Məhkəmə qərarları › İş №2(103)-577/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-577/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-577/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 29 aprel 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və qeyrilərinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(003)- 940/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 X2 arasında bağlanmış 18.11.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və X7 ilə Cavabdeh4 arasında bağlanmış 10.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş AD 659889 və AD 664831 qeydiyyat şəhadətnamələrin ləğv edilməsi qət edilmişdir. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Bakı şəhəri Cavabdeh2nə, Daxili İşlər Nazirliyi Baş X17i İdarəsinə qarşı Cavabdeh1 Qərəmanoviçlə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3cü maddəsinə əsasən X4 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, X5, Bakı şəhəri Cavabdeh2nə, Daxili İşlər Nazirliyi Baş X17i İdarəsinə qarşı cavabdehlər Cavabdeh1 X2 arasında bağlanmış alqı-satqı müqaviləsi və X7 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iş üzrə cəlb edilmiş Cavabdeh2 cavabdeh qismindən çıxaırlaması və 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmşdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, “İddiaçı ASC–nin Yasamal filialı ilə X13 arasında bağlanılmış 11.11.2015–ci il tarixli RBN5888/MK_RESl saylı Baş kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5310 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi X8 və Cavabdeh1 ilə “İddiaçı ASCnin Yasamal filialı arasında həmın tarixdə Zaminlik müqaviləsi bağlanılmışdır. 20.05.2013– cü il tarıxlı RBN– 5888/MK__RESİ istehlak kredit müqaviləsinə görə cavabdehlər kredit üzrə hesablanmış (lələbə puluna gcərımə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında. ödəməyı əhdəsınə gəturşə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edılmələrınə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdırlar. Bu səbəbdən pulun tutulmasına dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09. 03 .2017-ci il tarixli, 2(003)1005/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X10, X3 və Cavabdeh1 birgə qaydada əsas borc üzrə 3426,16 manat, faiz borcu üzrə 320,50 manat, cərimə borcu üzrə 20 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla, cəmi 3796,66 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Xəzər rayon İcra şöbəsi tərəfindən müxtəlif instansiyalara sorğular olunmuşdur. AR DİN BDYPİ-nin məktubuna əsasən Cavabdeh1 Qərəmanoviçin adına SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 8(003)-315/2019 saylı qərardadı borclu Cavabdeh1 Qərəmanoviçin adına SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli 8(003)350/2019 saylı qərardadı ilə borclu Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 8(003)-315/2019 saylı qərardadına əsasən borclu Cavabdeh1 məxsus SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan tərəflərindən şikayət verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-793/2019 saylı 26.12.2019-cu il tarixli qərardadına əsasən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək, həbsin götürülməsi barədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Bundan əlavə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli 8(003)- 350/2019 saylı həbsin götürülməsi barədə qərardaddan tərəflərindən şikayət verildiyi halda SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı ilə Cavabdeh4 adına rəsmiləşdirilmiş və qeydiyyat şəhadətnaməsi verilmişdir. Göründüyü kimi istər alqı-satqı müqaviləsi, istər qeydiyyat şəhadətnaməsinin verilməsi qanunsuz şəkildə həyata keçirilmişdir. Bu səbəbdən Cavabdeh1 Qərəmanoviç ilə Cavabdeh4 arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilməli və SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisə predmeti olan nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi və yenidən qoyulması tarixləri arasında olan müddətdə Cavabdeh1 həmin nəqliyyat vasitəsini anası X5, sonuncu isə ona satmışdır. Onun məhkəmə mübahisələrindən və kredit öhdəliklərindən tamamilə xəbərsiz olmuş, alqı-satqı elanları saytında (turbo.az saytında) tapmış, avtomobilin həmin vaxt sahibi olan X7 ilə əlaqə saxlayıb danışmış, sonuncu onu avtomobilin heç bir probleminin olmadığına, o cümlədən yüklü və həbsdə olmadığına əmin etdikdən sonra Baş X17i idarəsində alqı-satqı yolu ilə almışdır. Apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş digər cavabdehlər Cavabdeh1, X7, Baş X17i İdarəsinin nümayəndəsi və üçüncü şəxs Bakı şəhəri Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(003)-1005/2017 saylı qətnaməsi ilə X9, X3 və Cavabdeh1 Qəhrəmanoviçdən birgə qaydada əsas borc üzrə 3426,16 manat, faiz borcu üzrə 320,5 manat, cərimə borcu üzrə 20 manat, ödənilmiş dövlət rüsumu üzr 30 manat olmaqla, cəmi 3796,66 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli, 8(003)-315/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(003)- 1005/2017 saylı qətnaməsi əsasında verilmiş 14.04.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 məxsus SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrəinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli, 8(003)-350/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli, 8(003)-315/2019 saylı qərardadı ilə Cavabdeh1 məxsus SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrəinə qoyulmuş həbs götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin 26.12.2019-cu il tarixli, 8(103)-793/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli, 8(003)-350/2019 saylı qərardadı ləğv edilmiş və borclu Cavabdeh1 məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Cavabdeh2 icra məmurunun təqdimatı təmin edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin İddiaçı ASC-yə ünvanladığı SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyüter çıxarışından görünür ki, 18.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil X1 və bununla bağlı AD 659889 nömrəli şəhadətnamə verilmiş, 10.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən Cavabdeh4 satılmışdır və sonuncuya bununla bağlı AD 664831 nömrəli şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, mülki iş materiallarından göründüyü kimi icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmuşdur. Həmin əmlakın üzərinə qoyulmuş həbs məhkəmə aktının qanuni qüvvəyə minmədən götürülməsi icranın təminatı vasitəsinin (hazırkı halda SAİPA TİBA SX minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil) itirilməsi ilə nəticələnir ki, bu da sonda iddiaçının tələbkar kimi maraqlarına toxunmaqla, qətnamənin icrasının yubadılmasına səbəb olmuşdur. Bu səbəbdən də mübahisəli avtomobillə bağlı bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq əqdin etibarsızlığı, həmin əqd əsasında yaranmış olan hüquqi nəticələrin ləğv edilməsinə səbəb olur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Kollegiya hesab edir ki, Cavabdeh4 mübahisə predmeti olan nəqliyyat vasitəsinə münasibətdə vicdanlı alıcı olduğundan, iddia tələbi təmin edilə bilməz. Belə ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Mülki Məcəllənin 158.3-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh4 satılarkən avtomobillə bağlı məhkəmə proseslərindən, eləcə də avtomobilin yüklü olması barədə onun məlumatı olmamışdır. Alqı-satqı müqaviləsinin Baş X17i İdarəsi tərəfindən rəsmləşdirilməsi və təsdiqlənməsi də avtomobilin yüklü və həbsdə olmamasına dair Cavabdeh4 daha da inam yaratmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh4 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutların (məlumatların) mövcudluğu müəyyən olunmadı. Birinci instansiya məhkəməsi işi tam araşdırmadan iddianı təmin etməklə əsassız nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(003)-940/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin “Cavabdeh1 X2 arasında və X7 ilə Cavabdeh4 arasında bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və “SAİPA TİBA SX” minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi barədə” iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar