Məhkəmə qərarları › İş №2(103)-5751/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5751/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5751/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 və onun vəkili X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 150/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor “xxxxxxxxxx” QSC-nin borclular Cavabdeh1, X14, X11, X12, X13 və X9 qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi məhkəmənin xx.xx.2017-ci il tarixli əmri ilə təmin edilmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu Cavabdeh1 verdiyi etiraza əsasən əmr ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçı ilə xx.xx.2007-ci il tarixdə bağladığı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2009-cu il tarixdə bağladığı 578 saylı saziş müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində dəyişiklik edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. O, iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit razılaşmasının 1.2- ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 18569.9 ABŞ dolları ödəmiş, onun 6430.1 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2017-ci tarixə 399 gün üçün hesablanmış faiz borcu 1852.94 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə əsasən kreditin qalığının 0.5% məbləğində cərimə ödəməlidir, 20 gün üçün hesablanmış cərimə 643.01 ABŞ dolları təşkl edir. Kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər X22, X18, X19, X20 və X15 zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Ona görə də məhkəmədən cavabdehlərdən iddiaçınmn xeyrinə 6430.1 ABŞ dolları məbləğində əsas, 1852.94 ABŞ dolları məbləğində faiz, 643.01 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 8926,05 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 150/2018 nömrəli qətnaməsi ilə iddiaçı iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X10, X4, X5, X6 və X2 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» X8 xeyrinə 6430,1 (altı min dörd yüz otuz dollar on sent) ABŞ dolları məbləğində əsas, 1852,94 (bir min səkkiz yüz əlli iki dollar doxsan dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 8333,04 (səkkiz min üç yüz otuz üç dollar dörd sent) ABŞ dolları məbləğində borc pul ödəniş (qaytarılma) gününə manat məzənnəsinə uyğun olaraq və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, cavabdehlər Cavabdeh1, X10, X4, X5, X6 və X2 müştərək qaydada dövlət rüsumu olaraq 10 (on) manat məbləğində dövlətin hesabına pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-150/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsində «xxxxxxxxxx» X8 iddia tələbinə baxan zaman onun iştirakı təmin edilməmiş, bu üzdən işin bir sıra hallarına birtərəfli qaydada qiymət verilmişdir. Belə ki, onunla «xxxxxxxxxx» X17 arasnda bağlanmış xx.xx.2007-ci il tarixdə bağladığı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2009-cu il tarixdə bağladığı 578 saylı saziş müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində dəyişiklik edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. O, iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit borcundan ödəniş etmiş, dolların məzənnəsi qalxdığı üçün son zamanlarda gecikmələrim olmuşdur. Lakin bank məndən kredit borcunu istəyən zaman mənim banka, ödənilməmiş 8333,04 ABŞ dolları borcunun olmasını göstərmişdir. Yəni bankın hesablamasına görə cavabdeh banka cəmi 18.569.9 ABŞ dolları əsas borcundan ödəmişdir. Bəs onun qalan ödədikləri kreditlər isə hara hesablandığı barədə sual yaranmışdırr. Qeyd etdiyi bu hallar və aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, həmin qətnamə əsassızdır və ləğv edilməlidir: Belə ki, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ilə ondan cəmi 89326.05 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun “xxxxxxxxxx” QSCnin xeyrinə tutulması qət edilsə də, yəni məhkəmə tərəfindən onun banka olan borcunun miqdarı müəyyən edilsə də, “xxxxxxxxxx” QSC- nə nə qədər kredit ödədiyi və ödənilmiş məbləğlərin əsas və ya faiz borcuna hesablanması, həmçinin onun banka olan əsas borcuna görə nə vaxtdan olaraq faiz hesablanması və faizin uzun müddət hesablanaraq yüksək həddə çatmasında “xxxxxxxxxx” QSC-nin öz rolunun olub-olmaması müəyyənləşdirilmədiyini, onunla “xxxxxxxxxx” QSC-nin arasında müqavilənin xx.xx.2014cü il tarixdə 24 ay müddətinə bağlanmasına, həmin müqavilənin ödənilməsində sadəcə olaraq 7-8 ay gecikmələrin olmasına baxmayaraq, nədən müqavilə müddəti bitmədən barəsində iddia qaldıraraq ondan kredit məbləğinin tam tələb edilməsinin səbəbi müəyyən edilməmişdir. Belə ki, o, iddiaçı ilə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq, həmin müqavilədə nəzərdə tutulmuş cədvəl əsasında borclarını ödəyəcəyi barədə bank qarşısında öhdəlik götürmüş, yalnız ABŞ dollarının Manata nisbətən kəskin bahalaşması üzündən həmin öhdəliyinin bir hissəsini, yəni 2016-cı ilin əvvəllərindən başlayaraq bir neçə ay öz öhdəliklərini yerinə yetirə bilməmişdir. Lakin həmin cədvəldə nəzərdə tutulmuş öhdəliklər üzrə isə hələ onun vaxtı olduğunu və həmin öhdəlikləri yerinə yetirəcəyini qeyd etmişdir. Ona görə də yalnız keçmiş və ödənilməmiş aylar üzrə öhdəliyini yerinə yetirilməsi ondan tələb edilə bilər, digər öhdəliklərini isə vaxtı çatanda yerinə yetirəcəyini bildirmişdir. Bu baxımdan nə qədər ki, bankla arasında olan kredit müqaviləsi mübahisələndirilərək ləğv edilməmişdir, bank ondan vaxtı çatmamış öhdəliklərin ödənilməsini tələb edə bilməz. Belə olduqda isə bu barədə qəbul edilmiş məhkəmə qətnaməsinin də əsassız və məhkəmə yalnız ödəniş cədvəlinə əsaslanaraq, keçmiş və ödənilməmiş aylar üzrə qətnamə qəbul edə bildiyini qeyd etmişdir. “xxxxxxxxxx” QSC-nin ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən onun banka olan əsas borcunun 8926.05 ABŞ dolları olması və həmin borcun nədən müqavilə müddəti bitmədiyindən və kredit müqaviləsi qüvvədə ola-ola məndən tutulmalı olması ətraflı araşdırılmadğını, həmin kredit müqaviləsi üzrə kifayət qədər kredit ödədiyini və onun hesablarına görə həmin kredit müqaviləsi üzrə çoz cüzi miqdarda əsas borcunun qaldığını qeyd etmişdir. Belə olduğu halda isə iş üçün əhəmiyyətli halların aşkar edilməsi üçün məhkəmə mühasibatlıq ekspetizasının keçirilməsini və iş üzrə əsas halların araşdırılmasını, bütün bu halların baş verməsinin yeganə səbəbinin isə məhkəmə tərəfindən prosessual qaydaların pozulması və iştirakı olmadan işə baxılması olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili X16 apelyasiya şikayətininin dəlillərinə istinad edərək, lakin apellyasiya şikayətinə əlavə təqdim edərək mübahisələndirilən qətnaməni ondan 1852, 94 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.Əlavə suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən borcun restruktrizasiyası ilə bağlı onları 2019-cu ilin dekabr ayında banka çağırmışlar, lakin digər cavabdehlər banka getmədiklərindən restruktrizasiya olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə suallara cavab olaraq bildirmişdir ki, borcun restruktrizasiyası ilə bağlı cavabdehləri 2019-cu ilin dekabr ayında banka çağırmışlar, lakin digər cavabdehlər banka getmədiklərindən restruktrizasiya etmək mümkün olmamışdır.Cavabdehlər vaxtında bankın çağrışı ilə bağlı gəlmədiklərindən hazırda belə imkan hüquqi cəhətdən itirilmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İş materiallarından görünür ki, Cavabdeh1 iddiaçı ilə xx.xx.2007-ci il tarixdə bağladığı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2009-cu il tarixdə bağladığı 578 saylı saziş müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində dəyişiklik edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. O, iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər X22, X18, X19, X20 və X15 zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxx” QSC-ti tərəfindən Cavabdeh1, X11, X9, X12, X13 və X14 ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank borclulara borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka 6430,1 ABŞ dolları məbləğində əsas, 1852,94 ABŞ dolları məbləğində faiz borcu, 643,01 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 8926,05 ABŞ dolları məbləğində borcu vardır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh 6430,1 ABŞ dolları məbləğində əsas borcu ödəməyə razıdır, lakin 1852,94 ABŞ dolları məbləğində faiz borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən silinməsini istəyir.Həmçinin,müəyyən olunmuşdur ki, borcun restruktrizasiyası ilə bağlı cavabdehləri 2019-cu ilin dekabr ayında banka çağırmışlar, lakin digər cavabdehlər banka getmədiklərindən restruktrizasiya etmək mümkün olmamışdır.Cavabdehlər vaxtında bankın çağrışı ilə bağlı gəlmədiklərindən hazırda belə imkan hüquqi cəhətdən itirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1 -ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o. kredit müqaviləsi adlandırılır. Zaminlik müqaviləsinə istinad edərək məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, birinci instansiya məhkəməsi zamanı, iş materiallarından müəyyən edildi ki, “xxxxxxxxxx” QSC-ti ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə bağladığı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2009-cu il tarixdə bağladığı 578 saylı saziş müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində dəyişiklik edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh kredit razılaşması üzrə götürdüyü kredit borcundan 18569.9 ABŞ dolları ödəmiş, onun 6430.1 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2017-ci tarixə 399 gün üçün hesablanmış faiz borcu 1852.94 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə əsasən kreditin qalığının 0.5% məbləğində cərimə ödəməlidir, 20 gün üçün hesablanmış cərimə 643.01 ABŞ dolları təşkl edir. Kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər X22, X18, X19, X20 və X15 zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclarım ödənilməsində ardıcıl olaraq gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır və iddia tələbi əsas və faiz borcu hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında Cavabdeh1 xx.xx.2007-ci il tarixli kredit razılaşması üzrə banka xx.xx.2017-ci il tarixə banka 6430,1 ABŞ dolları məbləğində əsas, 1852,94 ABŞ dolları məbləğində faiz borcu, 643,01 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 8926,05 ABŞ dolları məbləğində borc göstərilərək, həmin məbləğin cavabdehdən tutulmasını tələb edilmişdir. Lakin kollegiya hesab edir ki, xx.xx.2017-ci il tarixli kredit razılaşması üzrə dəbbə pulu 50 (əlli) ABŞ dolları miqdarında müəyyən edilməli və cavabdehlərdən həmin məbləğdə dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 150/2018 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar