə gözünə heç bir cərrahi müdaxilənin olmadığını ona bildirdiklərini, bu müddət ərzində başqa xəstəxanalarda da gözünü müayinə etdirdiyini və digər həkimlərin də eyni mövqeydən çıxış etdiyini, əməliyyat üçün verdiyi 2000 manat pulu da qonşudan köməkləşərək toparladığını və hazırda da həmin pulu aldığı şəxslərə qaytarmalı olduğunu, cavabdehlə əməliyyatdan öncə müqavilə bağladığını və imzaladığını, lakin müqavilədə tibbi müdaxilələrə görə 100 faiz zəmanət verilmir cümləsinin yazıldığı xatırlamadığını və ona izah edilmədiyini, hətta bu məsələ ilə bağlı Türkiyənin Səhiyyə Nazirliyi ilə əlaqə saxladığını, Nazirlik tərəfindən bu məsələnin Azərbaycan Qanunverciliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilməli olduğunun bildirildiyini qeyd etmiş , apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, klinika tərəfindən iddiaçının gözünə müdaxilə edilmədiyini, göz yaşı kanalının tutulduğunu və bunun aradan qaldırlması üçün həmin kanala boru yerləşdirildiyini, həmçinin kanalın tez-tez tutulma ehtimalı olduğundan əməliyyatın təkrarlanmasının da normal olduğunu, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə razı olduqlarını, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının gözünə edilmiş cərrahi müdaxilə tibbi normalara uyğundur və həmin cərrahi müdaxilə ilə gözdə zəiflik yaranmasının bağlılığı yoxdur. Digər tərəfdən iddiaçının gözündə katarakta xəstəliyi vardir və bu xəstəliyin fəsadları arasında görmə qabiliyyətinin zəifləməsi də yer alır. İddiaçı göz yaşı kanalının təmizlənməsi üçün həkimə müraciət etsə də, katarakta xəstəliyi ilə əlaqəli müraciət etməmiş, onunla əlaqəli müalicə almamışdır. Halbuki, belə bir problemin olduğu təqdirdə iddiaçı kompleks müalicə almalı idi. İddiaçı məhz cavabdeh təşkilat tərəfindən yalnış cərrahi müdaxilə edilməsi nəticəsində bir gözünün görmə qabiliyyətini itirməsi ilə və ya aparılan əməliyyatların düzgün aparılmamasına dair, habelə ekspert rəyini təkzib edilməsi, bütövlükdə cavabdeh (onun işçisi) tərəfindən deliktin törədilməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçıyla cavabdeh arasında cərrahi müdaxilədən öncə müqavilə bağlanmış, ididaçı həmin müqavilə imzalamış və müqavilədə qeyd edilmişdir ki, cərrahi müdaxilələrə 100 faiz zəmanət verilmir. Məhkəmə kollegiyasında iddiaçı müqavilədə belə bir bəndin olduğunu xatırlamadığını, ona izah edilmədiyini bildirsə də, müqavilənin sonunda atılan imzanın onun imzası olduğunu təsdiq etmişdir.

12. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1039/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar