Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5774/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və X5 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin Nümayəndə, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-691/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “X14” markalı, 99- OD-842 dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" MMC-yə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi rayon DYPŞ-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərdən 200 manat azadolma çıxılmaqla 13795,10 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. 2.Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X4 mülkiyyətində olmaqla, xx.xx.2021-ci il tarixli 0129 saylı Minik avtomobili üçün yol vərəqəsinə əsasən Cavabdeh2 avtomobili darə etmək hüququ verilmişdir. “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış və hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya 4928,55 manat sığorta ödənişi edilmişdir. 3.Qeyd olunanlara əsasən iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək cavabdehlərdən onun tərəfindən ödənilmiş 13795,10 manat sığorta ödənişindən 200 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4928,55 manat çıxılmaqla, 8866,56 manat (13995,11–5128,55 (200 + 4928,55) = 8866,56) pulun subroqasiya qaydasında tutulmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və X5 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8866,56 manat məbləğində vəsaitin, 108,68 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ** PZ *** dövlət qeydiyyat nişanlı “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 məxsus işçisi X6 tərəfindən idarə olunan ** OD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə sığortalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP4470505 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən ** OD *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin sürücüsü X6 təqsirli bilinmişdir. ** PZ *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. ** PZ *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 13995,11 manat məbləğində müəyyənedilmişdir. Sözügedən məbləğin 11860,25 manat hissəsi material, ehtiyyat hissələri, görüləcək işləri, 2134,85 manat hissəsi isə ödənilməli olan ƏDV-ni təşkil edir. "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 13995,11 manat zərər məbləğindən 200,00 manat azadolma çıxılaraq 13795,11 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin təqdim etdiyi hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkətində mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, "xxxx" Şirkəti tərəfindən "xxxx" ASC-yə 4928,55 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. 6.Cavabdeh X6 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, sənədlərdən göründüyü kimi hadisə zamani onun mülkiyyətində olan avtomobili yol vərəqəsi əsasında başqa şəxs idarə etmişdir. Bu halda məsuliyyət idarə edənin üzərinə düşür. İddiaçının göstərdiyi sənədlərdə uyğunsuzluqlar var. Sığorta aktında məbləğ 13995,10 manat göstərilsə də, iddia ərizəsində 13995,11 manat göstərilmişdir. Bu məbləğin hesablanma detalları yazılmamışdır. Hesab edir ki, dəymiş ziyan qat-qat aşağıdır. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 iyun 2023-cü il tarixli, 2(006)-691/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 6495,45 manat məbləğində vəsait, 108,68 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbi qalan və cavabdeh X5 qarşı hissələrdə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan: 8.MC-Mİ-0177/21 nömrəli Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən kasko sığorta növü ilə sığortalanmışdır. 9.Binəqədi rayon DYPŞ tərəfindən təsdiq edilmiş elktron sistemdən çıxarışdan görünür ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X4 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli 0129 saylı Minik avtomobili üçün yol vərəqəsindən görünür ki, Cavabdeh2 “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə etmək hüququ vardır. 11.Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “X14” markalı, 99- OD-842 dövlət nömrə nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. 12.Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İnzibatiXətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 13.xx.xx.2022-ci il tarixli Sığorta aktından görünür ki, “Skoda Rapid” markalı, 99–PZ– 234 dövlət nömrə nişanlı avtomobilə 13995,11 manat zərər dəymişdir. 14.Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən “Skoda Rapid” markalı, 99–PZ– 234 dövlət nömrə nişanlı avtomobil 13995,10 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/866 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Skaz Autohouse" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Skoda Rapid" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11624,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. 16.Məhkəmə tədqiqatı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “X14” markalı, 99- OD-842 dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" MMC-yə məxsus “Skoda Rapid” markalı, 99–PZ– 234 dövlətnömrə nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi rayon DYPŞ-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərdən 200 manat azadolma çıxılmaqla 13795,10 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X4 mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixli 0129 saylı Minik avtomobili üçün yol vərəqəsinə əsasən Cavabdeh2 avtomobili idarə etmək hüququ verilmişdir. “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış və hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya 4928,55 manat sığorta ödənişi edilmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. 18.Belə ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. 19.Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur ki, bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh2 tələb edə bilər. 20.Tələb olunan sığortalıya ödənilmiş pul vəsaitinin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/866 nömrəli ekspert rəyi ilə, 2020-ci il buraxılışlı “Skoda Rapid" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 11624,0 manat müəyyən edilmişdir. 21.İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, dəymiş zərər 13995,11 manat müəyyən edilmiş, həmin məbləğdən 200 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4928,55 manat çıxılmaqla, iddiaçı 8866,56 manat (13995,11 – 5128,55 (200 + 4928,55) = 8866,56) pulun subroqasiya qaydasında tutulmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən qeyd edilən yolnəqliyyat hadisəsi üzrə avtomobilin təmir-bərpa xərci 11624,0 manat müəyyən edilmişdir. 22.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş təmirbərpa xərcindən 200 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4928,55 manat çıxılmaqla, qalan 6495,45 manat (11624 - 5128,55 (200 + 4928,55) = 6495,45) iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. 23.İddia tələbinin cavabdeh X5 qarşı hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil X6 tərəfindən qanuni əsasla, yəni yol vərəqəsi ilə Ə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən cavabdeh X2 tutula bilməz. 24.Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutulmalıdır. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1114.1, 936.1, 1108.1: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 14.2, 119.1, 217.4, 216- 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edərək iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia əsaslı olduğundan apellyasiya şikayətinin təmin edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləinin 935.1-ci maddəsindən göründüyü kimi dəymiş zərərin qiymətləndirilməsi məhz sığorta şirkətinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Qiymətləndirmə zamanı hər hansı ekspertiza rəyinin alınmasından söz getmir. Qanunvericilik (Mülki Məcəllə 1114.1) “ödənilmiş əvəzi miqarında geriyə tələb” hissəsini xüsusi ilə vurğulayır. Qətnamə çıxarılan zaman bu xüsusatlar nəzərə alınmamışdır. Qanuna (“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanunun 35-ci maddəsi) əsasən sığorta ödənişi verilərkən köhnəlmə əmsalı avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçdikdə tətbiq olunmur. Lakin, ekspert, zərər dəymiş nəqliyyat vasitəsinin buraxlış ilinin 2020-ci il olmasını rəyində qeyd etsə də, hadisənin 2021-ci ildə baş verməsini nəzərə almadan nəqliyyat vasitəsinin dəyişdirilmiş ehtiyat hissələrinə köhnəlmə əmsalı tətbiq etmişdir. Bu isə sözügedən qaydaların kobud surətdə pozuntusu, sığorta şirkətinin isə ödədiyi sığorta ödənişinin geri tələb edilməsi hissəsində itkiyə məruz qalmasına səbəbdir. Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan normalara əsasən sığorta şirkəti yalnız sığorta ödənişi həddində iddia qaldıra bilər. Bu zaman bərpa edilmiş əmlaka çəkilmiş xərclər tam olaraq tələb olunur. Əgər ekspertizanın müəyyən etdiyi zərərlə razılaşası olsaq, belə çıxırki ödənilmiş 10000,00 manat sığortalıdan yəni zərərçəkəndən geri tələb olunmalıdır. Bu halda sığortalı şəxsin hüquqlarıda sığorta şirkətinin hüquqları ilə bərabər pozulur. Tərəflərin hüquqları ilə yanaşı qanunvericiliyin tələbi də həmçinin pozulmuş olur. Maddəyə əsasən (“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanun) üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir: 40.1.2- əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində. Onlar tərəfindən 40.1.2 maddə tətbiq olunmuşdur. Sığortalı əmlak hadisədən dərhal əvvəlki vəziyyətinə çatdırılması üçün Təmir mərkəzinə yönləndirilmiş və nəqliyyat vasitəsi yeni olduğundan zərər çəkmiş ehtiyyat hissələri yenisi ilə əvəz edilmişdir. 40.2- Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir: 40.2.1- zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməsəydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində; Ekspertiza rəyi həmçinin natamam, dəqiq olmayan, yalnız mülahizələrdən ibarətdir. Belə ki, Məhkəmə ekspertizasının rəyinin "tədqiqatın nəticələri hissəsi"ndə qeyd olunmuşdur ki, "Nəzəri hesablama yolu ilə iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən" köhnəlmə tətbiq edilməklə qiymət çıxarımışdır. Göründüyü kimi, ekspert rəyində rəyin dəqiq olmadığını, nəzəri hesablama ilə, təxmini bir qiymət çıxardığını qeyd etmişdir. Belə olan halda, rəydə qeyd olunan ehtiyyat hissələrinin dəyəri necə reallığı əks etdirə bilər?! Əlavə olaraq rəyin "Qeyd" hissəsində qeyd olunmuşdur ki "avtoservis müəsisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən aslı olaraq təmir işlərinin dəyərində qismən dəyişiklik ola bilər". Belə olan halda, rəydən bu nəticəyə gəlmək olar ki, təmir müəsisələrindən aslı olaraq verilmiş dəyərdə fərqlilik ola bilər. Bu isə ona dəlalət edir ki, təmir mərkəzi tərəfindən təmir edildikdən sonra alınan xidmət və ehtiyyat hissələrinin dəyəri tam dolğun və həqiqidir. Lakin, məhkəmə nədənsə bu halları heç bir halda qiymətləndirməmişdir. Başqa bir iş üzrə ekspert rəyini şikayətə əlavə edərək qeyd etmişdir ki, əlavə olunmuş rəydə ƏDV ayrılıqda hesablanmışdır. Lakin hazırki mübahisəli iş üzrə rəydə ƏDV qeyd olunmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 31.İş üzrə digər cavabdeh X6 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 33.Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 34.Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 35.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 36.Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 37.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki iddiaçı apellyasiya şikayətində qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, cavabdehlər apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 44.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" MMC-yə məxsus “Skoda Rapid” markalı, 99–PZ–234 dövlətnömrə nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi rayon DYPŞ-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən “Skoda Rapid” markalı, 99–PZ–234 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərdən 200 manat azadolma çıxılmaqla 13795,10 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X4 mülkiyyətində olmaqla, xx.xx.2021-ci il tarixli 0129 saylı Minik avtomobili üçün yol vərəqəsinə əsasən Cavabdeh2 avtomobili darə etmək hüququ verilmişdir. “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış və hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya 4928,55 manat sığorta ödənişi edilmişdir. 46.Məhkəmə iş üzrə belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 6495,45 manat məbləğində vəsait, 108,68 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan və cavabdeh X5 qarşı hissələrdə rədd edilməlidir. 47.Hazırda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddia tələbi üzrə dəymiş zərərə görə subroqasiya qaydasında tələb edilən pul, ekspert rəyi ilə müəyyən edilən qaydada deyil, “ödənilmiş əvəz” miqdarında təmin edilməli idi. Həmçinin ekspert rəyi ilə razı olmayaraq rəyin natamam, dəqiq olmayan, yalnız mülahizələrdən ibarət olması qeyd olunmuşdur. 48.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 49.Belə ki, kollegiya hesab edir ki, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” iddiaçı tərəfindən tərəfin iştirakı olmadan əldə edildiyindən, mübahisənin düzgün və obyektiv həlli üçün məhkəmə tərəfindən düzgün olaraq avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. 50.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/866 nömrəli ekspert rəyi ilə, 2020-ci il buraxılışlı “Skoda Rapid" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11624,0 manat müəyyən edilmişdir. 51.Kollegiya qeyd edir ki, iddiaçının ekspert rəyinin natamam, dəqiq olmayan, yalnız mülahizələrdən ibarət olması barədə dəlilləri hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmadığından, həmçinin ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim etmədiyindən əsassız hesab edilməlidir. 52.Kollegiya apellyatorun ekspert rəyində nəzəri hesablama yolu ilə iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən köhnəlmə tətbiq edilməklə qiymət çıxarılması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, ekspert rəyində köhnəlmə faizindən istifadə olunmamış, rəy verilərkən təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd olunan zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. 53.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 54.Buna görə də məhkəmə kollegiyası mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş təmir-bərpa xərcindən 200 manat azadolma və "xxxx" Şirkəti tərəfindən ödənilmiş 4928,55 manat çıxılmaqla, qalan 6495,45 manat (11624 - 5128,55 (200 + 4928,55) = 6495,45) iddiaçının xeyrinə tutulmaqla iddia tələbinin qismən təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. 55.Kollegiya apellyatorun mülkiyyətçiyə münasibətdə dəlilini əsassız hesab edərək, qeyd edir ki, “X14” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil X6 tərəfindən qanuni əsasla, yəni yol vərəqəsi ilə Ə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən cavabdeh X2 tutula bilməz. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsininiş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-691/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5774/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5774/2023
11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver