Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5744/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1471/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1471/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin edilmişdir. Hazırda qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamə poçt vasitəsilə cavabdehin ünvanına göndərilmiş və qətnamə xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır (i.v 48). Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 357.1-ci maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş bir aylıq müddət keçdikdən sonra verilməsinə, eyni zamanda bu şikayətin artıq qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnamədən verilməsinə baxmayaraq, qeyd edilən hallara diqqət yetirməmiş, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmiş şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki yuxarıda sadalanan iş materiallarından apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyi aşkardır və belə olan halda MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti geri qaytarılmalı idi. Qeyd olunan məsələ birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan hazırki apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1471/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-5744/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5744/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver