Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5764/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(004)- 3683/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(004)- 3683/2024 nömrəli qətnaməsi ilə (hakim X4) iddia tələbinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3683/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli məktubu ilə mülki iş üzrə qətnamədə yol verilmiş yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması məsələsinə baxılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3683/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnamədə yol verilmiş yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması məsələsinə baxılması üçün mülki işin sorğu edilməsi barədə məktubunu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5764/2023 nömrəli, 17 sentyabr 2024-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyünə dair qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5764/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5764/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver