Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5763/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı1-nin cavabdehlər Cavabdeh5-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Ağası qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4012/2015 nömrəli qərardadından Cavabdeh4 Ağası qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-4012/2015 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddianın qismən təmin edilməsi, xx.xx.2013cü il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC (Cavabdeh5) arasında bağlanmış 100.LN.2005.291113.00001 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 12320,37 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 Ağası qızından müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, xx.xx.2013-cü il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC (Cavabdeh5) arasında bağlanmış 100.LN.2005.060913.00001 saylı kredit müqaviləsinə əsasən 33333,34 manat əsas borc, 5646,67 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 39180,01 manat Cavabdeh5-dən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC (Cavabdeh5) arasında bağlanmış 100.LN.2005.081112.00002 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 1356,08 avro məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin xx.xx.2012-ci il tarixli 100.CL.081112.00002/b saylı girov müqaviləsinin 1 saylı əlavəsində göstərilmiş Apple markalı kompyuter və kompyuter avadanlıqları, Apple markalı mobil telefonlar və avadanlıqlarına yönəldilməsi, həmin avadanlıqların açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1356,08 avro məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh5-yə verilməsi, 13 fevral 2013-cü il tarixdə "xxxx" ASC ilə "ALMA STORE” MMC (Cavabdeh5) arasında bağlanmış 100.LN.2005.130213.00001 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 4554,21 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin xx.xx.2013-cü il tarixli 100.CL.130213.00001/c saylı girov müqaviləsinin 1 saylı əlavəsində göstərilmiş Apple markalı kompyuter və kompyuter avadanlıqları, Apple markalı mobil telefonlar və aksesuarlara yönəldilməsi, həmin avadanlıqların açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 4554,21 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh5-yə verilməsi, 05 fevral 2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış 100.LN.2005.050214.00001 saylı kredit müqaviləsinə əsasən 64367,62 ABŞ dolları əsas borc, 7751,10 ABŞ dolları faiz borcu, 533,22 ABŞ dolları cərimə borcu, cəmi 72651,94 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh4 Ağası qızı və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, 05 fevral 2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış 100.LN.2005.050214.00002 saylı kredit müqaviləsinə əsasən 70000 avro əsas borc, 6496,38 avro faiz borcu və 751,48 avro cərimə borcu, cəmi 77247,86 avro məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, 05 iyun 2013-cü il il tarixdə '‘AG Bank” ASC ilə Cavabdeh1 arasında anmış 105.PC.3104.050613.00001 saylı kredit kartlarmın əldə edilməsi və onlardan adə olunması haqqında müqaviləyə əsasən 4999,61 manat əsas borc, 1220,56 manat faiz borcu, cəmi 6220,17 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi 12 iyun 2013-cü il il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında anmış 100.LN.2105.120613.00001 saylı kredit müqaviləsinə əsasən 39621,76 ABŞ arı əsas borc, 5466,34 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu, cəmi 45588,10 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla ıat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin, tələb xx.xx.2013-ci il tarixli 100.CL.120613.00001/a saylı girov laviləsinin 1 saylı əlavəsində göstərilmiş Apple markalı kompyuter və kompyuter danlıqları, Apple markalı mobil telefonlar və aksesuarlara yönəldilsin, həmin danlıqlar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 45588,10 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh5-yə verilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manat və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 348 manat məbləğində pulun cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 Ağası qızı və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-4012/2015 saylı qətnaməsi qismən – xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh1 1.356,08 avro və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh1 4.554,21 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilmiş və həmin müqavilələr üzrə zamin Cavabdeh1 qarşı yönəlmiş tələb rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4009/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədi icraya yönəldilmişdir. Bundan sonra Cavabdeh4 Ağası qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-4012/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, təmin olunmuş ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4012/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 Ağası qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh4 Ağası qızı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)- 4012/2015 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətini mümkün hesab edilərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi onun iştirakı və xəbəri olmadan qəbul edilmişdir. Məhkəmə bildirişlərinin göndərilməsinə dair qəbzlərdə onların alınmasına dair ümumiyyətlə imza yoxdur. Qətnamənin göndərilməsi barədə qəbzə isə onun ailə üzvü olmayan və tanımadığı şəxs olan “Zaidov” adlı şəxs imza etmişdir. Onun “Zaidov” soyadlı nəinki ailə üzvü, heç qohumu və ya tanışı da yoxdur. Qətnamənin qəbul edildiyi vaxt o, ABŞ-da olmuşdur. Sübut kimi təqdim edilmiş və ona məxsus olan xarici pasportda onun həmin dövrdə ABŞ-da olması barədə məlumat əks olunmuşdur. Belə olan halda, qəbzə imza etmiş şəxsin ünvan sahibinin ailə üzvü olub-olmaması göstərilmədən, qəbzdə sadəcə naməlum şəxsin imzasının olması özü-özlüyündə qətnamənin surətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun təqdim edilməsi anlamına gəlmir. Qətnaməni rəsmi olaraq xx.xx.2023-cü il tarixdə, nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsində mülki işin materialları ilə tanış olarkən rəsmi qaydada almışdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsi baş verməmiş, müddətin bərpasına dair ərizənin verilməsi zərurəti yaranmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4012/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4012/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-4012/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman xx.xx.2016-cı il tarixə təyin edilmiş məhkəmə iclası barədə xx.xx.2016-cı il tarixli məhkəmə bildirişi (apellyasiya şikayəti əlavə edilməklə) tərəflərə, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 74, mənzil 47/48 ünvanı üzrə Cavabdeh4 Ağası qızına göndərilmiş və poçt qəbzinə əsasən xx.xx.2016-cı il tarixdə həmin ünvan üzə qəbul edilmişdir. İş üzrə növbəti məhkəmə iclaslarının xx.xx.2016-cı il tarixinə və xx.xx.2016-cı il tarixinə təyin edilməsi barədə məhkəmənin xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli məhkəmə bildirişləri də poçt qəbzlərinə əsasən xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə həmin ünvan üzrə (cavabdehin atası Ağasinin özü) təqdim edilmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi isə poçt qəbzinə əsasən xx.xx.2017-cı il tarixdə “Axundova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Onun tərəfindən verilmiş apellyasiya şikayətində də həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan qismində məhz ünvan 1östərilmişdir. Bu da öz növbəsində 2016-cı ildən bugünədək onun həmin ünvanla hüquqi və faktiki bağlılığının itmədiyini təsdiq edir. Bundan əlavə iş materiallarının 2-ci cildinin 63-cü səhifəsində olan xx.xx.2019-cu il tarixli ərizəyə əsasən Cavabdeh4 nümayəndəsi və vəkili X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, hüquqlarını müdafiə etdiyi X3 cavabdeh olduğu hazırki mülki işlə tanış olmasına və zəruri sənədlərin surətinin çıxarılmasına şəraitin yaradılmasını xahiş etmişdir. Növbəti, yəni 64-cü səhifədə olan xx.xx.2019-cu il tarixli qəbzdə isə vəkil və nümayəndə X7 qeyd edilən mülki işin materialları ilə tanış olduğunu, zəruri hesab etdiyi sənədlərin surətlərini çıxartdığını qeyd etmişdir. Bununla belə, iş materiallarında olan sənədlərə əsasən Cavabdeh4 ən geci xx.xx.2019-cu il tarixdə hazırki iş, o cümlədən nəinki birinci, həmçinin apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən çıxarılmış qətnamələr barədə tam məlumatlı olmuşdur. Lakin buna baxmayaraq, apellyasiya şikayəti onun tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə verilmişdir. Bununla da bu cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət xx.xx.2019-cu il tarixdən hesablandığı təqdirdə belə 3 il 9 aydan artıq müddətə ötürülmüşdür. Lakin apellyasiya şikayəti ilə birlikdə apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməklə, müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir, eyni zamanda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin bu barədə qərardadından verilmiş şikayətdə irəli sürülmüş (onun birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman, habelə bundan sonra da müəyyən müddət ABŞ-da olması, mübahisə barədə məlumatsız olması, qətnaməni rəsmi qəbul etməməsi, poçt qəbzinə imza etmiş “Zaidov” adlı şəxsi tanımaması barədə) dəlilləri əsassız, daha dəqiq deyilsə əhəmiyyətsiz edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-4012/2015 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətini qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Bu səbəbdən Cavabdeh4 şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4012/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5763/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5763/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver