Məhkəmə qərarları › İş №2(103)-5760/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5760/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5760/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlunun, onun vəkili X9 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(005)-1375/2024 saylı qətnaməsindən iddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.29 iyul 2009-cu il tarixli kredit və ipoteka müqavilələri ilə X1-zadə Eyyub İsmayıl oğluna 34500 ABŞ dolları məbləğində pulu kredit vermiş, Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X5 xeyrinə ipoteka ilə yüklü etmişdir. 2.Bakı şəhəri ünvan 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Axunda-zadə Eyyub İsmayıl oğlundan 34500 ABŞ doları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X6 ödənilmişdir. X10 ilə Axundazadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti hesabına 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X6 ödənilməsi qət edilmişdir. 3.Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə X10 ilə Axunda-zadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır.

4. 22 fevral 2011-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqavilə əsasında X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X4 70200 manata satmışdır.

a)Birinci instansiya məhkəməsində icraat

5.İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2-ci qrup müıaribə veteranıdır. Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə, Bakı şəhəri 22 saylı notariat kontorunda cavadeh Cavabdeh ilə aramda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 29 saylı binanın zirzəmisində yerləşən (seriya Ml İ ******* çıxarışlı) ümumi sahəsi 116,7 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya 70.000 manata satması razılığına gəlmişdirlər. Həmin müqavilənin 5-ci bəndinə qeyd edilir ki, alıcı qeyri-yaşayış sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli ”000382" nömrəli kassa məxaric orderində 22 saylı dövlət notariat kontorunun "3307 000980 0001" AZN hesabına 70200 manat vəsait köçürülmüşdür. Lakin bankın qeyd edilən məxaric qəbzində qeyd edilən məbləğin 70.200 manatın satıcı iş üzrə tərəfindən imza edilib alınması sübut edilmir. Halbuki, həmin qəbzdə pulun alınmasını təsdiq edən imza tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Bununla da xx.xx.2011-ci il tarixdə, Bakı şəhəri 22 saylı notariat kontorunda cavadeh Cavabdeh ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 29 saylı binanın zirzəmisində yerləşən (seriya MH ******* çıxarışlı) ümumi sahəsi 116,7 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi üzrə ona satılmış əmlakın dəyəri ödənilməmiş qalmışdır. Uzun illərdir ki, bu mübahisə tərəflər aralarında qarşılıqlı razılıq əsasında aparılmasına baxmayaraq vurulmuş ziyan ödənilmir. Belə ki, qeyd edilən vəsaitin verilmədiyi üçün tərəfindən 2011-ci ildə Nərimanov Rayon Məhkəməsində alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi irəli sürülmüşdür. Lakin cavabdeh yenə də müxtəlif yollarla məni aldadaraq həmin pulu verəcəyi vədinə inanaraq məhkəmədə qaldırdığı iddia ilə bağlı məhkəməyə getməmiş, iş isə baxılmamış saxlanılmışdır. 7.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini, iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 8.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə)15 iyul 2024-cü il tarixli, 2(005)-1375/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizazə) iddia tələbinin təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 9.29 iyul 2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, X1-zadə Eyyub İsmayıl oğluna 34500 ABŞ dolları məbləğində pulu kredit vermişdir. 10.29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsini X6 ipotekaya verir. 11.ünvan 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Axunda-zadə Eyyub İsmayıl oğlundan 34500 ABŞ doları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X6 ödənilmişdir. X10 ilə Axundazadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaqoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti hesabına 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X6 ödənilməsi qət edilmişdir. 12.Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarından görünür ki, ünvan 2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 13.Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarından görünür ki, X10 ilə Axunda-zadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. 14.Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Mərkəzinə ünvanlanmış xx.xx.2010-cu il tarixli sifariş məktubundan görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsi üçün qiymətləndirici ekspert göndərilməsi xahiş olunmuşdur. 15.X5 Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış 18 dekabr 2010-cu il tarixli ərizəsindən görünür ki, o bildirmişdir ki, X3 qətnamə üzrə ona olan borcunu 18 dekabr 2010-cu il tarixədək müddətdə ödəməyi söz vermiş və ondan xahiş etmişdir ki, ipoteka olan zirzəminin hərracda satışı dayandırılsın, o onun təklifini qəbul edir və xahiş edir ki, icranın dayandırsınlar. 16.Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Mərkəzinin 19 oktyabr tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri 50000 manat müəyyən edilmişdir. 17."xxxx" ASC-nin 22 fevral 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən Axunda-zadə Eyyub İsmayıl oğlunun hesabına 70200 manat ödəniş edilmişdir. 18.22 fevral 2011-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X4 70200 manata satmışdır. 19.X10 tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, ünvan 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. 20.Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-214/2011 nömrəli, 02 may 2011-ci il tarixli qərardadaından görünür ki, ünvan 2010-cu il tarixli icra vərəqəsi üzrə icraatına xitam verilmişdir. 21.AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsi Axunda-zadə Eyyub İsmayıl oğlununtam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2007-ci il tarixdə ********* nömrəli qeyd aparılmışdır. 22.AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsi Axunda-zadə Eyyub İsmayıl oğlunun tam payda xüsusi mülkiyyətindədir və əmlak xx.xx.2009-cu il tarixli Kredit müqaviləsi ilə yüklü edilmişdir. Bu barədə xx.xx.2009-cu il tarixdə ********* nömrəli qeyd aparılmışdır. 23.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Topçiyev Ravil arasında bağlanan kredit və ipoteka müqaviləsinə əsasən iddiaçı özünə məxsus qeyri-yaşayış obyektini ipoteka ilə yüklü edərək 34500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Öhdəliklərini vaxtında icra etmədiyi üçün Topçiyev Ravil məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində pulun tutulması, tutulmanın qeyri-yaşayış obyektinə yönləndirilməsi, əmlakın hərracdan satılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Daha sonra tərəflər arasında razılıq baş tutmuş, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X4 70200 manata satmışdır. Hazırda iddiaçı heç bir pul məbləğinin ona verilmədiyini, əslində onun cavabdehə borcunun olmadığını iddia edir. 24.Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olduğuna dəlalət etmir. Məhkəmə xüsusilə vurulamışdır ki iddiaçının dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır. 25.Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Çünkü tərəflər arasında yaranan münasibətlər müqavilədən irəli gəlir və həmin müqavilə 22 fevral 2011-ci il tarixində bağlanmışdır. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə borcunun olmasına dair hər hansı tələb irəli sürməmiş və heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti də ötürülmüşdür. AR MM-in 373.1-ci maddəsinə əsaəsn ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 26.Beləlilə məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır və iddia həm də bu əsasla rədd edilməlidir.Belə ki, iddiaçının uzun müddət ərzində iddia etdiyi borcu tələb etməməsi ağlabatan deyildir. İddiaçı bu müddət ərzində cavabdehdən borcun tələb edilməsi ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Bu isə iddia tələbinin öz-özlüyündə əsaslı olmadığını göstərir. 27.Eyni zamanda iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1, 6.2, 390.1, 417.3, 442, 448.1, 5.3, 372.1, 373.1, 373.2, 377.1, 385.1, 386.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.2, 77.1, 217.3, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

29.Qətnamədən iddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin ona münasibətdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə oalraq qeyd edilmişdir ki, onunla cavabdeh X7 arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 22 saylı Notariat Kontorunda Mülkiyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı Binanın Zirzəmisində yerləşən 116,7 kv metr qeyri yaşayış sahəsinin alğı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, qiymətləndirilmiş, əmlakın yəni 70000 manatın Texnika Bank ASC-nin 000382 nömrəli kassa məxaric orderində həmin məbləğin iddiaçıya verilməsində imzasının “olmaması”- və həmin məbləğin onun tərəfindən götürülməməsi əsas sübutdur. Bununlada bağlanmış müqavilənim şərtlərinin pozulması ilə nəticələnmişdir. Nərimanov rayon Məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə mülki işə heç də, qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixli ittiham aktı ilə Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə bir il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkdikdən sonra Nərimanov rayon Polis idarəsinə Cavabdeh onu aldadaraq əmlakını talaması barədə şikayət ərizəsi ilə polis idarəsinə müraciət etmişdir. Uzun araşdırmalar nəticəsində cinayət işinin başlanılması rədd edilmiş və bu barədə ona qərar təqdim edilmişdir. Bundan sonra iddiaçı faktla bağlı Nərimanov Rayon Məhkəməsinə hüquqularını müdafiə etmək məqsədi ilə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddiaçı olaraq onun "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1.-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğuna “göz yummuşdur”! Belə ki, qanun əsasında yaradılmış müstəqil məhkəmə olan Nərimanov Rayon Məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də, qərəzsiz olmamış, nəticədə, yuxarıda qeyd etdiyi ki, iddiaçı kimi onun hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32.Məhkəmə kollegiyasının iclasında iddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu, onun vəkili X15 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. 33.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 35.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 36.Maddə 373.1.Ümumi iddia müddəti on il təşkil edir. 37.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 38.Maddələr 375.1 və 375.2.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 39.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 40.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 41.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 42.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 43.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 44.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 46.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.İşin araşdırılmış faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə Topçiyev Ravil arasında bağlanan kredit və ipoteka müqaviləsinə əsasən iddiaçı özünə məxsus qeyri-yaşayış obyektini ipoteka ilə yüklü edərək 34500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Öhdəliklərini vaxtında icra etmədiyi üçün Topçiyev Ravil məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində pulun tutulması, tutulmanın qeyri-yaşayış obyektinə yönləndirilməsi, əmlakın hərracdan satılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Daha sonra tərəflər arasında razılıq baş tutmuş, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X4 70200 manata satmışdır. Hazırda iddiaçı heç bir pul məbləğinin ona verilmədiyini, əslində onun cavabdehə borcunun olmadığını iddia edir. 52.İş materiallarından görünür ki, iddiaçı tərəfindən alğı-satqı müqaviləsi mübahisələndirilməmiş, onun bununla bağlı hər hansı bir iddiası əsasında qüvvədə olan məhkəmə qətnaməsi mövcud deyildir. 53.Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). -Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). -Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). 54.Göründüyü kimi, müqavilə azadlığı şəklində tərəflərin iradə ifadəsi olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı ödənilən 70200 manatın müqabilində mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehə satmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla, cavabdeh hal-hazırda mülkiyyətçidir. 55.Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olduğuna dəlalət etmir. Məhkəmə xüsusilə vurulamışdır ki iddiaçının dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır. 56.Belə ki, iş materiallarında olan alğı-satqı ilə bağlı notariat işindən görünür ki, Cavabdeh tərəfindən 22 fevral 2011-ci il tarixdə kassa mədaxil orderinə əsasən "xxxx" ASC-nin “Həyat” Filialında Notariusun depozit hesabına 70200 manat məbləğində pul köçürülmüşdür. Bundan sonra alğı-satqı müqaviləsi bağlanmışdır. 57.Məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Çünkü tərəflər arasında yaranan münasibətlər müqavilədən irəli gəlir və həmin müqavilə 22 fevral 2011-ci il tarixində bağlanmışdır. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə borcunun olmasına dair hər hansı tələb irəli sürməmiş və heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti də ötürülmüşdür. AR MM-in 373.1-ci maddəsinə əsaəsn ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 58.Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır və iddia həm də bu əsasla rədd edilməlidir. Belə ki, iddiaçının uzun müddət ərzində iddia etdiyi borcu tələb etməməsi ağlabatan deyildir. İddiaçı bu müddət ərzində cavabdehdən borcun tələb edilməsi ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Bu isə iddia tələbinin öz-özlüyündə əsaslı olmadığını göstərir. 59.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 60.Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 61.Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 62.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 63.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 64.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının xx.xx.2017-ci il tarixli ittiham aktı ilə Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə bir il altı ay müddətinə azadlıqdan məhrum edilməsi halında belə iddia müddəti ötürülmüşdür. 65.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd edərkən qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 66.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(005)-1375/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 67.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 68.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 69.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 70.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 71.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(005)-1375/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar