Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5744/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19132544 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Əliyev X3 UE43CU7100UXRU məhsulu, almış və 6 ay müddətinə ayda 116.66 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 19132544 saylı müqaviləyə əsasən Samsung UE 43CU7100UXRU məhsulunu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03473802 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Əliyev X2 **********85981 X9 12 markalı telefon almış və 12 ay müddətinə ayda 38.97 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 03473802 saylı müqaviləyə əsasən İmei kod **********85981 X9 12 markalı telefon tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
5. 29 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın Samsung UE 43CU7100UXRU məhsulu, üçün əsas borcu 699.96 manat, cərimə borcu 69.04 manat, İmei kod **********85981 X9 12 markalı telefon üçün əsas borcu 35.05 cərimə borcu 3.95 manat olmaqla, ümumilikdə 808 manat borcu vardır.Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Samsung UE43CU7100UXRU məhsulu, üçün 699.96 manat ödənilməmiş hissə, 69.04 manat cərimə pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kod **********85981 X9 12 markalı telefon üçün 35.05 manat ödənilməmiş hissə, 3.95 manat cərimə pulu olmaqla, ümumilikdə 808 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən Samsung UE 43CU7100UXRU məhsulu, üçün və İmei kod **********85981 X9 12 markalı telefon almış və nəticədə 808 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alğısatqı qiyməti 734.96 manat (6 ay x 116.66 manat + 35 manat ilkin ödəniş) olan Samsung UE43CU7100UXRU məhsulu üçün ümumilikdə 769 manat olmaqla, ondan, 699.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69.04 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 567.64 manat (12 ay x 38.97 manat + 100 manat ilkin ödəniş) olan İmei kod **********85981 X9 12 markalı telefon üçün ümumilikdə 39 manat olmaqla, ondan, 35.05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.95 manat cərimə, pulu borcu təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 567.59 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hisəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilərək, xx.xx.2023-cü il tarixli, №19132544 saylı saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 699.96 manat, cərimə borcuna görə 69.04 manat, xx.xx.2023-cü il tarixli, №03473802 saylı əşyanın nisyə alğısatqı müqaviləsi üzrə əsas borca görə 35.05 manat, cərimə borcuna görə 3.95 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 808 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında iki nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli, №19132544 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə Cavabdeh 35 manat ilkin ödənişlə, Samsung UE43CU7100UXRU məhsulu almış və 6 ay müddətinə ayda 116.66 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli, №03473802 saylı əşyanın nisyə alğısatqısına dair müqavilə ilə Cavabdeh 100 manat ilkin ödənişlə, İmei kod **********85981 X9 12 markalı telefon almış və 12 ay müddətinə ayda 38.97 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.İddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
10. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3-cü, 442, 443.1, 448.1, 462.1, 567-ci, 600.1, 600.2, 600.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4373/2024 saylı, xx.xx.2024-cü saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh "xxxx" MMC-dən 10 aprel 2023-cü il tarixdə “Samsung Xiamo redmi Note 12 markalı telefonu 734.96 manata almış. Onun pulunu tam ödəyib. Həmin telefonun pulunun son ayını ödədiyi müddətdə yenidən yəni 20 noyabr 2023-cü il tarixdə "xxxx" MMC-dən “Samsung” markalı televizor almışdır. Evə gətirib televizoru quraşdıran kimi televizor göstərmədi müəyyən problemlər yarandı, zəng etdi ki, kanallar tam göstərmirdi. İddiaçı şirkət bildirdi ki, tv şirkətini dəyiş problem ondandır. Məcbur olub 2023-cü ilin noyabr ayında “Ailə Tv” ilə müqavilə bağlayaraq, ora abunə oldu və 108 manatda xərci çıxdı. Bunu etməsinə baxmayaraq televizorda problemlər düzəlmədi məcbur olub yenidən "xxxx" MMC-yə müraciət etdi. Onlar isə tv-yə gəlib baxış keçirtmişlər. Baxış keçirdən zaman tvdə müəyyən problemlər oldu və televizoru 20 dekabr 2023-cü il tarixdə diaqnostika üçün servisə götürülmüşdür. Hazırda televizor cavabdehdə deyil və ididaçı şirkətə təhvil verilmişdir. Onun "xxxx" MMC-yə heç bir borcu yoxdur əksinə iddiaçı "xxxx" MMC cavabdehi əlavə xərclərə salmışdır. Əgər o telefonun pulunu ödəməsəydi necə ola bilərdiki "xxxx" MMC cavabdehə 2- ci dəfə kreditə nəsə verirdi. Məhkəmə iş materialını araşdırarkən "xxxx" MMC tərəfindən verilmiş malın qüsurlu olub olmaması ilə bağlı işi araşdırmamış, həmçinin müqavilənin hansı səbəbdən icra edilməməsini araşdırmamışdır."xxxx" MMC verdiyi malın qüsurlu olması barədə qəsdən məlumat verməmiş və hüquqdan sui-istifadə etmişdir. Hazırda televizor cavabdehdə deyil özlərinin servisindədir. Cavabdehdə olmayan mala görə o niyə ödəniş etməlidir. 3 ay o televizorsuz qaldı. Bugünki günə qədər həmin televizorun qüsuru barədə ona hər hansı bir məlumat verilməmiş və Televizor ona təhvil verilməmişdir. Televizor cəmi onun evində 27 gün olmuşdur. "xxxx" MMC onun hüquqlarını pozaraq əsassız şəkildə varlanmaq istəyir. Mallarının qüsurlu olmasına görə cavabdeh məsuliyyət daşımır. Hazırda onun "xxxx" MMC-yə borcu yoxdur. Həmçinin məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və müdafiə olunmaq hüququ pozulmuşdur. Açıq-aşkar görünür ki, məhkəmə işi obyektiv araşdırmamış və cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, işə baxan hakim işə səthi yanaşmış və heç bir sübüt olmadan heç bir araşdırma aparmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Belə ki, hakim iddiaçı tərəfindən verilən ifadəni əsas götürmüş, həmin müqavilələrin bağlanma tarixlərini araşdırmamış və ödəniş cədvəllərini araşdırmamışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. "xxxx" MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, X9 12 markalı telefonu, cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. X7 Note 12 markalı telefon cavabdehin istifadəsindədir. Araşdırma nəticəsində təsdiq olunmuşdur ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, Samsung UE43CU7100UXRU markalı televizoru, cavabdeh qüsursuz şəkildə təhvil almış və imzası təsdiq etmişdir. Cavabdeh Samsung UE43CU7100UXRU markalı televizoru diaqnostika üçün servisə təqdim etmiş, daha sonra tərəfindən sözügedən Samsung UE43CU7100UXRU markalı televizoru diaqnostika edilmiş və qüsur aşkar olunmamışdır, bu barədə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh sözügedən Samsung UE43CU7100UXRU markalı televizordan imtina etmişdir. İddiaçı tərəfindən cavabdehə Samsung UE43CU7100UXRU markalı televizorun qiymətləndirilməsi ilə bağlı məktub göndərilmişdir. Sözügedən məktubu cavabdeh təhvil almış və imzası ilə təsdiq etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarından göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh Ələkbər oğlu arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı alqı-satqı müqavilələri bağlanmış və müqavilələlərin predmeti olan əşyalar məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də Cavabdeh Ələkbər oğlu tərəfindən imzalanmışdır.
21. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, TV-ni aldıqdan sonra, TVdə texniki nasazlıq aşkar edilmiş, bununla əlaqədar olaraq "xxxx" MMC-nin Diaqnostika Mərkəzinə gedərək bu barədə məlumat verib, texniki servisə göndəriləcəyi bildirilərək Tv-ni ondan alıblar. Həmin televizorun qüsuru barədə ona hər hansı bir məlumat verilməmiş və Televizor ona təhvil verilməmişdir.
22. İddiaçı isə apellyasiya şikayətinə etirazda etirazında qeyd etmişdir ki, cavabdeh Samsung UE43CU7100UXRU markalı televizoru diaqnostika üçün servisə təqdim etmiş, daha sonra tərəfindən sözügedən Samsung UE43CU7100UXRU markalı televizoru diaqnostika edilmiş və qüsur aşkar olunmamışdır, bu barədə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh sözügedən Samsung UE43CU7100UXRU markalı televizordan imtina etmişdir. İddiaçı tərəfindən cavabdehə Samsung UE43CU7100UXRU markalı televizorun qiymətləndirilməsi ilə bağlı məktub göndərilmişdir. Sözügedən məktubu cavabdeh təhvil almış və imzası ilə təsdiq etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə bağlanmışdır. Cavabdeh müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görməmişdir. Müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməlidir. Əlavə olaraq qeyd edilir ki, cavabdeh televizoru gedib təhvil ala bilər.
24. Şikayətin digər dəlili odur ki, məhkəmə iclasının vaxtı barədə cavabdehə bildiriş göndərilməmişdir.
25. Kollegiya qeyd edir ki, hazırki iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bildiriş təhvil alınmış və iddia tələbinə cavabdeh tərəfindən etiraz verilməmişdir.
26. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov