Məhkəmə qərarları › İş №2(103)-5755/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5755/2021

10.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5755/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 qızının iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı məhv edilmiş əmlakın əvvəlki vəziyyətinə qaytarılması vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.metr torpaq sahəsinin üzərindəki 111,3 kv.metr olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş 2.000.000 (iki milyon) manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının səlahiyətli nümayəndəsi eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı şəxsin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.metr torpaq sahəsində aparılan bütün tikinti işlərinin dayandırılması, həmin ərazidən istifadə edilməsinin, o cümlədən həmin əraziyə daxil olunması, həmin ərazidə hər hansı bir fəaliyyət göstərilməsinin Cavabdehnə və bu işə cəıb olunan başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(005)-2180/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 427,8 kv.metr torpaq sahəsinin üzərində yerləşən 111,3 kv.m. tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin sökülməsi və qeyd edilən tikilinin yerləşdiyi müvafiq ərazidə aparılan tikinti işlərinin dayandırılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(005)- 2180/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbirinə dair iddiaçı şəxslərin ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 75 saylı sərəncamına əsasən Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,24 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmişdir.Hazırki iş üzrə İddiaçınm həmin ərazidə mülkiyyətində olmuş əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə müvafiq məbləğdə kompensasiyalar almışdır. Mübahisələndirilən qeyri-yaşayış sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Hazırda müəyyən olunmuşdur ki, iddiaçı qəsdən sənədi gizlədərək müəyyən söküntü işləri görüldükdən sonra cavabdehi çıxılmaz vəziyyətdə qoymaqla ondan xüsusilə külli miqdarda pul tələb etmək məqsədi güdmüş, mübahisələndirilən söküntü aparılan ərazi cəmi 427,8 kv.m. torpaq sahəsinin üzərində yerləşən 111,3 kv.m tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin sökülməsi üçün 2.000.000 manat tələb etmişdir. Mübahisəli torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından Nazirlər Kabinetinin həmin məqsədlər üçün alınmış torpaq sahələrinin alınmasına görə ödənişlərlə bağlı müvafiq qərarı vardır. İddia tələbi tam ziddiyyət təşkil edir. Hazırki iş üzrə məhkəmədənkənar qaydada iddiaçı cavabdehə heç bir müraciət etməmişdir. Belə ki, hal-hazırda həmin mübahisəli ərazidə söküntü işləri aparılsa da, hər hansı tikinti işi apaпlmamışdır.Məhkəmə qərardadı ilə isə tikinti işləri dayandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ləğv olunmalı, iddiaçının səlahiyətli nümayəndəsinin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsinə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 75 saylı sərəncamına əsasən Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,24 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmişdir.Hazırki iş üzrə İddiaçınm həmin ərazidə mülkiyyətində olmuş əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə müvafiq məbləğdə kompensasiyalar almışdır. Mübahisələndirilən qeyri-yaşayış sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən, iddiaçının iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizəsinə yenidən baxılarkən, tərəflərin iştirakını təmin edərək, göstərilən çatışmamazlıqlar aradan qaldıraraq, nəticəsindən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizəsinə baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar