Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5732/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı “ Bank VTB ( Azərbaycan ) “ ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və sair ” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə 25 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il 118957-1-9782 saylı baş kredit razılaşması, xx.xx.2014-cü il tarixli 118957-1- 9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli 118957- 1-9782/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2014- cü il tarixli 118957-1-9782/2 saylı və xx.xx.2014- cü il tarixli 118957- 1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili ilkin satış qiyməti 204 000 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 145 400 manat, Cavabdeh5 mülkiyyətində olan ünvan 2 saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 162 500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin hesabına, 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, Cavabdeh5 mülkiyyətində olan ünvan 2 saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5472/2018 qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən qeyd olunan qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-7757/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5472/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9941/2019 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qismənmübahisələndirilən hissədə ləğv edilmiş, “Bank VTB (Azərbaycan) ASC-nin iddia tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin edilməmişdir. İddiaçı ASC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-861/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9941/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-408/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-139/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-408/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi tələbin cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh5 ünvan 1 ünvanında 0.0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2978/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməsi qismən – yoxlanılan hissədə ləğv edilmiş,İddiaçı ASCnin iddia tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamışdır. İddiaçı “Bank “VTB” (Azərbaycan)” ASC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4518/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 2978/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1712/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməsi qismən (tələbin cavabdehlər Cavabdeh2 və Cavabdeh5 ünvan 2 ünvanında 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində) ləğv edilmiş, İddiaçı ASC-nin iddia tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamışdır. İddiaçı “Bank VTB (Azərbaycan) ASC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2392/2023 saylı qərarı ilə iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)- 1712/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 ( nümayəndəsi vəkil Nümayəndə1) xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 müddətin buraxılmamış hesab edilməsi barədə ərizəsinin təmin edilməsi, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti buraxılmamış hesab edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə istinadən qeyd edilmişdir ki, mülki işdən görünür ki, Cavabdeh3 çatdırılması üçün məhkəmə bildirişləri və qətnamə ünvan 3 ünvanına göndərilmişdir. Poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, qətnamə xx.xx.2017-ci il tarixdə şəxsən “Həsənova” və etibarnamə ilə “Süleymanova” tərəfindən poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Lakin Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh3 tərəfindən imza atılmamış, həmçinin Süleymanovanın kimliyi barədə məlumatları yoxdur. Məhkəməyə təqdim edilmiş 100 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 40 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 2009-cu il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X2 ilə birlikdə 2014-cü ildən ünvan 4 ünvanında məskunlaşmışdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh3 aid “notariat aktları (yeni)” məlumatlarından onun tərəfindən 2017-ci il və ondan əvvəlki tarixə “Süleymanova” soyadı ilə başlanan hər hansı bir şəxsə etibarnamə verilməmişdir. Habelə məhkəməyə təqdim edilmiş Cavabdeh3 həyat yoldaşı Cavabdeh5 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, poçt qəbzindəki imza Cavabdeh5 məxsus deyildir. Cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsi üçün ərizə ilə müraciət etmiş və qətnamə xx.xx.2024-cü il tarixində ona məhkəmə qəbzinə imza edilməklə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilmə müddətinin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin mümkünlüyü barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh apellyasiya şikayətini qanunvericlikdə nəzərdə tutulmuş müddətdə, yəni rəsmi qaydada aldığı gündən 1 ay müddətində verdiyindən onun apellyasiya şikayəti vermə müddəti buraxılmamış hesab edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyasına göndərilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: İddiaçı “Bank VTB ( Azərbaycan) QSC” şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-15240/2016 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 88, 133, 134.1, 134.1.5, 135.5, 135.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bankın nümayəndəsinin məhkəmə iclasında iştrakı təmin olunmamışdır və Cavabdeh3 apellyasiya şikayətinin buraxılmış müddətin bərpası ilə bağlı mövqeyləri nəzərə alınmayıb. Qeyd edirik ki, 2(011)-937/2017 saylı mülki iş 2017-ci ildən etibarən bu vaxtadək məhkəmə iclasları davam edir. Cavabdeh3 yoldaşı X5 tərəfindən məhkəmə aktlarından şikayət verilib və necə ola bilər ki, Cavabdeh3 vəkili ərizədə vurğuladığı kimi onun bu məhkəmə iclaslarından xəbəri yoxdur. Qeyd edilməlidir ki, Cavabdeh5 Cavabdeh3 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatdadır və bütün məhkəmə instansiyaların məktubları bu ünvana çatdırılıb və məktublar qəbul olunmuşdur. Hal-hazırda Cavabdeh3 vəkili qeyd edir ki, poçt qəbzindəki imza Cavabdeh5 şəxsiyyət vəsiqəsindən fərqlənir. Vəkilin bu sübutuna cavab olaraq bildirilir, dediyinə görə imzalar fərqli olsada Cavabdeh5 məhkəmə tərəfindən çıxarılmış məhkəmə aktlardan apellyasiya və kassasiya şikayətləri dəfələrnən verilmişdir. Üstəlik apellyatorun vəkili onun həyat yoldaşının vəkili olduğunu nəzərə alınsa Cavabdeh3 məlumatsız olması qeyri-mümkündür və açıq-aşkar hüquqdan sui-istifadə etmək məqsədi daşıyır. Göründüyü kimi, iddiaçının vəkili və nümayəndəsi tərəfindən prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair iş materiallarında heç bir əsas mövcud deyildir. Ona görə də yuxarıda qeyd olunanlara əsasən MPM-nin 133.1-ci maddəsində müəyyən olunan prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsinə dair əsas olmadığı üçün həmin maddi hüquq normasının tələbi pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işin yenidən baxılması mülki prosessual qanunvericilikdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir və yalnız əlavə kassasiya icraatı qaydasında baxıldıqdan sonra (zəruri bilinərsə) yenidən apellyasiya icraatı qaydasında işə baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:136.0.1. məhkəmənin adı və ünvanı;136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair);136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133-cü maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir; Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin həyat yoldaşı Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Cavabdeh5 Cavabdeh3 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatdadır və bütün məhkəmə instansiyaların məktubları bu ünvana çatdırılıb və məktublar qəbul olunmuş, həm Cavabdeh5, həm də Cavabdeh3 nümayəndə və vəkilinin eyni şəxs olmuşdur. Cavabdeh3 həmin qətnamədən bu qədər uzun müddət ərzində xəbərsiz olması və hadisələrin təsdüfi gedişində belə bir qətnamənin mövcudluğunu bilməsi ilə bağlı iddialarına şübhə doğurur. Məhkəmə bütün bu halları araşdırmadan və qiymət vermədən cavabdehin müddətlə bağlı mücərrəd ərizəsini təmin etməsi ağlabatan hesab edilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarında mövcud olan məhkəmə qəbzində 24 noyabr 2017-ci il tarixli hansı sənədin surətinin Cavabdeh3 tərəfindən əldə edilməsi də məlum deyildir. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: 1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. 4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1,3,4,18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (iddia tələbinə) yenidən apellyasiya icraatı qaydasında baxılması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır, habelə apellyasiya icraatı üzrə nəticə üzərindən yeni araşdırmanın aparılması (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və yalnız kassasiya instansiya məhkəməsi (əlavə kassasiya qaydasında baxıldıqdan sonra) tərəfindən müəyyən edilən göstərişləri əsasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə: Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən, ilkin olaraq ümumiyyətlə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən) Cavabdeh3 tərəfindən verilmiş apellyasiyanın, habelə “müddətin buraxılmamış hesab edilməsi” barədə ərizənin mümkünlüyü müəyyən edilməlidir. Eyni zamanda, ərizənin prosessual müddətin üzrlü səbəblərdən buraxılmasına qiymət veilməli olduğu təqdirdə, şəxsin qeydiyyatda olduğu ünvana məlumatların verildiyi, müxtəlif instansiya məhkəmələrində uzun sürən məhkəmə çəkişmələri və sair səbəb (şərait) müstəvisində mülki prosessual hüquqlar (imkanlar) daxilində dəyərləndirilməlidir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı “ Bank VTB ( Azərbaycan ) ASC-nin şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh3 tərəfindən verilmiş müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin mümkünlüyü barədə ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-5732/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5732/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver