Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5759/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)- 2218/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 6,0 (altı) kv.m-dən ibarət yaşayış sahəsinə onun istifadə hüququnun tanınması, uzun müddət orda yaşaması faktı barədə və ona arayışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü madəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanda yerləşən sahəsi 6,0 (altı) kv.m-dən ibarət yaşayış sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, doğulduğu 1973-cü ildən ünvan 1 ünvanda yaşamış, 1989-cu ildən qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayonu L.Tolstoy küçəsi dalan 1, 2 nömrəli evin ¼ hissəsi onun X2nun mülkiyyətində olmuşdur. X2 2002-ci ildə ailə qurmuşdur, mənzilin sahəsi kiçik olduğuna görə, o, yaşadıqların evin həyətindəki sahəsi 6,0 kv.m olan tikiliyə köçmüş və 2013-cü ilə kimi orada yaşamışdır. Sonradan ailəsi ilə birlikdə orada yaşamaq çətin olduğuna görə 2013-cü ildən qaynatasına məxsus olan Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi Oktyabr küçəsindəki 25 nömrəli evin 11 nömrəli mənzilinə köçmüşdür. Hazırkı vaxta kimi ailəsi ilə birlikdə orada yaşayır. 2018-ci ildə onun qeydiyyatda olduğu və X2nun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu L.Tolstoy küçəsi dalan 1, 2 nömrəli ev sökülmüş və qardaşı Həsən Əliyevə pul kompensasiyası ödənilmişdir. Onun yaşadığı sahəsi 6,0 kv.m tikili də sökülmüş və həmin tikiliyə görə qardaşı Həsən Əliyevə 4.900 manat pul ödənilmişdir. Qardaşı həmin pulu ona verməmiş və o, da pulu qardaşından tələb etməmişdir. Onun yaşadığı sahəsi 6,0 kv.m tikiliyə dair hər hansı bir hüquq müəyyənedici sənədi (qeydiyyat vəsiqəsi, çıxarış, texniki pasport, plan-sxemi və sair) yoxdur. Hazırda tikili də mövcud deyildir. Bu səbəbdən onun qeydiyyatda olduğu ünvan 1 ünvanda evin həyətində yerləşən sahəsi 6 kv.m-dən ibarət yaşayış sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il, tarixli 2(004)- 2218/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “ünvan 1 ünvanda həyət evində yerləşən sahəsi 6 (altı) kv.m-dən ibarət yaşayış sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2218/2021 saylı iş üzrə 08.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “ünvan 1 ünvanında yerləşən sahəsi 6(altı)kv.m-dən ibarət yaşayış sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması “tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Beləki qətnamə ilə tanış olduqdan sonra ondan narazı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına qəlmişdir. Qeyd edir ki, 25.09.2019-cu il tarixli qonşuların tərtib etdiyi aktda onun sözügedən ünvanda sahəsi 6.0 kv.m dən ibarət yaşayış sahəsininin istifadəsində olması faktını 43 saylı MKİS-in verdiyi arayışda da təsdiqləyir. Ondan əlavə sözügedən ünvan 1\4 hissədə paylı mülkiyyətdə olan əmlakdır. Həmin ünvanda dörd mülkiyyətçi var .Göründüyü kimi məhkəmə həmin ünvanın ümumi sahəsin neçə kvadrat metr-dən ibarət olmasına dair araşdırma aparmamışdır. Qeyd edir ki, həmin ünvanda olan əmlakın ümumi sahəsi 106 kvm dən ibarətdir. Bunu da dörd yerə böləndə hər bir payçıya 26 kv.m sahə düşür. Buradan da açıq aydın görünür ki, sözügedən yaşayış sahəsi payçıların mülkiyyətinə aid olmayıb. O, həmin 6.0 kv.m yaşayış sahəsini öz vəsaiti hesabına tikib düzəltmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iddiaçının izahatından və təqdim etdiyi Bakı şəhəri Yasamal rayon MKTBnin 43 saylı MKİS tərəfindən verilmiş 14.12.2017-ci il tarixli 02/67 nömrəli forma 2 arayışından, ASAN3 tərəfindən verilmiş 12.02.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və 24.10.2009-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi, ünvan 2 ünvanda yerləşən evin ¼ payının sahibi X6 olmuşdur. İddiaçı və X2 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı izahatında ünvan 2 ünvanda yerləşən evin həyətində sahəsi 6,0 kv.m olan tikiliyə 2002-ci ildə köçdüyünü, 2013- cü ilə kimi həmin tikilidə yaşadığını iddia etsə də, belə bir tikilinin mövcud olmasını, tikiliyə aid hər hansı bir hüquq müəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, çıxarış, texniki pasport, plan-sxemi və sair) olmadığını, ünvan 2 ünvanda yerləşən evin və yaşadığını iddia etdiyi sahəsi 6,0 kv.m olan tikili ilə birlikdə 2018ci ildə söküldüyünü və X2na pul kompensasiyası ödənilmidiyini bildirmişdir. Hazırda tikili mövcud deyildir. İddiaçı ailəsi ilə birlikdə 2013-cü ildən Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi Oktyabr küçəsindəki 25 nömrəli evin 11 nömrəli mənzilinə köçmüşdür. Hazırkı vaxta kimi ailəsi ilə birlikdə orada yaşayır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində ayrıca 6,0 kv.m-dən ibarət tikili olmasına və iddiaçının həmin tikilidə yaşamasına dair MKTB-də rəsmi sənədlər mövcud deyildir. Hazırda ünvan söküldüyünə görə yerində baxış keçirməklə bu halı müəyyən etmək mümkün deyildir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddia əsassız olduğundan rədd edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon MKTB-nə qarşı “ünvan 1 ünvanda həyət evində yerləşən sahəsi 6 (altı) kv.m-dən ibarət yaşayış sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)- 2218/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5759/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5759/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver