Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5774/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 mart 20121-ci il tarixli, 2(001)-4/2021 saylı qətnaməsindən iddiacı İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 02R000028920 saylı kredit razılaşması üzrə 40542,73 ABŞ dolları məbləğində kredit borcu, 11170,12 ABŞ dolları məbləğində faiz borcu və 46672,14 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 93384,99 ABŞ dolları məbləğində borcun, 02KK********** kredit razılaşması üzrə 7797,72 manat məbləğində kredit borcu, 540,51 manat məbləğində faiz borcu və 12991,61 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 21329,84 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulu-təpə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və 93384,99 ABŞ dolları və 21329,84 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh ümumi qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulu-tərə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlaklardan çıxarılmasına, fərdi yaşayış evlərindən boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)-4/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 02R000028920 saylı kredit razılaşması üzrə 34742,73 ABŞ dolları məbləğində əsas borc, 715,09 ABŞ dolları məbləğində faiz borcu və 1542,18 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla; 02KK********** saylı kredit razılaşması üzrə 7797,72 manat məbləğində əsas borc, 540,51 manat məbləğində faiz borcu və 761,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 9100 (doqquz min yüz) manat məbləğində borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı QSC-yə ödənilməsi və həmin vəsaitin kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması, satışdan əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsindən sonra artıq qaldıqda, artıq qalmış pulun Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının 28 manat hissəsi iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 156 (yüz əlli altı) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" MMC-nin hesabına köçürülsün ("xxxx" ASC-nin “Promo” filialı, H/h AZ64BBTB********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BBTBAZ22, VÖEN **********) qət olunmuşdur. İddiacı İddiaçı QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)-4/2021 saylı qətnaməsinin qismən- “ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki, məhkəmə ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan tələbi irəli sürərəkən fərdi yaşayış evinin gələcək, hal-hazırda bəlli olmayan mülkiyyətçisinin hüquqlarını öz üzərinə götürmüş olur. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticəni aşağıdakı səbəblərə görə düzgün hesab etmək olmaz. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiacı İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası bu kontekstdə prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının” təmin edilməməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 12.10.2006-cı il tarixli 02L000000133 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 18.01.2011-ci il tarixli 133 saylı sazişlə kredit xəttinin məbləği 500000 ABŞ dolları və kredit xəttinin müddəti 180 ay müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 30.08.2013-cü il tarixli 02R000028920 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 96000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaldıqları 30.10.2015-ci il tarixli 02R000028920S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh Aydm oğluna İddiaçı QSC ilə bağladığı 24.10.2013-cü il tarixli 02KK********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh iddiaçı ilə bağladığı 12.10.2006-cı il tarixli 02M000000148 saylı ipoteka müqaviləsi (Bakı şəhər 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25 №-li reyestr kitabının 2509 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu-təpə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evi İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmış, RX ******* nömrəli çıxarışla reyestrdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan 05.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin iddiaçıya 30.08.2013-cü il tarixli, 02R000028920 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 40.569,59 ABŞ dolları, faiz borcu üzrə isə 715,09 ABŞ dolları; 24.10.2013-cü il tarixli, 02KK********** saylı kredit müqaviləsi üzrə isə əsas borc üzrə 7800 manat, faiz borcu üzrə 3.772,45 manat borcu mövcuddur. İş materiallarında olan 18.06.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinin ilkin satış (likvid) dəyəri 80000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulu-tərə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlaklardan çıxarılmasının təmin etməməsini əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından görünür ki, Cavabdeh mülkiyyətində olan əmlakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmirn edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulu-tərə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlakdan çıxarılmaqa, fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiacı İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)-4/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 198 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxarılmaqa, fərdi yaşayış evi boşaldılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5774/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5774/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver