Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5749/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh Kərəm oğluna qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-551/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi X4 Cavabdeh Kərəm oğluna qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh Kərəm oğlundan 01/14 nömrəli xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxx 2019-cu il tarixə ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxx» ASC-yə olan 190000 manat əsas borcun, 68637,66 manat faiz borcunun, 63250 manat cərimə borcunun, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 19019,98 manat faiz borcunun, cəmi 340907,64 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh Kərəm oğlu arasında bağlanmış 01/14 nömrəli xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 15 faizlə 36 ay müddətinə 190000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə ona xəbərdarlıq edilsə də, cavabdeh borcun qaytarılmasından yayınmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli saylı qərarına əsasən «xxxxxxxxxxxxxxxxxx» ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X4 «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 551/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını,maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq hazırki iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsini və ona dair digər sənədləri (kreditin verilməsi barədə cavabdehin ərizəsi, kredit məbləğinin cavabdehə ödənilməsi barədə kassa məxaric orderi və s.) məhkəməyə təqdim edə bilməmişlər. Onlarda yalnız hazırki işə aidiyyəti olmasa da, cavabdehin əvvəlki krediti üzrə sənədlər mövcuddur. Həmin sənədlərdən görünür ki, tərəflər arasında əvvəllər xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 30500 manat kredit verilmişdir, cavabdeh həmin krediti bağlamışdır. Eyni zamanda, cavabdeh tərəfindən hazırki kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Həmin qəbzləri məhkəmə kollegiyasına təqdim edir. Bu hal da onu göstərir ki, tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi bağlanmamış, cavabdehə həmin müqavilə üzrə 190000manat kredit verilməmişdir. Tərəflər arasında əvvəllər xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə münasibətlər olmuş,cavabdeh də həmin müqavilə üzrə ödənişlər etmişdir.İddiaçının nümayəndəsinin təqdim etdiyi qəbzlər də məhz əvvəlki kreditin ödənilməsi ilə bağlı ola bilər.İddiaçı kredit müqaviləsini təqdim etmədiyi halda,mövcud olmayan müqavilə üzrə cavabdehdən pul tələb edir.İddiaçı ümumiyyətlə tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən – iddiaçı tərəfin irəli sürülmüş tələbin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsini göstərmişdir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə kredit borcunu tələb etsə də, həmin kredit müqaviləsini və ona dair digər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İşdən görünür ki, birinci isntansiya məhkəməsi borc məbləğinin yaranmasına əsas olmuş kredit müqaviləsinin və cavabdeh tərəfindən kredit vəsaitinin bankdan çıxarmasını təsdiq edən müvafiq sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclaslarını bir neçə dəfə təxirə salmış, lakin həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Apellyasiya icraatı zamanı da məhkəmə kollegiyasının vaxt verməsinə baxmayaraq, iddiaçının nümayəndəsi analoji sənədləri təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi tərəflər arasında əvvəllər bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsini və ona aid sənədləri təqdim etsə də, bu hal özü-özlüyündə tərəflər arasında sonradan xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin bağlanmasını iəsdiq edən hal (sübut) kimi qiymətləndirilə bilməz. İddiaçının nümayəndəsi də izahatında əvvəlki kredit müqaviləsinin hazırki işə aidiyyətinin olmamasını göstərmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi tərəflər arasında əvvəllər bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin bağlanmasını inkar etməmiş, lakin bunun hazırki mübahisəyə aidiyyətinin olmamasını bildirmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi cavabdeh tərəfindən həyata keçirilmiş ödəniş qəbzlərini təqdim etmişdir. Cavabdehin nümayəndəsi ödəniş qəbzlərinə münasibətdə bildirmişdir ki, tərəflər arasında əvvəllər xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə münasibətlər olmuş və cavabdeh bu istiqamətdə ödənişlər etmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi ortada omadığı təqdirdə, eyni zamanda orada kreditin hansı şərtlərlə verilməsi müəyyən olunmadığından, yalnız ödəniş qəbzlərinə əsasən həmin kreditin verilməsinin mövcudluğu təsdiq oluna bilməz. Ödəniş qəbzlərinin məhz xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə həyata keçirilməsi də təsdiq olunmur. Eyni zamanda, mühasibatlıq sənədləri (hesabdan çıxarış və s.) məhz iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunduğundan onlar da tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin və həmin müqaviləyə əsasən cavabdehə 190000 manat kredit verilməsini təsdiq edə bilməz. İddiaçı kredit müqaviləsini təqdim etmədiyi halda,mövcud olmayan müqavilə üzrə cavabdeh kredit borcunu tələb edir.İddiaçı ümumiyyətlə tərəflər arasında xx xxxxxxx 2014cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.Beə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı cavabdehdən digər əsaslarla (başqa kredit müqaviləsi üzvə,delikt və s.)pul tələb etmək hüququnu özündə saxlayır. Məhkəmə kollegiyasının hazırki nəticəsi məhz istinad edilən xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə tələbin sübutetmə yükünün həyata keçirilməməsi istiqamətində əsassız olması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-nin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Tərəflər arasında yaranmış münasibətlərin borc münasibəti kimi qiymətləndirilməsi üçün tərəflər arasında onlardan birinin (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi, digər tərəfin (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürməsi barədə müqavilə olmalıdır. Eyni zamanda, borc müqaviləsi üzrə borc verən borcun predmetinə mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc verənin borc vermək vəzifəsi barədə razılığa gəldikdə və belə vəzifə nəzərdə tutulduqda konsensual borc müqaviləsi sayılır. Bundan başqa, real borc müqaviləsi olduğu təqdirdə isə pul və ya başqa əşya borc alana verildiyi andan həmin müqavilə bağlanmış sayılır, tərəflərin müqavilə şərtlərinə uyğun hüquq və vəzifələri yaranır. Beləliklə, iddiaçı tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin bağlanmasını, həmin müqaviləyə əsasən cavabdehə illik 15 faizlə 36 ay müddətinə 190000 manat məbləğində kredit verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh Kərəm oğluna qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-551/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-551/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov. Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5749/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5749/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver