Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5738/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-463/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4464, 40 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 4494, 40 manat pulun məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsalat Birliyi xx.xx.2018-ci il tarixli T/17415 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00008 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********16 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və Qazdan istifadə qaydalarının tələblərinə əməl etmək) və X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydaların pozulması haqqında aktlar tərtib edilmişdir.Belə ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 233,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 278,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 95,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 26,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 209 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 607,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 134,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 162 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 52,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat olmaqla cəmi 3839,80 manat İddiaçı İstehsalat Birliyinə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3839,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin əvvəldən 624,60 manat borcu olmuş və kartına keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4464,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, Cavabdeh maddi ziyana görə 4464,40 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4494,40 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-463/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh qaz sərfiyyatına görə 1452,6 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1482,6 manat İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması, Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıİmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2017- ci il tarixli, ******* saylı akt əsasında 233,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 278,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 95.20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 26,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 209 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 607,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 151,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 134,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 52,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 3839,80 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3839,80 (üç min səkkiz yüz otuz doqquz manat, səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir). Bundan əlavə olaraq cavabdehin əvvəldən 624,60 manat borcu olmuş və kartına keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4464,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir.Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qətnaməsində göstərilmişdir ki, Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar bildiririk ki, tərtib olunan aktlar, İddiaçı İB- nin əməkdaşları tərəfindən Birliyin balansında olan və istismarında olan küçə qaz xəttlərinə, eləcədə cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq yerində aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Amma cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və heç bir sübut təqdim etməmişdir. Belə bir vəziyyətdə məhkəmənin heç bir sübut və əsas olmadan qətnamə qəbul etməsi özlüyündə işin obyektiv həlli üçün tələb olunan bütün halların və sübutların araşdırılmaması ilə nəticələnmişdir. Düşünürlər ki, məhkəmə tərəfindən yol verilən bu prosesual pozuntu Birliyin ziyanına qətnamə çıxarılmasına səbəb olmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmalı və 4.494,40 manat borc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Paylayıcı İddiaçı İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərəuyğun olaraq istehlakçını keyfiyyətli qazla təminetməyi, istehlakçı isəaldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 90 gün qəbul edilməklə cəmi 2916 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh mənzildə təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 36 gün qəbul edilməklə cəmi 1166 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh rezin boru vasitəsilə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 43 gün qəbul edilməklə cəmi 1394 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh rezin boru vasitəsilə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 11 gün qəbul edilməklə cəmi 476 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh rezin boru vasitəsilə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 28 gün qəbul edilməklə cəmi 134 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 9 gün qəbul edilməklə cəmi 1045 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 80 gün qəbul edilməklə cəmi 3036 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş ******* saylı akta əsasən 35 gün qəbul edilməklə cəmi 756 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə sayğacdan kənar xətt aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 31 gün qəbul edilməklə cəmi 671 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qaz sayğacdan kənar qeyri-qanuni xətdən istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qəraraalınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş ******* saylı akta əsasən 25 gün qəbul edilməklə cəmi 810 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 252 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh sayğacdan kənar xəttdən istifadə etməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə xx.xx.2018-ci il tarixli 283 nömrəli xidməti yazıya əsasən sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar olunaraq itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 666 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə xx.xx.2018-ci il tarixli 392 nömrəli xidməti məlumata əsasən sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar olunaraq itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə 550 nömrəli xidməti yazıya əsasən sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə 712 nömrəli xidməti yazıya əsasən 2018-ci il oktyabr ayı üzrə sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 522 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə 867 nömrəli xidməti yazıya əsasən 2018-ci il noyabr ayı ərzində sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə 995 nömrəli xidməti yazıya əsasən 2018-ci il dekabr ayı ərzində sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh təbii qazdan qeyri-qanuni sayğacdan kənar xəttdən istifadə olunması müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 1332 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 1332 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 1332 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunması müəyyən olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu iltarixli qərarınn surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 1332 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunması müəyyən olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu iltarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 324 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu iltarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 324 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyiaşkar olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 30 gün qəbul edilməklə cəmi 324 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27492 saylı rəyindən müəyyən olunur ki, ekspertin və tərəflərin iştirakı ilə Sabunçu rayonu Maştağa qəsəbəsi İ.Həsənov (Xanlar) küçəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı paylayıcı qaz xəttindən cavabdehə məxsus daş hasarın üzərindən rezin boru vasitəsilə sayğacdan kənar qeyri qanuni qoşulma faktı aşkar olunmuşdur. Tərtib olunmuş aktlarda qeyd olunan qaz avadanlıqları ilə, baxış zamanı müəyyən olunmuş qaz avadanlıqları eynilik təşkil etdiyindən və tərtib olunmuş aktların çox hissəsinin qış mövsümünə təsadüf etdiyini nəzərə aldıqda İddiaçı İB tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyanın hesabladığı hesabat forması düzgün hesab olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının1.3.-cü bəndinə əsasən qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1nömrəli əlavə) əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qazsayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsində araşdırma zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsini müəyyən edərək onun barəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hər ay qanunsuz qoşulmanı aşkar edən akt tərtib etməklə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən dəymiş ziyan hesablamışdır. Belə ki, itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3839,80 (üç min səkkiz yüz otuz doqquz manat, səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27492 saylı rəyindən müəyyən olunur ki, ekspertin və tərəflərin iştirakı ilə Sabunçu rayonu Maştağa qəsəbəsi İ.Həsənov (Xanlar) küçəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı paylayıcı qaz xəttindən cavabdehə məxsus daş hasarın üzərindən rezin boru vasitəsilə sayğacdan kənar qeyri qanuni qoşulma faktı aşkar olunmuşdur.Tərtib olunmuş aktlarda qeyd olunan qaz avadanlıqları ilə, baxış zamanı müəyyən olunmuş qaz avadanlıqları eynilik təşkil etdiyindən və tərtib olunmuş aktların çox hissəsinin qış mövsümünə təsadüf etdiyini nəzərə aldıqda İddiaçı İB tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyanın hesabladığı hesabat forması düzgün hesab olunur. Rəyin tədqiqat prosessinin təsviri hissəsində qeyd edilmişdir ki, cavabdehin evində 1 ədəd tutumlu su qızdırıcısından, 1 ədəd PQ-4 və1 ədəd kustar üsulla hazırlanmış qızdırıcı sobadan istifadə olunur. Bundan əlavə olaraq cavabdehin əvvəldən 624,60 manat borcu olmuş və kartına keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4464,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehin təbii qazdan qanunsuz istifadəsi müəyyən olunsa da, iddiaçının tərtib etdiyi aktlar əsasında apardığı hesablamalara əsasən 01 ədəd PQ-4 və1 ədəd kustar üsulla hazırlanmış qızdırıcı sobadan ibarət qaz avadanlıqları ilə aktların tərtib edildiyi müddət ərzində yaşayış evində 3839,80 manat dəyərində qazdan istifadə edilməsi inandırıcı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi rəyi inandırıcı hesab etməsə də, bunu əsaslandırmamışdır.Lakin tərtib olunmuş aktlarda qeyd olunan qaz avadanlıqları ilə, baxış zamanı müəyyən olunmuş qaz avadanlıqlarının eynilik təşkil etməsi, tərtib olunmuş aktların çox hissəsinin qış mövsümünə təsadüf etməsi, İddiaçı İB tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyanın hesabladığı hesabat formasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27492 saylı rəyi ilə də təsdiqlənməsi belə qənaətə gəlməyə imkan verir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Həmçinin Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeha aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 463/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4464, 40 manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 4494, 40 manat pul cavabdehdən tutularaq İddiaçınə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5738/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5738/2020
10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver