Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5739/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X3, Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1504/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh ASC qarşısında girov qoyduğu 42 qram qızıl boyunbağı və 17 qram bilərziyin ondan alınaraq ona qaytarılması, qızıl-zinət əşyaların olmadığı təqdirdə onların dəyərləri məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh LPO Cavabdeh ASC-yə müraciət edərək, qayınanası İddiaçı2 məxsus bank qarşısında 42 qram qızıl boyunbağı və 17 qram bilərzik girov qoyulmaqla ona 3.000 manat məbləğində kredit verilmişdir və bununla bağlı cavabdehin Səbail filialı arasında onunla xx.xx.2009-cu il tarixli kredit müqaviləsi və girov müqaviləsi bağlanmışdır. Həmin zaman cavabdehin Səbail rayon filialının müdiri X12 olmuşdur. O, banka olan faiz və əsas borcu tam ödəməklə bank qarşısında götürdüyü öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq, bank tərəfindən ona məxsus qızıl-zinət əşyaları geri qaytarılmamışdır. Bununla bağlı o, dəfələrlə Mətləb Əliyevə müraciət etmiş, sonuncu fərqli-fərqli bəhanələr gətirərək, başqa şəxs tərəfindən kredit bağlanıldığından, qızılların həmin şəxsə təhvl verildiyini bildirmişdir. Daha sonra sonuncu ondan yalvararaq xahiş etmişdir ki, sonuncu ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməsin və sonuncu buna görə ona maddi yardım göstərəcək. Bundan sonra Əliyev Mətləb 5-6 ay ərzində ona hər ay 50 manat pul vermişdir. Lakin, o, sonuncudan qızıllarını tələb etməkdə davam etdiyinə görə sonuncu ödənişləri dayandırmışdır. Daha sonra o, sonuncu barəsində polisə şikayət etmişdir. Xəzər RPİ 2-ci PB-nin təhqiqatçısı Cavid Ağayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Kredit bağlanılandan sonra nə ona, nə də qayınanası İddiaçı2 qızıllar qaytarılmamışdır. Bununla bağlı o, kredit ödəniləndən sonra qızılların ona geri qaytarılması ilə bağlı heç bir təhvil-təslim aktı imzalamamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1504/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edlməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək birinci isntansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılır ki, işə baxan məhkəmə yalnız cavabdeh tərəfindən çıxış edən X12, X13 və X5 izahatlarına əsasən qərar qəbul etmişdir. İzahatlarında bildirmişlər ki, qeyd olunan kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinyət əşyaları girov qoyana qaytarılmışdır. Digər mühüm məsələ iddia müddətinin iddiaçılar tərəfindən ötürülmüş olması ilə bağlıdır. Belə ki, tərəflərindən iddia müddəti ötürülmüş olması ilə bağlıdır. Belə ki, tərəflərindən iddia müddəti ötürülməmişdir. Cavabdeh orqanın işçisi X12 qızılların qaytarılmaması nəticəsində hüquq-mühafizə orqanına şikayət edilməsin deyə hər ay onlara 50 manat pul vermişdir. Bundan əlavə hər gün qızıllarının qaytaracaqları bəhanəsiylə onlara məhkəməyə müraciət etməyə imkan verməmişlər. Halbuki onlar tərəfindən qızıllar tamamilə götürülməmişdir. Biz qızılları girov qoyarkən xəzinədar Şakir Rəhimov qızılları götürmüşdü. Lakin bugünədək qaytarmamış, qızılları mənimsəmişdir. Girov qoyulan zaman 73 qram qızıl vermişdilər. Lakin bugünədək yalnız 14 qram qızılı götürə bilmişlər. Cavabdeh orqanın işçisi Vətən müəllim özü də etiraf edir ki, 59 qram qızıllar cavabdeh orqanda qalmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X7 apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X8 apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, tərəflər arasında xx.xx.2009-cu il tarixli kredit və girov müqavilələri bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya xx.xx.2009-cu il tarixədək qaytarılmaq şərtilə 3.300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısı barədə eyni tarixli əlavəyə əsasən İddiaçı1 siyahısı göstərilən qızıl-zinət əşyalarını banka girov olaraq təhvil vermişdir. Həmin əlavədən həmçinin müəyyən olunur ki, İddiaçı1 siyahısı göstərilən qızıl-zinət əşyalarını təhvil almışdır. Göründüyü kimi İddiaçı1 kredit müqaviləsi bağlanarkən tərəflər arasında tərtib edilmiş kredit müqaviləsinə əlavəyə əsasən qızıl-zinət əşyalarını banka təhvil vermiş, bank qarşısında olan öhdəliyi icra etdikdən sonra həmin əlavəyə əsasən qızıl-zinət əşyalarını “təhvil almış” qrafasında imza etməklə təhvil almışdır. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 377.1, 377.2, 375.2-ci maddələrinə istinadən qeyd edir ki, tərəflər arasında bağlanılan kredit və girov müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. Lakin iddiaçı 10 ildən artıq müddət keçdikdən sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, əsassız olduğundan və iddia müddəti ötürüldüyündən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2009-cu il tarixdə Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı2 arasında kredit müqaviləsi bağlanmışdır. 01 saylı müqavilənin şərtlərinə görə Cavabdeh ASC-nin Səbail filialı tərəfindən İddiaçı2 12 ay müddətinə, 28 % dərəcəsi ilə 3.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı1 arasında kredit müqaviləsi bağlanmışdır. 02 saylı müqavilənin şərtlərinə görə Cavabdeh ASC-nin Səbail filialı tərəfindən İddiaçı1 9 ay müddətinə, 24% dərəcəsi ilə 3.300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 02 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün 3.300 manat dəyərində qiymətləndirilmiş 9 adda qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. İş materiallarından olan xx xxxx 2009-cu il tarixli Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısından görünür ki, İddiaçı1 tərəfindən üç min üç yüz manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuş, sonra həmin əşyalar İddiaçı1 özünə qaytarılmış, sonuncu qızılları təhvil almışdır. İş materiallarında olan Xəzər RPİ 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X10 xx xxx 2019cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardangörünür ki, X1 ərizəsi əsasında toplanmış HK-1-702 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Material araşdırılarkən izahatları alınmış X12, X13 və X9 bildirmişlər ki, qeyd olunan kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyaları girov qoyana qaytarılmışdır. Kollegiya qeyd edir ki, məhkəmə iddiaçının subyektiv hüququna qiymət vermədən, iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, bu halda birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğu üçün, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Kollegiya qeyd edir ki, iddiaçıların tələb etdiyi qızıl-zinət əşyaları ilə bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin şərtlər mövcud deyildir. Belə ki, tələb olunan qızıl-zinət əşyaları iddiaçı X2 məxsus olsa da, həmin əşyalar İddiaçı1 tərəfindən girov qoyulmuş, müqavilə şərtləri yerinə yetirildiyi üçün, İddiaçı1 qaytarılmışdır. Qızıl-zinət əşyalarının İddiaçı1 qaytarılması Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısı və cinayət işinin başlanılmasının rədd materialında izahatları alınmış X12, X13 və X5 izahatları ilə müəyyən olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4 maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Kollegiya cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə əsasən bildirir ki, iddiaçıların tələb etdiyi qızıl-zinət əşyaları mülkiyyət olduğundan, iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1504/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-5739/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5739/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver