Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5764/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və Cavabdeh2 MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-5764/2022 (Açar sözlər:mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X7 iştirakları ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-203/2022 saylı qətnaməsindən cavabdehlər X9 vəCavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Rio” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. 2.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes-Benz V 220 VKlasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 MMCnin adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. AB № 080/18 saylı etibarnaməyə əsasən Cavabdeh2 MMC cəmiyyətə məxsus "Mersedes Benz" V220 V-Klasse minik” markalı, buraxılış ili 2018, rəngi qara metalik, dövlət qeydiyyat nömrəsi **-AS-*** olan avtomaşının idarə edilməsini Cavabdeh1 həvalə etmişdir. Sürücülük vəsiqəsi AC 325536, xx.xx.2014-cü il tarixdə verilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətə verilmişdir. 3.xx.xx.2021-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz V 220 V Klasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi “Kia Rio” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, İddiaçı maddi zərər dəyişmişdir. 4.Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 barəsində inzibati tənbehin verilməsi barədə qərar qəbul edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X6 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 23-15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat məbləğində maddi zərərin əvəzinin, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, 200,0 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, 50,0 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 23-15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi və digər Cavabdeh2 MMC-nin mülkiyyətində olan “MercedesBenz V 220 V-Klasse minik" markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Kia Rio minik” markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Xətai RPl-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 qəbul etdiyi 31 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının ikinci hissəsinə əsasən, “Mercedes-Benz V 220 V-Klasse minik” markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmış və qərarın surəti Xətai RPl-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunanlara əsasən Q.üstəmov barəsində Xətai rayon DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Yolnəqliyyat hadisəsi zamanı “Mercedes-Benz V 220 V-Klasse minik" markalı, **-AS-*** qeydiyyat nişanlı avtomobilin sığortaçısı qismində çıxış edən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabafa əsasən İddiaçı məxsus “Kia Rio minik" markalı, **-OJ-*** qeydiyyat nişanlı avtomobillə dəymiş ümumi zərər məbləği 12317 (on iki min üç yüz on yeddi) manat təşkil edir. Qeyd olunan məbləğdən 3201,54 (üç min iki yüz bir manat, əlli dörd qəpik) manat məbləğin sığorta ödənişinin olduğunu nəzərə alsaq, yerdə qalan və cavabdehlər tərəfindən ödənilməli olan zərər məbləği 9115,46 (doqquz min yüz on beş manat, qırx altı qəpik) manat təşkil edir. İşinfaktiki hallarından da göründüyü kimi, cavabdehlərin iddiaçı qarşısında sonuncunun əmlakına dəymiş zərərlə bağlı məsuliyyəti və həmin zərərin əvəzinin ödənilməsi öhdəliyi vardır. 7.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 31may 2022-ci il tarixli, 2(005)-203/22 saylı (hakim Aytən Novruzova) qətnaməsi ilə iddia qismən təmin edilərk, cavabdehlər X4 və Cavabdeh2 MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 6124,46 (altı min yüz iyirmi dörd manat, qırx altı qəpik) manat, 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, 200 (iki yüz) manat məbləğində vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqı, 50 (əlli) manat məbləğində evakuasiya şirkətinə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər X4 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. 8.İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:15 radələrində Cavabdeh1 idarə etdiyi "Mersedes-Benz V 220 V-klasse minik" markalı 10-AS737 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri. Xətai rayonu. Babək prospekti ilə şəhər mərkəzindən M.Hadi küçəsi istiqamətində saatda 60-70 km sürətlə hərəkətdə olduğu zaman idarəetməni itirdiyindən zəncin ari qaydada eyni istiqamətdə hərəkətdə olan "Kia Rio minik” markalı **-OJ-*** qeydiyyat nişanlı, Mersedes-Benz 190 minik markalı **-UA-*** qeydiyyat nişanlı, Mersedes-Benz markalı **-Sİ-*** qeydiyyat nişanlı və körpünün üzərində yolun sağ kənarında dayanmış vəziyyətdə olan "Khazar LX minik markalı **-PZ-*** qeydiyyat nişanlı, avtomobillərin zədələnməsi həmçinin “Kıa Rio minik" markalı **-OJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və sərnişini X2 xəsarət alması ilə nəticələnən yol nəqliyyaı hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə dair məlumat Xətai RPİ-nin “Cinayətlər Haqqında Ərizələr və X8”-nda 315 nömrə ilə qeydiyyata alınmışdır. 9.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Rio” minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. 10.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-Benz V 220 V Klasse” minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 MMCnin adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. 11.AB № 080/18 etibarnamədən görünür ki, bu etibarnamə ilə Cavabdeh2 MMC cəmiyyətə məxsus “Mersedes Benz” V220 V-Klasse minik markalı, buraxılış ili 2018, rəngi qara metalik, dövlət qeydiyyat nömrəsi 10AS737 olan avtomaşının idarə edilməsini Cavabdeh1 həvalə edir.Sürücülük vəsiqəsi AC 325536. xx.xx.2014-cü il tarixdə verilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətə verilmişdir. 12.Xətai rayon DYPİ-nin TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. 13."xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatından görünür ki, “Kia Rio” minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 12317 manat təşkil edir. 14."xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 2628/İ nömrəli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz V 220 V klass minik” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin Sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə mütənasib qaydada ödəniləcək sığorta ödənişi 3201,54 AZN təşkil edir, 15.xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC-yə göstərilən xidmətə görə ümumilikdə 50 manat məbləğində İddiaçı tərəfindən ödəniş edilmişdir. 16.Hüquqi yardımın göstərilməsinə dair xx.xx.2021-ci il tarixli 317№-li müqavilədən görünür ki, İddiaçı ilə Vəkil1 arasında hüquqi yardıma görə razılaşdırılmış haqq 200 manat müəyyən edilmişdir. 17.İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8263 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə-qeyd edilir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələ'ini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. 18.Məhkəmə-əmtəəsünaslıq ekspertizası üzrə-Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Rio" markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326,0 manat müəyyən edilir. 19.İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1359 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Nəzərihesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “KiaRio” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9326,0 manat müəyyən edilir. 20.Qeyd edilir ki,nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı “Kia Rio” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-203/2022 №-li mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli nöqsan aktı əsasında hesablanır. 21.Məhkəmə hesab etmişdir ki, cavabdehlər X9 və Cavabdeh2 MMC-nin təqsirli,hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəyməsi halı mülki işin araşdırılmışhalları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və onun idarə edilməsi üçün verilmiş etibarnamə ilə müəyyən edilmişdir ki, “Mercedes Benz V 220 V klass minik” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş və iş üzrə digər cavabdeh fiziki şəxs X9 tərəfindən etibarnamə əsasında idarə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən X5 əməllərində cinayət tərkibi olmadığından xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, X9 AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində həmin maddə üzrə inzibati tənbeh vermə barədə qərar (xx.xx.2021-ci il /TP 4430269) çıxarılmışdır. 22.Məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisəli halları qiymətləndirərkən X1 olduğu zərərə görə cavabdeh təşkilat məsuliyyət daşıyır. 23.Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır. Belə ki, qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda işəgötürənin mülkihüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir. Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və onun işinə nəzarət edərək yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi, eləcə dəəmək şəraiti zərərin yaranmasına əlverişli olduğundan işəgötürənin məsuliyyəti qaçılmazdır. 24.Məhkəmə iddiaçının əmlakına dəymiş zərərin məbləğini müəyyən edərkən ekspert rəyini və"xxxx" ASC tərəfindən 3201,54 manat məbləğində edilmiş sığorta ödənişini əsas tuturaqiddia ərizəsinin cavabdehlərdən 9115,46 manat maddi zərərin tutulması hissəsində qismən təminedilməsi qənaətinə gəlmişdir. 25.Belə ki, iddiaçı avtomobilə dəymiş zərəri əsaslandırarkən-avtomobilə ümumilikdə 12317manat məbələğində zərər dəydiyini göstərmiş və ödənilmiş 3201,54 manat məbləğində sığortaödənişini həmin məbləğdən çıxmaqla 9115,46 manat məbləğində qalan zərərin ödənilməsini tələbetmişdir. 26.Lakin məhkəmə qeyd edilən hesablama ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iki dəfəekspertiza təyin edilmiş və hər iki rəy əsasında avtomobilə dəymiş zərər köhnəlmə faizi tətbiqedilməklə 9326 manat məbləğində dəyərləndirilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, hər iki ekspert rəyi ilə müəyyən edilmiş məbləğ işin mübahisəsiz halı kimi qiymətləndirilməli və 9326 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 3201,54 manat məbləğində sığorta ödənişi çıxılaraq dəymiş zərər 6124,46 manat məbləğində müəyyən edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 1096, 1097.1, 1108.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 28.Cavabdehlər X9 vəCavabdeh2 MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. 29.Cavabdeh X9 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 vəMMC arasında əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmayıb. İşdə cavabdehlər arasında əmək və ya mülki hüquqi müqavilənin mövcudluğuna dair sübut olmadığı halda məhkəmə işçinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürəni məsuliyyətə cəlb etməklə MM-in 1099, həmçinin MPM-in 14.2 və77-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə məhkəmə iki dəfə ekspertiza təyin etmiş, avtomaşına baxış keçirilmədən rəy verilmişdir. Təkrar ekspertizanın rəyində də, əvvəlki rəydəki kimi zərər 9326,0 manat müəyyən olunmuşdur. Məhkəmə bunu nəzərə almamışdır. 30.Cavabdeh2 MMC apellyasiya şikayətini onunla əsaslandırıb ki, Cavabdeh1 və MMC arasında əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmayıb. İşdə cavabdehlər arasında əmək və ya mülki hüquqi müqavilənin mövcudluğuna dair sübut olmadığı halda məhkəmə işçinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürəni məsuliyyətə cəlb etməklə MM-in 1099, həmçinin MPM-in 14.2 və77-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh1 avtomaşını etibarnamə əsasında, yəni yol-nəqliyyat hadisəsi baş verəndə qanuni əsaslarla idarə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. 33.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. 34.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 35.Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 36.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 37.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 38.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 39.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. 40.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. 41.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 88. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 43.Maddələr 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, apellyatorlar qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etsələr də, apellyasiya şikayətinin dəlillərinə əsasən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın avtomaşına dəymiş zərərin məbləği və Cavabdeh2 MMC-yə aid qismən təmin edilən və rədd olunan hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi avtomaşına dəymiş zərərin müəyyən edilməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisəsinin arayışı əsasında əmtəəşünaslıq və təkrar əmtəəşünaslıq ekspertizaları keçirilməklə müəyyən olunmuşdur. 47.Apellyator ziyanın müəyyən olunması ilə bağlı ixtisaslaşdırılmış servis müəssisəsinin arayışı və ekspert rəylərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. 48.Buna görə də, apellyatorun avtomaşına dəymiş zərərlə bağlı hissədə dəlili əsaslı hesab edilə bilməz. 49.Kollegiya həmçinin qeyd edir ki, apellyator Qədir Rüstəmovun digər apellyator Cavabdeh2 MMC-yə aid hissədə qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yaranmır. 50.Kollegiya apellyator Cavabdeh2 MMC-nin dəlilini əsaslı hesab edirək, qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC-yə aid iddianın qismən təmin edilən və rədd olunan hissələrində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 51.Kollegiya Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən qeyd edir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hazırki halda Qədir Rüstəmov Cavabdeh2 MMC-nin işçisi olmamaqla, onlar arasında işçiişəgötürən münasibətlərini tənzimləyən əmək müqaviləsi mövcud deyildir. Qədir Rüstəmov Cavabdeh2 MMC-yə məxsus avtomobili etibarnamə əsasında idarə etmiş, hadisə günü avtomobil Qədir Rüstəmovun qanuni sahibliyində və istifadəsində olmuşdur. 52.Digər tərəfdən Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, Qədir Rüstəmovun mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olması, hüquqi şəxs olan Cavabdeh2 MMC-nin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsi halları məhkəmə araşdırması zamanı müəyyən olunmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 53.Belə ki, kollegiya hesab edir ki, apellyator Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Mercedes-Benz V 220 V Klasse minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər cavabdeh Qədir Rüstəmovun sahibliyinə və istifadəsinə verildiyindən, bunu təsdiq edən etibarnamə iş materiallarında mövcud olduğundan, baş vermiş yol-nəqliyyat hadisəsinə görə mülkiyyətçi Cavabdeh2 MMC hər hansı maddi məsuliyyət daşımadığından, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 MMC-yə aid hissədə qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. 54.Buna görə də, qətnamə mübahisələndirilən-Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. 55.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-203/2022 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 MMC-yə aid qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh2 MMC-dən tutulması hissəsində ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev